Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Neobütpərəstlik fenomeni

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
16/3/2016 [23:39]
Baxılıb :
1065 dəfə
Yaxud feyk nə olan şeydi?

Çox məşhur onlayn rəvayətdir, sizə  də danışım. Belə deyirlər ki, 4 il əvvəl bir kanadalı aytişnik (kompüter işlərindən baş çıxaran proqramlaşdırıcını xalq belə adlandırır) Quake 3 serverini,  16 botluq (internetdə işləyən avtomatik tapşırıqları yerinə yetirən robot proqramlarını el arasında belə adlandırırlar) Arenanı işə saldı. Botlar neyron şəbəkəsi daxilində  özü öyrənən Aİ  ilə idarə edilirdi. Bu yaxında həmin bu aytişnik serveri xatırladı və işlərin necə getdiyi ilə maraqlandı. Baxıb gördü ki, botlar tində oturan qədeşbalalar kimi əlləri qoynunda oturub heç nə eləmir. Aytişnik serveri yenidən işə saldı, amma "avaralar" yenə də qımıldanmadı. Aytişnik loqların (serverin proqram təminatında bütün hadisələri qeydə alan bir fayl) tarixini yoxlayanda tapır ki, hər botun 512 meqabaytlıq loqu (yəni zir-zibili) yığılıb. Loqlarn içində bir qədər araşdırmadan sonra başa düşür ki, botlar çarpışıb, vuruşub, döyüşüb sonunda anlayıblar ki, ən salamatı vuruşmamaqdı və silahı yerə qoyublar. 


Robot qandı, siz qanmadız!

Bu "gözyaşardıcı" rəvayəti dinlədikdən sonra  adamın cəmi vuruşan insanlara bir ağız yağlı söz deməyi gəlir: "Əəəə, utanmırsız! Bay atonnan, robot qandı, siz qanmadız eeee". Sonra uzun illər biz tərəflərdə atəşkəs olduğunu xatırlayıb üzünü müharibə eləyən dövlətlərə çevirməyin gəlir. Öz aramızdı, bu onlayn-rəvayəti  Suriya hadisələri, Rusiyanın hava yoluyla Türkiyəyə sataşması, terror aktları, lap istəsən aranı bulayıb qıraqda dişlərini ağardan Amerikaya da elə qəşəng bağlamaq olardı ki. Gör bir, robotlar adamlardan ağıllı çıxdı. Elə bu başlıq altında yüz cür yazıya rast gəldim.  Yəqin, bu botların hələ demokratiyası yox idi, ona görə dinc otura biliblər.  Ya da atom silahını tapıb düyməni basıb nəticəsini gözləyirmişlər. Yaxud botlar serverdə neft tapıb milyonçu olduqlarına görə rahatlanıb razılığa gəliblər. Planetdə baş verən müharibələri netlə bağlayanlara bəri başdan gözümü ağardıram, axı hamı da bilir ki, nefti pulla almaq müharibəylə əldə eləməkdən ucuz başa gəlir. 
Əlbəttə, planetar səviyyədə fəlakət gözlənirkən, qiyamət gününün arxadan gələn addım səslərini eşidirkən nəinki oyun oynamaq, hətta dünya ağalığı, maddi rifah uğrunda çarpışmağın özü gülməlidir. Çox yox, maqnit sahəsinin kiçik titrəyişi nəticəsində Xəzər dənizinin gözlənilən kilometrlik dalğası nın üstümüzdən bircə dəfə keçməsi bəs eləyər ki, gündəmdə olan problemlərin az qala hamısı həll olsun. Dalğa villanın mərmər pillələrini də, kasıbın əhəngli divarını da bir anda yuyub aparacaq və təzəcə salınmaş asfaltın üstünə qalayacaq. Bir-birini öldürməyi çıxış yolu görən adamlar didişmələrinin kainat miqyasında nə qədər cılız olduğunu anlamaz. Qarın qardaşdan irəli olub həmişə. Sağ qalma, maddi rifahdan danışırkən yenə də hər şey qayıdıb hakimiyyət və pul üstündə dayanır. Bəlkə bu proqpamçı botlara çıxış yolu tapıb bəşəriyyəti xilas etmək tapşırığı veribmiş?

512 mb pis deyil, amma 4 qb ondan da yaxşıdı

Onlayn rəvayətə reaksiyalar qəliz oldu. Kimsə ironiyasını işə saldı, "Yəqin bundan sonra botlar yığılıb fermaya bostanı sulamağa getdi" deməklə ferma oyununu oynayanlara lağ elədi. Hamı da bilir ki, internetbazlıqda istifadəçilər instaqram xəstələrini çıxmaq şərtilə 2 yerə bölünür: döyüşənlər və bostan sulayanlar. Bəlkə bu aytişnik içən olub? Yoxsa ki, heç adam da 4 il botlarını başsız buraxıb yetim qoya bilər? İşin ciddiliyində şübhələr olmamalıdı. Bu aytişnik botlar üçün bütün davranış sistemini bitdə-bitdə yazmalı idi. Strategiya tapmaq, oyunu udmaq üçün "baş sındırmaq", minimum hərəkətlə məqsədə tez çatmaq və s. Ola bilər robotlar anlayıb ki, yerində dursan səni vurmayacaqlar, sən tərpənmirsənsə ətrafın səni heç görmür. İnsan öz mühitində heç bir hərəkət eləməyəndə çox rahat yaşayır, hərəkət edən kimi cəmiyyətdə səni "vurmağa" başlayırlar. Onlayn azarkeşləri oynamağa başlayan kimi virtual dünyada ortalıqda ora-bura qaçdıqlarına görə dərhal öldürülürlər, bunu təcrübəli oyunçular təsdiqləyər. Oralarda siyasi dözümlülük, humanizm və qardaşlıq ideyası işləmir, elə burda olduğu kimi. Hər şey çox sadə ssenari üzrə gedə də bilərdi. Psevdo-intellektual botlara "öldür, irəli get, vurdular uzan öl" sadə komandası verib ölüm və qələbələrin təxmini miqdarını müəyyənləşdirib çıxıb getmişdi. Limit dolan kimi robotlar da durdu. Bir də ki, 512 mb yaddaş nədi ki, dolan kimi robotlar alqoritmi yazmağa yer olmadığından ardını vuruşmağa yer istəyirmiş. Verən kimi qırğın başlayacaqdı da. Necə deyərlər, 512 mb pis deyil, amma 4 qb ondan da yaxşıdı. 

Kiməsə lazımdı ki, siz özünüzü axmaq hiss edəsiniz 

Dediyimiz rəvayəti müzakirə edən forumlarda əksəriyyəti özü özünü öyrədən neyron şəbəkə məsələsində şübhələrini bildirirdi. Başqa bir etiraz edən dəstə ağız büzənlərə həyatımızın ayrılmaz parçası olan Google və Apple simasında neyron serverlərə nümunələr gətirdi. Mobil telefona proqram əlavəsi olan və tənha kişilərin sevimlisi Siri də həmin sistem üzrə işləyir. Bəyəm siz Kveyk, Anrial, Konstr-Strayk kimi döyüş oyunlarında qan tökməkdən relaks yaparkən onun hansı sistemdə işlədiyini düşünürsüz? Əlbəttə, televizor tamaşaçısının televizorun quruluşundan baş çıxarması vacib deyil. Amma hər kəs bizi idarə edən sistemlərin mahiyyətini anlamalıdır. GPRS-i qapatmaq izləyici sistemdən uzaqda və təhlükəsizlikdə olmaq demək deyil. 

Ən məşhur axtarış sistemi Google-də "Botlar vuruşdu və anladı" axtarışını verərkən 0,79 saniyəyə 98 200 nəticə tapıldı. Bu o deməkdir ki, sizə danışdığım rəvayəti 98 min dəfə səhifədə dərc edib müzakirəyə çıxarıblar. Soruşa bilərsiz, evdar xanımların ilahiləşdirdiyi bu ağıllı hesablayıcı maşını bu boyda yüksəyə qaldırmaq, robotları insandan ağıllı kimi qələmə vermək kimə lazımdı? Həmin bu botlar minlərlə serverlərdə avaraçılıq edib gəzişib, heç nə də eləmirlər, özü də çoxdandı. Hamı da bilir ki, kompüter nəticə çıxarmır, əgər əzəlində bu şərt yazılmayıb və komanda verilməyibsə. Əgər yazının qəhrəmanı olan botlara sağ qalmaq komandası verilibsə, onlar düz nəticə də çıxarıb. Onlayn nağılların, rəvayətləri  qəribə adı da var, buna feyk deyirlər. Elə bil kiməsə lazımdı ki, siz özünüzü axmaq hiss edəsiniz. 
Əgər başımız çıxmırsa, izahını verə bilmiriksə, ilahiləşdirib bütləşdirməliyikmi?
Məsələnin alqoritmini çıxaraq: Bir yuzer (internet məkanına təzəlikcə ayaq basmış və hələ ki, məyus olmamış istifadəçi) arqure, qweasd kimi adlandırdığı klonlar ordusu yaradır. Buna uyğun bir xəbər pikabuda yayımlanır. Sonra yaxşı girişi olan bir sayta səviyyəsiz redaktorunun sayəsində necəsə düşür, yüzlərlə dəyərsiz saytlar xəbəri istinad verməklə yayıb reytinqini artırır, ona görə də dəyərli bir xəbər kölgədə qalır. Yəni bayaqdan danışdığımız bütün ağıllı sözlər, qlobal fəlakətlərdən tutmuş müharibə və neft problemlərinə qədər hamısı onlayn nağıldır, yəni feykdir. İbrətamiz əhvalatın mənası odur ki, proqramlaşdırmadan baş çıxarmayan adamlar tərəqqinin nailiyyətlərinə mağara adamının təbiət hadisələrinə münasibətinə uyğun reaksiya verir. Bəziləri heyrətlənir, bəziləri qorxub qınına qısılır. Əgər başımız çıxmırsa, izahını verə bilmiriksə, ilahiləşdirib bütləşdirməliyikmi?  Atom silahı icad edilən vaxtda insanlar günəş sistemi üçün təhlükəyə çevrilib. Elə həmin səbəbdən də Teslonun icad etdiyi "Tunquz meteoriti" adlanmış daha güclü silah gizli saxlanır. Çünki insan texnologiyaları inkişafa deyil, dağıtmağa xidmət edir. 

Oyuna öldürmək üçün gəlirlər

Ola bilər, bizim qəhrəmanımız robotlara öldürmək deyil, nəsil artırmaq əmri verilsəydi, daha sevimli olardı. Amma belə oyunun istifadəçisi 5 yaşlı uşaqlar olacaqdı. Robotların motivi yoxdu. Amma Kontr-Strayk oynayan insan oyunu kompüterinə yükləyərkən artıq bilir ki, bura öldürmək üçün gəlir. Onun qumbaraların partlayışından, snayper tüfənginin görkəmindən, realistik qan görüntüsündən əhvalı düzəlir. Onlar özünü profi saysalar da, mausu fırlayıb tez basmaqdan başqa bacarığı yoxdu. Belə insana təsir etməkçün onlayn nağıl və rəvayətlər gərəkdir. Necə deyərlər gecikmiş xeyirxahlıq liqası köməyə tələsir! 

Kompüteri özünü kamilləşdirmə rejiminə qoyanda o da insanlar kimi davranır. Fağır Mario düşmənlərini başıyla öldürməyə, düşdüyü yarğanlardan tullanmaqla çıxmağa başlayır. Tetrisdə kompüter uduzmağa bir neçə saniyə qalmış oyunu pauzaya salır, çünki onun fikrincə uduzmamaq daha vacibdir. Ona görə də heç bir məsələdə qərar verməyi cansız əşyaya tapşırmaq olmaz. Artıq kommentlərdə sarkazmı həqiqətdən ayıra bilən proqramlar əmələ gəlib. "Spotter" fransız şirkəti semantika, evristika və linqvistikanı tədqiqat obyekti seçərək mediada qeydə alınan bütün ifadələrin təsnifatını aparıb bu proqramı yaradıb. Şirkətin çox nüfuzlu müştəriləri var, onlar hətta sarkazm və yumorla deyilən ifadələri də statistikaya salıb nəticələri satışı artırmağa yönəltməkçün istifadə edirlər. 

Sən get neft yandır!

Feyklər İnternetə çıxan kimi böyük mübahisələr doğurur. Bəzən dialoqların özü çox məzəli olur. Bizim rəvayətin forumda müzakirəsindən bir dialoq:
- Düşünürəm ki, insanlar planeti tamam dağıtmasalar, çıxardığı nəticələr kəllələrində, hamının "loq"unda yazılmasa olmayacaq.
- Necə bilirsən, resurslar bu qədər azdırsa, mən onu sənin kimi axmağın birisi ilə bölüşdürməliyəm?
- Narahat olma, o vaxtacan mən özümü təmin edəcəm, sintez reaktorunu quraşdırıb zirzəmimdə sağ qalacam. Sən isə  neft və qaz yandır, səviyyəsiz.
- Neft və qazın qurtarmağına bir şey qalmayıb, sənin reaktorunun dalınca gələcəyik.
- Reaktor təkcə mənim deyil, hamınındır. Lulzla (müasir jarqonda zarafat, ironiya deməkdir) işləyir, lol (ucadan qaqqıltı) istehsal eləyir. Yeyib doyarsız.

***

Onlayn nağıl olsa da, bizim də əhvalatın sonu olmalıdı. Müasir zamanın "vanilli" təyinatı verdiyi rəvayəti qürur və forsla qəbul etmə daha dəbə uyğun görünəcək. Bilənlər gülümsəyəcək. Yerdə qalanı isə bütün zamanların səfehləri kimi bütlər yaratmağında olsun. Axı anlaşılmayan hər bir şey, hətta yüksək texnologiyalar da bütləşdirilir”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]