Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Dünyadakı mövcud proseslər xarici siyasət kursumuzu haqlı çıxardı”

“Dünyadakı mövcud proseslər xarici siyasət kursumuzu haqlı çıxardı”
Bölmə :
KİVDF
Yayım tarixi :
16/3/2016 [23:12]
Baxılıb :
871 dəfə
Cavid Əliyev: “Aparıcı dövlətlər artıq Azərbaycanı dinləməyə, onun mövqeyini qəbul etməyə başlayıb”

Qeyd etdiyimiz kimi, Azərbaycanla Türkiyə arasında elm-təhsil sahəsində kifayət qədər geniş əməkdaşlıq mövcuddur. Azərbaycandan Türkiyəyə təhsil almağa gələn gənclərimiz olduğu kimi, Türkiyədən də çoxlu sayda gənc Azərbaycanda təhsil alır. Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafına, savadlı və bacarıqlı mütəxəssislərin hazırlanmasına, gənclərimizin dünyanın qabaqcıl ali məktəblərində təhsil almasına göstərdiyi qayğı və diqqət nəticəsində təhsil sahəsində qabaqcıl sayılan bir sıra ölkələrdə, o cümlədən Türkiyədə təhsil müşavirliyi təsis edilib. 

Beləliklə, Azərbaycan - Türkiyə Təhsil Müşavirliyinin İzmir nümayəndəsi və İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədr müavini Cavid Əliyevin  "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

(Əvvəli ötən sayımızda)

                 
- Dünyaya inteqrasiya, beynəlxalq birliklə əməkdaşlıq məsələlərində Azərbaycanla Türkiyənin yürütdüyü xarici siyasət kursları arasında oxşar və fərqli cəhətlər nədən ibarətdir?

- Bu gün Azərbaycanla Türkiyə beynəlxalq arenada ortaq hərəkət etməkdədir. Olması gərəkən də budur. Xüsusilə də iqtisadi layihələrdə ortaq hərəkət edilir, yanaşmalar eynidir. Digər bir ortaq hərəkət edilən sahə diaspor sahəsindədir. Bu sahədə birlikdə hərəkət edilməsi xüsusilə vacibdir. Cünki problemimiz ortaqdır - erməni bəlası. Daha doğrusu, tarixin hər dönəmində başqalarının əlində oyuncağa çevrilən, o mərkəzlərin planlarını həyata keçirməsi üçün maşa olan ermənilər. 
Heç şübhəsiz ki, diaspor sahəsində ermənilər bizdən, təxminən 100 il öndədirlər. Türkiyənin zamanında bu sahədə lazımi səviyyədə fəaliyyətlərdə bulunmaması nəticəsində, dünyada qardaş ölkənin əleyhinə ciddi bir cəbhə yaradılıb. Azərbaycan, gənc dövlət olmasına baxmayaraq, bu sahəyə önəm vermiş və nəticələr almaqdadır. Azərbaycan prezidenti İlham Əliyev "iki qardaş ölkənin iki fərqli diasporu olmaz" deyərək, bu sahədə ortaq hərəkət etməyimizin vacibliyini vurğulamışdır. 

Son dönəmdə artıq ortaq hərəkət edilməsinə başlanmışdır. Olması gərəkən də budur. Ermənilər bütün dünyada Türkiyəni küncə sıxışdırmaq istəyirlər. Bu fəaliyyətlərində Türkiyənin içindəki tərəfdaşlarından da böyük dəstək görməkdədirlər.

Azərbaycanın beynəlxalq münasibətlərdə siyasi kursu uzun müddətdir ki, dəyişməz qalır. Balanslandırılmış siyasət. Günümüzdə dünyada gedən siyasi hadisələrə baxdığımızda, bunun doğru da olduğunu görürük. 

Türkiyənin isə xarici siyasətində son illərdə ciddi dəyişikliklərin baş verdiyinə şahid olmaqdayıq. Son illərə qədər Avropa İttifaqı xarici siyasətdə əsas prioritet idi. Bunda müxtəlif səbəblərdən yavaşlama olduğunu görməkdəyik. Yaxın Şərq və Şimali Afrika bu gün Türkiyə xarici siyasətinin əsas istiqamətinə çevrilməkdədir. Türkiyənin  xarici siyasətindəki sürətli və ciddi dəyişikliklərin olmasında, heç şübhəsiz ki, yerləşdiyi çoğrafi bölgə və dünyada son dönəmdə cərəyan edən siyasi dəyişikliklərin də təsiri var. Ancaq nə olursa olsun, hər iki ölkə mənfəətləri baxımından bu regionda bir-birilərinə möhtaçdır və ortaq hərəkət etmələri lazımdır.

- "Bir millət-iki dövlət" prinsipinin rəhbər olduğu Azərbaycan-Türkiyə münasibətlərindən fərqli olaraq, bu gün digər türkdilli ölkələrlə əlaqələrimiz istənilən səviyyədə deyil. Buna mane olan səbəblər nədir?

- Son vaxtlar bu sahədə də bəzi müsbət gəlişmələr olsa da, əlaqələr hələ də istənilən səviyyədə olmadığı fikrindəyəm. İstərsəniz, bunu ümumi olaraq, yəni bütün türkdilli ölkələr arasındakı münasibətlərə də şamil edə bilərsiniz. Türkdilli ölkələrin müstəqil olmalarının üzərindən 25 il keçdi. Bu müddətdə əlaqələr daha da inkişaf edə, hətta indiyə qədər bir birlik ətrafında birləşmiş ola bilərdik.

Heç şübhəsiz ki, bunu istəməyən, regionda maraqları olan güc mərkəzləri bunun gerçəkləşməməsi üçün müxtəlif maneələr çıxartdılar və hələ də davam edirlər. Buna o ölkələrdəki bəzi idarəçilərin bu birliyə inanmamasını da əlavə edərsək, indiyə qədər münasibətlərin istənilən səviyyədə olmaması anlaşılar. Son dönəmdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, TürkPa və Türk Tarix Akademiyasının qurulması və fəaliyyətləri önəmli və təqdirəlayiq işlərdir. Ancaq bu qurumlarda bütün türkdilli ölkələrin olmaması üzücüdür. Bu  sahədə daha çox işlərin görülməsi lazımdır. Öncəliklə bizlərin bir-birimizi daha yaxından tanımağımız lazımdır. Bunun üçün tez-tez, davamlı olaraq tədbirlər keçirilməlidir. Türkdilli ölkələr arasında daha əvvəlki illərdə keçirilən qurultaylar bərpa olunmalıdır. Bu ölkələrin gənclərinin bir-birlərini daha yaxından tanımasına yardım edəcək fəaliyyətlərə üstünlük verilməlidir.

Türkdilli ölkələrin universitet tələbələri arasında ERASMUS bənzəri proqramlar həyata keçirilməlidir. Ölkələr arasında tez-tez mədəniyyət günləri, festivallar təşkil edilməli, hər bir ölkədə digər ölkələrin mədəniyyət mərkəzləri olmalıdır.

- Necə düşünürsünüz, Azərbaycana, onun mövqeyinə, haqlı tələblərinə dünyada olan münasibət dəyişməyə başlayıbmı, yoxsa bizi qarşıda hələ çoxmu çalışmalar gözləyir?                                           
- Bu gün Azərbaycan dünyada, siyasət arenasında özünü tanıtdırmağa, qəbul etdirməyə başlamışdır. Bu heç də asan olmamışdır. Hələ də bizim müstəqilliyimizi qəbul edə bilməyən qüvvələr vardır. Azərbaycan dünya miqyasında proyektlər həyata keçirməkdədir. Dünyanın aparıcı gücləri artıq Azərbaycanı dinləməyə, qəbul etməyə başlamışdır.

Ancaq bunlar var deyə, əlimizi-qolumuzu sallayıb, boş oturmaq düzgün olmazdı. Bizim bu nailliyyətlərimizi qısqananlar, qəbul etməkdə çətinlik çəkənlər və ən əsası hələ də torpaqlarımızın 20 faizini işğal altında saxlayan bədnam Ermənistan var. Buna görə də fəaliyyətlərimizi daha da artırmağımız lazımdır. Həm dövlət olaraq, həm də xaricdəki diaspor təşkilatları olaraq.

- Azərbaycanın region və dünya ölkələri ilə əməkdaşlığı, xarici siyasət vektorları kənardan necə görünür? Məsələn, qardaş Türkiyədən”¦  

- Daha əvvəl də qeyd etdiyim kimi, günümüzdə Azərbaycanın izlədiyi balanslaşdırılmış siyasət, hal-hazırda dünyada gedən prosesləri diqqətə aldığımızda doğru bir siyasətdir. Ancaq gələcək günlərdə nələrin olacağını indidən görmək, ona görə siyasi kursunu müəyyənləşdirmək lazımdır. Çünki yerləşdiyimiz coğrafiyada hadisələr çox sürətli inkişaf etməkdədir.

Azərbaycanın siyasəti, yeritdiyi siyasi kurs, dünya birliyi içərisindəki fəaliyyətləri qardaş Türkiyə dövləti tərəfindən də yaxından təqib edilməkdədir. Qardaşlarımız kədərimizə üzülməkdə, sevincimizə ortaq olmaqdadırlar. Bəzən münasibətlərimizi korlamaq istəyənlər tərəfindən kiçik problemlər çıxarılsa da, xalqlar arasındakı qardaşlıq əlaqələri bu problemlərin öhdəsindən gələrək böyüməsinə imkan vermir. Qardaş Türkiyə dövləti hər zaman Azərbaycanın yanındadır.

- Və son olaraq, sizin fikrinizcə, Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan bu iki mədəniyyətin yaxınlaşmasında, inteqrasiya etməsində nə kimi bir rol oynayır?

- Bəli, Azərbaycan çox önəmli geostrateji bir bölgədə, qovşaqda  yerləşməkdədir. Tarixin bəzi dönəmlərində bu xüsus əleyhimizə olsa da, qazandırdıqları da vardır. Tarixdə də, indi də Azərbaycan bir çox mədəniyyətlərə ev sahibliyi etmişdir və etməyə də davam etməkdədir.

Millət olaraq qonaqpərvər, sülhsevər millət olmuşuq. Hər kəslə dostca, bir arada yaşamaq istəmişik. Ancaq bəzi zamanlar və yaxın tariximizdə bizim bu xoş niyyətimizdən əleyhimizə istifadə ediblər. Buna  baxmayaraq, Azərbaycan tolerantlığını, qonaqpərvərliyini itirməmiş, mədəniyyətlər qovşağında olma missiyasını layiqincə yerinə yetirmiş və hələ də davam etdirməkdədir. Bu xüsusu sadəcə biz demirik. Artıq bütün dünya da bunu görməkdədir. Azərbaycan  bununla dünyaya model, örnək ola bilər. Günümüzün qarışıq dünyasının da buna ehtiyacı var.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]