Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qələbələrimiz davamlı olacaq

Bölmə :
Köşə
Yazar :
Cavanşir Feyziyev
Təqdimat :
Millət vəkili, Fəlsəfə doktoru
Yayım tarixi :
6/4/2016 [00:30]
Baxılıb :
dəfə

Son günlər qoşunların təmas xəttində erməni işğalçılarının təxribata əl atacağı gözlənilən idi.  Ermənistanı belə bir  təxribata sövq edən bir neçə səbəblər var.   Bir tərəfdən, Ermənistanda çoxdan davam edən iqtisadi tənəzzül artıq elə bir həddə çatıb ki, başqa ölkələrə köçə bilməyib məcburən Ermənistanda yaşayan əhali hökumətə qarşı siyasi tələblər irəli sürür, Ermənistanda hakimiyyəti zəbt etmiş quldur dəstəsindən yaxa qurtarmaq üçün aramsız etiraz aksiyaları keçirirlər. Öz hakimiyyətini uzatmaq üçün Sarkisyan hökumətinin keçirdiyi referendumun saxtalaşdırılmasından sonra  əhalinin hakimiyyətə qarşı  təzyiqi getdikcə artmaqdadır. Bu təzyiqi  azaltmaq üçün Sarkisyan rejiminə ictimaiyyətin diqqətini daxili siyasi durumdan  yayındırmaq lazım gəlir. Buna görə də Qarabağda vəziyyətin gərginləşdirilməsi müxalifəti cilovlamaq üçün Ermənistan hakimiyyətinə bəhanə kimi çox lazımdır. 

Digər tərəfdən, ermənilərin və onların müttəfiqlərinin bütün ciddi-cəhdlərinə baxmayaraq son aylarda Avropa Birliyinin yüksək çinli nümayəndələrinin Azərbaycana səfərləri intensivləşmiş,  Avropa və ABŞ tərəfindən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasını birmənalı şəkildə dəstəkləyən bəyanatlar  səsləndirilmişdir. Layihənin əleyhdarları regionda qeyri-sabitlik görüntüsü yaratmaq üçün həmişə olduğu kimi, bu dəfə də ermənilərin pozuculuq xidmətindən yararlanmaqda maraqlıdırlar.

Nəhayət, Azərbaycan Prezidentinin bu günlərdə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammitində iştirakı, sammit çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər Azərbaycana qarşı xoş məramlı münasibəti, qlobal və regional məsələlərdə Azərbaycanın rolunun etiraf olunmasını və dəstəkləndiyini nümayiş etdirir. ABŞ-ın vitse-prezidenti Co Baydenin öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsini ifadə etməsi isə Azərbaycanın haqlı mövqeyinin ABŞ tərəfindən birmənalı şəkildə dəstəklənməsi deməkdir. Bu da öz növbəsində Azərbaycanın müstəqil siyasət aparmaq kursunu qəbul etməyən qüvvələri qıcıqlandırmaya bilməzdi.
Bütün bunların toplamı Ermənistanı və onun havadarlarını Azərbaycana qarşı təzyiqləri artırmağa sövq edir və ermənilər də həmişə olduğu kimi  öz mənfur təxribatçılıq rolunu oynamaqda davam edirlər. 

Lakin  Milli Ordumuzun döyüş ruhunu düzgün dəyərləndirə bilməyən ermənilər bu dəfə layiqli cavabını aldı və artıq belə təxribatların uğur gətirməyəcəyinə  bir daha əmin oldu. Son hadisələr status-kvonun qorunub saxlanması üçün münaqişənin həll olunmasını ləngidən tərəflər üçün də vacib bir mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, Azərbaycan öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq və nəyin bahasına olursa olsun, biz öz torpaqlarımızı azad edəcəyik. 

Dünya ölkələrinin əksəriyyətində media orqanları baş verən hadisələri işıqlandıraraq münaqişənin tarixi haqqında məlumat verirlər. Verilən şərhlərdən də görünür ki, zaman keçdikcə, dünyanın münaqişə haqqında bilgiləri obyektivlik istiqamətində dəyişməkdədir. Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması üçün dünyanın müxtəlif bölgələrində Azərbaycan dövləti tərəfindən, eləcə də Heydər Əliyev Fondu, diplomatik korpusumuz, diaspora təşkilatlarımız və ayrı-ayrı vətəndaşlarımız tərəfindən  həyata keçirilən çoxsaylı tədbirlərin artıq bəhrə verdiyini görürük. Zaman keçdikcə Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimai rəydə daha geniş şəkildə yayılmaqda və daha geniş miqyasda qəbul olunmaqdadır. Bütün bunlar son 2 onillik ərzində Azərbaycan dövlətinin apardığı müstəqil, qətiyyətli və ardıcıl xarici siyasi kursun xalqımız və dövlətimiz üçün uğurlu olduğunu və Qarabağ həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması üçün seçilmiş fəaliyyət istiqamətinin doğru olduğunu göstərir. Bəzi beynəlxalq mətbu orqanlarında  ölkəmizin bu münaqişəyə xarici güclər tərəfindən cəlb olunmasının və Azərbaycanın münaqişəni danışıqlar  yolu ilə həllinə sadiqliyinin vurğulanması üzün illər ərzində düşmənlərimiz tərəfindən Azərbaycana qarşı aparılmış qərəzli informasiya müharibəsinin də iflasa uğradığını göstərir. 
Baş verən hadisələrə beynəlxalq qurumların reaksiyalarını isə hələ də adekvat hesab etmək olmaz. Müxtəlif ölkələrdən  ayrı-ayrı siyasətçilər Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləsələr də BMT, AB, ATƏT, AŞPA kimi vacib qurumların rəhbərləri öz açıqlamalarında həmişə olduğu kimi tərəfləri qarşıdurmadan çəkinməyə çağırmaqla kifayətlənirlər. BMT Baş katibi Pan Gi Mun öz bəyanatında tərəfləri 1994-cü il Atəşkəs Sazişinə əməl etməyə çağırır, lakin ondan da əvvəl özünün rəhbərlik etdiyi qurum tərəfindən qəbul olunmuş 4 Qətnaməyə hələ də əməl olunmadığını unudur. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin narahatlıq ifadə edən çağırışı  və Vyanada növbəti görüş keçirmək haqqında bəyanatı da  həmişə olduğu kimi işğalçı ilə işğala məruz qalan tərəfləri eyniləşdirmək cəhdlərindən başqa bir şey deyil.

Belə çıxır ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən və təcavüzkarı buxovlayacaq yeganə güc mərkəzi məhz Azərbaycan Ordusu və Azərbaycan Prezidentinin erməni işğalına qarşı güzəştsiz mövqeyidir. Azərbaycan xalqının yeganə ümid yeri ölkə başçısının bütün işğal olunmuş ərazilərimizin azad olunması üçün dəfələrlə bəyan etdiyi siyasi iradəsi və qətiyyətidir. Bu gün Azərbaycan əsgəri işğalçı ordunu öz səngərlərini qoyub qaçmağa məcbur edirsə, bir gün Azərbaycan hakimiyyəti də işğalçını dəstəkləyən qüvvələri öz ədalətsiz inadlarından geri çəkilməyə məcbur edəcəkdir. Bu yolda bütün Azərbaycan xalqı Azərbaycan Prezidenti ətrafında monolit ümumxalq birliyi nümayiş etdirir. Hər bir Azərbaycan vətəndaşı işğal olunmuş torpaqlarımızın azad olunması və düşmən təcavüzündən müdafiə olunması üçün müqəddəs savaşa canı və qanı ilə hazırdır. Bu günlərdə Vətən torpaqlarının azad olunması üçün canından keçmiş igid əsgərlərimiz bu günün və gələcəyin əbədi qəhrəmanlarıdır. Onlar torpağımızın hər qarışı üçün canlarından keçməyə hər an hazır olduqlarını öz şücaətləri ilə göstərdilər və ölməzliyə qovuşdular.

 Qarabağ avantürası üzərində Ermənistanda siyasi hakimiyyətə yiyələnmiş cinayətkar dəstə isə əmin olmalıdır ki, onlar nəinki öz hakimiyyətini, heç Ermənistan adlanan qondarma dövləti də qoruyub saxlaya bilməyəcəklər. Azərbaycan torpaqlarında süni surətdə yaradılmış, xarici qüvvələrin əlində oyuncaq rolunu oynayan və başqa dövlətlər üçün forpost  funksiyası daşıyan qondarma bir qurum bir gün dünyanın siyasi xəritəsindən silinib gedəcək.  Tarixi ədalət bərqərar olacaq, biz uzun müddət düşmən tapdağı altında qalmış müqəddəs yurd yerlərimizə qayıdacağıq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]