Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Qaydalar”ı tez-tez dəyişdirmək çıxış yoludurmu?

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
29/3/2016 [00:30]
Baxılıb :
1270 dəfə

Təhsil Naziri Mikayıl Cabbarovun təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələri rəhbərlərinin peşəkar meyarlara əsaslanan, şəffaf və ictimai nəzarət şəraitində səriştəli namizədlərdən seçilib təyin edilməsi məqsədilə verdiyi yeni əmrə əsasən "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydalar" təsdiq edilib. Əmrin müvafiq maddələri ilə  müsabiqədə iştirak üçün elektron ərizə qəbulunu 18.03.16 - 31.03.16 tarixlərində, mərkəzləşdirilmiş qaydada test imtahanlarını 04.04.16 - 10.04.16 tarixlərində, müsahibələrin 11.04.16 - 29.04.16 tarixlərində keçirilməsinin, bu əmrin yerli təhsili idarəetmə orqanlarına çatdırılmasının, müsabiqədə iştirak edəcək namizədlər üçün nəzərdə tutulmuş məlumatların və müsabiqənin nəticələrinin Nazirliyin internet saytında yerləşdirilməsinin təmin edilməsinə dair tapşırıqlar verilib.
Əmrin verilməsi üçün "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli yeni idarəetmə sisteminin formalaşdırılmasının əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulmasının  hədəf kimi qarşıya qoyulması vəzifəsi əsas götürülüb. Həmçinin o da bildirilir ki,  məktəb direktorlarının işə qəbulu üzrə yeni qaydalarda ehtiyat kadr bazasının formalaşdırılması nəzərdə tutulur. Qaydalar təsdiq edildikdən sonra bu bazanın yaradılması istiqamətində işlərə başlanacaq. Onu da xatırlatmaq yerinə düşər ki, bu istiqamətdə ilk addım məktəb direktoru olmaq arzusunda olan şəxslər üçün müasir peşə standartları əsasında təlimlərin təşkili olmuşdur. 

Hazırda təlimləri uğurla bitirən və imtahanda yüksək nəticə göstərərək keyfiyyət sertifikatı alan şəxslərin məktəb direktoru təyin olunması imkanlarına baxılacaq. Qeyd edək ki, direktor vəzifəsinə qəbul olmaq istəyən namizədin sənədləri nazirliyə təqdim olunur, ekspertizadan keçirilir. Sonra isə namizəd imtahan verir. Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur. Təlimləri uğurla başa vuran "ehtiyat kadrların" müasir idarəetmə bilik və bacarıqlarına nə dərəcədə yiyələnib-yiyələnmədiklərini  zaman göstərəcək. Bununla belə yeni qaydalara görə direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik olan hər bir şəxs iştirak edə bilər.

Deyilənlərə və yazılanlara görə hazırda direktor vəzifəsi üzrə 500-dən artıq vakant yer var. Vakant yerlər rayonlarda çox, şəhərlərdə azdır. Bakıda isə ümumiyyətlə vakansiya elan olunmayıb. Paradoks yaranır.  Müsabiqəyə çıxarılan 586 vakansiyadan vakant yerlər məsələn, Goranboy, Ağdam, Sabirabad rayonları üzrə müvafiq olaraq 30, 28, 20 civarında olduğu halda Sumqayıt şəhəri üzrə 6, Gəncə şəhəri üzrə 3, Şirvan şəhəri üzrə isə 1-dir. Paytaxtda isə bircə yerin belə müsabiqəyə çıxarılmaması müəyyən maraq və təəccüb doğurmaqla yanaşı, həm də maraqlananları bir sıra suallara cavab axtarmaq zərurəti qarşısında qoyur. İstər-istəməz belə nəticəyə gəlmək olur ki, ya şəhər məktəblərinin direktorları "arxalı" olduqları üçün vəzifələrindən bərk- bərk yapışdıqlarından onları  tutduqları postdan "qoparmaq" mümkünsüz dərəcədə çətindir, ya da ki, vakant yerlər boşaldığı kimi dərhal tutulur ki, sonradan elan edilən müsabiqə sadəcə olaraq namizədi rəsmiləşdirmək üçün formal prosedur rolunu oynayır. 

Sözümün canı başqadır. Təsdiq olunan yeni qaydalara əsasən, artıq direktor olmaq istəyənlər rayon və şəhər təhsil şöbələrinin təqdimatı əsasında deyil, özləri könüllü olaraq sənəd verə biləcək. Əgər sənədvermə prosesində olduğu kimi təyinat zamanı da təqdimat nəzərə alınmayacaqsa,  bu dəyişiklik Nazirlik üçün məqbul sayılsa belə, "təhsil sahəsinin hüquqi tənzimlənməsi", "idarəetmənin demokratikləşməsi", "təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi", "funksiyaların yuxarıdan aşağıya paylanması", "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması" və digər bu kimi prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir və təhsilin demokratikləşməsindən daha çox  avtoritar idarəetmə rejiminə keçidi şərtləndirmiş olur.
Yeri gəlmişkən qeyd edim ki, uzun illərdən bəri səssiz-küysüz ötüşən məktəb direktorluğu məsələsini "yeni aspektdə" dəbə mindirərək, gündəmə gətirilməsi, məhz 90-cı illərin sonlarına təsadüf edir. Təhsillə bu və ya digər bağlılığı olanlar xatırlamamış olmazlar ki, 2000-ci ilədək təhsil sistemindəki rəhbər və pedaqoji kadrların vəzifəyə təyinolunma və azadedilmə prosedurlarını Bakıda, şəhərin Baş Təhsil İdarəsi, regionlarda isə, yerli İcra hakimiyyəti orqanı kimi şəhər təhsil idarələri və  rayon təhsil şöbələri həyata keçirirdi.

Lakin elə həmin ilin aprel ayında, "Təhsil Nazirliyi sisteminə daxil olan təlim-tərbiyə müəssisələrində, idarə və təşkilatlarında, rəhbər kadrların seçilib yerləşdirilməsi işini təkmilləşdirmək,onlarla əmək münasibətlərinin yaradılması və prosesi tənzimləmək məqsədi" əsas götürülərək, sabiq nazirin "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturası barədə" 279 â„–-li əmri ilə, Nazirliyin 18 mart, 1994-cü il tarixli Kollegiya qərarı qüvvədən düşmüş hesab edildi və orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi nazirin əmri ilə təyin edilən nomenklatur vəzifələr sırasına daxil edildi.

Əlbəttə ki, məsələnin ciddiliyi "problemə" yenidən baxılmasını zəruriləşdirdi. Təhsil Nazirliyinin 03 sentyabr, 2002-ci il tarixli, 857 â„–-li əmri ilə orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi, yenidən yerli təhsil şöbələrinin nomenklaturasına verildi. Bir müddət keçdikdən, başqa sözlə ara sakitləşdikdən sonra Təhsil Nazirliyinin17 oktyabr, 2006-cı il tarixli,752 â„–-li əmri ilə nomenklaturada "qismən" dəyişiklik aparılması nəticəsində, orta ümumtəhsil məktəbinin direktoru vəzifəsi Nazirliyin uçot nomenklaturasına daxil edildi. Nomenklaturada edilən yeni dəyişikliyə görə, yerlərdən verilən təqdimata əsasən, Təhsil Nazirliyinin müvafiq razılıq məktubu alındıqdan sonra, orta ümumtəhsil məktəbi direktorunun vəzifəyə təyin və vəzifədən azad olunmasının yerlərdə rəsmiləşdirilməsi nəzərdə tutulurdu. 

Bundan sonra, artıq sadalamağa ehtiyac duyulmayan daha neçə-neçə məlum və naməlum əmrlər, təlimatlar, göstərişlər verilib.Bununla belə, Nazirlik bütün bu bəhs edilən dövr ərzində təyinolma və azad edilmə prosedurlarına yersiz müdaxilələr edib, lazım gələndə özünü işə götürən kimi təqdim edib, sərf etməyəndə isə məsuliyyəti yerli icra hakimiyyəti orqanlarının üzərinə atıb. Məktəb direktorunun vəzifəyə təyin olunması ilə əlaqədar bütün bu ardıcıllığı xatırlatmaqda məqsədim heç də bu funksiyanın kim və ya hansı orqan tərəfindən icra olunub, olunmamasına müdaxilə etmək deyil. Deməyim odur ki, təkcə son 15 ildə "Qaydalar" 15 dəfədən artıq dəyişdirilib.

Proseslərin belə "köndələn" istiqamət almasında heç şübhəsiz ki, Təhsil Qanunvericiliyimizdə olan boşluqlar da az əhəmiyyətli rol oynamır.Təhsil müəssisəsinin idarə olunmasını tənzimləyən "Təhsil haqqında" Qanunun 30.2 maddəsinə əsasən "dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri həyata keçirir.""Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə"də isə göstərilir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi "... təhsil prosesinə ümumi metodiki rəhbərliyi həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır."

"Qanun"un tələbindən göründüyü kimi, təyinat məsələsi "mərkəzi icra hakimiyyəti orqanı" tərəfindən deyil, "müvafiq icra hakimiyyəti orqanı" tərəfindən həyata keçirilir.Elə isə, şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində olan yerli təhsil idarələri və şöbələri də müvafiq icra hakimiyyətləri orqanlarıdır.Təəssüf ki, bir çox halda icra hakimiyyəti dedikdə böyük əksəriyyət tərəfindən məhz İcra Hakimiyyətinin başçısı nəzərdə tutulur.Yəni "Qanun"da sadəcə "müvafiq icra hakimiyyəti orqanı" ifadəsini, "mərkəzi icra hakimiyyəti orqanı" ifadəsi ilə əvəzləməklə, bütün bu mübahisə və münaqişələrə son qoymaq olardı.

Bir də ki, məsələ təkcə məktəb direktorunun kim və ya hansı orqan tərəfindən təyin olunmasında deyil.Sadəcə, söhbət prosedurlara həddən artıq "rəng qatılmasından", reklamçılığa qapılıb, adi bir məsələni əndazədən çıxararaq, onun ətrafında ajiotaj yaratmaqdan gedir.Kim təminat verə bilər ki, ölçüyə gələ bilməyən meyarlar əsasında keçirilən müsabiqə və imtahanların nəticəsinə əsasən təyinat alanların içərisində, yenə də səviyyəsiz səriştəsiz və təsadüfi direktorlar olmayacaq. Bir də ki, əgər  hansısa məktəbə müəllim göndərərkən məktəb direktorunun, hansısa rayona, şəhərə  məktəb direktoru təyin edərkən yerli təhsil şöbələrinin rəyi öyrənilməyəcəksə, onların təqdimatı nəzərə alınmayacaqsa, təhsilin keyfiyyəti ilə bağlı yerli idarəetmə orqanları rəhbərlərindən nəsə tələb etməyə haqqımız çatırmı, məsuliyyəti onlarla bölüşmək məntiqə sığırmı?  

Nəhayət, elan olunan yerlər həqiqətən vakantdırsa, görəsən bu yerlər nə vaxtdan vakantdır və 500 yeri rəhbərsiz saxlayıb nə vaxtsa müsabiqə keçiriləcəyini gözləmək nə dərəcədə optimal yol sayıla bilər?

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]