Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Bağçalar Təhsil Nazirliyinə qaytarıla bilməz” - NİYƏ?

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
17/3/2016 [00:02]
Baxılıb :
dəfə

Bu günlərdə "Bağçalar Təhsil Nazirliyinə qaytarıla bilməz" kimi hökm xarakterli başlıqlar bəzi saytların manşetinə çıxarılıb. Çox ehtimal ki, buna səbəb parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözügedən komitənin iclasında " Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılması məsələsinin müzakirəsi zamanı "uşaq bağçalarının, bütövlükdə məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması məsələsindən söhbət getmir və indilikdə belə bir məsələ də yoxdur" açıqlaması olub.
Halbuki, komitə sədri belə bir məsələnin və iddianın ortaya çıxmasında daha çox medianı, bəzi KİV-ləri ittiham edib: "Biz "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması anonsunu verər - verməz media belə bir məsələni gündəmə gətirdi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Belə bir məsələ yoxdur, belə bir məsələdən söhbət gedə bilməz və indilikdə bu məsələnin ortaya atılması da düzgün deyil. Bu məsələ hazırlanacaq yeni qanun layihəsinin də predmeti deyil. Bu məsələ dövlət başçısının sərəncamı və fərmanı ilə həll olunan bir məsələdir.Ona görə də media bu məsələdə tələskənliyə, çaşbaşlıq yaranmasına yol verməməlidir". 

İsa Həbibbəyli onu da yada salıb ki, ümumiyyətlə, Azərbaycanda hazırda 3 növ məktəbəqədər təhsil müəssisəsi var - dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələri.  Ancaq dünyada bunun növləri çoxdur - günərzi, ailə tipli məktəbəqədər təhsil müəssisələri və sair. Gələcəkdə, yəni məktəbəqədər təhsillə bağlı qanunun qəbulu və onun icrası ilə bağlı mexanizmlərin ortaya qoyulmasından sonra bizdə də yeni növ məktəbəqədər təhsil müəssisələri yaradıla bilər. Yəni demək istəyirəm ki, uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin də indilikdə Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması ilə bağlı konkret mexanizmlər yoxdur.

Bir vətəndaş olaraq uşaq bağçalarının Təhsil Nazirliyinin, icra hakimiyyəti orqanlarının və yaxud hansısa  digər əlaqədar rəhbər idarəetmə qurumunun tərkibində olmasının şəxsən mənə bir isti-soyuqluğu yoxdur. Lakin uzun illər təhsil orqanlarında çalışan, bu sahədə müəyyən təcrübəyə malik olan bir ekspert kimi bu məsələ məni də problemin həllinə etinasız qoya bilməz. Əgər söhbət dünya təcrübəsindən gedirsə, elə ölkələr var ki, orada uşaq bağçaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindədir və s.

Razılaşaq ki, hörmətli komitə sədrimizin dediyi kimi, bu məsələ dövlət başçısının sərəncamı və fərmanı ilə həll olunan bir məsələdir və uşaq bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin də indilikdə Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılması ilə bağlı konkret mexanizmlər yoxdur. Elə isə adı çəkilən müəssisələr son illərə qədər məhz Təhsil Nazirliyinin tabeçiliyində olmayıb və ya bəlkə icra hakimiyyəti orqanlarının konkret mexanizmlər hazırlamaq sahəsində təcrübəsi və metodikası daha çoxdur? Belə çıxmırmı ki, dilimizə günərzi kimi tərcümə edilən, rusların "kruqlosutoçnoe" adlandırdığı, daha sonra  ailə tipli və s. bu kimi yeni növ məktəbəqədər təhsil müəssisələrinin mexanizmlərini ortaya qoyduqdan, məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələrinin öyrənilməsindən sonra  tabeçilik məsələsinin üzərinə qayıtmaq olar? Görəsən bu prosesin nə vaxt başa çatacağını heç olmasa təxminən də olsa bilən varmı? 

Məlum olduğu kimi, keçmiş rəhbərliyin fəaliyyətindəki ciddi yarıtmazlıqlar ucbatından 2011-ci ilin dekabr ayından etibarən bir sıra səlahiyyətlər, o cümlədən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınıb, icra hakimiyyəti orqanına verilib ki, bunun da nəzərəçarpacaq fəsadlarının bilavasitə şahidiyik və əlavə şərhə ehtiyac belə duymuram. Bununla belə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil sahəsində idarəetmə islahatlarının başlıca istiqamətlərindən biri kimi təhsil prosesinin iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə orqanlarının funksiyaları, səlahiyyətləri və cavabdehliyinin dəqiq müəyyən olunması, təhsil müəssisələrinin idarəetmə səlahiyyətlərinin və təhsilin nəticələrinə görə cavabdehliyinin artırılması vəzifəsi qarşıya qoyulub, məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı olması xüsusi vurğulanıb.

Təhsil sahəsindəki uzunillik pedaqoji və təhsilin idarəetmə orqanlarındakı təcrübəmə əsaslanaraq, həmişə təhsilin bir mərkəzdən idarə olunmasının tərəfdarı olmuşam. Əgər nəzərə alsaq ki, təhsil vahid bir orqanizm, yəni bir sistemdir və bu mənada sistem bir mərkəzdən idarə olunmalı və cavabdehliyi də konkret cavabdeh daşımalıdır, yəni bütün sorumlar bilavasitə ona ünvanlanmalıdır. Bu vəzifələri lazımi səviyyədə yerinə yetirmək üçün isə ilk növbədə təhsil sahəsində dövlət siyasətini həyata keçirməyə məsul olan təhsilin ali idarəedici orqanı kimi Təhsil Nazirliyinin məktəbəqədər təhsillə bağlı səlahiyyətlərinə yenidən baxılması zəruridir. Digər tərəfdən təhsilin varislik və fasiləsizlik prinsipləri var. Prinsiplərin pozulması təhsil sisteminin dayaqlarının sarsılması deməkdir.Məgər bu səlahiyyətlər icra hakimiyyəti orqanlarına verildikdən sonra problemlər azaldı, əksinə daha da artaraq, cəmiyyətdə mənfi rəyin formalaşmasına səbəb oldu.

Uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurrikulumların hazırlanması, məktəbə hazırlıq təhsilinin zəruriliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 2020-ci ilə qədər 90 faiz səviyyəsinə çatdırılması vəzifəsinin Strategiyanın əsas strateji hədəfləri olduğunu, məktəbəqədər hazırlığın eyni zamanda bir sıra məktəblərdə yaradılan hazırlıq qruplarında da aparıldığını nəzərə alsaq, bu vəzifənin bilavasitə Təhsil Nazirliyi tərəfindən həyata keçirilməsi zəruriliyinin şahidi oluruq. Digər tərəfdən Respublikanın tanınmış təhsil ekspertləri və ziyalıları Şahlar Əsgərov, Əjdər Ağayev, Asif Cahangirov, Etibar Əliyev, Məlahət Mürşüdlü və digərləri də məhz bu fikirlərlə bölüşüblər və bölüşməkdədirlər. Onu da xatırladım ki, İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində də məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması məqsədəmüvafiq hesab edilmiş və xüsusi olaraq vurğulanmışdı ki, ibtidai sinfə hazırlıq prosesinin məktəbəqədər təhsil müəssisəsi ilə məktəblərdə təşkil ediləcək hazırlıq qrupları arasında parçalanması təhsilə hazırlanmada ciddi fəsadlar yarada bilər. 

Bir də ki, nəzərə alsaq ki, gün ərzində onlarla, yüzlərlə avtomobil, təyyarə, gəmi  qəzası baş verir. Belə çıxır ki, biz avtomobildən, təyyarədən, gəmidən imtina etməliyik? Yaxud kompüterin, internetin  məktəbli gənclərin, yeniyetmələrin səhhətinə, tərbiyəsinə ziyanlı tərəfləri barədə nə qədər deyilib və yazılıb.Bununla belə sosial şəbəkələrdən imtina etmirik ki? Əgər bir vaxtlar Misir Mərdanovun rəhbərlik etdiyi komanda uşaq bağçalarını özəlləşdirmə adı ilə satışa çıxararaq yerində göydələnlərin, şadlıq evlərinin, gözəllik salonlarının tikilməsinə, özəlləşdirməyə çıxarılan bağçaların bir çoxunun profilinin dəyişdirilərək başqa məqsədlərə yönəldilməsinə rəvac verərək məktəbəqədər təhsil şəbəkəsini çökdürdülərsə, bu qara ləkə nə vaxta qədər Təhsil Nazirliyi adlanan bir strukturun üzərində qalmalıdır?

İstəsək də, istəməsək də razılaşmalıyıq ki, təhsilin mühüm pillələrindən biri sayılan məktəbəqədər təhsil şəbəkəsinin Təhsil Nazirliyinə tabe olmaması tamlığı, bütövlüyü pozan bir amildir. Başqa sözlə hazırda yerli icra hakimiyyəti orqanlarının təhsil strukturları məktəbə qədər təhsilin inkişafı, onun müasir tələblərə cavab verməsi üçün yetərli gücə və səriştəyə malik deyillər . Hər halda Təhsil Nazirliyinin tərkibində olsa, bu şəbəkənin təkmilləşdirilməsi və yeniləşdirilməsi  istiqamətində daha çevikliyə və mobilliyə nail olmaq olar. Yeni səhvlər buraxmaqdansa, köhnə səhvləri düzəltmək daha sərfəli ola bilər.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]