Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Status-kvonun dəyişməsi mümkün deyil»

«Status-kvonun dəyişməsi mümkün deyil»
Bölmə :
Müsahibə
Yayım tarixi :
13/4/2016 [00:40]
Baxılıb :
6010 dəfə
İqbal Ağazadə: “28 ildir bizə Rusiyanın sahibi olduğu müharibə qapısını göstərirlər”
«Rusiyaya özünün nəzarətinə keçən ərazi yox, maraqlarını müdafiə edən konflikt lazımdır»

Ayın əvvəlində Dağlıq Qarabağda baş verən 4 günlük müharibə və və atəşkəs əldə olunması gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Bir çox ekspertlər hadisələrin arxasında Rusiyanın olması fikrinin üzərində dayanırlar. Növbəti atəşkəs müqaviləsinin də Moskvada imzalanması bütün bu proseslərin Rusiyanın marağına uyğun olması və bu dövlət tərəfindən idarə olunması qənaətini artırır. Məsələnin həlli ilə bağlı Rusiya rəsmiləri tərəfindən təklif olunan "5+2" variantı, ardınca Rusiya hərbçilərinin "sülhməramlı qüvvələr" adı altında Azərbaycan ərazisinə yerləşdirilməsi və bundan sonra referendum yolu ilə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlı variant isə ekspertlər tərəfindən təhlükəli qiymətləndirilir. 

Bu döyüşlərdə şəhidlərimiz, yaralılarımız olsa da, ordunun irəliləyərək, strateji mövqelərdə möhkəmlənməsi cəmiyyətdə böyük ruh yüksəkliyi, milli birlik, döyüş əzmi yaratdı. Bütün bunlar Azərbaycanın prosesdəki uğuru kimi qiymətləndirilir. Paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrində orduya dəstək aksiyaları, şəhidlərimizin dəfni zamanı böyük izdihamlar, şəhid ailələrinin "təki Vətən sağ olsun, biz bu qisası alacağıq" deməsi, yaralılar üçün qan vermək istəyən çox sayda insanın növbəyə dayanması cəmiyyətin psixoloji cəhətdən müharibəyə, döyüşə və itkilərə hazır olduğunu ortaya qoydu. Bu konteksdə atəşkəs razılaşmasına məyusluqla yanaşanlar da az olmadı. İndi hamının bir istəyi var: Ölkə başçısının da vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün diplomatik alanda danışıqların Azərbaycanın tam ərazi bütövlüyü çərçivəsində həll edilməsi. 

Bu məsələlərlə bağlı "Bizim Yol" qəzetinin suallarını Ümid Partiyasının sədri İqbal Ağazadə cavablandırır.

- İqbal bəy, cəbhədə baş verən gərginliyin yaranma səbəbi nə idi? 

- Situasiyanın necə yaranmasını dəqiq təsvir etmək mümkün deyil. Bunun üçün cəbhə bölgəsindən dəqiq və operativ məlumat almaq lazımdır. Verilən məlumatlara əsasən deyə bilərik ki, erməni tərəfi hücum edib, bizim tərəf isə hücumu dəf edib və bu zaman yeni müharibə dalğası yaranıb. Bu şəkildə əsaslandırmalar var. Nəyin nə qədər doğru olduğunu deyə bilmərəm, amma erməni xisləti hər zaman məlumdur və xaincəsinə belə addımlar atırlar. Azərbaycan torpaqları da faktiki işğal altındadır və inandırıcı versiyadır ki, onlar atəşkəsi pozaraq hücum edib, Azərbaycan ordusu isə müəyyən qarşılıq, cavab verib.

- 22 illik atəşkəs müqaviləsindən sonra ilk dəfə idi ki, faktiki müharibə şəraiti yaranırdı.  Bu günlərdə ölkədə cərəyan edən proses Azərbaycan cəmiyyətinə necə təsir etdi və bu günə olan nəticələr nədən ibarətdir?

- Azərbaycan cəmiyyəti torpaqların işğaldan azad olunmasına psixoloji cəhətdən hər zaman hazırdır. Çünki torpaq bizimdir və biz onu vermək niyyətində deyilik. Nə qədər itkilərimiz olsa da, şəhidlər versək də, o torpaqlara qayıtmaq uğrunda mübarizəyə hazırıq. Proses başlayan gündən bu belədir və neqativ meyllərin olacağı, cəmiyyətin hər hansı mənfi təpki göstərəcəyi ağlasığan deyildi. Şəhidləri, döyüşən ordunu, hətta milli birliyi dəstəkləmək gözlənilən idi və bunun alternativini düşünmək doğru olmazdı. Düşünürəm ki, Azərbaycan cəmiyyəti lazım olan reaksiyanı verdi. Bundan başqa reaksiya olsa, təəccüblənərdik. Torpaq, işğal olunan ərazilər bizimdir və Azərbaycanda elə bir adam tapılmaz ki, o torpaqların işğaldan azad olunması istiqamətində ən kiçik uğur üçün atılacaq addımların mənasız olduğunu düşünə bilsin. Təbii ki, bu, ümumi kütlə psixologiyasıdır, kütlənin, Azərbaycan vətəndaşlarının, toplumun  yanaşmasıdır. 

- Cəbhədə son baş verənlərin bundan sonrakı diplomatik danışıqlarda təsiri nədən ibarət ola bilər?

- Hesab etmirəm ki, son hadisələrin diplomatik danışıqlara hər hansı təsiri olacaq. Çünki baş verən müharibələr də, aparılan danışıqlar da, ortada olan paktlar da Azərbaycan-Ermənistan məsələsi deyil, Rusiya məsələsidir. Ona görə Ermənistan-Azərbaycan münaqişəsinin nə indiki vəziyyətində, nə bundan sonrakı halında status-kvonun dəyişdirilməsi, nə də kiminsə üstünlüyü baxımından  heç bir irəliləyiş olmayacaq. Bir anlıq düşünək ki, Dağlıq Qarabağı, işğal olunmuş torpaqlarımızı azad etmişik, sülh müqaviləsi bağlanıb, yaxud biz Dağlıq Qarabağdan imtina etmişik. Azərbaycanla Ermənistanın Rusiyanın yanında nə işi var ki?  Yəni Rusiyadan istəyə biləcəyimiz, yaxud Rusiyanı regionda saxlaya biləcək nə var? Rusiyaya həll edilmiş yox, hər zaman dinamik olan və alovlana biləcək konflikt lazımdır. Ona görə də Rusiya bu konflikti indiki şəkildə saxlayacaq və status-kvo dəyişməyəcək. Kimlərsə ümid edir ki, status-kvo dəyişə bilər, 5 rayon, sonra 2 rayon azad olunacaq, Rusiya sülhməramlıları daxil olacaq və sair. Gürcüstanda - Osetiya və Abxaziyada "Rusiya sülhməramlıları" var. Yəni faktiki işğal ordusudur, amma Rusiya "sülhməramlı" adlandırır. Bəyəm, Gürcüstan Rusiyanın yanında qaldı? Üzünü Avropaya tutdu, onların qapısını döyür və artıq Avropa ilə vizasız gediş-gəlişdədir. Azərbaycan və Ermənistan da belə olacaq, hətta Rusiya qoşunları Dağlıq Qarabağda yerləşsə belə. Rusiya da bunu gözəl bilir və ona özünün nəzarətinə keçən ərazi yox, maraqlarını müdafiə edən konflikt lazımdır. Ona görə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün masaya status-kvonu dəyişəcəyini göstərən hər hansı təklifin gəlməsi gözlənilən deyil. 

- Bir çox ekspertlər də hesab edir ki, Dağlıq Qarabağda son hadisələrin yaranmasında da, atəşkəsin əldə olunmasında da birbaşa Rusiyanın rolu olub. 

- Hadisələrin başlamasının Rusiya vasitəsilə olub-olmaması, daxildə və xaricdə hansı manevrlər edilməsi bir az da hərbi məsələ olduğuna görə açıq danışa bilmərəm. Atəşkəsin də Rusiya tərəfindən əldə olunduğu barədə fikir o qədər aktual səslənmir. Zatən konflikt Rusiyanın əlindədir...

- Amma atəşkəs müqaviləsi Moskvada imzalandı...

- O məsələnin görünən tərəfi idi, görünməyən tərəfləri də var. Konfliktin düyməsi Rusiyanın əlindədir. Ona görə də aysberqin görünən tərəfindən baxıb "Rusiya atəşkəsə nail oldu" demək bir siyasətçi olaraq məsələləri dərindən analiz edən adamlar üçün o qədər də inandırıcı deyil. Bu regionda dinamikli konflikt Rusiyanındırsa, başlayan da, qurtaran da, atəşkəsi saxlayan da, tərəflərə təsir edən də hamısı özüdür. Onsuz da hər şey Rusiyanın əlindədir. Ona görə də bu ölkə etkisiz qruplara bölünməməlidir ki, müharibəni Rusiya başlatdı və ya atəşkəsi bağladı və s. Bu məsələlər baxımından problemə yanaşmaq doğru deyil.  

- Bəs əldə olunan atəşkəs Azərbaycana nə vəd edir?

- Heç nə vəd etmir. Faktiki olaraq, 1994-cü ildən indiyə qədər olan status-kvo dəyişməyəcək. 

- Belə olan halda, Azərbaycan güc tətbiqini davam etdirə bilərmi?

- Azərbaycanın güc tətbiqini hara qədər davam etdirə biləcəyini yalnız siyasi hakimiyyət bilir. Hakimiyyət əlaqələrindən, yanaşmalarından, onlara olan münasibətindən, Azərbaycanın xarici siyasətindən dolayı ölçüb-biçməlidir. Hərbçilər isə hara qədər güc tətbiq edib minimal itki ilə nə qazana biləcəyini hesablamalıdır. Bu, mənim cavab verə biləcəyim məsələ deyil. Çünki mən bu gün danışıqların hansı mərhələdə olduğunu, beynəlxalq aləmdə Azərbaycana hansı dəstək veriləcəyini, hansı ölkələrin Azərbaycanın yanında ola biləcəyini, meydanda təklənib-təklənməyəcəyini, Qərbin, yaxın qonşuların bu məsələdə münasibətinin nə olacağı ilə bağlı ümumi bəyanatlardan başqa heç bir təsəvvürüm yoxdur. Ümumi bəyanatlar isə deyir ki, atəşkəs pozulmamalıdır. Bu bəyanatlara inansaq, Azərbaycan güc tətbiq etməməlidir. Ümumi bəyanatlara inanmasam, xüsusi tələblərə diqqət  etsəm, onları da mən bilmirəm. Ona görə də mənim "Azərbaycan hansı yolu seçməlidir" fikrini şərh etməyim, yaxud yol göstərməyim doğru deyil. Bu informasiyaya söykənən bir şey olmalıdır, çünki geopolitik məsələlər, beynəlxalq aləmin yanaşması, daxili auditoriyadan kənar qüvvələrin prosesə müdaxiləsi və imkanları var. 

- Partiya sədri olaraq, şəxsi qənaətiniz nədən ibarətdir? Qarabağ probleminin həlli üçün hansı variantı uyğun görürsünüz?

- Bu ona oxşayır ki, informasiyan olmadığı halda hansısa həll yolunu təklif edəsən. Bir daha deyirəm ki, baş tutan danışıqların heç birinin mahiyyətini bilmirəm. Məlumatım yoxdur ki, Avropa Birliyinin bu münaqişədə nə qədər gözləmə limiti var, müharibə başlasa nə qədər, sülhdə nə qədər gözləyə bilər, istədikləri nədir, bizə hansı həll yolunu təklif edirlər və s. Bunları bilmədən həll yolunu söyləmək ümumi mücərrəd fikirlərə söykənəcək. Amma əlimizin altında genəl yanaşma var və bu yanaşmanı dəfələrlə mətbuatda bölüşmüşəm: Rusiyasız Cənubi Qafqaz, o cümlədən Türkiyə ilə Ermənistan sərhədlərinin açılması, Türkiyənin regionda güc faktoruna çevrilməsi, bundan sonra regionda NATO və Avropa Birliyini arxasına alması. Çünki bunu nə Azərbaycan, nə Gürcüstan, nə də Ermənistan ala bilmir, Rusiyanı Cənubi Qafqazdan çıxara bilmirik. Burda fərqli mövqelərə ehtiyac var, Cənubi Qafqaz birliyində də  həm iqtisadi, həm demoqrafik, bütün proseslərdə Azərbaycan udur. Sayımız 3 dəfə Ermənistandan, 1.5 dəfə Cənubi Qafqaz xalqlarından çoxdur. İqtisadiyyatımız isə dəfələrlə artıqdır. Bu üstünlüklərin hansı formada tətbiq olunması lazımdır, buradan yola çıxmaq lazımdır. Dağlıq Qarabağ məsələsi başlayandan bu yana -  28 ildir bizə eyni qapını göstərirlər. Bu qapı da müharibə qapısıdır. Qapının sahibi də, qapıda dayanan da, qapını açan da Rusiyadır. Zaman-zaman açırlar, gah bizi içəri buraxırlar, gah da erməniləri. Gah biz dağıdırıq oranı, dağıdılan da bizim ərazidir, gah da bizim mövqelərimizi vururlar. O tərəfdən də itkilər olur, biz də şəhid veririk. Vəziyyət isə dəyişmir. Ən azından 1994-cü ildən bu yana - 22 ildir olan vəziyyəti dəyişmək mümkün deyil. Dəyişmək mümkün deyilsə, dövlətlər, insanlar nə qədər eyni qapıdan girməlidir? Deməli, Rusiyanın açdığı bu qapı yanlış qapıdır və birdəfəlik qapadaraq, özümüzün nəzarətində olan, planları olan yeni qapı açmaq, həllə doğru baxışı dəyişmək lazımdır.  Əks təqdirdə, o qapıdan nə zaman girsək, nəticələr ən azından Azərbaycanın xeyrinə olmayacaq. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]