Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Türk xalqlarının inteqrasiyasında böyük yol qət olunub”

“Türk xalqlarının inteqrasiyasında böyük yol qət olunub”
Bölmə :
KİVDF
Yayım tarixi :
14/3/2016 [23:58]
Baxılıb :
1116 dəfə
Mübariz Göyüşlü: “İpək Yoluna və Türk Dünyasının birliyinə həsr olunan beynəlxalq konfransda 100-dən çox alim iştirak edirdi ki, onların da 30-u digər ölkələrdən, xüsusən də Azərbaycandan qatılmışdı”

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu. Rejimin dağılması ilə yetmiş il türk xalqlarının yeganə təmsilçisi rolunu oynamış Türkiyə dövləti və SSRİ-nin sınırlarından qıraqda yaşayan digər türk qardaşlarından ayrı düşmüş 5 türk dövləti üçün yeni bir səhifə açılmış oldu. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə ilişkilərin  güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratdı.

Bu gün beynəlxalq hüquq normalarına əsasən, dövlət kimi tanınan  6 müstəqil Türk dövləti olsa da, uluslararası aləmdə de-yure tanınmayan Şimali Kipr Türk Respublikası (Kuzey Kıprıs Türk  Cümhuriyyəti) ilə birlikdə 7 türk dövləti mövcuddur. Son 25 ildən bu yana türk dövlətləri arasında inteqrasiya və əməkdaşlığın möhkəmlənməsi istiqamətində müxtəlif uluslararası birliklər qurulmuş və müqavilələr imzalanıb.

Bu gün türk dövlətlərinin beynəlxalq aləmə inteqrasiyası, əldə etdikləri iqtisadi nailiyyətləri və inkişafları sevindirici hal olsa da, kənar mədəniyyətlərin təsirindən qorunmaq üçün müvafiq tədbirlər görülməlidir. Yad təsirlərdən qorunmaq istiqamətində görüləcək tədbirlərdən ən mühümü eyni dil, irq və ortaq mədəni keçmişə malik olan türk toplumlarının öz aralarında ilişkilərini möhkəmləndirmək və inteqrasiyanı gücləndirməkdir. 

Cari il martın 3-dən 5-dək Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən, Türkiyədə "İpək Yolu və Türk Dünyası" adlı konfrans da bu baxımdan önəmlidir. Konfransda iştirak edən, "Müasir İnkişaf" İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Göyüşlü təəssüratlarını "Bizim Yol" ilə bölüşüb.

- Mübariz bəy, Türkiyədə bu günlərdə keçirilən elmi konfrans nəyə həsr olunmuşdu?

- Beynəlxalq "İpək Yolu və Türk Dünyası" adlanan konfrans Türkiyənin Türk Ocaqlarının təşkilatçılığı və Baş Nazirlik yanında Türk Tanıtım Fondunun dəstəyilə 3-5 mart 2016-cı il tarixdə Ankara şəhərində gerçəkləşdirildi. Mövzusuna, əhəmiyyətinə, iştirakçıların sayına və önəminə diqqət etsək, beynəlxalq konfransın çox möhtəşəm keçirildiyini və Türk Dünyasındakı bütün sahələrə işıq saldığını söyləyə bilərik. İpək Yoluna və Türk Dünyasının birliyinə həsr olunan beynəlxalq konfransda 100-dən çox alim iştirak edirdi ki, onların da 30-u digər ölkələrdən, xüsusən də Azərbaycandan qatılmışdı. 

- Rəsmilərdən kimlər qatılmışdı? 

- Beynəlxalq konfrans "Üç Könüldən İpək Yolu" adlı rəsm sərgisi ilə açıldı və açılış nitqini Türk Ocaqlarının İdarə Heyətinin üzvü, İpək Yolu Elmi Konfransının koordinatoru, dr. Fahri Atasoy etdi. Daha sonra TÜRKSOY Qazaxıstan təmsilçisi Malik Otarbayev, Beynəlxalq Türk Akademiyasının başqanı, professor Darhan Kıdırali, Türk Keneşinin baş katibinin müavini, professor Ömer Kocaman, Sakarya millət vəkili, professor Mustafa İsen, Türk Ocaqlarının başqanı, professor Mehmet Öz, Vakıflar Genel Müdürlüyündən idarə rəisi Adnan Tüzen, Milli Kitabxananın başqanı Zülfi Toman çıxış edərək elmi konfransın əhəmiyyətini və ondan gözləntilərini dilə gətirdilər. 

- Müzakirə edilən mövzular və iştirakçılar haqqında nə söyləyə bilərsiniz?
 
- Tarix, mədəniyyət, sənət, siyasət, iqtisadiyyat, etnoqrafiya, təhsil, beynəlxalq münasibətlər, qeyri-hökumət təşkilatları, media və s. çoxsaylı mövzuların müzakirəsində, bayaq qeyd etdiyim kimi, 100-dən çox alim iştirak edirdi. Konfrans 3-4 martda üç fərqli zalda səhərdən-axşama qədər fasilələrlə davam etdirildi. Bu müddətdə konfrans iştirakçıları onlara ayrılan vaxtdan səmərəli istifadə edərək mövzuyla bağlı təqdim etdiyi məqaləni qısa notlarla iştirakçılara çatdırdılar.

Konfransa qatılan hər bir kəsin zəngin məlumatlar əldə etdiyini söyləyə bilərik. Həm iştirakçılar, həm çıxışlar baxımdan zəngin olan toplantının digər bir mühüm tərəfi Türkiyədən və müxtəlif ölkələrdən qatılan ziyalılar arasında münasibətlərin qurulması, fikir alış-verişinin olmasıdır. Azərbaycandan toplantıya hər zamankı kimi, geniş nümayəndə heyəti qatılmışdı və onlar müxtəlif universitetləri, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif institutlarını təmsil edirdilər. Mən konfransa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin və "Müasir İnkişaf" İctimai Birliyinin təmsilçisi olaraq qatılmışdım. 

- Konfransın nə kimi nəticələri oldu? 

- Bu tip konfransların qısa müddətdə nəticəsinin olacağını söyləmək düzgün olmazdı. Belə toplantıların faydası uzun müddətlik üçün düşünülür və Türk Dünyasının, İpək Yolunun gələcək strategiyası hazırlanır. Burada təqdim olunan məqalələr, gerçəkləşdirilən çıxışlar bu baxımdan çox mühümdür. Toplantıya müxtəlif sahələr üzrə professorların, araşdırmaçıların, ziyalıların və s. qatılması, onların illərdən bəri topladığı məlumatları, bilgiyi bizlərlə paylaşması, bu məqalələrin gələcəkdə bir kitab şəklində çap ediləcəyinin anons edilməsi ən mühüm məqamlardandır. 
Təbii ki, medianın belə mühüm və türk millətinin gələcəyi üçün önəmli olan konfransa diqqətinin yetərincə olmaması burada görülən işlərdən daha geniş toplumun xəbər tutmasında problem yaradır. Çox əhəmiyyətsiz və bəzən də dövlətçiliyimiz üçün ziyanlı bir hadisəni günlərlə təkrarlayaraq topluma çatdıran medianın, bu kimi məsələlərdən özünü bixəbər kimi aparması narahatlıq doğurur. Həm bu tip konfransları, həm buradakı çıxışları, həm də məqalələrdən ibarət olacaq kitablardakı maraqlı təklifləri, fikirləri ictimailəşdirmək lazımdır. 

- Türk Dünyasının birliyi və gələcək inteqrasiya haqqında nə kimi fikirlər söyləyə bilərsiniz?
 
- Mən bu məsələdə çox ümidliyəm və hesab edirəm ki, bu istiqamətdə çalışan insanların səyləri nəticə verməkdədir. Doğrudur ki, proses çox ağır bir şəkildə gerçəkləşir, çoxsaylı problemlər hələ də öz mövcudiyyətini saxlayır. Amma dönüb arxaya baxdıqda - Türk Keneşinin yaradılmasını, Türk Parlamentinin mövcudluğunu, TÜRKSOY-un, Beynəlxalq Türk Akademiyasının və s. bu sayaq qurumların mövcudluğunu gördükdə bunları mühüm nəticələr kimi qiymətləndirmək olar. Yəni bu istiqamətdə böyük yol qət olunub.

Türk dövlətlərinin hər yerində ziyalıların, millətçi qrupların inteqrasiyaya verdikləri töhfələrə baxdıqda ümid daha da artır. Sadəcə olaraq mənə elə gəlir ki, bütün bu fəaliyyətlərin və qurumların gördükləri işlərin, gerçəkləşdirilən tədbirlərin, konfransların, görüşlərin, müzakirələrin, çap məhsullarının və s. koordinasiyalı şəkildə həyata keçirilməsi lazımdır. Bəzən görürsən ki, eyni bir mövzu təkrar-təkrar şəkildə bir neçə dəfə müzakirəyə çıxarılır və hər bir qurum da bunu digərindən xəbərsiz edir. 

Nəticədə müəyyən bir nəticəyə biz çox gec bir şəkildə çatırıq. Ona görə də koordinasiya və qarşılıqlı faydalı informasiya mübadiləsinə diqqəti daha da artırmalıyıq. Mən bu barədə yaxın günlərdə ayrıca bir məqalə ilə çıxış edib təhlil aparmaq fikrindəyəm, çünki bu, hazırda mühüm bir məsələ kimi inteqrasiya prosesinə təsir etməkdədir.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]