Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Təyyarəsi vurulsaydı, Azərbaycan nə edərdi?” - Rusiya XİN

“Təyyarəsi vurulsaydı, Azərbaycan nə edərdi?”  - Rusiya XİN
Bölmə :
Müsahibə
Yayım tarixi :
8/4/2016 [14:52]
Baxılıb :
3053 dəfə

Bizimyol.info Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın virtualaz.org-a verdiyi müsahibəni təqdim edir: 

- Qarabağ münaqişəsinin qəfil kəskinləşməsi ilə bağlı Rusiyanın mövqeyi barədə nə deyə bilərsiniz?

- Qarabağda fəal hərbi əməliyyatların ilk günlərindən Rusiya əlindən gələni edib ki, qan tökülməsi dayandırılsın. Məntiqə görə, Rusiyanın sülhməramlı səylərində azacıq da olsa şübhə yaranardısa, bu, sülh çağırışlarının əleyhinə olan tərəflərə səbəb verərdi ki, münaqişənin hərbi yolla həlli üsullarını fəal şəkildə dəstəkləsinlər.

- Türkiyəni nəzərdə tutmursunuz ki?

- Təfərrüatlara varmayaq, amma çox sayda tərəflər var ki, münaqişəli vəziyyətlərdən yararlanmaq arzusundadırlar. Rusiya isə səmimi şəkildə tərəflərə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda yardım etmək istəyir. Bu, həm bəyanatlardan, həm də görülən işlərdən bəlli olur.

- Amma buna baxmayaraq, 25 il ərzində Rusiya ATƏT MQ-nin üzvü kimi, həm də Fransa və ABŞ-la birgə, nəyə görəsə münaqişənin həllinə nail ola bilməyib. Belə təəssürat yaranır ki, həmsədrlər iki onillik ərzində regiona mütəmadi olaraq turist kimi gəlib gediblər, problemin həlli yolunda isə heç bir iş görməyiblər...

- İcazə verin, bu cür yanaşma ilə razılaşmayım. Bu problemin həlli üzərində uzun illər işləmiş insanları siyasi turist adlandırmaq sadəcə ədalətsizlikdir. Əlbəttə, etiraf etmək lazımdır ki, münaqişə həll olunmamış qalır. Fəqət o, çox mürəkkəbdir, bunu da nəzərə almaq lazımdır.

Bəli, danışıqlar prosesində elə anlar olub ki, tərəflər sazişi imzalamağa yaxın olublar, amma hər dəfə bu proses qırılıb, belə ki, bu və ya digər tərəfi sazişin müddəaları razı salmayıb. Aydın məsələdir ki, hər şeyi həmsədrlərin boynuna yıxmaq olar, amma onları turist adlandırmaq, təkrar edim, ədalətsizlikdir. Onlar tərəflərin mövqelərinin yaxınlaşdırılması üçün səylə çalışıblar və çalışırlar.

- Bağışlayın, amma BMT TŞ-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını ehtiva edən 4 qətnaməsi mövcuddur, bəs nəyə görə Rusiya, Təhlükəsizlik Şurasının bir üzvü kimi, indiyə kimi Ermənistanın bu qətnamələri yerinə yetirməsinə sövq etmir?

- Ölkənizin prezidenti İlham Əliyev birmənalı və aşkar şəkildə Rusiyanın Qarabağ məsələsində rolunu qeyd edib. O deyib ki, Rusiya bu dəfə də təşəbbüs nümayiş etdirib və gərginliyin azaldılması üçün müvafiq addımlar atıb. Düşünürəm ki, cənab Əliyevin bu barədə dediyindən artıq nəsə söyləmək mümkün deyil.

- Bununla birlikdə, son zamanlar, yumşaq desək, erməni tərəfinin mövqeyini dəstəkləyən Rusiya televiziyasının Qarabağdakı vəziyyəti qeyri-obyektiv qiymətləndirməsi açıq-aydın görünür.

- Ermənilərin mövqeyini tutmuş kanallar deyərkən, hansıları nəzərdə tutursunuz?

- Demək olar ki, hamısını. Nümunələr həddən artıq çoxdur. Qorxuram ki, bütün kanalları və onların verilişlərini sadalamağa vaxtımız çatmaz.

- Onda gəlin, belə edək. Ola bilsin, sizə elə gəlir ki, bu, ən qısa sual idi, lakin əslində, o, çox əhatəlidir. Uzaqdan başlayacağam. Yarım ildir ki, mən jurnalistlər üçün brifinqlər keçirirəm və bura həm Ermənistan, həm də Azərbaycan mediasının nümayəndələri gəlir. Mən onların, əlbəttə ki, çox emosional tərzdə verdikləri sualları dinləməli oluram. Hər dəfə hamı sualı elə formalaşdırmağa çalışır ki, məndən o tərəfi razı salacaq cavab ala bilsin. Hər dəfə də mən eyni jurnalistlərə eyni ifadəni təkrarlayıram: “Bizim stenoqramlara baxa bilərsiniz, çox mürəkkəb münaqişəyə əlavə qeyri-sabitlik elementi qatmaq lazım deyil, sülh yolu ilə tənzimlənməyə mənfi təsir edə biləcək informasiya alovunu qızışdırmaq olmaz”.

Mənə belə gəlir ki, Azərbaycan və Ermənistan jurnalistləri bizim mövqeyi anlayaraq qəbul ediblər ”” Rusiya bu halda hərənin öz tərəfinə çəkmək istədiyi kəndir rolunu oynamamalıdır.

İkinci məqam isə ondan ibarətdir ki, mənim bu cür çağırışlarım Rusiya jurnalistlərinə də ünvanlanacaq. Bəli, jurnalistlərin informasiyaya çıxışını məhdudlaşdırmaq və onları buna görə məsuliyyətə cəlb etmək olmaz, amma bununla yanaşı, onlar da olduqları ölkənin qanunlarını pozmamalıdırlar.

Jurnalistlər əllərindən gələni etməlidirlər ki, qarşıdurmanın fövqündə olsunlar, alovu daha da qızışdırmasınlar. Mənim mövqeyim budur. Bu, bütün ölkələrin jurnalistlərinə də aiddir. Anlayıram, bu çox çətindir, lakin onlar obyektiv olmağa səy göstərməlidirlər, ələlxüsus böhran vəziyyətlərində. Axı jurnalistlər, digər peşə sahiblərindən fərqli olaraq, kütləyə təsir etmək gücünə malikdirlər.

Bu səbəbdən də, mən bu iddia ilə razılaşa bilmərəm ki, Rusiya KİV-ləri kiminsə tərəfini saxlasınlar. Bu, qətiyyən belə deyil. Bəli, deyə bilərəm ki, bizdə bəzən dövləti maraqlara müvafiq olmayan məlumatları yayımlayan özəl televiziya kanalları mövcuddur. Biz onları təkzib edirik və dəqiq bəyan edirik ki, bu, dövlət xəttinə uyğun deyil, həm də yalnız Qarabağ məsələsinə görə deyil, digər məsələlərə görə də.

Bizdə siyasətçilər var ki, həddini aşan, bəzən isə ekstremist bəyanatlar verirlər, amma biz hər dəfə onların bu fikirlərinə düzəlişlər edirik. Bu demokratiyadır, heç kəs kimsəni fikirlərinin ifadə olunmasında məhdudlaşdıra bilməz, biz yalnız bunu daha yumşaq formada, vəziyyəti gərginləşdirmədən etməyi xahiş edə bilərik. Dövlət aparatının vəzifəsi ayrı-ayrı şəxslərin mövqelərini dövlət xəttindən ayırmaqdadır.

- Necə düşünürsünüz, Rusiya sərhədlərinin yaxınlığında bu qədər münaqişənin mövcud olmasından yorulmayıb ki?

- Bildiyiniz kimi, Rusiya BMT TŞ-nin daimi üzvüdür və bu statusuna müvafiq olaraq, bütün qlobal və beynəlxalq problemlərə cəlb olunmuş vəziyyətdədir. Sualınızı bir qədər dəyişsəm deyə bilərəm ki, biz yaxın və qardaş kimi qəbul etdiyimiz xalqların, qonşularımızın qanlı münaqişələrə cəlb olunmasından yorulmamışıq, lakin bizə bunları müşahidə etmək ağırdır. Məsələ yorğunluqda deyil, ağrıda və bunları birlikdə yaşamaqdadır.

Axı biz bir ölkədə yaşamışıq, vəhdət halında idik. Və bu gün bu xalqların bir-birini öldürdüyünü görmək, doğrudan da, ağırdır. Mən Rusiyanın özündə çoxlu sayda insan tanıyıram ki, hər hansı bir tərəfə aid olduqlarını iddia edə bilsinlər. Bax, Polad Bülbüloğlu Azərbaycan vətəndaşıdır, öz ölkəsini çox sevir, lakin onu Rusiyada da özününkü bilirlər, Rusiya mədəniyyətinin bir parçası hesab edirlər. Həmçinin də Mixail Qusman ”“ Azərbaycanda anadan olmuş Rusiya vətəndaşıdır, Rusiyanın böyük dövlət informasiya agentliyinin rəhbəridir. Bu, yeri gəlmişkən, Rusiya KİV-in ermənipərəst mövqeyi barədə sualınıza da bir əlavədir.

Yaxud İradə Zeynalova ”“ Rusiyanın Birinci kanalında proqram aparıcısıdır. Bu cür istənilən xalqın, o cümlədən, ermənilərin nümayəndəsini tapmaq olar ki, Rusiyanın televiziya kanallarında, qəzetlərində çalışırlar. Elə mənim də şöbəmdə bir çox xalqların nümayəndələri işləyir. Buna görə də, kimin hansı millətə aid olmasını axtarmaq bizi dalana aparıb çıxarar.

Sərhədlərimizdəki münaqişələrə aid sualınıza xitabən qeyd edim ki, biz onlara başqa regionlarda olduğundan fərqli münasibət bəsləyirik ”“ biz səmimi şəkildə həyəcan keçiririk. Bəli, Qərbi Saxara məsələsi də bizim üçün vacibdir, amma Ukraynadakı, Dağlıq Qarabağdakı münasibətlər tamam başqa müstəvidədir.

- Türkiyə ilə münasibətlərinizi tənzimləməyə hazırlaşırsınızmı? Axı nə Türkiyə, nə də Rusiya kəsişən geosiyasi maraqlarından qaça bilməyəcək, buna görə də, yəqin ki, necəsə yola gəlməniz lazım olacaq.

- Bəli, həqiqətən də, indi münasibətlərimizdə baş verənlər çətin məsələdir və faciəvi səhifədir. Lakin düşünürəm ki, Rusiyanı münasibətlərin pisləşməsində günahlandırmaq fikri heç kimin ağlına gəlməz. Biz hələ indiyə qədər Türkiyə tərəfdən problemin həllinə yönəlmiş bir addım da görməmişik.

- Bu günlərdə Türkiyədə rusiyalı pilotu güllələmiş şəxs saxlanılıb.

- Bəli, həbs edilib. Lakin məsələ ondadır ki, Türkiyə hakimiyyəti onu qeyri-qanuni silah gəzdirməkdə günahlandırır, ittiham aktında onun rusiyalı pilotun öldürülməsində iştirakına dair heç nə yoxdur. Biz Türkiyə tərəfinə bu şəxslə bağlı sorğu göndərmişik, amma indiyə qədər də cavab almamışıq.

Buna görə də, bir daha xahiş edirəm, mənə konkret bir fakt göstərin ki, Rusiya Türkiyə ilə münasibətlərin pozulmasına istiqamətlənmiş nəsə etmiş olsun. Əksinə, Rusiya hər zaman Ankaranı narahat edən məsələlərə ehtiyatla yanaşıb. Biz Türkiyə ilə ciddi fikir ayrılıqları olan məsələlərdə, məsələn, Suriya məsələsində, mövqelərimizi yaxınlaşdırmağa çalışırdıq. Bunu bağlı qapılar arxasında edirdik, nümayişkaranə şəkildə deyil, çünki bütün məsələləri dostcasına həll etmək olar. Lakin olan oldu. Məsələyə başqa tərəfdən yanaşmağı təklif edirəm ”“ təyyarəsini vurub pilotunu güllələsəydilər, Azərbaycan necə hərəkət edərdi?

- SSRİ də bir vaxtlar Cənubi Koreyanın “Boeing” təyyarəsini vurmuşdu, amma bu hadisə Sovet və Koreya xalqları arasında düşmənliyə səbəb olmamışdı.

- Siz bu Koreya “Boeing”inin tarixini bilmirsiniz? Axı o, müəyyən bir müddət SSRİ-nin hava məkanında olub, ona dəfələrlə xəbərdarlıq siqnalları göndərilib. Lakin təyyarə bunlardan birinə də cavab verməyib. Olanların hamısını yenidən nəql etmək istəmirəm, internetdə bu barədə oxuya bilərsiniz. Bu səbədən də, bu hadisələri müqayisə etmək kökündən yanlışdır. Biz rəsmi bəyanatla çıxış etməzdən əvvəl yarım gün ərzində Türkiyə tərəfindən izahat gözlədik. Bəs Moskvaya izahat vermək əvəzinə Türkiyə nə etdi? NATO-ya müraciət etdi...

Məgər ayıb deyil? Biz nə etmişdiksə, aşkar etmişdik, əvəzində isə aldığımızı aldıq. Hamı səhv edə bilər, onlardan heç kim sığortalanmayıb, amma onları etiraf etməyi də bacarmaq lazımdır.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]