Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Türk dövlətlərinin gələcəyə yönəlik vahid platforması hazırlanmalıdır”

“Türk dövlətlərinin gələcəyə yönəlik vahid platforması hazırlanmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
10/3/2016 [23:26]
Baxılıb :
1660 dəfə
Toğrul Atabay: “90-cı illərin əvvəllərindəki problemlər türk dövlətləri arasında rasional bir birliyin yaradılmasına imkan vermədi”

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, hazırda dünyada rəsmən 6 müstəqil türk dövləti mövcuddur (Şimali Kipr Türk Respublikasının müstəqilliyi dünya dövlətləri tərəfindən hələ tanınmayıb). Onlardan beşi - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan SSRİ dağılandan sonra (1991-ci ildə), Osmanlı İmperiyasının varisi olan Türkiyə isə 1923-cü ildə öz müstəqilliyini elan edib. 2005-ci ilin məlumatlarına görə, SSRİ-nin süqutundan bu yana türkdilli ölkələr arasında inteqrasiyanın əsas istiqamətləri əsasən ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr çərçivəsində daha qabarıq şəkildə mövcud olmuş və inkişaf edib. Ümumən Türk dövlətlərinin qarşılıqlı əlaqələri milli maraqlar konsepsiyasına və dövlətlərin suveren mövcudluqlarına əsaslandığından, sözügedən əlaqələr çoxtərəfli münasibətlər çərçivəsindən daha intensiv şəkildə inkişaf edir. 

Hazırkı dönəmdə 6 Türk dövləti arasında ikitərəfli münasibətlər heç də bərabər xarakter daşımır. Bunun əsas səbəbləri isə dövlətlərin daxili və xarici ideloji xarakterində, iqtisadi inkişafında, Türk dünyasının, eləcə də regionun taleyini həll edə biləcək məsələlərdə konsensusun olmamasındadır.
Bu mövzuda, Güney Azərbaycanın mədəniyyət ocaqlarından olan Xoyda dünyaya gəlib, rejimin basqıları üzündən Türkiyəyə köçən və hazırda İstanbulda yaşayıb-yaradan yazar-türkoloq Toğrul Atabayın "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Müşahidəçilər bu gün türkdilli ölkələr arasındakı mövcud münasibətləri o qədər də ürəkaçan hesab etmirlər. Sizcə bu sahədə durum necədir? Nələri düzgün etmirik?    

- Əvvəla, mən bu "türkdilli" ifadəsinə etirazımı bildirmək istərdim. Sovet dönəminin termini olan türkdilli deyimi müstəmləkəçi bir qavramdır. Ayrı kökənlərdən gəlib ortaq anlaşma dili olaraq rus dilini mənimsəyən topluluqlara verilən rusdilli deyimi ilə qarşılaşdıraraq, təkcə dil (özü də doğma dil) birliyindən də deyil, tarix, mədəniyyət, soy-kök birliyindən və ortaqlığından söz edilən topluluqlar, heç bir sonluğa gərək olmadan əsl adı ilə çağırılmalıdır - Türk. Necə ki hansı coğrafiyada olmasından asılı olmayaraq, ərəb ərəbdi, ərəbdilli kimi çağırılmır. Bu ərəbdilli (ərəb-zəban), türkdilli (tork-zəban) və sair adlandırmaları, Sovet İttifaqı kimi, İran imperiyası da, hakimiyyəti altındakı millətləri rahatca idarə etmək, milli kimliyini silmək və bir-birilərinə yadlaşdırmaq üçün istifadə edirdi.

1990-cı illərdə Türk ölkələrinin əməkdaşlığı rasional, faydalı məcraya yönəldilmədi. Daxili hesablaşmalara başı qarışan Türkiyənin ziyalıları və "ölü atdan nal çəkmə" sevdasında olan siyasətçiləri də qafil davrandılar. Türk topluluqlarının yaxınlaşması ağıllı, rasional yanaşmadan uzaq, duyğusal bir mahiyyət kəsb edirdi. 70 illik kommuna maşınının toplumları düzləşdirməsi bir yana, neft qaynaqları üzərində anlaşılmazlıq, qazaxlardakı azlıq statusuna düşmə qorxusu, özbəklərdə dirçələn Ortaçağ xülyaları və daxili məsələlərinə Türkiyənin qarışması, qırğızların iqtisadi səmərəsizliyi və Azərbaycanda 90-nın əvvəllərindəki daxili çəkişmələr həmin türk dövlətlərinin birgə hərəkət etmələrinə maneə yaratmışdı.

Məsuliyyət daşıyan tərəf olan Türkiyə də "abilik sindromu"ndan, ideologiya ixracından və təktərəfli göstərişçi münasibətdən imtina etsəydi, qarşı tərəfin təbii yerli dəyərlərini anlamağa çalışsaydı, tablo çox daha dəyişik ola bilərdi. Türkiyə özünü əsas kök, digərlərinin özünün əlavəsi kimi qəbul etməkdən, onları özündən kənarlaşdırmaqdan əl çəkə bilsəydi, 90-lardakı coşğulu atmosfer milli kökə qayıdış və dirçəliş prosesinə çevrilə bilərdi.

- Qeyd etdiyiniz birlik nə zamansa yaranarsa, nə cür bir mənzərənin şahidi ola bilərik? 

- Türk topluluqları arasında bir birlik yaranacaqsa, bunun həm maddi, həm də mənəvi təsirləri göz önündə tutulmalıdır. Avropa Birliyi kömür ehtiyacı üzərində birləşdi. Bunun üzərinə də ortaq dəyərlər inşa etdi. İqtisadi birlik işin rasional qismini təşkil edir. Mənəvi bütünləşmə üçünsə rəsmi qəlibləri aşaraq, toplumların gerçək anlamda yerli dəyərlərini paylaşmaları üçün gərəkli mədəni zəmin hazırlanmalıdır. Bunu da dövlətlər üzərindən deyil, ancaq müstəqil və özlüyündən coşma sivil qurumlarla eləmək mümkündür. Bütünləşmə prosesi üçün təkcə keçmişə yönəlik bir baxış və tarixi köklər yetmir, gələcəyə yönəlik bir platformada birləşmək lazımdır. 

Ortaq dil probleminin həlli üçün də imkanlarımız var. Azərbaycan türkcəsi potensial bazadır. Bu türkcə çoxsaylı Türk topluluğu olan oğuzların, həmçinin qıpçaq-uyğurların xüsusiyyətlərinə sahibdir, dolayısı ilə ortaq türkcəyə çevrilmək üçün geniş imkanlara malikdir. Azərbaycan türkcəsi şərqli-qərbli Türk ləhcələri arasında ən uyğun variant, bir növ körpü hesab olunur. Əgər bunu reallaşdırmaq yolunda fəaliyyətlərə başlansaydı, üstəlik dilin daha da təkmilləşdirilməsi üçün addımlar atılsaydı, bu gün tamam fərqli bir mənzərə qarşısında olardıq.

- Türk dünyasının birliyi üçün türk dövlətlərində nə kimi çabalar müşahidə olunur?

- Bu gün mədəniyyətini assimilyasiyadan qorumaq üçün və bu təhlükənin fərqinə varan Qazaxıstanda, həmçinin hələ də əsarətdən qurtula bilməyən türk yurdlarında belə cəhdlər sezilir. Bölgəsəl bir birlik üçün ən çox cəhdlər edən ölkələrdən biri də Azərbaycandıq. Baxmayaraq ki, Azərbaycanda son dövrlər qloballaşmanın mənfi təsirləri özünü göstərir - özgələşmə hiss olunur, yenə də Azərbaycan toplumu türk birliyinin əsas hərəkətverici qüvvələrindəndir.

Gerçək bir çıxış yolu axtarılarsa, Türk topluluqları - keçən əsrin başında olduğu kimi - öz daxili inkişaflarını sürətləndirməlidir. Yəni heç kim böyük qardaş olaraq gözünü Türkiyəyə dikib, buradan mədət ummamalıdır. Türkiyə ziyalısı bu gün lüzumsuz problemlərlə uğraşıb-durur, cəmiyyəti "ağlı bir qarış havada" olan kütləyə çeviriblər. Əslində, Türkiyənin önünü görə bilən, hərtərəfli düşünə bilən, çoxtərəfli strategiya formalaşdıra bilən aydınları, elə İkinci Dünya Müharibəsi zaman köç etmiş Tatarıstan-Azərbaycan əsilli şəxslərdir.

Çox önəmli bir gerçəklik də budur ki, demokratikləşmədən, əşirət, ümmət və rəiyyət (sürü) qılığından sıyrılmadan gerçək bir "ulus" olmaq mümkün deyil. Toplum yurddaşlıq və ulus bilincindən məhrum qalar, eləcə əşirət, ya da ailə dövlətciklərinə məhkum yaşayar. Dolayısıyla gerçək anlamda özgür və hür, iradəli yurddaş yaranmaz. Nə özgür toplum, nə azad vətəndaş var olar. Millət, bilincli fərd üzərinə quruludur. 

- Türk ölkələrinin çoğrafi mövqeyi, Şərq-Qərb dəhlizinin üzərində yerləşmələri və neft-qaz mənbələri ilə zəngin olmaları bir-biriləri ilə münasibətlərində hansısa rol oynayırmı? 
 
- Neftə vaxtıyla "Təla-yi Siyah" ("qara qızıl") deyənlərə cavab olaraq "Bəla-yi Siyah" (qara bəla) deyənlər də olub. Neftə ölkədəki səthi inkişafla dərin islahatları əngəlləyən, ölkənin dinamik inkişafına maneə yaradan, dolayısıyla da demokratiyanın gəlişməsinin önünü tıxayan və digər yandan da xarici güclərin müdaxiləsinə zəmin yaradan bir dezavantajlı zənginlik kimi baxılıb. Bizdə də bu amil müəyyən problemlər yaradıb. Məsələn, Xəzərin hüquqi statusu, neft-qaz qaynaqları üzərində nəzarət uğrunda çəkişmə Azərbaycan-Türkmənistan münasibətlərində mənfi izlər buraxıb. Türkiyə-Azərbaycan münasibətlərində müsbət təsiri olsa da, bayaq da dediyim kimi təkyönlü bir münasibətə yol açıb.

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]