Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bu gün Azərbaycan Türkiyəyə ən çox investisiya qoyan ölkədir”

“Bu gün Azərbaycan Türkiyəyə ən çox investisiya qoyan ölkədir”
Bölmə :
KİVDF
Yayım tarixi :
15/3/2016 [22:39]
Baxılıb :
996 dəfə
Cavid Əliyev: “Türkdilli ölkələr arasında birliyin güclənməsi üçün ən önəmli addım ortaq dilin formalaşdırılmasıdır”

Azərbaycanın müstəqilliyinin ilk illərində Türkiyə iki qardaş ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərmişdir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən mərhum prezident Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. İki dövlətin rəhbərlərinin müntəzəm xarakter almış qarşılıqlı səfərləri ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə zəmin yaratdı. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin həyata keçirilməsində Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.

Türkiyə regionun və dünyanın sürətlə inkişaf edən ölkələrindən, ticarət-iqtisadi, nəqliyyat, turizm və maliyyə sahələrində önəmli mərkəzlərindəndir. Bu ölkə ilə Azərbaycan arasındakı qardaş əlaqələr iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsini zəruri edir. Bundan əlavə, Türkiyə və Azərbaycan üçün olduğu qədər dünyanın digər dövlətləri və bölgələri üçün də mühüm əhəmiyyət kəsb edən və Azərbaycanın təşəbbüskarı olduğu bir sıra layihələr bizi daha sıx bağlarla birləşdirir, gələcəkdə də bu əlaqələrin uğurla davam etdirilməsinə sağlam zəmin yaradır.

Türkiyə ilə Azərbaycan arasında tarixi qardaşlıq bağlarının möhkəmliyini isbat edən məqamlardan biri də bir çox azərbaycanlı mütəfəkkirin taleyinin bu və ya digər mərhələdə Türkiyə ilə sıx bağlı olmasıdır. Ötən əsrin əvvəllərində bir çox ziyalımız Türkiyədə təhsil almış, yaşayıb-yaratmış, özündən sonra yüz illərlə davam edəcək irs qoyub getmişlər. Bundan əlavə, keçən əsrin əvvəllərində xalqımızın ağrılı-acılı illərində bolşevik təqibləri və repressiyaları ucbatından Vətənini tərk edərək Türkiyəyə pənah gətirmiş, buranı özünə ikinci vətən seçərək yeni həyat qurmuş soydaşlarımız da olub. Onların arasında xeyli sayda ziyalılarımız, qəhrəmanlarımız, vətən aşiqlərimiz vardır. Böyük ustadlar və mütəfəkkirlər Hüseyn Cavid, Əhməd Cavad, Almas Yıldırım, Əlibəy Hüseynzadə, torpaqlarımızı erməni-bolşevik işğalından qəhrəmancasına qoruyan Kərbəlayi İsmayıl və başqaları bu qəbildən olan dəyərlərimizdəndir.

Elm-təhsil sahəsində iki ölkə arasında kifayət qədər geniş əməkdaşlıq mövcuddur. Azərbaycandan Türkiyəyə təhsil almağa gələn gənclərimiz olduğu kimi, Türkiyədən də çoxlu sayda gənc Azərbaycanda təhsil alır. Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan gənclərinin inkişafına, savadlı və bacarıqlı mütəxəssislərin hazırlanmasına, gənclərimizin dünyanın qabaqcıl ali məktəblərində təhsil almasına göstərdiyi qayğı və diqqət nəticəsində təhsil sahəsində qabaqcıl sayılan bir sıra ölkələrdə, o cümlədən Türkiyədə təhsil müşavirliyi təsis edilib. 

Bu mövzu ətrafında "Bizim Yol"un budəfəki müsahibi də məhz Azərbaycan - Türkiyə Təhsil Müşavirliyinin İzmir nümayəndəsi və İzmir Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətinin sədr müavini Cavid Əliyevdir.

- Cavid bəy, öncə fəaliyyətiniz haqda məlumat verməyinizi xahiş edirəm. Sizi və təmsil etdiyiniz qurumu necə tanımalı?

- Öncəliklə məndən bu müsahibəni götürdüyünüz üçün çox təşəkkür edirəm. Mən təhsil məqsədi ilə Türkiyəyə gəldim. Öncə Egey Universitetində Beynəlxalq Münasibətlər ixtisasını bitirdim. Sonra Doquz Eylül Universitetində beynəlxalq işlətmə və dövlət idarəçiliyi ixtisaslarında magistr və doktorantura təhsilinə davam etdim. Təhsilimlə əlaqədar olaraq Türkiyədə qalmalı oldum. 
Bizlər - Türkiyəyə ilk gələn tələbələr Azərbaycanımızın ən sıxıntılı zamanlarında gəlmişdik. Gəldiyimiz ilk günlərdən qarşımızda iki vacib vəzifənin olduğunu bilirdik. İlk öncə dərslərimizi yaxşı oxuyacaq, sonra da əlimizdən gəldiyi qədər Azərbaycanın tanıdılması, haqq səsinin dünyaya çatdırılması üçün hər şeyi etməliydik. Bunun üçün də həm tələbələr olaraq, həm də təhsil aldığımız şəhərlərdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə çox sayda tədbirlər, mitinqlər, müxtəlif yardım kampaniyaları, panel və konfranslar həyata keçirdik.

Hal-hazırda Azərbaycan Təhsil Müşavirliyi İzmir nümayəndəsi və Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyətində sədr müaviniyəm. Cəmiyyət, Türkiyədə Azərbaycanın daha da yaxından tanıdılması, Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, bu istiqamətdə fəaliyyət göstərən qurum və fərdlərə dəstək olunması, Azərbaycandan gəlib İzmir universitetlərində təhsil alan tələbələrin təhsillərini daha da başarılı bir şəkildə başa vurmalarına dəstək məqsədi ilə qurulub. Cəmiyyətin qurucuları əsasən təhsil sahəsində calışanlar, iş adamları, həkimlər və Türkiyədə təhsil alan universtitet gənclərindən ibarətdır.

- Fikrinizcə, bu gün Türkiyə-Azərbaycan, həmçinin digər türkdilli ölkələr arasındakı münasibətlər hansı səviyyədədir? Çatışmayan nələr var?  

- Günümüzdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri qənaətbəxş hesab etmək olar. Ancaq istənilən səviyyədə deyil. Münasibətlərin ən çox inkişaf etdiyi hissə iqtisadiyyat sahəsindədir. Bu gün Azərbaycan birdəfəyə Türkiyəyə ən çox investisiya qoyan ölkədir. İqtisadi münasibətlərin inkişaf etdirilməsi, heç şübhəsiz ki, siyasi münasibətləri də inkişaf etdirməkdədir.

Ancaq təhsil, hərbi və mədəniyyət sahəsində münasibətləri daha da inkişaf etdirmək lazımdır, deyə düşünürəm. Təhsil sahəsində hələ də geniş əhatəli bir müqavilə imzalanmayıb. İstər Azərbaycanda, istərsə də Türkiyədə hər iki ölkə haqqında ətraflı məlumatların alına biləcəyi mədəniyyət mərkəzləri yoxdur. Eyni zamanda ölkələr arasında mədəniyyət işçilərinin əməkdaşlığı da istənilən səviyyədə deyil.

Son dönəmdə əməkdaşlıq artsa da, hərbi sahədə də geniş əhatəli əsgəri müqavilə imzalanması lazımdır. Düzdür, bunun önündə bəzi əngəllər vardır. Ancaq bunların aşılması lazımdır.
Digər türkdilli ölkələr arasındakı münasibətlərin də istənilən səviyyədə olmadığını düşünürəm. Bunun birçox səbəbi vardır. 1991-ci ildə Azərbaycan və digər türkdilli ölkələr müstəqil olanda, dünyanın aparıcı ölkələri bir əndişə hiss etməyə başladı. Fikirləşirdilər ki, Türkiyə də daxil olmaqla, bu ölkələr bir araya gəlir, birlik olurlarsa, dünyada yeni bir güc mərkəzi ortaya çıxacaq və bunu əngəlləmək üçün bir çox şey həyata keçirildi.

Bu sahədə həyata keçirilməsi gərəkən ən önəmli addım ortaq dildir. İsmayıl Qaspıralının məşhur sözündə də ifadə edildiyi kimi, "Dildə, fikirdə, əməldə birlik". Buradan da göründüyü kimi, digər sahələrdə birlik və əməkdaşlıq üçün öncəliklə dildə birliyə nail olmalıyıq.

Bu sahədə son dönəmdə sevindirici gəlişmələr yaşanmaqdadır. Azərbaycanın Orta Asiya Türk Dövlətləri ilə münasibətləri daha da inkişaf etməyə başladı. Xüsusilə də Türkmənistan ilə. Digər tərəftən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası və Ortaq Tarix Akademiyasının qurulması önəmli fəaliyyətlərdir. Eyni zamanda Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmiryolu xətti münasibətlərin daha da inkişaf etməsinə müsbət təsir edəcəkdir.

- Dünyaya inteqrasiya, beynəlxalq birliklə əməkdaşlıq məsələlərində Azərbaycanla Türkiyənin yürütdüyü xarici siyasət kursları arasında oxşar və fərqli cəhətlər nədən ibarətdir?

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]