Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Təhsildə də anlaşma və həmrəylik nümayiş etdirsək...

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
7/4/2016 [00:03]
Baxılıb :
1138 dəfə

Mənfur düşmən üzərində çoxdan arzuladığımız və səbirsizliklə gözlədiyimiz qələbəyə qəlbən sevindik. Birlik, həmrəylik daxili qarşılıqlı anlaşma nümayiş etdirdik. Özümüzə bir daha əzmkarlığımızı, qətiyyətimizi, düşmənə isə sarsılmaz gücümüzü, qüdrətimizi  göstərməklə məğlubiyyət sindromunu sındırdıq. Bütün xalqımız kimi təhsil ictimaiyyəti, pedaqoji kollektivlər, tələbə-gənclərimiz də ön cəbhədə gedən proseslərə biganə qalmadı, öz mənəvi dəstəklərini əsirgəmədi.

Tələbələrimiz könüllü olaraq ordu sıralarına qatılmaq iddialarını ortalığa qoydu. Ayrı-ayrı universitetlər ordumuza dəstək aksiyaları keçirdilər. Bir daha şahidi olduq ki, xalq bir olursa cəbhənin önü, arxası olmur, təhsil sahəsi də bir cəbhədir, özü də strateji və prioritet bir cəbhə.
Əgər təhsilimizdə də son olaylardakı anlaşma və həmrəyliyimizi nümayiş etdirsək ölkəmizin gücü və qüdrətinin daha da artmasına əsaslı töhfəmizi verə bilərik. Bu baxımdan TQDK sədri Məleykə Abbaszadənin "Özəl ali məktəblər həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər" təklifi istər özəl ali məktəblərin rəhbərliyi, istərsə də dövlət və digər qeyri-hökumət təşkilatları, habelə geniş ictimaiyyət tərəfindən dəstəklənməlidir. Çünki təhsil haqları ilə bağlı mövcud durum nə neft kapitalını insan kapitalına çevirməklə bağlı kursumuzla, nə də sosial ədalət prinsipləri ilə heç də tam səsləşmir.
Azərbaycanda istər dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə, istərsə də özəl ali təhsil müəssisələrində təhsil  haqları dünyada ən bahalılar sırasında olub, minimum əməkhaqqı nisbətinə görə ən inkişaf etmiş ölkələri belə geridə qoyur. Bir vaxtlar təhsil haqqı nisbətən az olanda dövlət, xüsusilə özəl ali məktəblərə  güclü axın var idi. Son zamanlar isə əksinə, maddi imkana görə tələbə sayı xeyli azalıb, plan yerləri boş qalır. Hətta yüksək balla ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin təhsil haqqını ödəmək imkanı olmaması səbəbindən universitetləri tərk etməsi halları xeyli artıb və müvafiq tədbirlər görülməsə, bu proses daha da kütləvi xarakter ala bilər. 
Xüsusilə  bir sıra  özəl universitetlərin hətta maliyyə böhranı vəziyyətində, təhsil haqlarının məbləğlərini yenə də eyni həddə saxlaması  həmin universitetlərə qəbul olmuş bir çox tələbələri təhsil haqqını ödəmək üçün borca girmək və ya təhsilini yarımçıq qoyaraq  təhsil aldığı universiteti tərk etmək zərurəti qarşısında qoyur.

Adətən, ödənişli təhsil deyiləndə ilk növbədə göz önünə bir çox xarici ölkələrdə olduğu kimi, keyfiyyətli tədris ab-havası gəlir. Yəni tələbə il ərzində verdiyi təhsil haqqının müqabilində universitet tərəfindən həm nəzəri, həm də praktiki biliklərə yiyələnir və müasir texnologiyaların köməyi də bu sahədə belə desək, öz sözünü demiş olur. Lakin bu gün Azərbaycanda bir çox dövlət və özəl universitetlərdə pullu fakültələr üstünlük təşkil etsə də, orada təhsil alan tələbələr ən yaxşı halda nəzəri biliklərə yiyələnirlər və bu da onların gələcəkdə öz ixtisasları üzrə iş tapmalarında müəyyən problemlərə yol açır. 

Azərbaycanda özəl universitetlərdə təhsil haqları son illər bir neçə dəfə artırılıb. Hətta bəzi ixtisaslar üzrə dövlət universitetlərinin ödənişli fakültələri ilə özəl universitetlərin eyni fakültələri arasındakı təhsil haqqında kəskin artım fərqi yaranıb.Bəzi hallarda dövlət qiymətləri ilə bəzi özəl universitetlərin qiymətləri arasında bir neçə mərtəbəli fərqlər mövcuddur.Halbuki dövlət təhsil müəssisələrinin ödənişli fakültələrində qiymətlər müqayisədə ölkədəki aylıq orta əmək haqqına nisbətən yaxındırsa da, özəl ali məktəblərdəki qiymətlər barədə bunu demək olmaz.

Bir vaxtlar yalnız ödənişli əsaslarla təhsil verdiyi üçün özəl ali təhsil müəssisələrinə əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər qəbul olunurdu ki, onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı olmurdu. Bu cür abituriyentlərin qəbul olması həmin ali təhsil müəssisələrinin dövlət ali təhsil müəssisələri ilə rəqabət aparmaq imkanlarını məhdudlaşdırırdı. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçünTQDK sədrinin təbirincə desək, həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. "Təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər. Ümumiyyətlə, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan gənclərin bilik səviyyələri bir-birindən ciddi fərqlənir"
Bu da ciddi bir problemdir ki, ali təhsil müəssisələrində təhsil haqlarının yüksək olması təhsil almaq arzusunda olan xeyli istedadlı gənclərin ali təhsil almasına ciddi maneçilik törədir. Bu kimi hallar tələbə adını qazanan bir çox gənclərin təhsilə başlamasına, gələcəkdə ölkəmizə yararlı mütəxəssis olmalarına şərait yaratmır. Bu hallarla qarşılaşmamaq üçün ali təhsil müəssisələrinin optimal maliyyələşmə mexanizmlərini yaratmaq,  tələbə və ali təhsil müəssisəsi arasında münasibətləri tənzimləyən müqavilələr bağlamaq, tələbələrin sosial statusunu müəyyənləşdirmək olduqca zəruri şərtlərdən biridir. 

Təhsil haqları ilə bağlı məsələdə sanki nəsə  bir dəqiqlik, tənzimləmə mexanizmi çatışmır: Demək olar ki, hər ali məktəbdə ödəniş haqları istər ixtisaslar, istər fakültələr, istərsə də ali məktəblərin imicinə görə müxtəlifdir. Hansı ixtisaslar üzrə oxuyan tələbələrin ödəniş haqlarının illik nə qədər olmasının mahiyyətinə varılmır. Belə bir mexanizmin olmadığına görə ali məktəblər öz ehtiyaclarını ödəniş haqqını nəzərə alaraq müəyyənləşdirir. Bir məsələ də var ki, ali məktəblər, xüsusən özəl ali məktəblərin 80 faizi təhsil haqqı hesabına özünü saxlayır. Onlar işçilərinə əmək haqqı verə bilməyəcəklərsə, o zaman bir növ ödəniş haqlarını artırmaq zərurəti qarşısında qalmış olurlar. Ödəniş haqları artırılsa, bəs tələbə o vəsaiti necə ödəyəcək? Ona görə də bu məsələdə hökumətin zəruri müdaxiləsi lazımdır.

TQDK sədrinin sözlərinə görə, özəl ali təhsil müəssisələri arasında yüksək hazırlıqlı abituriyentlər əsasən "Qafqaz" Universitetinə üstünlük verirlər. "Qafqaz" və Xəzər Universitetləri istisna olmaqla, digər özəl ali təhsil müəssisələrinə və regionlarda fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin orta bal göstəriciləri isə aşağıdır.Bu mənada təhsil müəssisələri savadlı tələbələrə təhsil haqqının ödənilməsində güzəştlər etməlidir: Eləcə də, özəl təhsil müəssisələrində tədrisin səviyyəsi yüksəldilməlidir.  Məsələn, "Qafqaz" Universiteti əlaçı tələbələrin hamısından ödəniş almır. Əlavə olaraq onlara təqaüd verir. Əlaçı olmayanlar, "4 və 5"lə oxuyanlardan təhsil haqqının 50 faizini götürür. Tələbənin dərslərə hazırlığı bir qədər də aşağı olanda, ondan ödənişin 75 faizi alınır.  Bu da tələbələr arasında yarış yaradır. Tələbələr öyrənmək, yüksək səviyyədə nəticələr göstərmək üçün yarışırlar. Çalışırlar ki, təhsildə nailiyyətlər qazansınlar və təhsil haqqını ödəmədən oxusunlar.

Digər özəl ali məktəblərdə belə bir sistemli yanaşma yoxdur: Bir də ki, tək özəl ali məktəblərdə yox, dövlət ali məktəblərində də ödənişli olan ixtisaslarda əlaçılara təhsil haqqının ödənilməsində güzəştlər olmalıdır. Çünki təhsil hamı üçündür: Güzəştlər yalnız özəl təhsil müəssisələrində olmamalıdır. Əksinə, dövlət ali təhsil müəssisələrinin vəsait qoymaq imkanı var. Özəlin isə o imkanları yoxdur. Ona görə də, bu tələbləri hər ikisinə qoymaq daha məqsədəuyğun olardı.
Bugünkü tələbə sözün bütün mənalarında  vətənin sabahkı əsgəridir. O diqqəti, qayğını, ehtiyacı, yardımı və digər insanlıq xüsusiyyətlərini parta arxasında daha çox hiss edir və buna böyük ehtiyac duyur. Tələbə-gənclərimizə diqqət və qayğımızı əsirgəməyək. Onların qayğıları və problemləri ilə bölüşək. Təhsillərini davam etdirməkdə və başa vurmaqda yardımçı olaq, xeyriyyəçilik göstərək. Axı bir vaxtlar bizim təmənnasız məktəb açmaq, tələbə oxutmaq kimi  messenatçılıq ənənələrimiz də olub.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]