Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bank və lombard iş birliyi

Bölmə :
Köşə
Yazar :
Fikrət Yusifov
Təqdimat :
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, Iqtisad elmləri doktoru, professor
Yayım tarixi :
30/3/2016 [00:49]
Baxılıb :
901 dəfə

Son zamanlar cəmiyyətdə özəl bankların fəaliyyəti çox haqlı olaraq bütün  səviyyələrdən ciddi şəkildə tənqid olunur. Bu tənqidin əsas səbəbi, bankların vətəndaşlara bahalı kreditlər verməsi, onları kreditləri milli valyutada deyil,  xarici valyutada götürməyə təhrik etmələri, digər tərəfdən, xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi məsələsində öz müştərilərinə güzəştə getmək istəməmələridir. 

Apardığımız araşdırmalar göstərir ki, bankların fəaliyyətində bunlardan dolayı, cəmiyyəti narahat edə biləcək daha ciddi məqamlar mövcuddur. Belə ki, son zamanlar banklar borca ehtiyacı olan müştərilərə kreditləri daha çox lombardlar vasitəsilə, onların zinət əşyalarını iki dəfə ucuz qiymətə girov götürməklə və iki dəfə baha faizlə (ən azı 60-70%) təklif edirlər. Bununla da bank bir tərəfdən özü üçün təminatsız kredit problemini həll etmiş olur, digər tədəfdən isə öz qazancını azından iki dəfə artırır. Nəticə etibarilə, ehtiyac içində olan və öz problemini həll etməyin yolunu yalnız zinət əşyalarını girov qoymaqla lombardlardan kredit götürməkdə görən insanlar lombardların vasitəsilə bankların girovuna çevrilirlər. Bu insanların heç xəbəri də olmur ki, onların lombarda girov qoyduqları zinət əşyaları əslində bankların özündə saxlanılır. Lombard burada sadəcə, vasitəçi rolunda olur. Elə bu səbəbdəndir ki, kimsə imkan tapıb, öz zinət əşyalarını lombarddan geri almaq istəyəndə, o ciddi problemlərlə üzləşir. Çünki bankın kredit şərtləri ilə lombardın verdiyi borcun şərtləri fərqlidir və bu fərqlilik müştəri öz zinət əşyasını lombarddan geri almaq istəyəndə problemlər yaradır. Bütün hallarda vətəndaşlar incidilir, onlar praktik olaraq müflis olmaq həddinə çatdırılır və nəticə etibarilə baş verənlər insanların hakimiyyətdən narazılığına gətirib çıxarır. Belə özbaşınalıqlarla üz-üzə qalan vətəndaş, tək lombardı və ya bankı deyil, eyni zamanda hakimiyyəti günahkar bilir.  Keçən ilin sonlarından  lombard fəaliyyətinə verilən lisenziyaların ləğv edilməsi isə bir neçə ay ərzində onların sayının yağışdan sonra göbələk kimi artmasına gətirib çıxardı. Bəzi hesablamalarla indi ölkə ərazisində 1500 -ə qədər lombard fəaliyyət göstərir və onların fəaliyyəti heç bir qanunla tənzimlənmir. Yəni bu gün bu sahədə tam  özbaşınalıq hökm sürür. Lombardlar müştərilərlə istədikləri kimi davranırlar. Bu səbəbdən də təcili olaraq "Lombard fəaliyyəti haqqında" qanun qəbul edilməlidir. 

Biz bundan əvvəlki açıqlamalarımızda təklif etmişdik ki, ölkədə lombard kimi fəaliyyət edən banklar dərhal bağlansın. Bu bankların fəaliyyəti cəmiyyətdə narazılıq və qarşıdurma yaratmağa köklənib. Lombard xisləti ilə fəaliyyət göstərən banklardan ölkənin real sektoru nə fayda götürə bilər? Belə banklar bizə lazımdırmı? Ölkə Prezidenti dəfələrlə onları real sektora üz tutmağa səsləsə də, əslində onlar bu gün daha yüngül üsullarla, daha çox qazanmaq uğrunda bir-biri ilə yarışa girdilər. İndi də sırf lombard donuna bürünüb, külli qazanc xatirinə əhalini hakimiyyətdən narazı salmaqla məşğuldurlar. Bank fəaliyyətinin bu qədər eybəcər bir formaya düşməsi Azərbaycanda bank sisteminin kökündən sökülüb yenidən qurulmasını zəruri edir. Biz artıq xeyli vaxtdır ki, bankları verdikləri kreditin taleyini yalnız girov götürməkdə gördükləri üçün qınayırıq. Bu gün  girovunu hər hansı bir formada alan bankı götürülən kreditin necə qaytarılacağı praktik olaraq düşündürmür. Bank müştərinin real gəlirlərinin vəziyyətini və ya onun kredit aldığı layihənin nə qədər real olduğunu heç üzdən də araşdırmır. Çünki ikiqat girov götürməklə o, verdiyi krediti 200%  sığortalaya bilir və bununla da vəzifəsini bitmiş hesab edir. Çünki bank arxayındır ki, borcu olan vətəndaşın evini də, maşınını da, bağını da, başqa əmlakını da əlindən asanlıqla almaq olar. Əslində isə bank kredit verdiyi tərəfin maddi imkanlarını və ya layihənin gerçəkliyini on dəfə ölçüb-biçdikdən sonra bu krediti verməlidir.   

Bank sistemində yaranmış bu vəziyyət bank islahatlarının digər islahatlardan daha sürətlə aparılmasını zəruri edir. Çünki ölkə iqtisadiyyatının neftdən asılılığının optimallaşdırılması yolunda real sektora real dəstək də banklardan gəlməlidir. Fikrimizcə, Azərbaycanda ilkin mərhələdə 10-a qədər bankın olması və sonradan onların da sayının iki dəfə azaldılması ən optimal seçim olardı. On milyona yaxın əhalisi olan Azərbaycana geniş şəbəkəsi olan, sahə maraqlarına istiqamətlənmiş 4-5 bank tam kifayət edər. Lombard - dükan xislətli bankları isə onların nizamnamə kapitalına olan tələbatı 10 dəfə artırmaqla sıradan çıxarmaq lazımdır. Belə olarsa, onda müştərilər banka üz tutanda, onlara lombard xidməti deyil, sivil  bank xidməti göstəriləcəkdir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]