Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“12 illik təhsilə mexaniki keçid yolverilməzdir”

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
12/3/2016 [00:00]
Baxılıb :
5819 dəfə
Elə olmasın, bu keçid də “kurrikulim” kimi fiaskoya uğrasın

12 illik təhsilə keçid məsələsi yenidən gündəmə gətirilib. Bu dəfəTəhsil Nazirliyində təşkil olunan "dəyirmi masa"da 12 illik ümumi təhsilə keçidin strukturu, məzmunu və bu məsələnin cəmiyyətə çatdırılması yolları barədə müzakirələr aparılıb. TPI-nin direktoru Q. Novruzovun dediyinə görə,  hazırda 12 illik təhsilə keçid zamanı uşaqların məktəbə qəbulla bağlı yaş məsələsi, təhsilin strukturu, ibtidai təhsil, orta təhsil, tam orta təhsilin necə olacağı və digər mövzular müzakirə edilir. 
Olsun, təqdirəlayiq haldır. Məsələ burasındadır ki, bu sistemə keçidlə bağlı müxtəlif yanaşmalar hələ də ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan məsələlərdən biri olaraq qalmaqdadır. Yəni  bu sistem Avropa standartlarına uyğun olsa belə bir çox insanlar bu qənaətdədirlər ki, əlavə bir il, əlavə vaxt itkisidir. Bu mənada belə bir müzakirələrin keçirilməsi, bu istiqamətdə işlərin davam etdirilməsi, problemə tam aydınlıq gətirmək və təhsilimizin bir daha kurrikulum fiaskosu yaşamasına yol verməmək baxımından nəinkı lazımdır, hətta son dərəcə vacibdir. 

Bir daha xatırlatmaq yerinə düşər ki, hələ "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Azərbaycanda 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən isə, Azərbaycanda onillik ümumi orta təhsil və ikillik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi olaraq vurğulanıb. Bildiyim qədər hətta bu   məqsədlə Mərkəzi və Qərbi Asiyadan olan təhsil üzrə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən konfransda Azərbaycanın 12 illik təhsil sisteminə dair müzakirələr də aparılıb. 

12 illik təhsilə keçidin zəruriliyini  şərtləndirən səbəblərdən biri də Dünya Təhsil Forumunda 12  illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu məsələnin bir daha öz əksini və təsdiqini tapmasıdır. Hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən hesab edilir ki,12 illik təhsilə keçid uşaqların tədris yükünün, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək.  

Digər tərəfdən "Strategiya"nın müəyyən etdiyi istiqamətlərə əsasən təhsilin peşəkar inkişafı,  məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının həddən artıq yükləmələrdən azad olunması, digər pedaqoji  psixoloji, habelə iqtisadi xarakterli məsələlərin həllinin də qaçılmaz olmasıdır. Ən başlıcası isə artıq çoxdan bəri çərçivə sənədi kimi qəbul edilən "Təhsil haqqında qanun"da və digər normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin aparılması zərurətinin yetişməsidir.

Bununla belə təhsil naziri Mikayıl Cabbarovun son açıqlamalarından belə nəticə hasil olunur ki, 12 illik təhsil sisteminə keçidə mexaniki bir dəyişiklik kimi baxılmamalıdır. Bu, çox mühüm bir məsələdir və ciddi müzakirələrin aparılmasını tələb edir.12 illik təhsil sisteminə keçidə məhz  sadəcə məktəbdə oxunan illərinin artırılması kimi deyil, seçilən yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan bir yol olduğuna əmin olduqdan sonra bu 12 illik təhsil layihəsi gerçəkləşə bilər. "Bu, bir nəfərin qərarı olmamalıdır. Bu sistemə düşünülmüş şəkildə, mütəxəssislərin iştirakı ilə, dünya ölkələrinin təcrübələrinə, real imkanlarımıza, hədəflərimizə nəzər salmaqla keçiləcək".
Reallıqdan çıxış etsək və mövcud vəziyyəti nəzərə alsaq belə qənaətə gəlmək  olar ki, keçid prosesi bir sıra ciddi maneələrin aradan qaldırılması və həll olunması baxımından qeyri - müəyyən müddətə ləngiyə bilər və ləngidilməlidir də. Yəni deyək ki, hazırda V siniflər üçün nəzərdə tutulmuş kurrikulumlar 11 illik təhsil sisteminə hesablanıb. Bu sistemlə oxuyan şagirdlər bir müddətdən  sonra - 2019-cu ildə məktəbi bitirəcəklər. Növbəti ildə oxuyacaq V siniflər üçün yeni kurrikulumlar hazırlanmalıdır. Bu qısa müddət ərzində sənədlərin hazırlanması, elmi araşdırmaların aparılması müvafiq strukturlardan çox ciddi iş tələb edir. Dərsliklərin də yeni kurrikuluma uyğun yazılması üçün müvafiq təcrübə və müddət  tələb olunur. Bunun qəbul sisteminə təsiri, yeni tədris planları, yeni proqramlar, müəllim hazırlığı, əlavə ediləcək 1 ilin təhsilin hansı pilləsinə artırılması, təhsil pillələrinin 4+6+2 və yaxud 5+5+2  və ya digər hansısa sxem əsasında qurulması və s. kimi  məsələlərin dərindən düşünülmüş həlli tələb olunur.  

Yəqin ki, təhsillə bağlı məsələlərlə az-çox maraqlananlar bilməmiş deyillər ki, bu model artıq dünya ölkələrində çoxdan tətbiq olunur. Hətta, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 ildir. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Bununla belə, hazırda dünya üzrə 12 illik ümumi təhsili tətbiq edən ölkələr çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 180-nə yaxındır. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Bununla bərabər 11 illik tədris sistemi ilə yüksək təhsil nailiyyətləri əldə edən ölkələr də var.

Məsələ heç də təkcə bununla bitmir. Deməyim odur ki, bu məsələ düşündüyümüz qədər də sadə və operativ  bir proses deyil. Təsəvvür edin ki, Qazaxıstan kimi bir ölkə 2003-cü ildən 12 illik təhsilə keçidi hədəfləyib. İlkin olaraq  bunu 8 məktəbdə eksperiment kimi aparıblar. Daha sonra məktəblərin sayını 45-ə çatdırıblar. Bütün ölkə üzrə bu proses mərhələli şəkildə tətbiq olunur. Keçidin tam başa çatdırılması  2020-ci ilə nəzərdə tutulub. Demək  proses üçün 17 il vaxt lazım olub. Hətta keçiddən imtina olunması barədə təkliflər və təşəbbüslər də qaldırılıb.

Gedişatı zaman göstərəcək. Bir də ki, təhsilin keyfiyyətini yüksəltmək üçün onun müddətinin artırılmasına bel bağlayıb buna ümid etməklə gözləmə mövqeyi tutmaq böyük yanlışlıq olardı. Nazirin təbirincə desək, "ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq". Keçidin nə vaxt  baş tutub tutmamasından asılı olmayaraq təhsil öz axarı ilə getməli, müzakirələr davamlı olaraq, özü də ki, daha geniş tərkibdə davam  etdirilməli, məsələ ilə bağlı müzakirəyə çıxarılan hər hansı bir rəy, təklif layihə imkan daxilində geniş işıqlandırılmalı və ictimailəşdirilməlidir.

Birdəfəlik razılaşaq və hamılıqla qəbul edək ki, təhsil təkcə ümumdövlət işi deyil, ümummilli məsələ olaraq həm də ümumxalq işidir.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]