Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Zəmanəyə ayna tutan “Zəmanə adamı”

Bölmə :
Köşə
Yazar :
Rafiq Əliyev
Təqdimat :
Texnika elmlər doktoru
Yayım tarixi :
6/4/2016 [23:46]
Baxılıb :
1511 dəfə

Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil keç, dedilər, saqqal altından
Vüqarlı qəddimi əyə bilmədim.

Vidadi Babanlı


Böyük və dəyərli yazıçımız Vidadi Babanlı özü zəmanə adamı ola bilməsə də "Zəmanə adamı" haqqında iki hissəli möhtəşəm bir roman yazdı, roman içində roman. Bu əsəri mən vaxtilə böyük ədəbi hadisəyə çevrilmiş "Vicdan susanda" əsərinin davamı kimi təsəvvür edirəm.
Rəngarəng, qeyri-adi olduğu qədər də təbii, gözlənilməz situasiyalarla zəngin bir romanla qarşılaşdım.

Nə yaxşı ki, bu iki romanda bir dənə də müsbət qəhrəman yoxdur. Axı Vidadi müəllimin yaradıcılıq manerası köhnə stereotiplərdən həmişə uzaq olub. Sadə, həm də mürəkkəb sujet xəttinə malik əsərdə hadisələrin gedişatı qəhrəmanların ömrünü "yeyir". Elə yeyilməlidir də.   

Romanda əsas qəhrəman (mənfi qəhrəman) Əfsun bütün əxlaq və mənəviyyat normalarını ayaq altına atan, öz mənfəəti üçün min bir sifətə düşən dələduz bir adamdır. O, birinci romanda fatalizmə və şəhvətə uymuş bir qadının ailəsini dağıdır, ailə namusuna təcavüz edir. Elə buna görə də müəllif roman içində birinci romanını "Ləkələnmiş namus" adlandırır. Sonra isə siyasi dələduzluğa başlayır, özünü xalq hərəkatına sırımaq istəyir, həyasızlığı o dərəcəyə çatır ki, xalqın elçisi də olmaq istəyir.
Əfsunları yetişdirən nədir? Zəmanəmizdəki insanların böyük bir kəsimində fərdlərin daxili senzor mexanizminin çalışmaması.

İnsanlarımızın böyük bir kəsimində fərdlərin daxili senzor mexanizmi çalışmır. Tamah, şəhvət, ucuz şöhrət hissi çoxdan bu senzorun qoyduğu məhdudiyyət həddini aşıb. Bir sümük parçasına otuz-qırx illik dostlarını satan, varlanmaq xatirinə min sifətə düşən, abırsız eyş-işrətlə gün keçirən zəmanə insanı azdırmı?

Müəllifin əsas məqsədi cəmiyyətimizdə əxlaq və mənəviyyatda gedən aşınmaya diqqət çəkməkdir. Bizim coğrafi itkimizdən çox mənəvi itkimizin olmasına diqqət çəkməkdir.
Mənəvi itki ən təhlükəlisidir. İndi cəmiyyətdə əxlaq sipəri çox kövrəkdir. Cəmiyyətdə güclü əxlaq sipəri olsaydı, insana, vətəndaşa, ailə namusuna, peşə namusuna və vətən, torpaq namusuna münasibət də fərqli olardı.

Müəllif zəmanəmizdəki əxlaq məsələsini qabardaraq insanın mənəvi baxışları və hissləri, həyat motivasiyalarını, istiqamətlərini və prinsiplərini əhatə edərək xeyir və şər, vicdan və vicdansızlıq, şərəf və şərəfsizlik, ədalət və haqsızlıq, normal və qeyri-normallıq, mərhəmət və qəddarlıq və sair arasındakı qeyri-səlis sərhədləri çox ustalıqla göstərir.

Mənəviyyat ictimai və şəxsi səviyyədə özünü göstərir. İndivid əxlaq normalarını sosiallaşma prosesində əldə edir. Humanizmə, xeyirxahlığa, şərəfə, ədalətə, alicənablığa yönəldilmiş proseslərdə mənimsəyir.

Mənəviyyat və əxlaq anlayışları müxtəlif çalarlara malikdir. Əxlaq bir qayda olaraq kənar qiymətləndirici subyektin (başqa adamların, cəmiyyətin, məscidin və sair) olmasını nəzərdə tutur. Mənəviyyat isə əsasən insanın daxili aləminə və onun özünün etiqadına yönəlib. Müəllif göstərir ki, bu gün zəmanəmizdə mənəviyyat əxlaqdan daha sürətlə aşılanıb.

Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Buna görə də əxlaq və mənəviyyatı cəmiyyətdə müəyyən səviyyədə mühafizə etmək üçün ailə prinsiplərinin və dəyərlərinin mənəvi əsasını toxunulmaz olaraq qorumaq vacibdir.

Əks halda ailənin tənəzzülü qaçılmazdır, həmçinin ailə ilə birlikdə bütün cəmiyyətin tənəzzülü qaçılmazdır. Durnanın bunu qoruya bilməməsinin necə böyük faciələrə gətirdiyi hamı üçün Babanlı tərəfindən göndərilən dəyərli ismarışdır. Burada bir şeyi də qeyd etməyə bilmərəm. Real həyatda hər bir şeyin bir əndazəsi olmalıdır. Elə Bəhlulun da sadəlövhlüyünün, maymaqlığının əndazəsi də. Durnanın əri Bəhlul həyat yoldaşının "sevgilisi" Əfsuna belə müraciət edir: "Bir də tapşırıram ayağını çəkmə bizdən. Boş vaxtlarında təşrif buyur. "Üç telli" də, mən də yolunu gözləyəcəyik". Ailəni qorumaq kişi işidir. Bu baxımdan müəllifin bədii priyomu çox  düzgündür ki, Bəhlulun həyatı belə faciəvi qurtarır. 

Əfsuslar olsun ki, bu vicdan təbili çalan əsər cəmi 500 tirajla çap olunub. Axı V.Babanlının "Vicdan susanda" əsəri Moskvada 2 dəfə 100.000 tirajla çap olunmuşdu. Görünür, bu da zəmanə işidir. Heç yadımdan çıxmaz 1981-ci ildə Moskvada Kalinin Prospektindəki kitab maqazininə gələrkən küçədən tutmuş 2-ci mərtəbəyə kimi böyük bir növbə gördüm. Düzü tez-tez baş çəkdiyim bu kitab evində heç vaxt belə bir növbəyə rast gəlməmişdim. Soruşdum nəyə növbədir. Dedilər: "Koqda molçit sovestğ". Fəxr etdim ölkəm üçün, millətim üçün.

Vidadi Babanlının "Zəmanə adamı"ndan insanlara ünvanlanan mesajı budur ki, müasir cəmiyyətin əsas əxlaqi prinsipləri bütün klassik əxlaqi imperativləri - "öldürmək olmaz", "oğurluq etmə", "yalan danışma" (böhtan atma), "canıyanan ol və başqalarına kömək et" - özündə ehtiva edir. 
Romanda yazıçı rəvan bir dildə oxucu qarşısına çıxır. 
Sonda oxucunun bu dəyərli romanı oxumağını tövsiyə edirəm. "Zəmanə adamı" bütün məziyyətləri ilə diqqətə layiq və maraqlı romandır. 

Zəmanəyə ayna tutan bu əsərin müəllifi, ustad sənətkar V.Babanlı bu romanda bütün insanlara ismarış göndərir ki, çalışaq ki, həyatda çaşmayaq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]