Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Magistratura pilləsi bizə lazımdırmı?

Bölmə :
Köşə
Yazar :
Nemət Məmmədli
Təqdimat :
Lütfi-Zadə adına BMEA-nın həqiqi üzvü
Yayım tarixi :
1/4/2016 [00:07]
Baxılıb :
2926 dəfə

Axır  vaxtlar  yazdığım  yazılar  dostlarımın  xoşuna  gəlir.  Deyirlər şirindir, axıcıdır, maraqlıdır və cəlbedicidir. Mən də deyirəm, mənimki yazmaq deyil,sadəcə söhbətləşməkdir. Söz-sözə bağlıdır, hər sözün də arxasınca növbələşən hadisələr. Mən sizinlə söhbətlərimi gecələr, yerimin içində muncuq düzən kimi düzürəm. Səhər duranda səliqə ilə yığılmış düzümün yalnız ayrı-ayrı fraqmentləri qalır. İstəyirəm gecə apardığım söhbəti olduğu kimi canlandırım, olmur. Çünki bayaq dediyim söz ardıcıllığında sıçrayıb qabağa çıxmaq istəyən, özünü vacib sayan sözlər işləri korlayır. İndicə, masanın arxasına keçəndə fikrim var idi ki,  son günlər gündəmdə olan "Magistratura təhsili bizə lazımdırmı?" sualına cavab verəm, olmadı, fikrimdə başqa bir məqam canlandı, yaxşı da oldu. Fikir verin, mən BDU-da düz 50 il müəllim işləyib  2014-cü ilin sentyabrın 4-də öz ərizəmlə təqaüdə çıxmışam. Həqiqi mənada canım dincəlib. Təqaüdə çıxmaq nə böyük xoşbəxtlik imiş. Bütün dünyada (demək olar ki) 25 il qulluq edəni yaşından asılı olmayaraq, təqaüdə çıxarıb bizim aldığımız məvacibdən bir neçə dəfə çox pul verirlər. Ona görə də xaricdə işləyənlərin yeganə arzusu təqaüdə çıxıb, dünya səyahətinə başlamaqdır. Hələ SSRİ dünyaya meydan oxuduğu zaman biz Leninqradda aspirant olanda xaricdən gələn turistlərin əksəriyyətinin yaşlılar olduğunu görürdük. Bizim qocaların dərdinə acıyırdıq. Bizim millət nə o zaman, nə də indi istirahət nədir bilmir. Biz o dünyaya da deyəsən, işləməyə gedirik. 

Təqaüdə çıxmağın yaş həddi Dünya Səhiyyə Təşkilatı tərəfindən elmi araşdırmalarla, statistik rəqəmləri tutuşduraraq təsis edilmişdir. Yaşlı adamdan dəyərli məsləhət almaq olar, lakin gündə 8 saat ardıcıl iş tələb etmək olmaz! Bu, müsəlmançılıqda günah, beynəlxalq anlamda hüquq pozuntusu sayılır. Bütün bunlar oturuşmuş, həqiqi demokratik, dünyəvi dövlətçilik prinsiplərilə işləyən ölkələrə aiddir. Biz yolun başlanğıcındayıq. Dövlətçiliyimizin təməl daşları sayılan əsas dayaqların bir neçəsi yerində olmayanda, dövlətçilik sarsılır. Xırda sarsıntılar belə son nəticədə, tarixi mərhələlərdə özünü biruzə verir. Mənim ömrüm təhsil-tədris sistemində keçmişdir. Tələbə vaxtı bizim xaricdə və Sankt Peterburqda, Moskvada və s. təhsil almış müəllimlərimiz var idi. Elmi şuralarda, prinsipial məsələlərin həllində çox sərt mübahisələr edirdilər. Mənə elə gəlirdi ki, bunlar daha barışa bilməzlər, sabah necə üz-üzə gələcəklər? Heç bir saat keçməmiş onları yeməkxanada, çay masasının arxasında şaqqanaq çəkib gülən, zarafatlaşan görürdüm. 

Bir dəfə hamımızın sevimlisi, professor Qafar Əfəndiyevlə, AMEA-nın müxbir üzvü Abdulla Muxtarov arasında dərs bölgüsü üstündə bərk mübahisədən sonra dəhlizdə onların şirin-şirin söhbətləşdiklərini gördüm. Aşağıya düşəndə (bizim dekanlıq III mərtəbədə, kafedramız I mərtəbədə yerləşir) kafedranın qarşısında Qafar müəllimi görüb dedim: "Ay Qafar müəllim, o nə dava, bu nə mehribançılıqdır?" Dedi: "Elmi şuradakı mübahisənin ömrü şura qurtaranda bitir. O mübahisənin bizim dostluğumuza qəti dəxli yoxdur. Biz belə tərbiyə almışıq. Yəni təhsildə bütün hadisələrin mərkəzində keyfiyyətli tədris durmalıdır. Yaxşı tədris etmək üçün nə lazımdırsa, o hamı üçün qanun olmalıdır. Ən birinci parametr isə müəllimin savadıdır..."

Respublikamızda ictimaiyyət tərəfindən qəbul olunan və müsbət şəxsiyyət kimi tanınan professor Əjdər Ağayev müsahibələrin birində "Məktəb direktorları biznesi də bilsələr, pis olmaz, tək yaxşı tədrislə iş olmaz"-dedi. Bəlkə də deyilən sözlər tam dəqiqliyilə yadımda qalmayıb, lakin Əjdər müəllimin dedikləri məni açmadı, ondan gözləmirdim. 

Əzizim Əjdər müəllim! Bu sözləri hər hansı biznesmen desə, anlamaq olar. Lakin Sizin belə deməkdə haqqınız yoxdur. Siz bütün ömrünüzü təhsilə vermisiniz. Məktəb direktorları həmin məktəbin ən ağıllı, ən qabiliyyətli və ən savadlı müəllimi olmalıdır. Pedaqoji şuranı aparan direktor bütün müəllimlərin səviyyəsini bilməli və hər bir müəllimi savadına görə dəyərləndirməlidir. Son vaxtlar biz bu prinsipdən yayındığımıza görə məktəblər faktiki olaraq dağılır. Çünki direktorlar tədrislə məşğul olmurlar, bütün işləri tədris işləri üzrə müavinlərə tapşırırlar. İnsanların xisləti elədir ki, onlar özgənin işini öz işi kimi aparmırlar. Nəticədə təhsil geriləyir. Əlavə söz-söhbətlər və xoşagəlməz hadisələr baş verir. Müəllimlər yarıtmaz işləyən direktorları və onların yarımçıq müavinlərini görüb işdən soyuyurlar. Çünki belə mühitdə haqq tapdanır. Ölkədə və Bakıda keçmiş qanunlarla (yəni dədə-baba qaydaları ilə) işləyən məktəblər var. Lakin onların sayı gündən-günə azalır. Bu da həm də televiziya kanallarının canfəşanlığının hesabınadır. Onlar xırda qüsurlarla yerində mübarizə aparmaqdansa, qüsuru şişirdib car çəkirlər, "bəs ay aman, qoymayın, aləm dağıldı." Xeyr, dağılmadı. Təhsil sahəsi çox böyük orqanizmdir və orada çoxlu mikroblar da ola bilər. Prinsipial məsələləri, xüsusilə də idarəetmədəki qüsurları məhz dönməz və prinsipial həll etmək lazımdır. 

2014-cü ilin yaz sessiyasında Milli Məclisdə qadın millət vəkillərindən biri dedi ki, Türkiyədə universitetlərin çoxunda fizika-riyaziyyat fakültələrini bağlayıblar. Biz də balaca ölkəyik, nəyimizə lazımdır. Elə tarixlə ədəbiyyatı keçsək bəsdir. Digər tərəfdən, bu elmləri inkişaf etdirməyə böyük maliyyə vəsaitləri lazımdır, gəlin biz də ləğv edək. Ömrünün 50 ilini təhsilə həsr edən bir adam kimi deyə bilərəm ki, yəqin o adamın övladı oxuyan deyil və o öz uşağına çarə axtarır. Bax, belə-belə işlər. İndi çox adam Türkiyə modelindən danışır. Türkiyə böyük ölkədir, biz onların yerişini yeriyə bilmərik. Mən Türkiyədə konfranslarda olmuşam, bizim elmimiz heç də onlarınkından geri qalan deyil. Onların əksər universitetlərində aparıcı alimlər bizimkilərdir. Bu boyda potensialı əldən vermək nankorluqdur. Dərs prosesində yaranan etinasızlıq, şuluqluq söz-söhbətdən yaranır, fundamental elmlər tədrisin atmosferini nizamlayır. Mənim tələbələrim bilirlər, oxumayan uşaqlara zarafatla deyərdim: "Gedib oturacam prezidentin qabağında, deyəcəm ki, bir qanun versin, uşaq dünyaya gələndə doğum şəhadətnaməsilə birlikdə bütün qızlara tibb universitetinin, oğlanlara isə BDU-nun hüquq fakültəsinin diplomunu versinlər. Bu, valideynlərdə böyük arxayınçılıq yaradar və uşaqlar öz seçimləri ilə istədikləri istiqamətdə təhsil alarlar."

İndi keçək mətləbə:
Bir də görürsən, söhbətin şirin yerində ANS telekanalının "Beşbarmaq" verilişində lapdan maraqlı və qıcıqlandırıcı bir sual çıxır meydana: "Bizə təhsilin magistratura pilləsi lazımdırmı?" Adam çaşır. Məgər insan istədiyi vaxt, istədiyi yerdə, istədiyi sualı verə bilərmi? Ya da istədiyi vaxt, istədiyi sözü danışa bilərmi? Əlbəttə yox! Tədrisin mərhələləri uzun müddətə ixtisasçı alimlərin və mütəxəssislərin birgə rəyi,səyi və əsaslandırmaları ilə həyata keçirilmişdir.Biz də dünyanın ayrılmaz bir hissəsiyik, uzun müddət bizim təhsil sistemimiz Avropanın təhsil sistemindən fərqli müstəvidə inkişaf edirdi. Hər iki sistemin müsbət və mənfi çalarları var. Bütün bunların incəliklərinə qəzet məqaləsində varmaq bir o qədər də asan iş deyil. Lakin hamı bilməlidir ki, təhsil sistemi və ya onun ayrı-ayrı hissələrinin inkişafında əsas məsələ onun kimlərə tapşırılmasındadır. Təhsili fikri-xəyalı şəxsi mənfəətdə olan fərdlərə tapşırmaq olmaz. Bütün dünyada, xüsusilə də Şərqdə müəllimin nüfuzu ən yüksək səviyyədə tutulur. Bu haqda çox yazılıb,çox deyilib. Təkrar etmək istəmirəm. Müəllimin şəxsiyyətini tələbənin ayaqları altına atmaq isə cinayətdir. Çünki tələbəlik müvəqqəti, müəllimlik isə əbədidir. Tələbəlik keçiddir. Tələbə olurlar müəyyən mərhələyə çatmaq üçün. Müəllimlik isə, xüsusilə də həqiqi müəllimlik, millətin sifətidir. İctimai mənfəəti dəyərləndirə bilməyənlər müəllimə olan münasibətdə çaşırlar. Bax, belə adamları təhsilin başına qoymaq olmaz. Sinifdə hansı uşaqların müəllimdən xoşu gəlmir? Dərsini bilməyənlərin, oxumaq istəməyənlərin. Oxumaq istəməyəni zorla oxudanda axırı fəlakətlə qurtarar. Çünki həmin oxumayanın valideynləri və ya himayədarları dəridən-qabıqdan çıxıb ona istənilən diplomu alacaqlar. Həmin oxumayan bir müddətdən sonra harada olacağından asılı olmayaraq, müdir təyin ediləndə ağıllı adamlardan zəhləsi gedəcək. Əgər işdir, birdən beləsi icra başçısı olsa, batdı o rayon. Xalq düşəcək qırx arşınlıq quyunun dibinə.

Bir neçə il əvvəl qəzetlərdə belə bir məlumat yer almışdı ki, guya Təhsil nazirliyinin araşdırmalarına görə respublika üzrə məlum məktəb direktorlarının içində xeyli ali məktəb diplomu olmayanlar və hətta bir neçə nəfər kamal attestatı olmayan da var imiş. İndi həmin məktəblərin vəziyyətini təsəvvür edin. Yəni belə çıxır ki, ferma müdiri ilə məktəb direktoru arasında elə də böyük fərq yoxmuş. Bəli, belə mühitdən çıxanlar belə məsələ qaldıra bilərlər: "Bəs Azərbaycana magistratura pilləsi lazımdır, ya yox?"

Ömründə bir saat da dərs deməmiş adamı təhsil sisteminə gətirmək yolverilməzdir. 1000-2000 şagirdi, 150-200 müəllimi olan müəssisədə elə xoşagəlməz hadisələr baş verə bilər ki, o ləkəni heç vaxt yuyub təmizləyə bilmərik. Ya da ki, filankəsdir, qoy qızı məktəb direktoru olsun, oğlu Təhsil nazirliyində aparıcı vəzifə tutsun. Kimsə  kiminləsə dostdursa və uşağına hörmət etmək istəyirsə, qoy ona bir dəlləkxana və ya yeməkxana bağışlasın, daha məktəb yox! Məktəblə zarafat etmək olmaz, ayıbdır! 

BDU-nun müxtəlif ölçülü auditoriyalarında tez-tez "İndiyə kimi tələbələr özlərini müəllimlərə tapşırdırdılar, indi mən elə edəcəm ki, müəllimlər özlərini tələbələrə tapşırdacaqlar" kəlamı eşidilirdi. Çox güclü kəlamdır! Tədris prosesində demək olar ki, yeni bir səhifədir. Yəni uzun illər müəllimlərə olan münasibəti tam əhatə edirdi. Bir dəfə də Rəsul Quliyev Milli Məclisin spikeri olanda millət vəkillərindən kimsə ona müəllimlərin məvacibinin az olduğunu xatırladanda o, demişdi: "Siz müəllimlərin fikrini çəkməyin, onlar dolanmağın çəmini yaxşı bilirlər." Anası ölsün müəllimlərin. Yazıqlar. Bu həmin o müəllimlərdir ki, onların ayaqları altında hökmdarları dəfn edirdilər. O müəllimlərdir ki, min illərdir insan nəsilləri yetişdirirlər. İnsan qəlbinin memarları adlandırılırlar. Yaxşı deyirlər: "Çörəyi verin çörəkçiyə, birini də üstəlik." Heyf! Çörək də tapdandı, çörəkçi də. Heyf səndən pak və müqəddəs müəllimlər sülaləsi. 

 Dünyada gedən qlobal proseslər, hazırda cəmiyyətin inkişaf tendensiyaları bütövlükdə təhsilin problemlərinə, birinci növbədə isə onun keyfiyyətinə, o cümlədən idarə olunmağına daha qayğılı münasibət tələb edir.

Xüsusilə, yenicə müstəqillik qazanmış, qanunları hələ oturuşmamış ölkələrdə, mənə görə məhz bizdə təhsil problemləri "qonşu getdi, mən qaldım" prinsipi ilə deyil, xüsusi qayğı ilə və ləyaqətlə yerinə yetirilməlidir.

Prezidentin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir. Sənəddə müasir dövrün təhsil fəlsəfəsinin ideyalarına əsaslanmış 5 strateji istiqamət öz əksini tapmışdır. Sözsüz ki, sərəncam vacibdir və məqsədəuyğundur. Lakin ayrı-ayrı bəndlər və onların tərkib hissələri, xüsusilə də yeni qəbul edilmiş terminalogiya əvvəlki proqram sənədlərindəkilərdən fərqli stildə yazılmışdır.

Kimlərinsə arzusu ilə müəllim-təhsilverən, tələbə-təhsilalan kimi təqdim edilmişdir. Hər iki termin bir müddətdən sonra dəfələrlə təkrarlandıqca sadələşib, verən və alanla əvəz olunacaq. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun termin generatorları bilməliydilər ki, illərlə müəllimlərin az əmək haqqı almalarına haqq qazandırmaq üçün onlara rüşvət alan, tələbələrə isə verən adı qoyulmuşdu. İndiki yeni terminologiyada sadəcə olaraq alanla verənin yeri dəyişib, yəni funksiyalar dəyişib.

Digər tərəfdən, ikinci strateji istiqamətdə (olduğu kimi verirəm) deyilir: 2) "Təhsil alanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsil verənlərin formalaşdırılması."  Müəllimlərə olan indiki münasibətlə bu tələbi onların qarşısında qoymaq olarmı? Əgər sərəncamın altında möhtərəm Prezidentimizin imzası olmasaydı, 5 strateji istiqamətin hər birinə xüsusi məqalə həsr edərdim. Çünki bütün istiqamətlərin təfsirə ehtiyacı var. Yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması tələbi işlərin yarıtmaz getməsindən, bir də son zamanlar rövnəqlənmiş repetisiya aludəçiliyindən gəlir. Repetisiyaya öyrənmiş uşaqlar müstəqil məşğul olmaq qabiliyyətini itirirlər. Mən qohum-əqrəbada uşaq tanıyıram ki, saatlarla gözləyib deyir ki, müəllim yanına getməliyəm. Deyirəm, gündə 2 saat yola itirirsən, 2 saat da gözləyirsən. Faydalı iş əmsalın sıfıra enir. Deyir: "Tək oxuya bilmirəm, başıma girmir." Bax, budur gələcək asılılığın səbəbi. Belə uşaqlar heç vaxt müstəqil qərar qəbul edə bilməzlər. Bu, yarımadam olmaq deməkdir. Tarix boyu repetisiya ilə uşaqlara çox-çox təkrar etməklə mahnı oxumaq, çalmaq və s. öyrədiblər. Ya da sirkdə heyvanlara repetisiya yolu ilə çox şey və hətta ayılara velosiped sürməyi öyrədiblər. Düşüncəsi, zehni, yaddaşı olan əlbəttə, müəllimin köməyilə özü oxuyub öyrənməlidir. Məsələn, Faradeylə Amperin heç müəllimləri də olmayıb. Özləri müstəqil oxuyub öyrəniblər və dünya şöhrətli alimlər olublar. Hər ikisinin fizikanın elektrik bəhsinə aid adları ilə bağlı qanunları var.

Yenidən qayıdaq əsas məsələyə. Ali təhsilin birinci pilləsi sayılan bakalavr pilləsi tam ali təhsil deməkdir. Bu pilləni bitirənlər ali savadlı mütəxəssis hesab olunurlar. Magistraturanı bitirənlər isə birinci elmi dərəcəyə sahib olurlar. Onlar həm də dissertasiya işi yazır və bakalavrlara dərs demək hüququ qazanırlar. Magistratura olmasa, elmə gedən yol bağlanar. Ona görə də bizə magistratura lazımdır! AMEA-nın tərkib hissələri sayılan müxtəlif elmi-tədqiqat institutlarında əsasən magistrlar və elmlər doktorları işləməlidir. Yəni elmi-tədqiqat institutlarını işçisiz qoymaq olmaz. 

Magistraturanı bağlasaq gərək ali məktəbləri və AMEA-nı da bağlayaq. Bu təhsil və elm ocaqları Azərbaycan xalqının şərəfi və şöhrətidir! Biz onları sevə-sevə tənqid edirik. Hamımızın arzusu bu ocaqları daha da səviyyəli görməkdir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]