Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Uşaqlar arasında əlillik səviyyəsi azalıb

Uşaqlar arasında əlillik səviyyəsi azalıb
Bölmə :
KİVDF
Yayım tarixi :
20/2/2013 [11:26]
Baxılıb :
816 dəfə
Respublika üzrə 463 özəl tibb müəssisəsi və 914 əczaçılıq müəssisəsi fəaliyyət göstərir

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2011-ci il ərzində görulmuş işlərə dair Hesabat:

Son illərdə respublikamızda həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Əgər 2006-cı ildə respublikada körpə ölümü göstəricisi 11,9 promilli idisə, 2011-ci ildə bu rəqəm 10,8-ə bərabər olmuşdur. Ana ölümü əmsalı 2006-cı illə müqayisədə 34,2-dən 2011-ci ildə 15,2-ə enmişdir. Bunlarla bərabər uşaqlar arasında əlilliyin azalması dinamikası da müşahidə olunur.

Vərəmlə mübarizə işinə xüsusi diqqət yetirilmişdir. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, dərmanlara davamlı vərəm xəstələrinin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Belə ki, ötən illə müqayisədə 2011-ci ildə ilkin xəstələnmə və bu xəstəlikdən ölüm hallarının sayı azalmışdır.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Təsadufi deyil ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə 2012-ci ilin yanvar ayının 1-dən qan xidmətində çalışan işçilərin maaşları 2 dəfə artırılmışdır. Tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşir. Təkcə son 1 il ərzində ötən illə müqayisədə 2,2 ton çox qan tədarük edilmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olmuşdur. Hazırda respublika üzrə 463 özəl tibb müəssisəsi və kabineti, eləcə də 914 əczaçılıq müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Bu problemlərin vacibliyini nəzərə alaraq, Səhiyyə Nazirliyində özəl tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmiş, özəl fəaliyyətlə bağlı məsələlər geniş müzakirə edilmiş və fəaliyyətini mövcud tələblərə uyğun qurmayan müəssisələrə qarşı əsaslı iradlar bildirilmişdir.

Səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri tibbi təhsil və kadr islahatıdır. Nazirlik tərəfindən
cari ildə bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Bir neçə il idi ki, problemin həlli yollarından biri olan, butun dünyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılırdı. Artıq 2011-ci il yanvar ayından bu işə başlanılmışdır. Bu günə kimi 3800 həkimin sənədləri Sertifikasiya Komissiyası tərəfindən qəbul olunmuşdur.

3035 həkim 38 ixtisas üzrə test imtahanından və ikinci mərhələdə aparılan müsahibədən keçərək sertifikat almışdır. Qeyd etmək lazımdır ki, cari ildə orta tibb işçilərinin də test imtahanlarının aparılmasına dair hazırlıq işləri yekunlaşmış və onlar yaxın aylarda sertifikasiyaya cəlb olunacaqlar.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2011-ci ildə respublikanın tibb təhsili sistemində də köklü dəyişikliklər edilmişdir. Belə ki, diploma qədər tibb təhsilində tədris artıq yeni qəbul olunmuş dövlət standartları üzrə, beynəlxalq təhsil prinsiplərinə uyğun kredit sisteminin tətbiqi ilə aparılır. Eyni zamanda, sözügedən qanuna uyğun olaraq, respublikada 2011-ci ildə ilk dəfə olaraq həkimlərin ixtisaslar üzrə hazırlığı dünyanın əksər ölkələrinin tibb təhsil sistemində qəbul olunmuş rezidentura vasitəsi ilə həyata keçirilir.

Qəbul planına uyğun olaraq bu il 300 həkim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sınaq imtahanlarından keçərək müxtəlif ixtisaslar üzrə rezidenturaya qəbul olunmuşlar. Gənc mütəxəssislərin Respublikadan kənarda təkmilləşdirmə kurslarından keçməsi proqramı çərçivəsində səhiyyənin müxtəlif sahələri üzrə 200-dən artıq həkim və orta tibb işçisi xarici ölkələrin qabaqcıl klinikalarında 3-6 aylıq ixtisasartırma kursları keçmişdir. Eyni zamanda həkimlər üçün şüa diaqnostikası, qastroenterologiya, kardiologiya, nefrologiya və s. ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə Bakıda ixtisasartırma kursları təşkil olunmuş və həmin kurslarda 500-dən artıq mütəxəssis öz təcrübi biliklərini artırmışdır.

2011-ci ildə 15 tibb işçisinə “Əməkdar həkim”, 2 nəfərə - “Əməkdar müəllim” fəxri adları verilmiş, 1 nəfər “Sərəf” ordeni, 16 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişlər. 24 tibb işçisi Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ına layiq görülmüşdür. Tibb işçilərinin əməyinin stimullaşdırılması vacib faktorlardan biridir. Respublika rəhbərliyinin diqqət və qayğısı nəticəsində son illər ərzində mütəmadi olaraq onların əmək haqları artırılır. Son 5 il ərzində tibb işçilərinin maaşları 5 dəfə artırılmışdır. 2011-ci ildə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səhiyyə müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları növbəti dəfə artırılmışdır.

Ölkələr arasında siyasi və iqtisadi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin də beynəlxalq aləmə inteqrasiyası artır və əlaqələri genişlənir. Səhiyyəmizin indiki inkişafı haqqında həqiqətlər cari ilin sentyabrında Nyu-Yorkda keçirilən BMT-nin qeyri-infeksion xəstəliklərə qarşı qlobal mübarizəyə həsr olunmuş tədbirində həm ÜST Baş Direktorunun, həm də ÜST Avropa Regional Bürosunun Direktorunun nitqində səslənmişdir.

2011-ci ilin sentyabr ayında Ümumdunya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci Sessiyası Bakıda keçirilmiş və Azərbaycan bu qurumun İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Beynəlxalq əməkdaşlıqda digər istiqamət ikitərəfli əlaqələridir ki, 2011-ci il üçün İtaliya, Rumıniya və Litva ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalanaraq qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]