Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlil məhkumlara xüsusi imtiyazlar verilib

Əlil məhkumlara xüsusi imtiyazlar verilib
Bölmə :
KİVDF
Yayım tarixi :
27/2/2013 [02:25]
Baxılıb :
1009 dəfə
Birinci və ikinci qrup əlilliyi olan məhkumlar könüllülük əsasında işləyə, öz arzuları ilə təhsilə cəlb edilə bilərlər

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:

Maddə 14. Azadlıq və şəxsi toxunulmazlıq

Bu maddə əlilliyi olan şəxslərin azadlıq və təhlükəsizlik hüquqlarından faydalanmasını və qanunsuz və ya məcburi şəkildə əlillik əsasında müstəqillikdən məhrum edilməməsini təmin edir.  

Üzv ölkələr aşağıdakı məsələlərə üzrə məlumatlar təqdim etməlidirlər:
”¢ Bütün əlillik formalarına malik şəxslərin insan müstəqilliyi və təhlükəsizliyi hüquqlarından faydalanması və əlillik səbəbindən müstəqillik hüququndan məhrum edilməməsi istiqamətində üzv ölkə tərəfindən həyata keçirilən tədbirlər
”¢ Bütün əlillik formalarına malik şəxslərin institutlaşdırılmasına və ya müstəqillikdən məhrum edilməsinə rəvac verən qanunvericilik aktlarının ləğv edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Müstəqillikdən məhrum edilən əlilliyi olan şəxslərin tələb olunan müvafiq çərçivə ilə təmin edilməsi və digər şəxslər kimi qalan insan hüquqlarından faydalanması üçün həyata keçirilən hüquqi və digər tədbirlər

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.5-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması birinci və ikinci qrup əlillərə təyin edilmir. Həmçinin, Məcəllədə qanunsuz azadlıqdan məhrum etməyə, psixiatriya xəstəxanasına yerləşdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
Ədliyyə Nazirliyinin məlumatına əsasən 2010-cu ilin ilk 9 ayına penitensiar müəssisələrdə 301 əlil məhkum saxlanılır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun olaraq cəzaçəkmə müəssisələrində məhkumlar nəzərdə tutulmuş sayda bağlama, banderol və sovqat alırlar. Birinci və ikinci qrup əlilliyi olan məhkumların bağlama, sovqat və ya banderol almalarına məhdudiyyət qoyulmur. Xəstə, birinci və ikinci qrup əlilliyi olan məhkumlara yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır və onlar üçün yeməyin xüsusi normaları müəyyən edilir. Məhkumlar nağdsız haqq-hesabla şəxsi hesablarında olan vəsaitlə ərzaq məhsulları və ən zəruri mallar əldə edə bilərlər. Birinci və ikinci qrup əlilliyi olan məhkumlara əlavə olaraq ayda on beş manat miqdarında ərzaq məhsulları və ən zəruri mallar əldə etməyə icazə verilir. Hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olur. Birinci və ikinci qrup əlilliyi olan məhkumlara könüllülük əsasında işləməyə icazə verilir. Cəzaçəkmə müəssisələrində və həbsxanalarda məhkumların qazancından, pensiyalarından və digər gəlirlərindən tutulmalar aparılır. Birinci və ikinci qrup əlilliyi olan məhkumların şəxsi hesabına isə aylıq əmək haqqının, pensiyanın və digər gəlirlərin ən azı altmış faizi keçirilir. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar peşə təhsilinə və ya hazırlığına, həmçinin ümumi orta təhsilə öz arzularına görə cəlb edilirlər. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar öz ərizələri və cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillər və ya qocalar evinə göndərilirlər.

Cəzaçəkmə müəssisələrində məhkumlara tibbi xidmət göstərmək üçün tibbi sanitariya hissələri, həmçinin yoluxucu xəstələrin, alkoqolizm və narkomaniyaya düçar olanların, habelə vərəmli xəstələrin stasionar müalicəsi və saxlanılması üçün müalicə müəssisələri təşkil edilir. Qanunvericilikdə məhkumların tibbi müayinəsinin cəzaçəkmə müəssisəsindən kənar tibb müəssisələrində aparılması və bu məqsədlə mülki sektorun tibb işçilərinin cəlb olunması nəzərdə tutulmuşdur. Məhkumlar tibbi məsləhət və müalicə almaq üçün pullu xidmət göstərən tibb müəssisələrinə müraciət etmək hüququna malikdirlər.

Məlumat üçün bildirilməlidir ki, bütün məhkumlara keyfiyyətli tibbi yardımın göstərilməsi və tibb ekspertlərinin müstəqilliyinin təmin olunması məqsədilə nazirliyin səhiyyə xidməti penitensiar sistemin tərkibindən çıxarılmış və onun bazasında birbaşa Ədliyyə Nazirliyinə tabe olan Tibb baş idarəsi yaradılmış, təcrübəli mütəxəssislərlə komplektləşdirilmişdir.

Maddə 15. İşkəncələrdən və qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və cəza növlərindən azad olma

Bu maddə əlilliyi olan şəxslərin işgəncədən, qəddar, qeyri-insani və alçaldıcı rəftardan və ya cəzadan müdafiəsini təmin edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumat təqdim etməlidirlər:
”¢ Müstəqil şəkildə və yazılı formada razılığı olmadan əlilliyi olan şəxslərin, o cümlədən, hüquqi potensialının həyata keçirilməsi üçün yardıma ehtiyacı olan şəxslərin tibbi və ya elmi təcrübələrdən səmərəli şəkildə müdafiə edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢Əlilliyi olan şəxslərin işgəncələrin qarşısının alınması üzrə milli strategiyalara və mexanizmlərə daxil edilməsi

Azərbaycan BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə” Konvensiyasına, həmçinin “İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasına qoşulmuşdur. Penitensiar sistemdə məhkumların, o cümlədən, əlillərin hüquqlarının təmin olunması, onlara qarşı işgəncə və pis rəftarın tətbiqinin qarşısının alınması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə ictimai nəzarət mexanizmlərindən geniş istifadə olunur.

Qeyd olunmalıdır ki, bu sahədə ictimai nəzarətin gücləndirilməsi məqsədilə 2006-cı ildə Məhkumların islah olunmasında iştirak edən və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə formalaşdırılmışdır. Tərkibi QHT nümayəndələrindən ibarət olan Komitə tərəfindən cəzaçəkmə müəssisələrində aparılan müntəzəm monitorinqlər zamanı, o cümlədən, əlil məhkumlarla görüşlər keçirilir, həmin şəxslərlə rəftar məsələsinə, onların saxlanma şəraitinə, maddi-məişət, tibbi təminatına və sair məqamlara diqqət yetirilir, təklif və tövsiyələr verilir, bununla əlaqədar Ədliyyə Nazirliyi zəruri işlər həyata keçirir. Həmçinin, məhkumların vəziyyətinin monitorinqi İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə müvafiq qeyri-hökumət təşkilatları tərəfindən aparılır.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamına əsasən BMT-nin İşgəncələr əleyhinə Konvensiyasının Azərbaycan Respublikasının 2 dekabr 2008-ci il tarixli Qanunu ilə təsdiq edilmiş, Fakültativ Protokolunun icrasını təmin etmək məqsədilə həmin Protokolda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Ombudsmanın Milli Preventiv Mexanizm qrupunun üzvləri tərəfindən mütəmadi olaraq müxtəlif penitensiar müəssisələrə həyata keçirmiş başçəkmələrin əsas məqsədi Fakültativ Protokolun tələblərinə uyğun olaraq, mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olmuşdur.

Əlilliyi olan oğlan və qızlarla əlaqədar araşdırma materiallarının nəticələrinə görə çıxarılan rəy və qərarlarda hər hansı fərqli prinsiplərə istinad olunmasına yol verilmir, əlilliyi olan uşaqlara digər uşaqlar kimi bərabər və tam hüquqlu subyektlər kimi baxılır. Cinsi mənsubiyyəti və yaş həddi nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşaqların digər yeniyetmələr kimi istismar, zorakılıq, təhqirin bütün formalarından həm ailə-məişətdə, həm də təlim-tərbiyə müəssisələrində müdafiəsi təmin olunur. Həmin tədbirlər, təbliğat və maarifləndirmə işləri “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanuna uyğunlaşdırılmış DİN-in 27.02.2007-ci il tarixli əmri ilə təsdiq edilmiş təlimata əsasən həyata keçirilir.

Əlilliyi olan uşaqlara qarşı zorakılıq, ailə-məişət zəminində törədilən qanunazidd əməllərdən onların müdafiəsi, cinayət törədən və cinayətin qurbanı olan yeniyetmələrlə sosial-reabilitasiya tədbirlərinin təşkili, təkmilləşdirilməsi məsələləri ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və uşaq hüquqlarınm müdafiəsi təşkilatları ilə qarşılıqlı iş qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun davam etdirilir, habelə Daxili İşlər Nazirliyinin əmr, təlimat və göstərişlərinə müvafiq olaraq həyata keçirilir.

Maddə 16. İstismardan, təcavüzdən və təhqirdən azad olma

Üzv ölkələr aşağıdakı məsələlərə üzrə məlumatlar təqdim etməlidirlər:
”¢ Məişətdə və ondan kənarda əlilliyi olan şəxslərin istismar, zorakılıq və sui-istifadə hallarının bütün formalarından qorunması istiqamətində həyata keçirilən hüquqi, inzibati, sosial, təlim və digər xarakterli tədbirlər (gender və uşaq amilləri daxil olmaqla)
”¢ Əlilliyi olan şəxslərə, onların ailə üzvlərinə və onlara qulluq göstərən şəxslərə yardım göstərən və onları dəstəkləyən sosial müdafiə tədbirləri və istismar, zorakılıq və sui-istifadə hallarının qarşısının alınması, müəyyən edilməsi və bu barədə məlumatın verilməsi (gender və uşaq amilləri daxil olmaqla)
”¢ Əlilliyi olan şəxslər üçün nəzərdə tutulan bütün xidmət və proqramların müstəqil qurumlar tərəfindən səmərəli şəkildə monitorinqinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Zorakılıq qurbanı olan bütün əlil şəxslərin səmərəli bərpa, reabilitasiya, sosial re-inteqrasiya xidmət və proqramlarına çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan şəxslərin zorakılıq qurbanı olan şəxslərin dəstəklənməsi və bu cür halların qarşısının alınması üçün mövcud olan xidmət və resurslara çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan şəxslərə qarşı törədilən istismar, zorakılıq və sui-istifadə hallarının müəyyən edilməsi, araşdırılması və lazımı olduğu təqdirdə cinayət işinin açılması üçün qanunvericilik aktları və siyasətlər (o cümlədən qadın və uşaqlara istiqamətlənən)

Azərbaycan Respublikasında gündəlik zorakılıqla mübarizəni beynəlxalq prinsiplər və milli qanunvericilik əsasında sistemli şəkildə təşkil etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli Qərarı ilə “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” təsdiq edilmişdir. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planında əlillərin peşəkarlıq və təcrübə potensialından istifadə edərək fəallaşdırılması, zorakılığa məruz qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların, o cümlədən, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə reinteqrasiyası üçün müvafiq tədbirlərin görülməsi müəyyən olunmuşdur.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanunu yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, zorakılıqdan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə ona səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]