Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Qərbə inteqrasiyadan öncə milli özünədönüşü tam təmin etməliyik”

“Qərbə inteqrasiyadan öncə milli özünədönüşü tam təmin etməliyik”
Bölmə :
KİVDF
Yayım tarixi :
29/3/2016 [11:28]
Baxılıb :
800 dəfə
Azər Həsrət: “Azərbaycanın bütövlükdə Avropaya inteqrasiyadansa, ayrı-ayrı Avropa ölkələri ilə yaxınlaşması daha uğurlu alınıb”
“Qərbə inteqrasiyada tələsməməliyik. Qərbi qıcıqlandırmadan milli kimliyimizi möhkəm təməllər üzərinə oturtmalı, sonra qloballaşmaya qapı açmalıyıq”

“Qərbə inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca istiqamətlərindən biridir”. Bunu, hələ 10 il Azərbaycan prezidenti İlham Əliyev Berlində Beynəlxalq Bertelsmann forumunda çıxış edərkən bəyan etmişdi.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropanın yeni qonşuluq siyasətinə qoşulub və orada uğurla iştirak edir. Ölkədə keçirilən hüquqi, siyasi və iqtisadi islahatların üzərində dayanan Azərbaycan Prezidenti bildirib: “Hazırda Cənubi Qafqaz bölgəsi Avropa üçün mühüm rol oynayır. Bu gün Xəzər dənizinin enerji resurslarının Avropa bazarlarına tədarükü xüsusilə ciddi məna kəsb edir. Azərbaycan iri neft -qaz hasil edən ölkəyə çevrilib. Avropa üçün isə enerji təhlükəsizliyi - zamanın hökmüdür. Belə olan halda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş rolunu oynamağa hazırdır”.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli sərəncamı var. Bu sərəncamda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiq edilib və Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri komissiyanın sədri təyin edilib. 2013-cü ilin 24 avqust tarixində komissiyanın 4-cü iclası keçirilib. Komissiyanın tərkibində bir sıra işçi qrupları fəaliyyət göstərir. Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi Qruplarından biri də İqtisadiyyat və Sənaye Nazirliyinin sədrlik etdiyi İqtisadi Məsələlər üzrə İşçi Qrupudur. İşçi Qrupunun fəaliyyəti Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə qəbul edilmiş Fəaliyyət Planının iqtisadi məsələləri əsasında hazırlanan "İş Planı" və "Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı"nın icrasına yönəlib. 2012-ci ilin 25 dekabr tarixində İqtisadi Məsələlər üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib, "İş Planı" və "Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı"na dair icraçı qurumlar tərəfindən görülmüş işlər barədə geniş təqdimatlar keçirilib və ətraflı müzakirələr aparılıb.

Azərbaycandakı enerji resursları region ölkələri, Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb  edir. Azərbaycanın bu qədər çətinliklərlə üzləşməsinə, müharibədən ziyanlar çəkməsinə baxmayaraq, ölkəmiz regionda Avropaya iqtisadi inteqrasiya məsələsində lokomativ rolunu oynayır. Neft-qaz kəmərləri Bakıdan başlayır, Gücrüstandan keçib Türkiyəyə gedir. Və buradan da Azərbaycanın enerji resursları Avropaya daşınır. Azərbaycanın yerinə yetirdiyi bu vəzifəni başqa ölkə yerinə yetirə bilməzdi. Biz Avropa ölkələrini enerji resursları ilə təmin edirik. 

Bununla yanaşı, Azərbaycan yalnız Avropa ölkələri ilə deyil, İslam Əməkdaşlıq Təşkilatı və ona üzv olan ölkələrlə də əməkdaşlıq edirik. Bu ölkələrlə arzuolunan münasibətləri qurmuşuq. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və işğalçı ölkə olan Ermənistanın dərhal işğal etdiyi əraziləri tərk etməsini tələb edir.

Beləliklə, Qərbə inteqrasiya, dünya birliyi ilə əlaqələrin inkişafı, qloballaşmada ölkəmizin yeritdiyi xarici siyasətin gətirdiyi dividendlər və digər mövzular ətrafında “Bizim Yol”un suallarını siyasi şərhçi Azər Həsrət cavablandırıb.

- Azər bəy, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu seçdi. Bu siyasət çərçivəsində həm ümumilikdə Azərbaycan-Avropa Birliyi münasibətlərinə önəm verilir, həm də Avropa dövlətləri ilə ayrı-ayrılıqda ikitərəfli əlaqələrin inkişafına. Biz bu yolda indiyədək nə qədər məsafə qət edə bilmişik?

- Avropa dəyərləri tarixin bütün dönəmlərində bu və ya digər şəkildə yaxşı örnək təşkil edib. O baxımdan Azərbaycanın Avropaya inteqrasiya yolu tutması anlaşılan və arzuolunandır. Qət etdiyimiz yola gəlincə, bütövlükdə Avropaya inteqrasiyadansa, ayrı-ayrı Avropa ölkələri ilə yaxınlaşma daha uğurlu alınıb. Elə dövlətlər var ki, biz onlarla yetərincə isti münasibətdəyik. Amma ümumilikdə Avropa Birliyi ilə münasibətlər haqqında bunu birmənalı deyə bilmərik. 

Çünki o Birlik sadəcə Avropa dövlətlərinin ittifaqı deyil, həm də qlobal siyasətin əsas oyunçularından biridir. O baxımdan Azərbaycanın bəzən həmin Birliklə problemləri yaşanır. Çünki dövlətimiz heç kimin, o cümlədən Avropa Birliyinin xətrinə öz müstəqil siyasətindən əl çəkəsi, imtina edəsi deyil.

- Ümumiyyətlə, nədir Avropaya inteqrasiya? Qərb dəyərlərinin mənimsənilməsi nə deməkdir?

- Avropaya inteqrasiya, hər şeydən öncə, Avropa ailəsinin tərkib hissəsinə çevrilmək deməkdir. Bütün anlamlarda. Burada mədəniyyət, siyasət, iqtisadiyyat məsələlərində bir bütünə çevrilmək üçün atılan addımlar nəzərdə tutulur. Onların dəyərlərini qəbul edib onlar kimi yaşamaqdır Avropaya inteqrasiya. Bütövlükdə Qərb dəyərlərinin mənimsənilməsinə gəlincə, burada üstündə durulması gərəkən daha çox demokratiya, insan haqları, media, azad bazar iqtisadiyyatı, liberal və açıq cəmiyyət faktorlarıdır. Bunların mənimsənilməsi Qərb dəyərlərinin mənimsənilməsi deməkdir.

- Bu gün dünyada nəhəng qloballaşma prosesi gedir, sərhədlər get-gedə aradan qalxır, Avropa İttifaqı kimi modellər ortaya çıxır. Sizcə, hansısa ölkənin bu prosesdən kənarda qalması mümkündürmü?

- Bəli, qloballaşma bir əjdaha kimi hamını udmağa davam edir. Proses elə bir həddə çatıb ki, heç bir dövlət ondan kənarda qalmaq gücündə deyil. Azərbaycan da o cümlədən. Çünki günümüzdə elə mexanizmlər mövcuddur ki, yaxasını proseslərdən kənara çəkmək istəyən dövlətlər sadəcə ciddi problemlərlə qarşılaşmalı olurlar. İraq, Liviya, Suriya və bu kimi örnəkləri göstərə bilərik. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev ən uyğun taktikanı seçməklə ölkəmizi bənzər kataklizmlərdən qoruya bilir.

- Bəzi ekspertlər qloballaşmanı, sərhədlərin get-gedə aradan qalxmasını zərərli bir proses kimi dəyərləndirirlər və hesab edirlər ki, bu proses milli kimlik, soy-kökə bağlılıq tellərini zədələyir. Bu fikirləri bölüşürsünüzmü?

- Elə mən də həmin o bəzi ekspertlərin sırasındayam. Qloballaşma milli kimliyi silib-süpürmək üçün, həm də indi deyil, yüzillər öncə düşünülmüş bir siyasətdir. Burada milli kimlik, əslində, var. Amma hegemon güclərin milli kimliyi. O baxımdan bütün açıqlamalarımda qeyd edirəm ki, Azərbaycan qloballaşma və Qərbə inteqrasiyadan öncə milli özünədönüşü tam təmin etməlidir ki, həmin o cəngəllikdə itib-batmasın.

- Əslində, necə etməli ki, həm dünya ilə ayaqlaşasan, həm də öz milli kimliyini qoruyub saxlayasan?

- Təbii ki, çətin bir məsələdir bu. Bir yandan dünyadan geri qalmamalıyıq, digər yandan da öz kimliyimizi qorumalıyıq. Dünyayla ayaqlaşmaq o deməkdir ki, milli kimliyimizə yad təzahürlərə də dözümlü yanaşmalıyıq. Bu isə çox zaman milli kimliyi inkar edir. Ona görə də Qərbə inteqrasiyada tələsməməliyik. Qərbi qıcıqlandırmadan milli kimliyimizi möhkəm təməllər üzərinə oturtmalı, sonra qloballaşmaya qapı açmalıyıq.

- Hazırda türkdilli ölkələr arasındakı münasibətləri 10 ballıq şkala ilə necə qiymətləndirmık olar? Nə kimi uğurlarımız və hansı nöqsanlarımız var?

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]