Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“İnteqrasiya təktərəfli istəklə mümkün olan proses deyil”

“İnteqrasiya təktərəfli istəklə mümkün olan proses deyil”
Bölmə :
KİVDF
Yayım tarixi :
11/3/2016 [22:43]
Baxılıb :
951 dəfə
Toğrul Atabay: “Azərbaycan öz maddi-mənəvi məhsullarını dünya bazarına çıxarmaqla dünyaya inteqrasiyada böyük yol qət edə bilər”

(Əvvəli ötən sayımızda)

“Əslində, türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir. Budur bizi birləşdirən amillər və biz öz fəaliyyətimizi bu təməl üzərində qururuq. Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası artıq beynəlxalq aləmdə də özünə layiq yer tuta bilib. Əminəm ki, gələcəkdə şuranın fəaliyyəti daha da uğurlu olacaq. Bizim humanitar sahə ilə bağlı çox böyük planlarımız var. Humanitar sahə əslində bizi birləşdirən əsas sahədir. Bu baxımdan mən xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. TÜRKSOY nəinki bizim dövlətlərimizi, bütün türk xalqlarını birləşdirir. Əminəm ki, biz gələcəkdə də bu təşkilatın fəaliyyətinə öz dəstəyimizi verəcəyik”.

Bu fikirləri ötən il Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitindəki çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev səsləndirib. Dövlət başçısı bildirib ki, TÜRKSOY ilə yanaşı, yeni qurumlar da yaranır: “Onların içərisində Türk Akademiyasını xüsusilə qeyd etmək istəyirəm. Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması, hesab edirəm ki, gələcəkdə müxtəlif konkret layihələrin icrası üçün gözəl imkan yaradacaqdır. Ortaq televiziya kanalının yaradılması da bizim həm niyyətimizi ifadə edir, həm də siyasətimizi göstərir. Bir neçə il ərzində bu məsələ ilə bağlı danışıqlar aparılmışdır. Artıq bu qərar da qəbul olundu. Hesab edirəm ki, həm xalqlarımız, həm dünya üçün bizim mədəniyyətimiz, tariximiz, milli dəyərlərimiz, o cümlədən bugünkü həyatımız böyük maraq doğuracaqdır”.

Beləliklə, türkdilli ölkələr arasındakı münasibətlər mövzusunda, Güney Azərbaycanın mədəniyyət ocaqlarından olan Xoyda dünyaya gəlib, rejimin basqıları üzündən Türkiyəyə köçən və hazırda İstanbulda yaşayıb-yaradan yazar-türkoloq Toğrul Atabayın “Bizim Yol”a müsahibəsinin davamını təqdim edirik:

- Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində işğalçı Ermənistan təcrid vəziyyətinə düşüb. Əgər Türkiyə-Ermənistan sərhədləri açılarsa, regionda hansı dəyişikliklər baş verə bilər?  

- Türkiyənin öz sərhədlərini Ermənistana açmaması bir oturuşmuş bir siyasətə söykənir. Və Azərbaycanın Qarabağ probemi həllini tapmadığı müddətcə bu sərhədlərin açılacağını güman etmirəm. Bununla yanaşı, əsas problemlərdən biri İranın hər vəchlə Ermənistanı dəstəkləməsi və bu ölkənin ayaqda durmasını təmin etməsidir. Zənnimcə, Azərbaycan bu məsələni sərt şəkildə İranın qarşısında qoymalı və Tehranın İrəvana yardım etməsini əngəlləməlidir.

- Azərbaycan artıq həm region, həm də regiondan kənarda yerləşən ölkələrə sərmayə yatırır. Xüsusilə, SOCAR-ın, Türkiyədə, Gürcüstanda, Şərqi Avropa ölkələrində yatırımları var. Bu yatırımlar konkret olaraq Azərbaycan-Türkiyə münasibətlərində nə kimi müsbət dinamikaya səbəb olub? 

- Hər iki ölkədəki yatırımların yüksək həcmdə olmasına baxmayaraq, hələlik lazımi effekti verdiyini düşünmürəm. Ayrıca, indiki durumda, müvəqqəti xam qaynaqların satışından əldə edilən sərmayənin ölkə içində, özü də istehsal sahələrinə yatırılmasının daha məqsədəuyğun olduğunu düşünürəm. Əsas inkişafı təmin edən sahələr var: Turizmin inkişafı, xarici sərmayənin cəlb edilməsi, istehsalın sürətləndirilməsi və beləcə rifah səviyyəsinin yüksəldilməsi”¦ 

- Və son olaraq, dünyaya baxış, xarici siyasət, beynəlxalq birliyə inteqrasiya baxımından Azərbaycanla Türkiyənin oxşar və fərqli cəhətləri nədən ibarətdir?

- Düşüncələr dördyolunda olduğu üçün, zənnimcə, Türkiyə insanının “qafası” çox qarışıq və bəzən də bulanıqdır. Burada yaşanan problemlərdən çoxu ya bizə yoluxmamış, ya da potensial olaraq mövcuddur, sadəcə gündəmə gəlmə fürsəti tapmayıb. Azərbaycandakı mövcud duruma gəlincə, bu ölkənin 150 illik modernləşmə və zehni inkişaf tarixi var. Bununla belə, sovet dönəminin izləri hələ də qalmaqdadır. Yəni, sovet dönəmindəki sosial-kültürəl yapının qalxmasından sonrakı boşluq ortamında yetərli maariflənmə və mədəni fəaliyyətlər aparılmamasının təbii nəticələri ortadadır. 
İki ölkənin xarici siyasətlərinə gəlincə, müəyyən ziddiyyətlər var. Strateji mövqe baxımından Türkiyə, təbii ki, bir tranzit yolu olaraq spesifik önəmə sahibdir. Türkiyə “soyuq müharibə”dən sonrakı dönəmdə mövqeyini enerji axışında dəyərləndirdi. Demək ki, strateji mövqe anadan doğma yiyələnəsi fenomendən artıq, bəlirlənəsi və çabalayaraq əldə ediləsi bir durumdur. Strteji dəyəri tanımlamaq və dəyərləndirmək üçün strateji ağıl lazımdır. Bunun üçün də Azərbaycanın dünyagörüşlü, bilikli kadrlarının yetişməsi lazımdır.

Azərbaycan əlindəki tükənmək ehtimalı olan sərmayəni düzgün dəyərləndirməli, bunun üçün ən müxtəlif variantlar üzərində baş sındırılmalıdır. Dünyada ən dəyərli qaynaq olan insani sərmayəsini gəlişdirməli və ona yiyələnməli, təhsil reformları aparmalı və özəlliklə dünyəvi elmlərdəki fəlakət durumundan bir an öncə sıyrılmalı, beləcə topluma yön verəcək addımlarla sovetsonrası sosial düşüncə boşluğunu doldurmalıdır. 

Dünyaya inteqrasiya təktərəfli bir bağımlılıq və passiv bir münasibətlə yaranmaz. Mənəvi inteqrasiya yerli mədəni məhsulları ixrac etməklə olur: maddi mədəniyyət (yemək, əl işləri, xalça, rəqs və s.) olsun, mənəvi mədəniyyət (incəsənət, ədəbiyyat, xalq mədəniyyəti) olsun, dünya bazarına səslənməlidir. Bu sahədə son dönəmdə ciddi sıxıntılar var ki, onlar aradan qaldırılmalıdır. Azərbaycan öz maddi-mənəvi məhsullarını dünya bazarına çıxarmaqla mənəvi inteqrasiyada böyük yol qət edə bilər.

P.S
İnteqrasiya - müasir dünyada ölkələrini təsərrüfatlarının obyektiv birləşmə prosesidir. Onun ali məqsədi iqtisadi artım teplərin davamlılığına rəğmən əldə olan resusurslardan maksimal dərəcədə effektli istifadəni təmin etməkdir. İnteqrasiya mühüm forması kimi ölkə təsərrüfatının beynəlmiləlləşməsi nəticəsində onun dünya təsərrüfatının bir hissəsinə çevrilməsidir. İnteqrasiyanın əlaməti kimi iqtisadiyyat sferasında ümumi siyasətin formalaşdırılması və reallaşdırılmasıdır. Beynəlxalq iqtisadi inteqrasiya əsas beş mərhələdən keçir: azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi ittifaq və iqtisadi və valyuta ittifaqı. Müvafiq inteqrasiyanın beş pilləsini hələlik Avropa Birliyi keçib.

Mədəni inteqrasiya bəşəriyyətin mənəvi potensialının qorunması, inkişafı va sintezini təmin etmək baxımından dünya birliyi qarşısında duran humanitar və sosial problemi kimi çıxış edir. Qlobal və regional müstəvidə inteqrasiya proseslərini, o cümlədən qloballaşmanı heç şübhəsiz müasir dövrümüzün başlıca trendi hesab etmək olar. İnteqrasiya prosesləri regionlar, inkişaf səviyyəsi, eləcə də siyasi, hərbi, iqtisadi, mədəni, humanitar kriteriyalar üzrə təsnifləşdirilir. Artıq dünyada elə bir bölgə qalmayıb ki, bu proseslərdən kənar qalsın. Köhnə qitədə Avropa İttifaqı, Şimali Amerikada NAFTA, Cənubi Amerikada MERKOSUR, Afrika və Yaxın Şərqdə Ərəb Ölkələri Liqası, Afrika İttifaqı, Asiyada Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN kimi təşkilatların adını qeyd etmək olar.
Qloballaşan dünyada inteqrasiya proseslərinin dərininə inkişafı müsbət tendensiyadır və ölkələr arasında bütün sahələrdə əlaqələrin sadələşdirilməsinə və asanlaşdırılmasına xidmət edir. Lakin bu prosesdə bərabərhüquqluluq başlıca şərtdir. Əks halda inteqrasiyanın imperiya ambisiyalarına xidmət edəcəyi şübhəsizdir.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]