Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Şərəf həyatdan ucadır

Bölmə :
Köşə
Yazar :
Xaləddin İbrahimli
Təqdimat :
Tarix elmləri doktoru, professor
Yayım tarixi :
5/4/2016 [02:01]
Baxılıb :
3628 dəfə

Zaman-zaman müharibələr haqqında yazılar yazılıb və onu lənətləyiblər, amma təqdir edənlər də yox deyil. Atatürk dünyanın ən bacarıqlı savaş ustası olsa da "Ulusda barış, Cahanda barış!" tərəfdarı idi. Rusiya yazıçısı Dostoyevski isə müharibələri təqdir edirdi. Bu ovqat onun bədii əsərlərinə də yansımışdı. N.Berdyayev də müharibələrlə bağlı maraqlı mülahizələrin müəllifidir.
Lakin keçmişdə yazılanlarla və yazarlarla işim yoxdur və bəri başdan bildirim ki, müharibəni təqdir edənlərdən deyiləm. Allahın verdiyi ömrün doğal olaraq huzur içində və sağlıqlı yaşanmasının doğru olduğunu düşünürəm.

Amma bizim nə istəməyimizdən asılı olmayaraq müharibə ilə tarixin hansısa dönəmində üzləşməli oluruq. Örnəyi Qarabağ müharibəsi. Azərbaycanda hər kəs bilir ki, müharibəni biz başlamadıq və onun olmasını heç kəs istəmirdi. Amma oldu və hələ ki, bitməyib. Deməli, millət istəyindən, iradəsindən asılı olmayaraq müharibə ilə üzləşir və onu aparmağa hazır olmalıdır.
 
Nədir müharibəyə hazır olmaq?

Mən müasir silahlara sahib olan və ondan mükəmməl şəkildə istifadəni bacaran güclü ordunun varlığından danışmayacam. Müharibə aparan informasiya müharibəsi aparmağı da, diplomatik cəbhədə savaşmağı da bacarmalıdır. Heç şübhəsiz, bunlar müharibədə uğur qazanmaq üçün zəruri şərtlərdir, lakin hamısı deyil. Öncə onu deyim ki, insanlar üzləşdikləri müharibəyə təkcə faciə və bədbəxtliklər gətirən hadisə kimi baxmamalıdır. Müharibənin faydaları da yox deyil. Müharibələr milləti zorla maarifləndirir, onu daha ağıllı, daha mütəşəkkil edir, milli şüuru sürətlə gəlişdirir. Müharibələr yaxşı SWOT analiz növüdür-güclü və zəif tərəfləri heç nə onu qədər ayrıntılarıyla üzə çıxara bilməz. 

Bir çox müharibələr millətin sonrakı inkişafı üçün təkanverici güc olub. Örnək kimi, Almaniya, Yaponiya, Güney Koreya və başqalarını göstərmək olar. Heç kəs deyə bilməz ki, Qarabağdakı məğlubiyyət Azərbaycanın sonrakı inkişafına stimul vermədi. "Bu hadisə olmasaydı indi biz inkişafın harasında olardıq?" sualına dürüst cavab vermək əlbəttə ki, zordur. O da bir gerçəklikdir ki, atəşkəs dövründə insan və toplum amilinin üzərində yaxşı çalışmadıq. Amma indi bu barədə yazmaq və danışmaq zamanı deyil. Bizim görmədiklərimizi zaman görəcək, yəni yuxarıda dediyimiz kimi insan amilinin üzərində müharibə çalışacaq, "zorakı maarifləndirmə" işi aparacaq.

İkinci ağıl

Lakin "müharibə zorakı maarifləndirmə işi aparacaq" deyib bu məsələni təbii axarına buraxmaq da olmaz. Təkcə hakimiyyət deyil, toplumun ağıllı adamları da (əsasən də ağıllı və yetkin media) bu prosesin içində olmalıdır. Müharibə zamanı hər şeyin sürəti artır, zamanın ömrü qısalır. İnsanlar daha operativ qərar qəbul etmək zorunda qalır. Bu zaman hər kəsin ikinci ağıla daha çox ehtiyacı yaranır. Həmin ikinci ağıl dövlət institutları və toplumun ağıllı insanlarıdır. Onlrın üzərinə böyük məsuliyyət düşür. Yeri gəlmişkən deyim ki, ağıllı adamları tanımaq da elə asan məsələ deyil. Sovet dönəmində bizə ağıllı adamlar kimi təqdim edilən (sırınan) bir çox insanların yanlış yolgöstərənliklərinin şahidi olduq. Digər tərəfdən müharibələrdə ağıllı adamlar bəzən sürətlə "çoxalır". Az qala hər kəs məsləhət verənə çevrilir. 

Bəs onları necə tanımalı və onların ağlından necə istifadə etməli? 

Cavab sadədir. Bu işi dövlət edəcək, dövlət hakimiyyəti baş tənzimləyici olacaq. Faydalı adamların tapılıb bir araya gətirilməsi və konkret işə töhfə vermək üçün yönləndirilməsi dövlətin işidir. Yəni dövlət cəmiyyət həyatının bütün sahələrinə nəzarət edəcək, ona yön verəcək və bir sıra sahələrdə cəmiyyət belə nəzarəti və yön verildiyini hiss etməyəcək. Tarix göstərir ki, savaşlarda dövlətlər təkcə siyasi hakimiyyət gücü ilə az başarılı olur. İqtidarlar toplumun bütün ağıl gücündən istifadə edən zaman daha başarılı olur.

Media

Müharibələrdə medianın üzərinə ağır yük düşür. Media müharibədə "obyektiv və qərəzsiz" xəbər yaymaq məntiqi ilə çalışa bilməz. Bu sadə gerçəkliyi 1990-cı illərdə bilmirdik və ağına bozuna baxmadan nə gördük efirə verir və kütləvi qorxu, kütləvi psixoz yaradıldığının fərqinə varmırdıq. Qarabağda bir çox yaşayış məntəqələrinin sürətlə boşalmasında medianın bilməyərəkdən yaratdığı belə kütləvi psixoz ciddi rol oynadı. Müharibə görüləsi, amma söylənməsi və yazılması mümkün olmayan çoxsaylı həqiqətlər meydanıdır. İnsanlar təbiətən həqiqəti öyrənməyə meyllidir. Bəndə hər zaman mübhəm olan sakral sirləri öyrənməyə çalışıb, həqiqət axtarışında olub. Lakin həqiqət bəzən çox təhlükəli olur və bu üzdən Allahın bir ismi də sirrdir. Müharibələrdə bir çox hallarda həqiqəti gizlətmək lazım gəlir. Bu baxımdan media müharibə dönəmlərində "gerçəklikləri hər zaman demək yox, bir çox hallarda deməmək və susmaq" prinsipilə çalışmalıdır. Bir sözlə, döyüş meydanları media üçün təkcə xəbər meydanı, xal toplamaq meydanı deyil.

Sosial şəbəkələr

Müharibələrin aparılmasını indi sosial şəbəkələrin meydana çıxması çox çətinləşdirib. Bununla neynəyək? Kimin əlinə nə keçirsə düşünmədən, ziyanlı və faydalı tərəflərini analiz etmədən sosial şəbəkələrə yerləşdirir. Qarşı tərəf isə belə materialları toplayır və təbliğat silahları kimi istifadə edir. 
Bəzən deyirlər toplum ağıllı ola bilməz. Amma biz türkcəsi "bilgi toplumu" olan informasiya cəmiyyətində yaşayırıq. Normal məntiqə görə bu ağıllı toplum olmalıdır. Lakin "toplum heç də hər zaman ağıllı olmur" kəlamında da həqiqət yox deyil. Bu zaman sosial şəbəkələrə "hiss olunmayan, yumşaq nəzarətlə" yanaşı, ictimai nəzarət (ictimai qınaq) də olacaq. Həm də çox diplomatik, həssas və nəzakətli, heysiyyata toxunmayan nəzarət. Bu məqamda başqa bir alternativ internetin qapanması ola bilər. Bu isə bilgi toplumunda arzu olunan deyil. 

Müxalifət

Demokratiya uğrunda mübarizə istər-istəməz toplumu ideoloji planda qütbləşdirir. Bu normal bir haldır və fərqli fikirlər düşüncələr, qütblər yoxdursa, demokratiya da yoxdur. Lakin müharibə toplumda fərqli fikir qütbləşmələrini sevməz. O vahid cəbhənin olmasını tələb edir. Bir metafora ilə ifadə etsək, müharibə elə bir sapdır ki, düşüncəsindən asılı olmayaraq bütün fərdləri muncuq kimi bir sıraya düzür, elə naqildir ki, elektrik cərəyanına çevrilərək hər kəsin içərisindən keçir. Bu zaman ifadə, düşüncə kimi evrensel dəyərlər, haqlar keçici olaraq bir kənara qoyulur, amma təbii ki, unudulmur. Savaş aparan ölkənin bir müxalifəti olur-qarşı səngərdəki güc. Başqa sözlə, döyüşləri ordu, müharibəni millət aparır.

Qorxu

Qorxu təbii insani hissdir. Lakin müharibələrdə qan, ölüm labüddür. Tarixdə əsgərlərin savaş zamanı qorxmaması və ya az qorxması üçün çoxsaylı metodlar tətbiq etmişlər. Peşəkar hərbçilər bunları yaxşı bilir. İnsan itkisi ilə bağlı problem çox zaman toplumda olur. Yəni müharibənin bu acı gerçəkliyini düzgün dəyərləndirə bilməyən və ifrat emosional reaksiyalar verən ordu deyil, toplum olur. Belə reaksiyalar orduda da vahimə yarada bilir. Türkiyə, demək olar ki, hər gün savaş meydanlarında şəhid verən dövlətdir. Lakin millət bu əvəzsiz itkiləri elə sinirir ki, savaşın atəşinə yanan ailələr toxtaqlıq tapır, fərdi itkisini milli itki kimi qəbul edə bilir. Aprel 2016-cı ildə başlayan döyüşlərdə itirdiyimiz qəhrəman övladlarımızın son mənzilə uğurlanmasında Azərbaycanın Türkiyəyə bənzədiyini gördüm. Bu ağır, acı mənzərələr olsa da, qürurverici idi. Biz artıq şəhidlərimizlə vidalaşmağı da bacarırıq. 

Şərəf həyatdan ucadır

Çeçen qəhrəmanlarından Aslan Məshədovun eyni adlı bir kitabı çap olunmuşdu və cənnət məkan birini də mənə göndərmişdi. Kitabda deyilirdi ki, ən şərəfli ölüm vətən torpaqları uğrunda ölümdür. Ən şərəfsiz həyat isə vətən torpaqlarının yağı tapdağında olduğunu görərək, onunla barışaraq yaşamaqdır. Şərəf bu səbəbdən həyatdan uca və qiymətlidir. Nə qədər ki, Qarabağ yağı tapdağı altındadır bizim heç birimizin həyatı uca və qiymətli ola bilməz. Onu uca və qiymətli etmək üçün bizim nəslin itirdiklərini bizim nəsil qaytarmalıdır. Qarabağı qaytara bilməsək, idman, bilik, texnologiya, iqtisadiyyat, mədəniyyət meydanlarında nə qədər uğur qazansaq da, aşağılıq kompleksinin bizi təqib etməsindən uzun illər yaxa qurtara bilməyəcəyik. İnkişaf edəcəyik də, amma içimizdə niskil...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]