Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

"Qərbin bizdən imtina etməsi onların xeyrinə olmaz"

Bölmə :
KİVDF
Yayım tarixi :
30/3/2016 [00:22]
Baxılıb :
808 dəfə
Azər Həsrət: "İranın dünyaya açılımı nəticəsində bölgədə Türkiyə-Azərbaycan tandemi zəifləməyəcək, əksinə, Orta Asiyanın da proseslərə daha fəal qoşulmasıyla güclənəcək"

"Türkdilli ölkələr arasında bir sıra birliklərin yaradılması və tam gücüylə fəaliyyətdə olması böyük 
uğurlardır. Ordu, polis sahəsində də diqqətəlayiq çalışmalar var. Amma ümumilikdə proses bir qədər ləng gedir. Ona görə hələlik 5 balla yetinə bilərik"

Qeyd etdiyimiz kimi, Azərbaycandakı enerji resursları region ölkələri, Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb  edir. Azərbaycanın bu qədər çətinliklərlə üzləşməsinə, müharibədən ziyanlar çəkməsinə baxmayaraq, ölkəmiz regionda Avropaya iqtisadi inteqrasiya məsələsində lokomativ rolunu oynayır. Neft-qaz kəmərləri Bakıdan başlayır, Gürcüstandan keçib Türkiyəyə gedir. Və buradan da Azərbaycanın enerji resursları Avropaya daşınır. Azərbaycanın yerinə yetirdiyi bu vəzifəni başqa ölkə yerinə yetirə bilməzdi. Biz Avropa ölkələrini enerji resursları ilə təmin edirik. 
Bununla yanaşı, Azərbaycan yalnız Avropa ölkələri ilə deyil, İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan ölkələrlə də əməkdaşlıq edirik. Bu ölkələrlə arzuolunan münasibətləri qurmuşuq. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğalçı ölkə olan Ermənistanın dərhal işğal etdiyi əraziləri tərk etməsini tələb edir.

Beləliklə, Qərbə inteqrasiya, dünya birliyi ilə əlaqələrin inkişafı, qloballaşmada ölkəmizin yeritdiyi xarici siyasətin gətirdiyi dividendlər və digər mövzular ətrafında, siyasi şərhçi Azər Həsrətin "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Hazırda türkdilli ölkələr arasındakı münasibətləri 10 ballıq şkala ilə necə qiymətləndirmək olar? Nə kimi uğurlarımız və hansı nöqsanlarımız var?

- Bu yöndə yetərincə ciddi addımların atıldığını deyə bilərik. Hətta bu dövlətlərin xalqları qarşılıqlı münasibətlərdə dövlətləri belə kölgədə qoyub. Yeni texnologiyalar, sosial medianın gücündən istifadə edən insanlarımız müxtəlif şəbəkələrdə birləşir, ortaq hərəkət edirlər. Ortaq tarix dərsliyinin hazırlanması, TürkSOY, TürkPA, Türk Keneşi, Türk Akademiyası kimi qurumların tam gücüylə fəaliyyətdə olması böyük uğurlardır. Ordu, polis sahəsində də diqqətəlayiq çalışmalar var. Amma ümumilikdə proses bir qədər ləng gedir. Ona görə hələlik 5 balla yetinə bilərik.

- İran açılımı, bu ölkə üzərindən beynəlxalq sanksiyaların qaldırılması bölgədə və dünyada yeni münasibətlər sistemi formalaşdırmağa başlayıb. Bu prosesin gedişatını necə proqnozlaşdırırsınız? Ən əsası, regiondakı Azərbaycan-Türkiyə hegemonluğu zəifləyəcəkmi?

- İranla bağlı proseslər mənə Qorbaçov dönəmi SSRİ-nin aşkarlıq və yenidənqurmasını xatırladır. Qərbə qapıların açılması, ardından da Qərb həyat tərzinin SSRİ-yə daşınması və sonucda demokratiya uğrunda şiddətlənən mərkəzdənqaçma ona gətirib çıxardı ki, milli ucqarlar müstəqillik əldə etdi. İndi İranda da eyni proses başlayıb. Artıq bir neçə ildən sonra orada qadınların baş örtüsündən imtina etməsini, milli ucqarların - özəlliklə də Güney Azərbaycanın hərəkətlənəcəyini görəcəyik. Qərb həyat tərzi rahat bir şəkildə İrana daxil olduqdan sonra mərkəzdənqaçma sürətlənəcək və ölkə, qlobal planlara uyğun olaraq, parçalanacaq. Ona görə də Türkiyə-Azərbaycan tandemi zəifləməyəcək, əksinə, Orta Asiyanın da proseslərə daha fəal qoşulmasıyla güclənəcək.

- Bir qism siyasi müşahidəçilərin hesablamalarına görə, İranın Qərblə anlaşması Azərbaycanın ABŞ və Avropa Birliyi üçün önəmini azaldacaq. Yəni indiyədək İslam Respublikasının qonşuluğunda yerləşən və Qərbə inteqrasiya xəttini seçmiş Azərbaycan, Qərb-İran razılaşmasından sonra əvvəlki qədər mühüm əhəmiyyət kəsb etməyəcək. Sizin yanaşmanız...?

- Bu fikirlə əsla razılaşa bilmərəm. Çünki unutmamalıyıq ki, Azərbaycan regionda ilk dünyəvi dövlət modelini seçmiş bir coğrafiyadır. Üstəlik, bizim həm güneyə - İrana, həm də quzeyə - Rusiyaya təsir imkanlarımız var. Yəni azərbaycanlılar hər iki dövlətdə Qərbə lazım olan çox ciddi faktordur. Bu baxımdan Qərbin bizdən imtina etməsi onların faydasına olmazdı və bunu özləri də anlayırlar.

- Dövlətlərarası münasibətlərin formalaşmasında, xalqlar arasındakı yaxınlaşmanın möhkəmlənməsində diaspor təşkilatlarının üzərinə mühüm vəzifə düşür. Sizcə, hazırda dünya ölkələrindəki Azərbaycan diasporlarının bu yöndəki fəaliyyəti qənaətbəxşdirmi?

- Təəssüf ki, bu məsələdə çox da nikbin deyiləm. Düzdür, müəyyən istisnalar var. Amma ümumilikdə diaspor fəaliyyətimiz əsla qənaətbəxş deyil. Ən fəal diaspor üzvləri Azərbaycanın əsas problemlərinin həllinə yardımçı olmaqdan daha çox hazırkı hakimiyyətə müxalifətçilik etməyi üstün tuturlar. Bir kəsim də sadəcə öz biznes maraqlarını güdür və təbii ki, onları Azərbaycanın dərdləri o qədər də maraqlandırmır. Bu baxımdan diaspor fəaliyyətimiz ürəkaçan sayıla bilməz.

- Və son olaraq, zaman-zaman xarici ölkələrdə yaşayan soydaşlarımızın həmin əcnəbi cəmiyyətlərə inteqrasiyasında sıxıntılar yaşanır. Ziyalılarımız, rəsmilərimiz hər zaman həmvətənlərimizə müraciət edərək, onları yaşadıqları ölkələrin həyatında fəal olmağa, cəmiyyətin ayrılmaz hissəsinə çevrilməyə səsləsələr də, bu sahədə problemləri vaxtaşırı müşahidə edirik. Hələ də xaricdə yaşayan azərbaycanlıların o ölkələrin cəmiyyətlərinə inteqrasiyasında problemlər yaşanırmı?

- Problem, yenə də, özümüzdən qaynaqlanır. Təəssüf ki, azərbaycanlıların çoxu yaşadıqları ölkənin tam hüquqlu vətəndaşına çevrilə bilmirlər. Allahın Rusiyasında elə azərbaycanlılar var ki, hələ də rus dilində normal danışa bilmirlər. Təbii ki, belə olan halda inteqrasiya mümkün deyil. Eyni halı qonşu Gürcüstanda da müşahidə edirik. Adamlar iddia edirlər ki, bura bizim Vətənimizdir, dilsiz də keçinərik. Çox yanlış yanaşmadır. Vətəndaşı olduğun ölkənin dilini də öyrənəcəksən, dəyərlərini də mənimsəyəcəksən ki, ikinci növ insana çevrilməyəsən. Ona görə mən də həmin o çağırışlara həmişə qoşuluram və soydaşlarımızı daha fəal olmağa çağırıram.

P.S. Qeyd edək ki, bu gün Vətənimiz də daxil, dünyanın müxtəlif ölkələrində, ümumilikdə 50 milyondan artıq azərbaycanlı yaşayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşüb. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi tarixə düşüb. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə çevrilən 31 dekabr dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]