Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Fiziki qüsurlu insanlar üçün 3 bölgədə informasiya mərkəzləri yaradılıb

Fiziki qüsurlu insanlar üçün 3 bölgədə informasiya mərkəzləri yaradılıb
Bölmə :
KİVDF
Yayım tarixi :
23/2/2013 [02:12]
Baxılıb :
4050 dəfə
75 ədəd piyada keçidi əlillərin fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz edilib

Azərbaycanda dövlət qayğısına ehtiyacı olan vətəndaşlara, xüsusən əlillərə, əqli və fiziki qüsurlu uşaqlara, müstəqil həyat tərzi keçirə bilməyən insanlara yönəlik hansı tədbirlər həyata keçirilib? Dövlət bu və digər təbəqədən olan vətəndaşlarının yaşamaq, təhsil və sağlamlıq hüququnu, əmək və məşğulluq, fərdi hərəkət etmək şəraitini, mədəni və ictimai-siyai həyatda iştirak imkanlarını nə dərəcədə təmin edə bilib? Bu məqsədlə müraciət etdiyimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BMT-nin icrasına dair Azərbaycan Respublikasının ilk hesabatını əldə etdik. Beləliklə, 2011-ci ilin yanvarında tərtib olunmuş hesabatdan bəzi hissələri təqdim edirik:

Maddə 7. Əlil uşaqlar 

Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər:
”¢ Əlilliyi olan oğlan və qızlar ilə bağlı qərar qəbulu prosesini müəyyən edən prinsiplər
”¢ Əlilliyi olan oğlan və qızların onların həyatlarına təsir edən məsələlərə dair öz fikirlərini azad şəkildə bildirib-bildirməməsi və bu hüquqların həyata keçirilməsi üçün əlillik növünə və yaşına uyğun olaraq yardım ala bilib-bilməməsi
”¢ Əlilliyi olan oğlan və qızların vəziyyətləri arasında müvafiq fərqlər
”¢ Əlilliyi olan uşaqlara digər uşaqlar ilə eyni səviyyədə hüquq daşıyıcıları kimi baxılıb-baxılmadığı

19 may 1998-ci il tarixdə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Qanuna əsasən dövlət orqanları, bütün fiziki və hüq uqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 35-ci maddəsinə uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların növbədənkənar, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada tibbi, defektoloji və psixoloji yardım almaq hüququ vardır. Dövlət bu uşaqların sosial və psixoloji reabilitasiyasına, imkanlarına uyğun təhsil almalarına, peşə seçmələrinə, əməyə cəlb olunmalarına köməklik göstərir, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısını almaq üçün müvafiq tədbirlər görür.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq dövrü pensiya hüququ verən iş stajına daxil edilir və uşağa qulluq edÓ™n şÓ™xsÓ™ yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə ödÓ™nilir. Yetkinlik yaşına çatmayan şəxs postvaksinal fəsadla əlaqədar xəstəliyə tutulduqda ona qanunvericilikdə müəyyən edilən qaydada sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənədək onun valideynlərindən biri və ya qanuni nümayəndəsi fasiləsiz iş stajından asılı olmayaraq, orta əmək haqqının 100 faizi miqdarında əmək qabiliyyətinin itirilməsinə görə müavinət almaq hüququna malikdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu il Azərbaycan Respublikasında “Uşaq ili” elan edilmiş və bununla əlaqədar Tədbirlər Planı təsdiq olunmuşdur.
Maddə 8. Maarifləndirici-tərbiyəvi iş
Bu maddə əlilliyi olan şəxslərin müsbət imicinin formalaşdırılması üçün üzv ölkə tərəfindən səmərəli məlumatlandırma tədbirlərinin həyata keçirilməsi öhdəliyini müəyyən edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər:
”¢ Təhsil sistemi çərçivəsində ümumi cəmiyyətə istiqamətlənən ictimai məlumatlandırma tədbirləri və kütləvi informasiya vasitələri ilə həyata keçirilən tədbirlər
”¢ Əlilliyi olan şəxslərin və cəmiyyətin digər üzvlərinin konvensiya və burada əks olunan hüquqlara dair məlumatlandırılması istiqamətində həyata keçirilən tədbirlər
“Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, hüquqi maarifləndirmə işinin genişləndirilməsi və insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə insan hüquqlarının müxtəlif kateqoriyaları üzrə (mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar) əhalinin müxtəlif qrupları, o cümlədən, əlillər üçün hüquqi maarifləndirmə sahəsində müəllimlərin, məruzəçilərin, təlimatçıların hazırlanması məsələsi öz əksini tapmışdır. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiya Ədliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilmiş və mətbu nəşrlərində bu mövzu üzrə materiallar dərc olunmuşdur.

“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.12-ci və 13.5-ci maddəsində karlar və ya eşitmə qabiliyyəti zəif olan insanlar üçün təhsil, tədris və informasiya xarakterli verilişlər və ya proqramların yayımının nəzərdə tutulmasına dair müddəalar mövcuddur. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına uyğun olaraq, Milli Televiziya və Radio Şurası tərəfindən əlilliyi olan şəxslərin digər şəxslər ilə bərabər səviyyədə mədəni həyatda iştirak etməsi, yaradıcı, bədii və intellektual potensialının inkişaf etdirilməsi və ondan istifadə etməsi, eləcə də, istirahət, əyləncə və idman tədbirlərində iştirak etməsi hüququnun təmini ilə bağlı teleradio yayımlarına dair tövsiyələr verilir.
Maddə 9. İstifadə imkanları

Bu maddə əlilliyi olan şəxslərin mümkün qədər müstəqil yaşaması və həyatın bütün sahələrində fəal iştirak etməsi üçün üzv ölkələr tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsini müəyyən edir.
Üzv ölkələr aşağıdakı məsələlər üzrə məlumatlar təqdim etməlidirlər:
”¢ Konvensiyanın 9-cu maddəsinin 2 bölməsinin b-h bəndlərinə uyğun olaraq əlilliyi olan şəxslərin digər insanlar ilə bərabər səviyyədə fiziki infrastruktura (o cümlədən, siqnal göstəricilərindən və yol işarələrindən istifadə edilməsi), nəqliyyat, informasiya, kommunikasiya (informasiya və kommunikasiya texnologiyaları və sistemləri daxil olmaqla), eləcə də, şəhər və kənd yerlərində özəl şirkətlərin də təqdim etdiyi ictimai xidmətlərə çıxış imkanını təmin edən hüquqi və digər tədbirlər
”¢ Çıxış imkanı ilə bağlı texniki standartlar və təlimatlar, eləcə də, onların icrasının auditi və icra olunmadığı təqdirdə sanksiyalar, pul cərimələri vasitəsilə əldə olunan vəsaitlərin çıxış imkanının genişləndirilməsi tədbirlərinə sərf edilib-edilmədiyi
”¢ İctimai satınalmalar və məcburi çıxış imkanı tələbləri yaradan digər tədbirlər
”¢ Dövlət və özəl sektorlarında çıxış imkanı istiqamətində mövcud olan maneələrin müəyyən edilməsi və aradan qaldırılması, eləcə də, aydın hədəflərə və icra müddətlərinə malik milli çıxış imkanı planları

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları, müəssisələri (birlikləri), idarələri və təşkilatları (mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq) sosial infrastruktur obyektlərinin, mənzillərin, ictimai, istehsal binalarının və qurğularının əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara maneəsiz müyəssər olması, ictimai nəqliyyatdan və nəqliyyat kommunikasiyalarından, rabitə və informasiya vasitələrindən, istirahət və asudə vaxt yerlərindən onların sərbəst istifadə etməsi üçün lazımi şəraiti təmin edirlər.

İdarələr və təşkilatlar sosial obyektlərin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara müyəssərliyini təmin etmədikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına obyektin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılmasına tələb edilən məbləğin 20 faizi məbləğində cərimə köçürürlər. Cəriməni ödəmiş müəssisələr və təşkilatlar sosial infrastruktur obyektlərinin əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara uyğunlaşdırılması vəzifəsindən azad edilmirlər.

Şəhərsalma, tikinti və layihələndirmə sahəsində fiziki imkanları məhdud insanların ehtiyaclarının nəzərə alınması məqsədilə müəyyən tədbirlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14.05.1999-cu il tarixli 155 nömrəli Sərəncamı ilə “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999-2002-ci illər üzrə Dövlət Proqramı”nın müddəaları əsas götürülərək “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda “Şəhərsalma sahəsində dövlətin, ictimaiyyətin və fərdin maraqları” adlı ayrıca maddə (maddə 4) nəzərdə tutulmuşdur ki, orada şəhər və digər yaşayış məskənlərində yaşayan əhalinin əlverişli həyat şəraitilə təmin olunması qanuniləşdirilmiş və bu maraqlara zidd olan şəhərsalma fəaliyyətinin dayandırılması barədə qadağanedici bənd təsbit olunmuşdur. Bu maddədə dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən təmin olunması nəzərdə tutulmuşdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsləhətçiliyilə Azərbaycan Respublikasının “Əlil Təşkilatları İttifaqı” tərəfindən “Əlilliyi olan insanlar üçün bərabər imkanların yaradılması üzrə” 100 səhifəlik məlumat kitabı hazırlanmışdır.
Əlilliyi olan şəxslərin fərdi hərəkət imkanlarını nəzərə alaraq, onların hərəkətlərini yüngülləşdirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarlarına əsasən Bakı şəhərinin küçə və prospektlərində 75 ədəd piyada keçidlərinin inşa olunması nəzərdə tutulmuş və hal-hazırda inşa olunaraq istismara verilən piyada keçidləri fiziki imkanları məhdud olan insanların fərdi hərəkət imkanlarını yüngülləşdirən qurğularla təchiz edilmişdir.

Məhdud fıziki imkanlı insanların informasiya-kommunikasiya texnolo-
giyalarından (İKT) istifadə imkanlarının artırılması məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın 3 bölgəsində informasiya mərkəzləri yaradılmışdır. Onlardan biri Bakı şəhərində, digərləri isə regional olmaqla Gəncə və Naxçıvanda yaradılmışdır. Gəncə şəhərindəki Regional İnformasiya Mərkəzinin xidmətindən ətraf rayonlarında yaşayan və fıziki qüsuru olan 60 mindən çox insanın yararlanması mümkündür. Naxçıvanda yaradılmış Mərkəzdən isə Muxtar Respublikada yaşayan görmə qabiliyyəti zəif olan şəxslər istifadə edə bilərlər.

Müasir texnologiyalarla təchiz olunmuş bu mərkəzlərdə oxu zalları, təlim-tədris mərkəzləri, audiokitabxanalar, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyaları, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş son model kompüterlərlə təmir olunmuş kompüter mərkəzləri qurulmuş və kinozal fəaliyyət göstərir. Bu mərkəzlərdə 1000-ə yaxın Brayl əlifbası ilə nəşr olunmuş kitablar, kinozallarda lal və karlar üçün subtitrli fılmlərin nümayişi, əqli cəhətdən zəif insanlar üçün zehni inkişaf etdirən kompüter oyunları otağı istifadəyə verilmişdir. Buraya əlil arabası ilə gələnlər maneəsiz hərəkət edə biləcəklər.

Məhdud imkanlı insanların cəmiyyətdə rolunun artırılması məqsədi ilə Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında "7.3.5. Məhdud imkanlı qrupların İKT-dən istifadə imkanlarının artırılması üçün tədbirlərin görülməsi" bəndi öz əksini tapmışdır. Bununla əlaqədar "Dilmanc" layihəsi çərçivəsində mətnlərin səsləndirilməsi və kompüterin səslə idarə edilməsi sistemlərinin yaradılması üzrə işlər aparılır. Bu sistemlər məhdud fiziki imkanlı insanlara klaviaturadan istifadə etmədən internetdən istifadə etmək, elektron poçtla işləmək, mətnlər hazırlamaq və göndərmək imkanını yaradacaqdır.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]