Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“İlham Əliyevin qardaşlıq jesti Türkiyəni sevinc gözyaşlarına boğdu”

“İlham Əliyevin qardaşlıq jesti Türkiyəni sevinc gözyaşlarına boğdu”
Bölmə :
KİVDF
Yayım tarixi :
7/4/2016 [22:42]
Baxılıb :
60610 dəfə
Nigar Abdullayeva: “Rusiya ilə Türkiyə arasında baş verən məlum böhranın aradan qaldırılması üçün rəsmi Bakı ilk gündən barışdırıcı mövqe sərgilədi və bu gün də həmin mövqeyində qalır”

Rusiya ilə Türkiyə arasında Su-24 olayından sonra yaşanan böhran digər dövlətlər tərəfindən sevinc hissi ilə seyr edilərkən, Azərbaycan kimsənin gözləmədiyi gediş etdi. Öncə Azərbaycan prezidenti bu iki böyük dövlətin münasibətlərinin bərpa edilməsi üçün barışdırıcı rolu üstlənə biləcəyini ifadə etdi. Ardınca isə İlham Əliyevdən qardaş ölkəyə böyük jest edildi. Belə ki, Rusiyanın tətbiq etdiyi sanksiyalar səbəbindən çətin duruma düşən türk şirkətləri üçün Azərbaycan əlavə nəfəslik açdı. Prezident İlham Əliyevin təlimatıyla Orta Asiyaya gedən türk yük maşınlarının Azərbaycandan keçməsinə şərait yaradıldı. Türkiyə Xarici İşlər Nazirliyinin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinə (UND) verdiyi məlumata görə, Rusiyadan tranzit keçid etmək istəyən Türkiyə nömrəli maşınlar Xəzər dəhlizindən istifadə etməyə başlayıb.

Azərbaycandan digər qürurverici addım isə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya planlaşdırılan səfərinin Ankarada baş verən ikinci dəhşətli terror nəticəsində təxirə salınması və bunun əvəzində Azərbaycan liderinin Ankaraya səfərə yollanması ilə bağlı oldu. İlham Əliyevin bu gedişi hər iki ölkədə alqışlarla qarşılandı və bütün siyasi analitiklər tərəfindən "əsl qardaşlıq jesti" olaraq dəyərləndirildi. 

Beləliklə, "Bizim Yol"un bu və digər məsələlər ətrafında suallarını, Türkiyədə yaşayan azərbaycanlı yazar-publisist, Türkiyə Haber Ajansının köşə yazarı Nigar Börək (Abdullayeva) cavablandırıb. Müsahibəni təqdim edirik:

- Nigar xanım, Türkiyə ilə Rusiya arasında böhran yaşanır. Bu krizis bölgəmizə necə təsir edir? 

- Heç şübhəsiz ki, Rusiya və Türkiyə arasında yaşanan böhran bölgəmizə, dolayısı ilə də bütün dünyaya, Yaxın Şərqə təsirsiz ötüşmür. Amma hesab etmirəm ki, bu krizis uzun müddət davam etsin. Ona görə ki, böhranın uzun müddət davam etməsi hadisələri nəzarətdən çıxara bilər. Beləliklə də, bütün dünya bunun acınacaqlı nəticəsi ilə üz-üzə qala bilər. 

Təbii ki, belə olduğu halda dünyanın güc mərkəzi hesab olunan dövlətlərin də bölgədə olan maraqları zərbə altında qalacaq. Məsələn, böhranın baş verməsi Qərbin, o cümlədən də ABŞ və Avropa İttifaqının bölgədə olan iqtisadi-siyasi maraqlarına da zərər verəcək. Bilirik ki, bu gün, xüsusən də bizim bölgəmizdə, Qərbin də maraqlarını təmin edən nəhəng enerji layihələri gerçəkləşdirilib və gerçəkləşdirilməsi planlaşdırılan layihələr də var. 

Bu səbəbdən, güman edirəm ki, dünyanın aparıcı dövlətləri, o cümlədən ilk növbədə ABŞ öz maraqlarını nəzərə alaraq, bölgədəki böhranın dərinləşməsinin qarşısını almaq üçün səy göstərəcək. Əks təqdirdə qeyd etdiyimiz kimi, qərbli-şərqli hər kəs bu oyunda zərərli çıxacaq.

- Azərbaycan Rusiya-Türkiyə münaqişəsində barışdırıcı missiya üstlənə biləcəyini açıqladı. Ankarada buna necə baxırlar?

- Rusiya ilə Türkiyə arasında baş verən məlum böhranın aradan qaldırılması üçün rəsmi Bakı ilk gündən barışdırıcı mövqe sərgilədi. Və bu gün də həmin mövqeyində qalır. Eyni zamanda, düşünürəm ki, rəsmi Bakının tutduğu xətt ən düzgün siyasi strategiyadır. Azərbaycanın mövqeyindən baxanda bir tərəfdə dost və qardaş ölkə olan Türkiyə, digər tərəfdə isə tarixən hər zaman Azərbaycana ögey münasibət bəsləyən, buna baxmayaraq Azərbaycan tərəfindən dost və qonşu dövlət olaraq qəbul edilən Rusiya var. O Rusiya ki, hal-hazırda ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biridir. Baxmayaraq ki, bu institut münaqişə yaşayan dövlətlər arasında ayrı-seçkilik qoymamalıdır. Əfsuslar olsun ki, Rusiya iqtidarı hər zaman öz fəaliyyəti ilə bu ayrı-seçkiliyi ortaya qoyub. Və bu gün də Ermənistana verdiyi hərbi, siyasi, iqtisadi və humanitar yardımlarla hansı mövqedə durduğunu nümayiş etdirir. 

Onu da qeyd edim ki, Türkiyə - Rusiya münasibətlərinin belə bir müstəviyə gəlib çıxmasında Ermənistanda və Rusiyada yaşayan erməni kökənli siyasi analitiklərin də rolu az deyildi. Əgər Rusiya kanallarına baxsanız, bunu açıq şəkildə görə bilərsiniz. Orada aparılan siyasi debatlar zamanı erməni kökənli, siyasətşünasların tutduğu mövqe hər şeyi ortaya qoyur. 

Azərbaycan isə bildiyiniz kimi, hər zaman barışdırıcı mövqeyi ön plana çəkib. Rəsmi olaraq Azərbaycan tərəfinin Kreml ilə Ankara arasında vasitəçilik missiyasını öz üzərinə götürməsi ilə bağlı mövqe sərgilədiyi haqda məlumatım yoxdur. Lakin əminəm ki, Azərbaycan Prezidenti qeyri-rəsmi söhbətlər zamanı hər iki tərəfə belə bir təklifdə bulunub. İnanıram ki, cənab İlham Əliyevin bu təklifi Türkiyə tərəfindən müsbət qarşılansa da, Putin iqtidarı tərəfindən qəbul edilməyib. Yəni o tərəfdən də müsbət reaksiya olsaydı, hazırda tamam yeni bir mənzərənin şahidi olardıq. Bu cür nəticəsizliyin birmənalı olaraq əsas günahkarı Rusiyadır. Çünki Türkiyə tərəfi istər prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, istərsə də xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən dəfələrlə, məsələnin həlli yollarının danışıqlar masası arxasında axtarılmasına dair bəyanatlar səslənib. Ankara hər zaman danışıqlardan, sülh variantının tapılmasından yana olduğunu bəyan edib. Buna rəğmən, Rusiya prezidenti Vladimir Putin şəxsi maraqlarını dövlətinin maraqlarından üstün tutaraq, münasibətləri daha da gərginləşdirən davranışlarını davam etdirir. Bu davranışları biz, demək olar ki, bütün rusiyalı rəsmilərdə və analitiklərdə də müşahidə edirik.

Putin Türkiyəni şəxsi maraqları naminə düşmən elan etdi. Dövlətlərarası münasibətlər şəxsi maraqların üstündə olmalı və buraya xırda maraqlar qatılmamalıdır. Halbuki, Rusiya Qərb dövlətlərinin ağır iqtisadi sanksiyalarına məruz qaldığı zamanlarda, Türkiyə bu embarqolara qoşulmadı və Rusiyaya nəfəs verdi. Əslində, bu gün Putinin yeritdiyi qeyri-stabil və aqressiv siyasət ilk növbədə rus xalqının özünə ziyan verir. 

- Bu gün Azərbaycan-Türkiyə ilişkilərini necə dəyərləndirirsiniz?

- Qısa olaraq belə cavab verə bilərəm ki, hazırda Azərbaycanla Türkiyənin münasibətləri çox yüksək səviyyədədir. Zatən iki qardaşın münasibətləri başqa cür ola da bilməz. Son olaylar və Azərbaycanın tutumu, xüsusilə Ərdoğanın Bakı səfəri öncəsi Ankarada yaşanan dəhşətli terror, nəticədə Ərdoğanın səfərinin baş tutmaması, bunun qarşılığında cənab İlham Əliyevin Türkiyəyə səfər edərək, burada gerçək qardaşlıq təntənəsi nümayiş etdirməsi olduqca qürurvericidir. Bu hadisə Türkiyəni sevinc gözyaşlarına boğdu. İstər Türkiyə dövləti, istərsə də türk xalqı Azərbaycanın bu qardaşlıq jestini alqışlarla qarşıladı.

- Sizcə, türk dövlətləri ortaq problemlərdə bir araya gələ bilirmi?

- Gələ bilər, amma təəssüflər olsun ki, digər türkdilli ölkələr hələ də Rusiyanın və başqa dövlətlərin təsiri altından çıxa bilmir. Bunda ABŞ və Qərb də maraqlıdır. Çünki Türk dünyasının kənar təsirlərdən azad olması, özgürləşməsi, bütövləşməsi, bir araya gəlməsi, nəinki Rusiya üçün, o cümlədən ABŞ və Avropa Birliyi, eləcə də digər böyük dövlətlər üçün arzuolunmazdır. Onlar bu amili özləri üçün təhlükə hesab edirlər. Türk dünyasının birliyi türklərin güclənməsi, dünyada yeni güc mərkəzinin meydana çıxması deməkdir. Bu güc də qeyd etdiyimiz dövlətlərin maraqlarına ziddir. Bu səbəbdən də biz türk dövlətlərinin xəyal etdiyimiz birliyini görmək üçün hələ çox gözləməli olacağıq. Amma gec-tez bu birlik yaranacaq!

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]