Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“İndikindən fərqli xarici siyasət ölkəni parçalanmağa aparar”

“İndikindən fərqli xarici siyasət ölkəni parçalanmağa aparar”
Bölmə :
KİVDF
Yayım tarixi :
29/3/2016 [00:04]
Baxılıb :
1648 dəfə
Rauf Qurbanov: “Azərbaycan Qərb dövlətləri ilə Rusiya arasında olan mövcud münaqişədən səmərəli istifadə edərək tarixi ədaləti bərpa edə bilər”

XX yüz ilin sonunda dünyada baş verən qlobal proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının ləğv edilməsi, "soyuq müharibə"nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni düzümünün formalaşmasına gətirib çıxardı. Bu, bir tərəfdən, beynəlxalq aləmdə siyasi gərginliyin azalması, qlobal qarşıdurmanın aradan qalxması ilə səciyyələnirdisə, digər tərəfdən, siyasi, iqtisadi və hərbi baxımdan strateji əhəmiyyət kəsb edən və mənafelərin kəsişdiyi məntəqələrə çevrilən bir sıra məhəlli mərkəzlərin meydana çıxması ilə müşayiət olunurdu.

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın bir sıra dövlətləri tərəfindən rəsmi surətdə tanınmış Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi.

Azərbaycan dövlətinin xarici siyasət fəaliyyətinin Dağlıq Qarabağda erməni separatizmi və Ermənistanın hərbi təcavüzü ilə dərinləşən ciddi siyasi və iqtisadi problemlərlə müşayiət olunması onun diplomatiyası qarşısında çox mühüm vəzifələr qoyurdu. Təcavüzün və millətçi separatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə siyasi və iqtisadi inteqrasiyaya girmək zərurəti məqsədyönlü, ardıcıl və fəal xarici siyasətin həyata keçirilməsini tələb edirdi. Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün çox ciddi səylər edilməli və gərgin fəaliyyət göstərilməli idi.

Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunmasında ölkənin zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi mühüm əhəmiyyət kəsb edir. Bu amillər Azərbaycanın milli dövlətçilik maraqlarına cavab verən səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi üçün ilkin əlverişli zəmin yaradır. Lakin mövcud ilkin potensialı və əlverişli zəmini reallaşdırmaq, onlardan maksimum bəhrələnmək beynəlxalq aləmdə cərəyan edən proseslərin ciddi araşdırılmasını, Azərbaycanın maraqlarına uyğun düşünülmüş, hərtərəfli əsaslandırılmış və bütün incəlikləri nəzərə alan addımların atılmasını tələb edirdi.

Və Azərbaycan dövləti öz milli maraqları, gələcəyi, inkişaf perspektivləri, həmçinin supergüclər arasındakı savaşın qurbanına çevrilməmək üçün, balanslaşdırılmış xarici siyasət kursunu elan etdi. Bu siyasət bütün tərəflərlə bərabərhüquqlu əməkdaşlıq, heç bir cinahda və digərinə qarşı yer almamaq prinsiplərini özündə ehtiva edir. Həmin siyasətin nəticəsi olaraq da, indiyədək ölkəmiz bütün ağrılı münaqişələrdən özünü qoruya bildi.

Bu və digər mövzular ətrafında "Bizim Yol"un suallarını Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov cavablandırıb. Müsahibəni təqdim edirik:

- Rauf müəllim, dünyada supergüclər arasında amansız qarşıdurma gedir. Təbii ki, bu cür qarşıdurmalarda daha çox zərər görən, əzilən kiçik ölkələr olur. Sizcə, Azərbaycan bu savaşın harasındadır? 

- Dünyada supergüclər arasında amansız qarşıdurma dedikdə, ilk öncə Rusiya Federasiyası ilə ABŞ başda olmaqla, onun NATO üzrə müttəfiqi olan ölkələr göz önünə gəlir. Bu dövlətlər müxtəlif cəhdlər göstərərək Azərbaycanı öz yanlarında görmək istəsələr də,  Azərbaycan dövlətinin apardığı düzgün və ağıllı siyasət Respublikamızın bu savaşın hansı tərəfində olmasını istisna edir. Bilirsiniz ki, bizim əsas problemimiz Ermənistan tərəfindən 20 faiz işğal olunmuş ərazimizdir. Hesab edirəm ki, Azərbaycan Qərb dövlətləri ilə Rusiya arasında olan bu münaqişədən səmərəli istifadə edərək tarixi ədaləti bərpa edə bilər.   

- Əksər hallarda balans siyasətini tənqid edənlər, indiyədək bunun ölkəmizə gətirdiyi dividendləri də etiraf etməyə məcbur olurlar. Sizin qənaətinizcə, balans siyasəti indiyədək Azərbaycana nə qazandırdı və nə kimi zərər verdi?

- Azərbaycan hökumətinin apardığı balanslı siyasətin Azərbaycana zərəri baradə düşünmək belə absurd olan bir yanaşmadır. Sadəcə olaraq mən bu siyasəti tənqid edən bəzi "siyasətçiləri" başa düşə bilmirəm. Onlar Azərbaycanı Dağlıq Qarabağ kimi həlli düyünə düşmüş bir probleminin çözülməsində hansı dövlətin yanında görmək istəyirlər? Məgər bu gün dünyada baş verən hadisələr, gedən proseslər və Qərb dövlətlərinin müstəqil, suveren ölkələrin daxili işlərinə qarışaraq onlara qarşı apardığı qeyri-konstruktiv, ədalətsiz siyasət kimin üçünsə aydın deyilmi...? Məhz bu gün Azərbaycan hökumətinin apardığı balanslaşdırılmış siyasət ölkəmizin sabit, əmin-amanlıq şəraitində iqtisadi inkişafına şərait yaradıb və Respublikamızı regionda lider dövlətə çevirib. Mən də Azərbaycan Kommunist Partiyasının sədri olaraq bu siyasəti tam dəstəkləyirəm. 

- Müstəqillik qazandıqdan sonra dünyaya açılım, Qərbə inteqrasiya yolunu seçən Azərbaycan, Şərq cəbhəsi, yaxud Avrasiya dünyası ilə də bağlarını qoparmadı, müxtəlif birlik formatlarında əməkdaşlıqlarını davam etdirdi. Bu siyasi kursun əhəmiyyətini və gələcək istiqamətləri necə təhlil edərdiniz? 

- Müstəqillik qazandığımız ilk illərdə demək olmazdı ki, Azərbaycan balanslaşdırılmış siyasət aparırdı. Bu siyasətin bünövrəsi mərhum prezident Heydər Əliyev tərəfindən qoyuldu və bu gün də uğurla davam etdirilir. Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, başqa siyasi kursu götürmək Azərbaycanın bir dövlət kimi parçalanaraq məhvinə gətirib çıxara bilərdi. Nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan öz zəngin enerji resursları və yerləşdiyi coğrafi məkana görə dünyanın aparıcı dövlətləri olan Rusiya, ABŞ, İran və Türkiyənin  maraqlarının kəsişdiyi ərazidə yerləşir. Bu baxımdan da Azərbaycan yuxarıda adlarını qeyd etdiyim dövlətlərlə və o cümlədən digər ölkələrlə müxtəlif birlik formatlarında əməkdaşlığı davam etdirməlidir. Yalnız bu cür siyasi kurs Respublikamızın toxunulmazlığının və iqtisadi inkişafının qarantı ola bilər. 

- Ölkəmiz tarixi İpək Yolunun üzərində, çox mühüm geostrateji mövqedə yerləşir. Bunun üstünlükləri ilə yanaşı, zaman-zaman ağrılı tərəflərini də yaşamışıq. Bir siyasətçi olaraq necə düşünürsünüz, biz bu əlverişli mövqeyimizdən doğru - düzgün istifadə edə bilirikmi? 

- Mən sizin bu sualınıza artıq yuxarıda dolayısı da olsa cavab verdim. Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan, siyasi baxışlarından asılı olmayaraq bütün partiyaların başqa xarici siyasət yürütmələri yanlış olar və bu xalqımıza çox baha başa gələ bilər. 

- İran üzərindən beynəlxalq sanksiyalar götürüldü və siyasi, iqtisadi məngənədə boğulan Tehran rejimi bu gün dünyanın bir çox dövlətləri ilə ciddi əməkdaşlıqlara başlayıb. Bu proses Azərbaycanın xeyrinədir, yoxsa...? Biz nə etməliyik?

- Azərbaycana qonşu olan dövlətlərin iqtisadi inkişafı, onların daxili sabitliyi Azərbaycan üçün də çox önəm daşıyan vacib amillərdən biridir. İran İslam Respublikasına gəlincə isə, yaddan çıxartmaq olmaz ki, bizim həmin ölkədə  35 milyondan çox soydaşlarımız yaşayır. Onların güzəranlarının yaxşı olmasına biz azərbaycanlılar yalnız sevinə bilərik.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]