Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Qaz böhranı qonşu ölkələr arasındakı münasibətlərə ciddi mənfi təsir edə bilməzdi”

“Qaz böhranı qonşu ölkələr arasındakı münasibətlərə ciddi mənfi təsir edə bilməzdi”
Bölmə :
KİVDF
Yayım tarixi :
6/4/2016 [23:38]
Baxılıb :
738 dəfə
Tapdıq Yolçu: “Gürcüstandakı soydaşlarımızın hər biri, birmənalı olaraq, bu fikirdədir ki, ölkələrimiz arasındakı münasibətlərə Saakaşvili hakimiyyəti daha çox fayda verib, nəinki İvanişvili rejimi”

(Əvvəli ötən sayımızda)

Gürcüstanın Rusiyanın "Qazprom" şirkəti ilə qaz sövdələşmələri aparmasının ardınca, İranla viza rejimini aradan qaldırması, Tehranı investisiya qoymağa dəvət etməsi və təbii qazla bağlı danışıqlara başlaması Azərbaycanda xeyli suallar doğurub. Çünki Gürcüstan rəsmilərinin Azərbaycanda Gürcüstanı təmin edəcək qədər qazın olmadığını bəhanə edərək (halbuki, prezident İlham Əliyev bəyan edib ki, Azərbaycanda nəinki Gürcüstanı, bütün Avropanı təmin edəcək qədər qaz var), İranda qaz axtarışlarına çıxması birmənalı qarşılanmır. Eyni zamanda, Azərbaycanda belə bir rəy var ki, Gürcüstan rəhbərliyinin yeritdiyi hazırkı siyasət orada yaşayan azərbaycanlıların siyasi və sosial vəziyyətini yenidən ağırlaşdıracaq.

Gürcüstan-Azərbaycan münasibətləri, rəsmi Tiflisin son siyasi-iqtisadi gedişləri və digər mövzular ətrafında, Gürcüstanın Rustavi şəhərində yaşayan azərbaycanlı şair, yazar-publisist Tapdıq Yolçunun "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Mən tam əminliklə bu fikirdəyəm ki, məhz, indi də eyni hal baş verdi. Yəni Gürcüstanın energetika naziri Kaxa Kaladze cənablarının payızdan bəri bir neçə ay davam edən gah "Qazprom", gah da İranla qaz danışıqları aparmasının əsl məqsədi Azərbaycandan aldıqları təbii qazın qiymətində istədikləri qədər endirimə nail olmaq idi. 

Elə buradaca bir olayı da yada salmaq istərdim. 2012-ci ilin dekabr ayının son günlərində hakimiyyətə yeni gəlmiş "Gürcü arzusu"nun lideri Bidzina İvanişvili Azərbaycana səfər öncəsi belə bir bəyanatla çıxış etmişdi ki, guya bu ölkədən alınan təbii qazın qiyməti şişirdilmişdir. Bir-iki gündən sonra Bakıya səfəri başa çatdıqdan sonra isə söylədi ki, deməzsənmi, mən səhv etmişəm, "Azərbaycan təbii qazı bizə çox maraqlı qiymətə satır". Onun bu açıqlaması müqabilində Azərbaycan KİV-lərində (bir az da onun ünvanına alçaldıcı!) nələrin yazıldığını necə, xatırlayırsınızmı? 

Bütün bu endirimlə bağlı olayların arxasında da, şübhəsiz, Bidzina İvanişvili dayanırdı. Hərçənd, SOCAR-ın prezidenti Rövnəq Abdullayev cənabları ANS televiziyasına müsahibəsində qeyd etdi ki, Azərbaycan hökuməti Gürcüstanın təbii qaz bazarını əldən verməmək üçün bu cür endirimə getməli oldu. Yeri gəlmişkən, onu da xüsusi vurğulamaq istərdim və mən bu fikirdəyəm ki, hazırda Azərbaycandan alınacaq təbii qazın hər min kubmetrinə görə endirim edilən 35-40 dolların gürcü abunəçilərə heç bir səmərəsi olmayacaq... 

- Yaşanan xoşagəlməz proseslər Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına səbəb ola bilərmi? Və belə olarsa, regionda nələrin şahidi ola bilərik? 

- Münasibətlərin korlana bilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd etdim ki, Gürcüstanı idarə edən oliqarx öz istəyinə nail oldu. Yəni "qırılmaqda" olan bağlar yenidən daha da möhkəm tellərlə bağlandı. Əslində, mən elə zənn etmirəm ki, iki ölkə arasındakı münasibətlərdə nəsə ciddi bir mənfilik baş verə bilərdi. Axı, azından ortada mövcud tranzit xətlərindən heç də az önəmli və Gürcüstana daha artıq dividendlər gətirəcək Bakı-Tiflis-Qars dəmir yolu, TANAP və TAP kimi yeni qaz kəmərlərinin tikintisi kimi transmilli layihələr vardır ki, bu sahədə artıq xeyli işlər də görülmüşdür. Necə deyərlər, artıq geriyə yol yoxdur!

- Hazırda Gürcüstan azərbaycanlıları mərkəzi hökumətə münasibətdə iki cəbhəyə bölünüblər: Saakaşvili tərəfdarları və hazırkı hökuməti dəstəkləyənlər. Ordakı soydaşlarımız necə düşünür, Gürcüstandakı hansı hökumət iki ölkə arasındakı münasibətlərə daha çox fayda verir?

- Kimin əvvəlki və kimin də hazırkı hökuməti dəstəkləməsindən asılı olmayaraq, Gürcüstandakı soydaşlarımızın hər biri, birmənalı olaraq, bu fikirdədirlər ki, ölkələrimiz arasındakı münasibətlərə Saakaşvili hakimiyyəti daha çox fayda vermişdir və bugünkü münasibətlər də həmin siyasətin inersiyasından yana bir şey deyildir. Bu yerdə, icazənizlə, yenə əksər Azərbaycan oxucularına məlum olmayan bir  məqamı da açıqlamaq istərdim. Belə ki, Saakaşvili dönəminəcən, demək olar ki, soydaşlarımıza Gürcüstanda "ikinci növ" millət kimi yanaşma mövcud olub. Bunun bariz nümunəsi kimi sizlərə konkret bir misal söyləyim. Sovetlər zamanında Tiflisdə "26 komissarlar" adına metrostansiyası vardı. Məlumdur ki, əslində həmin adlanma "26 Bakı komissarları" olmalı idi. Nədənsə, hansısa bir gürcü rəhbəri "Bakı" isminin paytaxt metrostansiyasının adında səslənməsini özlərinə layiq bilməmişdi. Ancaq Azərbaycanda gürcülərə qarşı bu cür münasibət heç bir zaman mövcud olmamışdır. Möhtəşəm Tiflis prospekti bunun ən bariz nümunəsidir!

Mixail Saakaşvilinin, xüsusən, soydaşlarımız qarşısında ən böyük xidməti ondan ibarət oldu ki, o, vaxtilə xalqlarımız arasına kimlərinsə salmış olduğu "ikinci növ" baxışlarını yerli-dibli aradan qaldırdı. Hətta bəzi gürcülərin bizlərə yönəlik, əsasən də aşağılayıcı mənada işlədilən, "tatar" deyilməsi müqabilində onu deyən kəsin 400 lari cərimələnməsi şərti də qüvvəyə mindi. Və ən başlıcası, Mixail Saakaşvili Novruz bayramını Gürcüstanın Dövlət bayramı elan etdi. Onun soydaşlarımız qarşısında önəmli xidmətlərindən biri də məscidlərimizə rəsmi status verilməsi oldu. O, çıxışlarının birində belə söyləmişdi: "Gürcüstanda yaşayan 800 min müsəlmanın ibadət yerləri niyə olmasın ki?".

Son olaraq, ədalət naminə bir faktı da qeyd edim ki, hazırkı hakimiyyətin aparıcı qüvvələrindən, yəni "Gürcü arzusu"nda təmsil olunan partiyalar arasında xüsusi çəkiyə malik respublikaçıların liderləri Saakaşvili hakimiyyətinin o zamanlar Azərbaycanla bağlı yer adları-filan məsələlərinə ciddi etiraz səsləri ucaldırdılar. Ancaq bu gün hakimiyyətdə kifayət qədər yüksək vəzifə tutmalarına rəğmən, həmin etiraz edənlər azından reallıqlarla barışmış kimi davranırlar...

P.S. Qeyd edək ki, ötən say yaşanan məlum "qaz böhranı" zamanı Gürcüstanın sabiq prezidenti, hazırda Odessa Dövlət Administrasiya dairəsinin rəhbəri Mixail Saakaşvili gürcü milyarderi, sabiq baş nazir Bidzina İvanaşvilini riyakarlıqda ittiham edib. Saakaş