Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Novruz , Kosa və Keçəl

Bölmə :
Köşə
Yazar :
Nemət Məmmədli
Təqdimat :
Lütfi-Zadə adına BMEA-nın həqiqi üzvü
Yayım tarixi :
17/3/2016 [23:55]
Baxılıb :
4165 dəfə

Qarşımızda çoxlu sayda həlli bizdən asılı olan və ya olmayan məsələlər var. Bunların bir hissəsi məişət tiplidir, digərləri isə siyasi-iqtisadi məsələlərə aiddir. İndi dünyanın təlatümlü vaxtında, üçüncü dünya müharibəsinin cücərtiləri səməni kimi baş qaldıran bir vaxtda siyasi-iqtisadi məsələlərdən danışmaq çətin olduğundan yenidən mövsümi xarakter daşıyan Novruz mövzusu gəlir gündəmə. Dahi Nizami Gəncəvi "İsgəndərnamə"də dörd ünsür və ilin dörd axır çərşənbələrinin ardıcıllığının mahiyyətini yüksək səviyyədə həll etmişdir. Biz də, BDU-nun fars dili kafedrasının baş müəllimi Ziyafət xanım Məmmədova ilə birlikdə "Fizika, riyaziyyat və informatika" jurnalında (â„–1, səh 3-8, 2010-cu il) elmi əsaslarla Novruz məsələsini əhatəli həll etmişik. Çərşənbələrin 4 ünsürə bağlanması, insanların dörd ünsürə inamı və ünsürlərin canlı orqanizmlərdəki rolunun danılmaz olduğunu izah etmişik. Düşünürük ki, daha başqa söz-söhbətə ehtiyac yoxdur. Yox, bilə-bilə, söhbət ürək bulandırmaqdan gedirsə, başqa məsələ.

Bu günlərdə ANS telekanalının "Günəbaxan" verilişində Elgiz bəy, bir etnoqraf, tarix elmləri doktoru, professor Təvəkkül Səlimov və bir də əslən filoloq, real astroloq Firudin bəy Qurbansoyla  Novruzun atributları, Keçəl və Kosa barədə söhbət açdı. Onun dediklərindən belə məlum oldu ki, kimlərinsə bu personajların geyimlərindən, xüsusilə, onların gödəkçələrindən xoşu gəlmir və təklif edirlər ki, Keçəl və Kosa libaslarını dəyişsinlər. Söhbətin şirin yerində Elgiz bəy özünü bir az da avamlığa qoyub dedi: "Bəlkə elə o adamlar haqlıdırlar? Araşdıraq da!" 
Sözün düzü, Elgiz bəydən gözləmirdim. 

Mənim aləmimdə, əgər hər hansı bir nəfər Novruza qarşı nəsə deyirsə, mən onu  bütövlükdə şərqin düşməni hesab edirəm. Mənim ən incə duyğularım bu bayramla bağlıdır. Novruz təbiətin özündən gələn, təbiətdən qaynaqlanan bir bayramdır. Orqanizmlərdə bioloji, fizioloji və biokimyəvi proseslərin hamısı Novruzun gəlişi ilə yeniləşir, bioritmlərin harmoniyaları nizamlanır. Yalnız Arktikada, Antarktikada və tropik cəngəlliklərdə yaşayanlar bu bayramı hiss edə bilməzlər. Bu bayram Yer kürəsinin müəyyən en dairəsində yerləşən,  baharın gəlişi güclü hiss olunan ölkələrdə təm-təraqla keçirilir. Məsələn, Çində baharın gəlişi 21-22 fevralda, Günəş dolça bürcündən çıxıb balıq bürcünə daxil olanda, yəni bizim birinci su çərşənbəmiz günü qeyd olunur. Çünki Çin bizdən cənubdadır, baharın gəlişi orada bir ay tez hiss olunur.

Verilişdə  hər iki ekspert  xeyli cəsarətlə xalqın sevimlilərini müdafiə etdilər. Lakin arqumentləri elə də tutarlı olmadı. Mənə elə gəlir ki, bu söhbətlərin hamısının kökündə bir amil var. Ölkə balaca, kanallar çox,  sanballı adamlar da kölgədə. Üzdə olan beş-on nəfər də qalıb kanalların arasında.
Eyni mövzu bir gündə, müxtəlif zamanlarda bir neçə kanalda araşdırılır. Bizim ölkədə indi hamı danışır. Danışmaq bərk dəbdədir. Oxumaq yox. Oxumaqdan hamının zəhləsi gedir. Oxumayıb danışanda da aləm qarışır. Heç kim də özünə hesabat  vermir ki, nədən nə qədər danışmaq olar.
İranda ali tədris ocaqlarına, universitetlərə danışgah deyirlər. Heç xoşuma gəlmir. Danışgah sözü sanki adamı düşünməkdən uzaqlaşdırır. Danışmağı bizə analarımız öyrədir. Tədrisdə isə bəlağətli danışmaqdan elm öyrənmək məqsədilə istifadə olunur. Ali təhsilə yiyələnmək üçün xeyli başqa qabiliyyətlər də tələb olunur. Məsələn, qulaq asmaq bacarığına yiyələnmək. Elmin indiki səviyyəsində müasir kompüter texnologiyası ilə elmi araşdırmalar aparmaq üçün tək danışmaqla iş aşmaz. 

İndi bizim respublikamız  9 milyon müdavini olan danışgahı xatırladır. Hamı ara vermədən nədənsə danışır. Qulaq asan yoxdur.

Məsələn, mən Novruz xatirələrimi danışası olsam, uşaqlıqda üsgü axşamı adlandırılan ikinci od çərşənbəsində məftillə sarınmış, neftlə isladılmış məşəli fırlatmağımızdan danışardım. Keçmiş Sovetski küçəsindən ta Hüsü Hacıyev küçəsinə kimi yüzlərlə,  bəlkə də minlərlə uşaq məxsusi mahnılarla, əllərində məşəl fırladardılar. Küçə sanki od tutub yanırdı. Biz bu işə bir həftə öncədən hazırlaşardıq. 

2006-cı ildə dostum Akif müəllimlə ABŞ-ın Filadelfiya şəhərində konqresdə olanda Pensilvaniya universitetinin həyətində axşamlar oturub istirahət edərdik. Binaların ətrafında əkilmiş güllərin üstündə işıq saçan işıldaquşları maraqla izləyərdik. Güllər sanki od tutub yanırdı. Hava qaraldıqca işıldaquşlar başlayırdılar ara vermədən çevrə boyunca güllərin başına fırlanmağa. Çox cazibədar bir mənzərə yaranırdı. Novruzda fırlatdığımız məşəllər yadıma düşürdü. Görəsən bu bənzərlikdə nəsə bir mahiyyət axtarıb tapmaq mümkündürmü?

Çərşənbələrdə şal, dəsmal, papaq atmaq da təbiidir və insanlara olan məhəbbətdən gəlir. Mən İmişli rayonunun Qaradonlu kəndində oxuyanda (IV-V siniflər) bir neçə dost- qonşu sinif yoldaşlarımızın və bir-birimizin evlərinə dəsmal atardıq. Papaq atanda səhərisi gün sinif yoldaşlarımız, xüsusilə də qızlar, papaqları tanıyıb yaxşı hədiyyələr qoyduqlarını deyirdilər.

Azərbaycan ərazisinin 80%-i itiriləndən sonra novruzdan-novruza qeyrət yadımıza düşür. Bir lətifədə deyildiyi kimi: "Ölüb Xankişi,  tapançanı verdi, qabını da versin."

Novruzda nə edilirsə, hamısı zarafat, gülüş və əyləncə naminədir. Yəni hər şey sərbəst, azad və sevgili-sayğılı, sağlam həyat naminədir. Mən Təbrizdən 40km şimalda yerləşən Üsgü şəhərinə, məhz üsgü axşamı onların keçirdiyi Novruz mərasimini seyr etməyə getmişəm. Unikal görüntü və böyük sevincin şahidi olmuşam.

İndi bir-iki dəfə Avropaya gedib gecə klublarında fır-fıra kimi fırlanan gecə quşlarını görəndən sonra fikri-zikri nəm çəkmişlərin gözündə Keçəllə Kosa çox primitiv görünür. Daha düşünmürlər ki, onlar elə primitivlikləri, qədimlikləri ilə əzizdirlər. Lap düzünü bilmək istəsəniz, onlar nəinki Keçəli və Kosanı bəyənmirlər, elə bizdən də zəhlələri gedir. Bizə baxıb odlanırlar, dözmürlər.

Mənim əzizlərim, Novruzun yaşı, ən azı Zərdüşt peyğəmbərin yaşı qədərdir. Düz 3000 ildir. Özü də dəqiq bilirəm. O vaxt nə Pyer Kardenin kostyumları, nə Çarli Çaplinin şlyapaları, nə də Adidasın krassovkaları var idi. Amma Yer kürəsinin biz yaşayan məkanlarında yaz gələn ərəfədə kifayət qədər soyuq olurdu. Bəs açıq havada insanlara xoş əhval-ruhiyyə gətirən ovqat yarada bilən, bacarığı, qabiliyyəti ilə fərqlənən söz ustaları, indiki anlamda şoumenlər əyinlərinə bir şey geyməməliydilər? Lüt çıxaydılar millətin qabağına? Onu istəyirsinizsə, yenə gedin gecə klublarına, canınız dincəlsin. İstəyənlər üçün o da var.

Bütün xalqların milli bayramının personajları təxminən eyni cür geyinir, mağarada yaşayan adamlar kimi. Bütün hökmdarların saraylarında xeyli müsbət statusa malik təlxəklər olurdu. Vəzir-vəkillərin deyə bilmədiklərini təlxəklər zarafatla, lağ-lağa ilə hökmdarlara çatdırırdılar. Təlxəklərin də geyimləri insanların geyimlərindən fərqlənirdi: gülüş doğuran, qeyri-adi, al-əlvan, qotazlı, zınqırovlu və s. olardı. Bütün bunları və Keçəllə Kosanın geyimlərini başa düşmək olar. Əgər normal vətəndaş təəssübkeşliyi olsa. Olmayanlar üçün Sovet vaxtı dəbdə olan bir lətifəni xatırladım: Guya Rusiyada təhsil alıb qayıdan, dilimizi unutmuş, cavan oğlan anası qabağına şabalıdlı xuruşu olan plov qoyduqda, xuruşu göstərib deyir:"Mama, a eto çto za qara-qura?"  Novruz bayramına sataşanların da söhbətləri "çto za qara-qura" kimi bir şeydir. İndi sizə deyim qoyun dərisi olan gödəkçələrdən.
1977-ci ilin payızında Leninqrada (indiki Sankt Peterburq)  müəllimlərin dörd aylıq təkmilləşdirmə kurslarına getmişdim. Fiziklərə Peterqofda yataq yeri verirdilər. Axırıncı iki ay mənə mərkəzə yaxın "Bolşoy prospekt"- dəki qonaq evində yer verdilər. Üçüncü mərtəbədə olan nömrədə iki otaq və ümumi mətbəx var idi. Bina qədim olduğundan, şəraitimiz elə də yaxşı deyildi. Qonşu otaqda Özbəkistanın Cərco şəhərinin pedaqoji institutunun dosenti Mədrəhmət adlı bir doktorant qalırdı. Mənə özünü professor kimi təqdim etdi. Onu orada tanıyanlar çox idi, aspirant vaxtı da burada olmuşdu. Mən həftənin üç gününü səhər tezdən Peterqofa gedib evə gec və  yorğun  qayıdırdım. Dərslərim şəhərdə olanda günorta yeməyimi Nevskiy prospektindəki Saltıkov Şedrin adına ümumi kitabxananın yeməkxanasında yeyib axşama kimi məşğul olurdum. Evə gec qayıdırdım. Səhərlər, hərdən Mədrəhmətlə mətbəxdə görüşürdük. Onun səhər yeməyi bir çörək və 10 yumurtadan ibarət idi. Deyirdim: "ay Mədrəhmət əkə, bu yemək səni öldürəcək, bu qədər suda qaynanmış yumurta yemək olmaz". Deyirdi: "Sən bilməzsən, mənə lazımdır". Ürəyimdə deyirdim: "Heyvanıva şükür, İlahi". Eni ilə boyu təxminən bir olan bu adamın 55 yaşı, 130 kq çəkisi, 1m 50 sm boyu vardı. Hiss olunurdu ki, imkanlı adamdır. Doktorluq dissertasiyasının mövzusu "Çox uşaqlı ailələrdə tərbiyənin dialektikası" idi. Guya, dünyada ilk dəfə o, isbat etmişdi ki, çoxuşaqlı ailələrdən çıxan uşaqlar daha qayğıkeş, daha bacarıqlı və ictimai mənfəəti şəxsi mənfəətdən üstün tutan olurlar. O, namizədlik dissertasiyasını da  elə həmin mövzuda yazıbmış. O, konkret deyirdi ki, bizim tərəflərdə qafqazlılara münasibət yaxşı deyil. Biz inanmırıq ki, yumru gözlər (yəni biz) yaxşı adam olsunlar. Guya biz ipə-sapa yatan olmuruq, şuluq oluruq. Axırıncı 39 ildə Mədrəhmət mənim yadıma iki dəfə düşüb. Birinci dəfə özbəklər böyük biabırçılıqla Axısta türklərini qovub Özbəkistandan çıxaranda, bir də indi, Keçəlin qoyun dərisindən olan gödəkçəsi məsələsində.

Hər gün mən qapıdan çıxanda o məndən soruşardı: "Bəs nə vaxt qayıdacaqsan?" Deyirdim: "Axşam". Deməmişkən, qara qızın dərdi varmış. O mən gedən kimi otağa qızları gətirirmiş. O, tez-tez poçtdan içində dümağ rəngli, aşılanmış quzu dəriləri olan bağlamalar alar, stulların başına sərib qurudardı. Aləmi qoyun iyi bürüyərdi. Həmin vaxtlar dünyada da, Rusiyada da ovçinka (qoyun dərisi) gödəkçələr çox dəbdə idi və kifayət qədər baha satılardı. Ona görə də professor Mədrəhmət 15-16 yaşında yelbeyin qızları tora salırmış. İndi gördünüzmü, quzu dərisindən olan gödəkçələrin hikmətini? Deyirsiz bəs Keçəl pis geyinir, müasir deyil. Tamam səhvdir, Keçəl həmişə dəbdə olub, həmişə də dəbdə olacaq, öz bilik və bacarığı ilə.

Mən hələ bütün bu işləri bilməyəndə, Sovet hökumətinin ən möhtəşəm bayramı sayılan 7-i noyabrda Mədrəhməti özümlə, bizim ailəvi dostlarımız, həmin il evlərində ailəvi iki ay qonaq qaldığımız Malışevlərin evinə, bayram görüşünə aparmışdım. Leninqradın blokadası vaxtı polkovnik Sergey İvanoviç, evin kişisi, Oneqa gölü üzərindən salınmış qurtuluş yolunun buz üzərindən keçən hissəsinin qəhrəmanlarından olmuşdur. Onun xanımı Aleksandra İvanovna da çox mehriban və alicənab insan idi. Onlar mənim rəhbərim L.A. Senanın bağ qonşuları idilər. Evdə otuza yaxın qonaq var idi, hamısı da ən yaxın qohumlar. Çox gözəl məclis keçdi, axırda professor Mədrəhmət də sağlıq dedi. O, xalqlar dostluğundan danışandan sonra müharibə və blokada iştirakçılarının sağlığına badə qaldırıb, sonda "Biz bu adamların ayaqlarını yuyub, suyunu içməliyik dedi". Pah atonnan! Araya sükut çökdü. Sergey İvanoviç üzünü Mədrəhmətə tutub "Nu, zaçem rebyata" (yəni  "niyə belə uşaqlar") dedi. Mən də vəziyyətdən çıxmaq üçün soruşdum ki, bəs burada əyləşənlərin ayaqlarını yusaq bəsdir, yoxsa bütün şəhərdəkilərin ayaqlarını yumaq lazımdır? Gülüşdük, gərginlik aradan götürüldü.

Tədricən Mədrəhmətlə aramız soyuyurdu. Onun əməlləri məni sıxırdı. Özünü professor kimi təqdim edən ali məktəb müəlliminin hərəkətləri tükürpədici idi. 

Dekabrın 27-ində Bakıya dönməyimə bir gün qalmış rəhbərimin 70 illik yubileyi idi. O, evində əlli nəfərlik gözəl bir ziyafət təşkil etmişdi. Qonaqlar hamısı onun yaxın dostları, professorlar, akademiklər, rəssamlar və b. idi. Bircə mən elmlər namizədi idim. Qonaqlıqda mənim şəxsən tanıdığım  dostumuz rəhmətlik Fərrux müəllimin rəhbəri pr. Zandberq, dostlarım Akif və rəhmətlik Zahidin rəhbəri pr. Çudnovskiy, Rusiya EA-nın müxbir üzvü Deryagin və rəssam Qallay da var idi. O məni görən kimi üzünü Zandberqlə Çudnovskiyə tutub dedi: "Gəlin Novruz bayramı haqda Nemətdən soruşaq, o yaxşı bilər". Mən onlara qısa və konkret Novruz bayramının əsas mahiyyətini izah etdim.

Məclis başlayanda bir şüşə şampan, üstündə də bir plitka şokolad ən yaxşı tost deyən üçün priz qoyulmuşdu. Hamı dəridən-qabıqdan çıxıb prizi udmaq istəyirdi. Sonda məlum oldu ki, gizli səsvermə ilə prizi mən udmuşam. Çox böyük qələbə idi. Əl çalıb məni təbrik edib, prizi təqdim etdilər. Mən də şampanı açıb bütün məclis iştirakçılarının bokallarına süzüb təşəkkür etdim və onların sağlığına badə qaldırdım.

Saat 23:30 radələrində çox gözəl əhval-ruhiyyə ilə evə döndüm. Qapını açanda geyimli-keçimli Mədrəhmət üstümə atıldı və dedi: "Vallah-billah heç nə etməmişəm, qız deyəsən ölüb". Dedim ki, "neyləmək istəyirsən?" Dedi: "qaçmaq". Dedim: "dayan, hara qaçacaqsan, get mən deyəni elə. Sol əlinlə qızın başını tutub sağ əlinin baş barmağı ilə üst dodağının tən ortasında, burnunun altındakı "Jen-dzyun" nöqtəsini bərk bas, qız yəqin şoka düşüb, yəqin ki, ayılar. Key kimi üzümə baxırdı, onu başa salmaq üçün baş barmağımla Mədrəhmətin burnunun altındakı "Jen-dzyun" nöqtəsini bərk basdım. Dik atıldı, dedi çox ağrılıdır. Dedim, bəli çox ağrılı nöqtədir. O getdi otağına. Mən isə öz otağıma keçdim. Heç iki dəqiqə keçməmiş dəhlizdə cılız bir qız uşağı ilə üz-üzə gəldim. Qız əlində quzu dərisi güllə kimi qapıdan çıxdı. Ardınca Mədrəhmət gəldi, nə gəldi. Başladı ağlamağa. Hönkürtüsü aləmi götürmüşdü.  "Yavaş ol, qonşular eşidər. Mənim reysim səhər uçur," deyib keçdim otağıma. Üstümdən dağ götürüldü, yaman qorxmuşdum. Əgər qız ölsəydi məni də çək-çevirə sala bilərdilər. Evə qayıtmağım ləngiyə bilərdi.

Səhər duranda qapının ağzında Mədrəhməti gecə gördüyüm kimi, yenə geyimli-keçimli, stulda əyləşmiş gördüm. Bircə onu dedi ki, bağışla, sən məni ölümdən qurtardın. Mən də ona dedim ki, səni Allah bağışlasın, mənlik deyil. Lakin sənə bircə sualım var: "Sən ailənizdə neçənci övladsan?" "9-cu" dedi. Dedim: "Yoldaş professor, heç olmasa dissertasiyanın adına hörmət elə"  və qapıdan çıxdım.

Mən yüz faiz əminəm ki, bizim keçəllərin və kosaların geydikləri quzu dəriləri o dərilərdən deyil. Halaldır və ayıb örtəndir.

Vəssalam ! Məndən bu qədər. Novruz  Bayramınız mübarək olsun!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]