Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanın Rusiyanın aqressiyasına uğrayacağını düşünmürəm”

“Azərbaycanın Rusiyanın aqressiyasına uğrayacağını düşünmürəm”
Bölmə :
KİVDF
Yayım tarixi :
2/4/2016 [13:19]
Baxılıb :
1899 dəfə
Qorxmaz İbrahimli: “Dövlətimiz NATO ilə əməkdaşlıq etsə də, bu təşkilata üzvlük üçün heç zaman canfəşanlıq etmədi, tərəf seçmək iddiasında bulunmadı, indi də eyni siyasi kurs davam edir”

(Əvvəli ötən sayımızda)

Cənubi Qafqazın geosiyasi rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir.  Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində öz əlverişli geosiyasi mövqeyinə görə xüsusi dəyərə malikdir.
Cənubi Qafqazda baş verən dəyişikliklər, yeni geosiyasi amillər regionun aparıcı dövləti hesab olunan Azərbaycan Respublikasından da yan keçmir. Azərbaycan həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkandır. Cənubi Qafqazda həyata keçirilən transmilli layihələr və burada Azərbaycanın əsas söz sahiblərindən biri olması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda onun nüfuzunun daha da yüksəlməsində önəmli rol oynayır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur.

Bu və digər mövzular ətrafında, Xalq Hərəkatının əsas simalarından olmuş, tanınmış ictimai-siyasi xadim, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlinin "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Azərbaycan Prezidentinin Vaşinqtonda keçirilən Qlobal Təhlükəsizlik Sammitinə dəvət alması da ekspertlərin diqqətini çəkib. Və bu ərəfədə Azərbaycanda genişmiqyaslı əfv sərəncamının imzalanması, bəzi hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan xeyli sayda insanın azadlığa çıxması da təsadüfi hesab olunmur. Qısası, bütün bunlar, xüsusilə İlham Əliyevin Vaşinqton səfəri, bir müddət öncəyədək soyuqlaşan Azərbaycan-ABŞ münasibətlərinə yeni nəfəs verə bilərmi?

- Hesab edirəm ki, bu səfər ərəfəsində bir çox məhbusların azad olunması doğru addım oldu. Yaxşı olar, digərləri də tezliklə azadlığına qovuşsunlar. Məncə, günümüzdə siyasi baxışlarına görə insanların həbsə atılması heç də doğru hal deyil. İnkivizisiya məhkəmələrindən imtina etmiş Avropa bu gün insan hüquq və azadlıqlarını ən üst səviyyəyə çıxarıb. İnsanlar siyasi yön  və baxışlarına görə deyil, əməllərinə görə, törətdikləri cinayətə görə məsuliyyətə cəlb olunmalıdırlar. Güman edirəm ki, bizim ölkəmiz də yavaş - yavaş islahatlar yolu ilə demokratiya və insan haqq və hüquqlarının qorunmasında əvvəlki illərin təcrübəsindən imtina edəcəkdir. 

Təbii ki, İlham Əliyevin ABŞ-a səfərinin əhəmiyyəti çoxdur. Bu dövlət supergüc olmaqla yanaşı, həm də dünyada demokratiyanın və insan haqlarının qorunmasında xüsusi rola malikdir. Bir qrup insanın həbsə atılması ilə Azərbaycanın belə bir dövlətlə dost olmalı olan münasibətini soyutmaq doğru deyildir. Və düşünürəm, Prezidentimizin Vaşinqtona səfərinin və üst səviyyədə rəsmi görüşünün ölkəmizə yalnız faydası ola bilər.

Fikrimcə, İlham Əliyevin ABŞ-dan dönüşündən sonra da bir çox islahatlara şahidlik edə bilərik. Məsələn, xarici sərmayənin, xüsusən də Amerika sərmayəsinin ölkəmizə axışının bərpa edilməsinə ehtiyacımız var. Bunun üçünsə, qanunlarımızda islahata ehtiyac var. Məhkəmə hüquq sistemimizdə və sairdə islahata ehtiyacımız var. Bunlar isə yalnız inkişafımıza səbəb ola bilər. Prezidentimizin ABŞ görüşlərinin  həm bu sahələrdə canlanmaya, həm də dediyiniz soyuq münasibətlərin isinməsinə əhəmiyyətli təsiri olacağına inanıram. Bundansa, millətimiz və dövlətimiz qazanacaqdır.

- Digər tərəfdən, Azərbaycan-Qərb münasibətləri yeni mərhələyə qədəm qoyar və bu yöndə sıx yaxınlaşmalar yaşanarsa, buna Qərblə düşmənçilik həddində olan şimal qonşumuzun reaksiyası necə olar? Bizim üçün hansısa təhdid hiss edirsinizmi?

- Hesab etmirəm ki, Qərblə münasibətlərini daha da dərinləşdirmək istəyən dövlətimiz, hər hansı bir şimal və ya digər qonşuya və reaksiyasına baxıb hərəkət etməlidir. Birincisi, Rusiya ilə hansı münasibətlərdə olmasından asılı olmayaraq, ayrı-ayrı böyük dövlətlər heç zaman Moskvaya düşmən olmadı. Eləcə də Rusiya bu kimi dövlətlərlə körpüləri yandırmadı. Fransa, Almaniya ilə, habelə hazırda ABŞ-la başlayan danışıqlar da buna örnək ola bilər.

İkincisi isə, Azərbaycan Qərblə və beynəlxalq institutlarla demokratiyanın inkişafı istiqamətində nə qədər sıx münasibətdə olsa, bunun ölkəmizə münasibət baxımından böyük əhəmiyyəti olardı. Və heç bir qonşu bizi təhdid edə bilməzdi. Qonşumuzun daha çox qı-cıq olduğu şey NATO-ya üzv olmağa can atmaqdır. Bilirsiniz ki, istər 2008-ci ildə Gürcüstanın, ardından da Ukraynanın cəzalandırılması daha çox NATO xofundan qaynaqlanırdı. Azərbaycan isə NATO ilə əməkdaşlıq etsə də, bu təşkilata üzvlük üçün heç zaman canfəşanlıq etmədi, tərəf seçmək iddiasında bulunmadı. İndi də eyni siyasi kurs davam edir. Bu baxımdan, Azərbaycanın digər qonşuları kimi Rusiyanın aqressiyasına uğrayacağını, təcavüzə məruz qalacağını iddia edənlərin mövqelərini bölüşmürəm. O ki qaldı Moskvanın əsas problemimizə yanaşmasına, şimal qonşumuz bizi Qarabağ problemi ilə elə bir sıxıntıya salıb ki, yaxın illərdə ikinci təhdid aramalarına ciddi bir "ehtiyacları" olduğunu düşünmürəm.

- Və nəhayət, bütün çabalara, manevrlərə, diplomatik səylərə baxmayaraq, 2015-ci il də Dağlıq Qarabağ probleminin həlli baxımından uğursuz dönəm kimi tarixə düşdü. Sözügedən məsələ ilə bağlı bundan sonrası haqda düşüncələriniz nədən ibarətdir?

- 2015-ci il bəlkə də Qarabağ probleminin həll olunacağına ümüdlərin heç olmadığı bir il kimi yadda qaldı. Azərbaycan dövləti artıq iki onilliyi Qarabağsız keçirdiyi kimi, bir müddət də belə davam etməli olacaqdır. Bu problemin birinci həlli yuxarıda qeyd etdiyimiz dövlətin imperiya olması ilə əlaqədardır ki, bu dövlətin ambisiyaları bitməyincə, eyni sıxıntıları yaşayacağımız da şübhəsizdir. Qonşu dövlətlərdə bu kimi münaqişə ocaqlarını, yalnız o ocaqları körükləyən dövlətin əlindəki odu söndürməklə basdırmaq olar. 

Azərbaycan dövləti isə həm layiqli vətəndaşlar yetirməklə, həm də islahatlar aparmaqla inkişaf etməlidir. Ən azından qiyamçı erməni vətəndaşlarımız birinci növbədə həyatlarına bir təhlükənin olmadı-ğını və hüquqlarının qorunacağını  anlamalıdırlar. Aparılan və davam etdiriləcək islahatlar qiyamçıların ram olmasında böyük rol oynamalıdır. Onlar anlamalıdırlar ki, təcrid olunmaqla bir şeyə nail ola bilməyəcəklər. Ermənistan dövləti davamlı olaraq onları saxlaya bilməyəcəkdir. Rusiya iqtisadi dəstək verməsə, Ermənistan öz vətəndaşlarını belə normal təmin edə bilmir. 
Demək istəyirəm ki, biz hərbi qüdrətimizi artırmaq cəhdimizə paralel olaraq, daha çox informasiya texnologiyalarından faydalanmalıyıq. Xüsusən TV-lər və elektron KİV-lərlə profesionallar məşğul olmalıdırlar. Hərbə, savaşa nə qədər hazır olsaq, yaxşıdır. Cəlbedici layihələrlə erməni vətəndaşlarımızı daha çox inandırmalıyıq.

Qeyd: Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı mərhələsi Xankəndi (Sovet dövründə Stepanakert) və Ermənistanda azərbaycanlılara qarşı 1987-ci ilin sonunda azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə nəti-cələnən hücumlarla başlandı.

Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal olunmuş, ölkə daxilində təxminən hər 8 nəfərdən biri köçkün və ya qaçqına çevrilmiş, 20.000 insan həlak olmuş, 50 000 nəfər yaralanmış və ya əlil olmuş və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşmüşdür. Azərbaycan Respublikasına qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurmuşdur. İşğal olunmuş ərazilərdə 871 yaşayış məskəni, o cümlədən 11 şəhər, 12 qəsəbə, 848 kənd, yüzlərlə xəstəxana və tibbi avadanlıq yandırılmış və ya yararsız hala salınmışdır. Yüz minlərlə bina və mənzil, minlərlə ictimai və tibbi bina dağıdılmış və ya qarət edilmişdir. Yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli əlyazma yandırılmış və ya məhv edilmişdir. Bir neçə dövlət teatrı, yüzlərlə klub və çoxlu sayda musiqi məktəbi məhv edilmişdir. Minlərlə emal, kənd təsərrüfatı və başqa tipli fabrik və zavod talan edilmişdir. Yüzlərlə kilometr uzunluğunda suvarma sistemi tamamilə dağıdılmışdır. Yüz minlərlə qoyun və minlərlə mal-qara sürüsü işğal edilmiş ərazilərdən Ermənistana aparılmışdır. Azərbaycan otlaqlarının 70%-i işğal olunmuş ərazilərdə qalmışdır. Bölgə infrastrukturu, o cümlədən yüzlərlə körpü, yüzlərlə kilometr yol, minlərlə kilometr su və qaz kəməri və çoxlu sayda qaz paylama məntəqəsi dağıdılmışdır. Azərbaycana qarşı müharibə həm işğal edilmiş ərazilərdə, həm də Ermənistanda Azərbaycanın mədəni irsinə ciddi ziyan vurmuşdur.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]