Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Respublikada uzunömürlülük göstəricisi 74 yaşa çatıb

Respublikada uzunömürlülük göstəricisi 74 yaşa çatıb
Bölmə :
KİVDF
Yayım tarixi :
21/2/2013 [10:46]
Baxılıb :
1108 dəfə
“Sağlamlıq ayı” ərzində şəhər və rayonlarda 3 milyona yaxın müayinə aparılıb

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2012-ci il ərzində görulmuş işlərə dair Hesabat:

Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə göstəricilərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəricilərin yaxşılaşmasına səbəb olmuşdur. Belə ki, son 10 il ərzində ölüm göstəricisi dinamik olaraq azalmış, doğum və bununla bərabər təbii artım göstəricisi yuksəlmişdir. Ömür uzunluğu bu illər ərzində artaraq 72,3 yaşdan 73,8 yaşadək yüksəlmişdir. 

İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artması davam edir. 2003-cü illə müqayisədə 2012-ci ildə bu vəsait 11 dəfədən çox artmışdır. Bu da səhiyyə müəssisələrində çoxsaylı tikinti və yenidənqurma işlərinin aparılmasına və onların ən yuksək səviyyədə təchizatına imkan vermişdir. Bu dövr ərzində 500-dək tibb müəssisəsi yaradılaraq və ya yeniləşərək əhalinin istifadəsinə verilmişdir. Bunların arasında Milli Onkologiya Mərkəzi, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Respublika Perinatal Mərkəzi, Akademik M.Cavadzadə adına Respublika Uroloji Xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, Kliniki Tibbi Mərkəz, Respublika Klinik Uşaq Xəstəxanası, Uşaq Nevroloji Xəstəxanası və digər tibb ocaqlarını göstərmək olar. Adıçəkilən bütün tibb müəssisələri müasir tibbi avadanlıq və inventarla təchiz olunmuşdur.

Səhiyyəyə ayrılan maliyyə vəsaitinin səmərəli istifadə edilməsi məqsədilə tam gücü ilə işləməyən, özünü doğrultmayan, binaları yararsız vəziyyətdə olan, əhaliyə tibbi yardımın göstərilməsində elə bir rolu olmayan tibb müəssisələrinin bir hissəsinin ixtisar edilməsi, çarpayı fondunun azaldılması və strukturunun optimallaşdırılması sahəsində aparılan islahatlar əsasən başa çatdırılmışdır. Nəticədə ümumi çarpayı fondu 50%-dək ixtisar edilmiş və stasionar müəssisələrin 40%-ə qədəri ilkin səhiyyə xidməti müəssisəsinə çevrilmişdir.

Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı daha da yaxşılaşmışdır. Bu ildən stasionar tibb müəssisələrində istifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 60-dan 166-ya çatdırılmışdır. Həyata keçirilən bu və digər genişmiqyaslı tədbirlər nəticəsində xəstəxana çarpayılarının işinin səmərəsi əhəmiyyətli dərəcədə artaraq, onların məşğulluq göstəricisi son 10 il ərzində 3 dəfə yuksəlmişdir. Ambulator-poliklinika müəssisələrinə müraciətlər də 65% çoxalmışdır.

Səhiyyə Nazirliyi tərəfindən “Sağlam həyat uğrunda” devizi altında 2012-ci ilin dekabr ayında həyata keçirilən “sağlamlıq ayı” xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Respublikanın aparıcı tibb mütəxəssislərindən ibarət briqadalar yaradılaraq bu genişmiqyaslı aksiyada iştirak etmiş, profilaktik müayinələri aparan tibb müəssisələri əlavə olaraq lazımi avadanlıq və reaktivlərlə təmin olunmuşlar. Bütün şəhər və rayonlar bu müayinələrlə əhatə olunmuş və nəticədə “sağlamlıq ayı” ərzində 3 milyona yaxın müayinə aparılmışdır. Aşkar olunan xəstələr müvafiq müalicəyə cəlb olunmuşlar.

Cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayının da xeyli artmasına baxmayaraq, əməliyyatlardan sonra ölüm hallarının sayı 2 dəfə azalmışdır. Məlum olduğu kimi, əsaslı təmir və yenidənqurma işlərindən sonra Elmi Cərrahiyyə Mərkəzində açıq ürək əməliyyatlarının icrasına başlanılmışdır. Artıq Mərkəzdə böyüklər və uşaqlar üzərində 700-ə yaxın əməliyyat həyata keçirilmişdir.

2005-ci ildən başlayaraq səhiyyənin prioritet sahələri üzrə 11 proqram qəbul olunmuşdur və hazırda da onların həyata keçirilməsi uğurla davam etdirilir. Ümumilikdə proqramların icrasına bu illər ərzində 387,7 milyon manat vəsait sərf olunmuşdur.

Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata göturulən xəstələrin sayı 3,6 dəfədən çox artaraq 180 minə çatmışdır. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enmişdir. Onkoloji xəstəliklərin aşkarlanması yaxşılaşmış, bu xəstəlikdən ölüm halları azalmışdır. Xroniki böyrək çatışmazlığı olan xəstələrin müalicəsi məqsədilə hər il Respublikanın bölgələrində yeni dializ mərkəzləri açılır. Hazırda respublikamızda 27 mərkəzdə 2000-dən artıq xəstə hemodializ seansları alır və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur.

Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Yeddi perinatal mərkəzin yaradılması, yeni uşaq xəstəxanalarının tikilməsi və ya yenidən qurulması və digər tədbirlər bu sahəyə göstərilən xüsusi qayğının nümunəsidir. Nəticədə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2012-ci ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2012-ci ildə 14,9-a enmişdir.

Yoluxucu xəstəliklərin profilaktikası işində müasir təqvim əsasında vaxtında peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanda, uşaqların yoluxucu xəstəlikdən qorunması üçün, inkişaf etmiş Avropa olkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. Nəticədə həm idarəolunan, eləcə də bir sıra digər infeksiyaların profilaktikası üzrə nəzərəçarpan nailiyyətlər qazanılmış və respublikada epidemioloji sabitlik təmin edilmişdir.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə qan xidmətində çalışan işçilərin maaşları 2 dəfə artırılmışdır. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır. Hazırda tibb müəssisələrinin və xəstələrin bu sahədə ehtiyacı tam ödənilir.

Səhiyyənin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olmuşdur. Hazırda respublika üzrə 500-dən artıq özəl tibb müəssisəsi və kabineti, eləcə də 2 minə yaxın əczaçılıq müəssisəsi fəaliyyət gostərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi tərəfindən nəzərdə saxlanılır.

Qəbul planına uyğun olaraq 2011-ci ildə 300, 2012-ci ildə isə 500 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar. 2011-ci ilin yanvar ayından tibb işçilərinin bütün dünyada qəbul edilən sertifikasiyasının həyata keçirilməsinə başlanılmışdır. Artıq bu günə kimi 7 mindən artıq həkim və 4,5 mindən artıq orta tibb işçisi sertifikasiyadan keçmişdir.

Gənc mütəxəssislərin Respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərcivəsində 2009-2012-ci illər ərzində səhiyyənin müxtəlif sahələri üzrə 451 həkim və orta tibb işçisi xarici ölkələrin (Türkiyə, Rusiya, Almaniya, Polşa, Misir) qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir. Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə yanaşı 11 elmi-tədqiqat institutu və mərkəzləri fəaliyyət göstərir. Bu böyük elmi potensiala malik olan elmi müəssisələrdə hazırda 2700-ə yaxın elmi işçi və müəllim heyəti fəaliyyət göstərir.

Son 10 il ərzində səhiyyə sahəsində 120-dən artıq tibb elmləri doktorluğu və 600-dən artıq tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. 2003-cü ildən etibarən tibb işçilərinin maaşlarının artırılması barədə 12 müvafiq qərar qəbul olunmuşdur. Bu illər ərzində bir çox tibb işçisi dövlət tərəfindən müxtəlif mükafatlara və fəxri adlara layiq görülmüşlər, o cümlədən 10 nəfərə orden, 136 nəfərə “Tərəqqi” medalı, 58 nəfərə əməkdar elm xadimi və əməkdar müəllim, 164 nəfərə “Əməkdar həkim” fəxri adı verilmişdir.

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Bu məqsədlə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılmışdır. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi fəaliyyətə başlamışdır. Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda nazirliyin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb və 11 elektron xidmət artıq fəaliyyət gostərir.

Ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Bu gün Səhiyyə Nazirliyi müxtəlif səviyyəli saziş və protokollar əsasında 40-a yaxın ölkə ilə səhiyyə sahəsində məhsuldar əməkdaşlıq edir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]