Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Aztəminatlı əhaliyə xidmət məqsədilə 16 regional hüquqi məsləhət xidməti mərkəzi yaradılıb

Aztəminatlı əhaliyə xidmət məqsədilə 16 regional hüquqi məsləhət xidməti mərkəzi yaradılıb
Bölmə :
KİVDF
Yayım tarixi :
26/2/2013 [10:58]
Baxılıb :
2069 dəfə
Mərkəzlərə zəruri biliyə malik hüquqşünaslar cəlb edilib, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunub

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:

Maddə 11. Risk vəziyyətləri və fövqəladə humanitar vəziyyətlər

Bu maddə üzv ölkələrdən silahlı toqquşmalar, humanitar və ya təbii fəlakətlər kimi riskli vəziyyətlərdə əlilliyi olan şəxslərin təhlükəsizliyinin qorunmasını tələb edir.  

Üzv ölkələr bu cür şəxslərin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər, o cümlədən əlilliyi olan şəxslərin milli fövqəladə hallar protokollarına daxil edilməsi istiqamətində görülən işlərə dair məlumat təqdim etməlidir.

Üzv ölkələr humanitar fəlakətlər ilə üzləşən əlilliyi olan şəxslərin humanitar yardımdan istifadə etməsinin və xüsusilə də, əlilliyi olan şəxslərin müvəqqəti sığınacaqlarda və qaçqın düşərgələrində mövcud olan gigiyena və sanitar obyektlərinə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair məlumat təqdim etməlidir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əsasnaməsinə müvafiq olaraq, nazirlik əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işlərini həyata keçirir. Fövqəladə hallar baş vermiş rayonlardan əhalinin təxliyə olunması, onlara təcili tibbi xidmətin və humanitar yardımların göstərilməsi prioritet təşkil edir.

Maddə 12. Qanun qarşısında bərabərlik

Üzv ölkələr aşağıdakılara dair məlumatlar təqdim etməlidirlər: 

”¢ Əlilliyi olan şəxslərin digər insanlar ilə bərabər səviyyədə həyatın bütün sahələrində hüququ statusa malik olmalarının təmin edilməsi, xüsusilə də, əlilliyi olan şəxslərin vətəndaş kimi fiziki və əqli tamlığının, cəmiyyətdə iştirakının, mülkiyyətə malik olması və miras almasının, özünün maliyyə işlərinə nəzarət etməsinin, bank kreditlərinə, ipoteka kreditlərinə və digər maliyyə mənbələrinə çıxış imkanına malik olmasının və mülkiyyətdən məhrum edilməmək hüququnun təmin edilməsi istiqamətində üzv ölkə tərəfindən həyata keçirilən tədbirlər
”¢ Əlilliyə görə tam hüquqi potensialı məhdudlaşdıran qanunvericilik aktının mövcud olub-olmadığı, eləcə də, konvensiyanın 12-ci maddəsi ilə uyğunluğun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Hüquqi potensialından istifadə etməsi və maliyyə işlərinə nəzarət etməsi istiqamətində əlilliyi olan şəxslərə göstərilən yardım
”¢ Dəstəklənən qərar-qəbulu modellərindən sui-istifadə hallarının qarşısının alınması
”¢ Əlilliyi olan bütün şəxslərin qanun qarşısında bərabər səviyyədə qəbul edilməsi istiqamətində məlumatlandırma və maarifləndirmə tədbirləri

Ölkə Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində əhaliyə, xüsusilə onun aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardımın göstərilməsi və onların maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə 16 regional hüquqi məsləhət xidmətləri mərkəzlərinin yaradılması təmin edilmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin, lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir, o, hüquq qabiliyyətindən məhrum edilə bilməz.

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Bu şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır, üzərilərində müəyyənləşdirilmiş qəyyumluq isə məhkəmə qərarına əsasən ləğv edilir. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 54-cü maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının öz vəsaiti hesabına, o cümlədən, payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların daimi mülkiyyəti olaraq geri alına bilməz və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq bu təşkilatların təkliflərinə əsasən bölüşdürülür.

Maddə 13. Ədalət məhkəməsinin təmin olunması

Bu maddə əlilliyi olan şəxslərin məhkəmə işlərindən təcrid edilmədən digər şəxslər ilə bərabər səviyyədə məhkəmə sisteminə çıxış imkanını təsbit edir.

Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidir:  

”¢ Əlilliyi olan bütün şəxslərin hüquqi proseslərin bütün səviyyələrində, o cümlədən, istintaq və digər ilkin mərhələlərdə məhkəməyə çıxış imkanının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər
”¢ Ədliyyə və penitensiar sistemdə çalışan əməkdaşların əlilliyi olan şəxslərin hüquqları ilə bağlı səmərəli şəkildə təlim keçməsinin təmin edilməsi
”¢ Hansı rolda olmalarından asılı olmayaraq (zərərçəkmiş, qanun pozucusu, şahid və ya hakim) bütün növ əlilliyi olan şəxslərin məhkəmə sistemində səmərəli şəkildə iştirakını təmin edən müvafiq bazanın, o cümlədən qanunverici çərçivənin mövcud olması
”¢ Əlilliyi olan uşaqların və gənclərin səmərəli iştirakını təmin etmək üçün yaşla bağlı çərçivə

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinə əlavə təminatların müəyyən olunmasını nəzərdə tutan yeni qanunvericilik layihələri hazırlanmış və Avropa Şurasında ekspertizadan keçirildikdən sonra qəbul olunmuşdur. Bununla da, “Məhkəmələr və hakimlər haqqında” Qanun əsaslı şəkildə yeniləşmiş, “Məhkəmə-Hüquq Şurası haqqında” isə xüsusi Qanun qəbul edilmişdir. İlk dəfə olaraq qanunvericilikdə hakimlərin müddətsiz təyinatı, onların fəaliyyətlərinin qiymətləndirilməsi qaydası təsbit edilmişdir.

Yeni təsisat - məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası formalaşdırılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın müstəsna səlahiyyətinə aid edilmişdir. Hakimliyə namizədlərin seçiminin ən mütərəqqi qaydaları hazırlanmış və Avropa Şurasında ekspertizadan keçirildikdən sonra Məhkəmə-Hüquq Şurası tərəfindən qəbul olunmuş, müstəqil qurum - Hakimlərin Seçki Komitəsinin fəaliyyəti təmin edilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən məhkəmə sisteminin müasirləşdirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı 2006-cı ildə imzalanmış Fərmanlar ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsində və inkişafında yeni mərhələ olmuşdur. Həmin Fərmanlara müvafiq olaraq yeni məhkəmələr, o cümlədən, regional apellyasiya və iqtisad məhkəmələri yaradılmışdır. Bu məhkəmələrin yaradılması ilə əhalinin məhkəmələrə müraciət imkanları asanlaşmış, yeni məhkəmələrin fəaliyyət göstərdiyi bölgələrin sosial-iqtisadi inkişafı sürətlənmiş, bölgələrdə hüquqi yardım yaxşılaşmış, vəkillik xidməti üçün stimul yaranmışdır.

Xüsusi qeyd olunmalıdır ki, Dünya Bankı ilə birgə icra olunan “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsinə uyğun olaraq müasir məhkəmə infrastrukturunun yaradılması üzrə məqsədyönlü işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində əlillərin ədalət mühakiməsinə müraciət etmək imkanlarının artırılması, o cümlədən, məhkəmə binalarına daxil olması, məhkəmə prosesində tam həcmdə iştirak etməsi üçün əlverişli şərait yaradılır. 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Məcəllənin 153.2.10-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşları tutulmuş şəxslə davranışda onun şəxsiyyətini və ləyaqətini alçaltmamalı, xəstələrə və əlillərə xüsusi diqqət yetirməlidirlər. Məcəllənin 229-cu maddəsinə əsasən lal, kar və ya kor şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir. Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Lal, kar, kor və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi iştirak edə bilər. Şahidin fiziki qüsurları üzündən dindirmə protokolunu imzalaması mümkün olmadıqda, müstəntiq bu halları protokolda əks etdirir və onu öz imzası ilə təsdiq edir. Lal, kar, kor və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi Məcəllənin 229-cu maddəsində nəzərdə tutulmuş qaydada aparılmalıdır.

Bununla yanaşı, penitensiar müəssisələrin işçi heyətinin peşəkarlığının artırılması məqsədilə Penitensiar xidmətin Təlim mərkəzində tədris olunan "İnsan hüquqları" fənninə iki akademik saat həcmində BMT-nin "Əlillərin hüquqları haqqında" Konvensiyanın müddəaları daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]