Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Belə olmalıdı (?!)

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
9/3/2016 [23:31]
Baxılıb :
1606 dəfə

«O, mənim sifətimi ovuclarına alıb özünə tərəf dartdı və alnımdan öpdü.
- Bu qədər incə. Nədən?
- Belə lazımdı. Belə olmalıdı”¦Â»
Anna Axmatovanın özündən 14 yaş kiçik məşuqu 
Pavel Luknitskinin gizli gündəliyindən

Elə indilərdə telefonumun yaddaşını təmizləyib bitirdim. 8 martla bağlı təbriklərin asan yolu bayramla bağlı xüsusi tərtib edilmiş fotoları və videoları göndərməkdi. Çiçək dəstəsi aldınsa əvəzində gülməli aforizm göndərirsən, bitir. Təbrik gözləyənlər tələbkar olub. Sadəcə "təbrik edirəm" eşitsə inciyir. Gözəl tərtibat, rəng çaları, fantaziya, bəziləri animasiya da istəyir. Şükür Allaha, sosial şəbəkələr korluq çəkməyə qoymaz. Bir işi var ki, telefonun, planşetin yaddaşını zibilləyir. Bir gün sonra silib-süpürürsən, gələn ilə qədər rahat otura bilərsən. Hamısını sildim, oynayan dovşanları, it-pişiyi, "tər" çiçəkləri, şeh içində parlayan buketləri, mirvariləri, daş qaşı, öpücükləri”¦ Arada bir-iki səməni də getdi. Reallığa qayıtmağın vaxtıdı.

Adam fikirləşir, bu, elə belə də olmalıdı bəyəm? Dərhal dünya praktikasını gözünün qarşısına gətirirsən, feministkaları, restoranda kişiylə hesabı bölüşən müstəqil qadınları xatırlayırsan. Kişini dolandıran qadınlar barədə diversant fikirləri qovlayırsan, yəni guya obyektivsən. Belə fonda gül gözləyən qadınlar məkrli görünməyə başlayır. Qiymətli hədiyyələrə layiq olduğunu düşünənlərsə lap tamahkar olur. Gic-gici hədiyyə (hədiyyə çox gözəl və bahalı da ola bilər, mahiyyət dəyişmir) alan günün səhəri erməni mənşəli porno ulduz Kim Kardaşyan barədə xəbəri oxuyursan və məyus olursan. Bu yaxınlarda uşaq doğmuş bu qadın adəti üzrə yenə də çılpaq şəkillərini paylaşdı. Mətbuatda da, İnstaqramda da doğuşdan sonra yoğunlamamış incə belini hamıya göstərdi, əldə elədiyi 53 milyonu əri reper Kanye Uestin borclarını bağlamağa xərclədi. Sonra da deyirik ki, nə görüb e, bu kişilər erməni qadınlarında. O cür görkəmli qadın bizim standartlara görə brilyant kolye və xəz dəri yox, ən azı qızıl dükanı və xəz emalı zavodu istəməliydi. Amma istəmədi.

O biri tərəfdən Rusiyanın ən gözəl xokkeyçi qadını sayılan Elvira Markova etirafı ilə bıçağı lap dəstəyinə qədər kürəyimə sancdı elə bil: "Mən sizin utandığınız kimi yaşamaq fikrindəyəm!". Yaxşı xokkey oynamağı bir yana, boş vaxtlarında fotosessiya eləyib paylaşır və demək istəyir ki, xokkey oynayanlar şkaf boyda xalaşkalar olmaya da bilər. Dedisə, deməli, yaşayacaq da, baxmaq bizə qalacaq. Bayram isteriyası zamanı hamı sevgililəri, aldıqları hədiyyələrlə birgə fotoları paylaşmaq uğrunda sanki ralli yarışları keçirirdi. Sürətlər "Formula" yürüşlərindən artıq olardı.  Pişiklər, dovşanlar, ayıcıqlar qucaqda, sinədə, uzanan yerdə, bantiklə, bağrına basılmış şəkildə - hər cürəsi vardı. Arada bir foto da diqqətimi çəkdi. Nyu-Yorkda Rusiya səfirliyində premyeradan çəkilmiş fotoda pişik maskası geymiş iki nəfər yaman gülümsəyirdi. Amerika bəstəkarı "Ermitaj pişiklərinə süita" yazaraq onu ilk dəfə səsləndirmişdi. Sən demə Ermitajda pişikləri xüsusi qaydada saxlayıb artırır və qayğılarını çəkirlər ki, siçan-siçovul artıb qiymətli kətan lövhələri didib dağıtmasın. Bəstəkar Kris Brubek ermitajın əfsanəsi sayılan bu pişikləri sevərəkdən "ermiki" adlandıraraq ifaçılara pişik maskaları geydirmişdi, auditoriya isə arabir pişik kimi miyoldamaqla musiqiyə dramatizm qatırdı. Həmin bu maskalardan birini başına keçirmiş fleyta çalan qadın fotoda bizim hədiyyəsini artıq almış və fors eləyən xanımlardan daha xoşbəxt görünürdü. Qadınlarımız ithaf gözləməyində olsun. Bu yerində desəm ki, 19-cu əsrdə qadınlara çiçək dəstəsi əvəzinə musiqi əsərinin notunu bağışlayırdılar, kişilər məni daşqalaq eləməyə hazır olar. Özünə hörmət edən 19-cu əsr kubar qadınının mücrüsündə ən azından 2-3 kiçik pyes, heç olmasa 1-2 ithaf edilmiş valsı olmalıydı. Ona görə də romantik dövrün repertuarı bu qədər zəngindir. Dəb qayıtsaydı bu gün çiçək mağazalarının deyil, bəstəkarların işi başından aşardı. 

Bayrama aldığım hədiyyələr, suvenirlər, rəngbərəng yaylıqlar, ətir və ətirsaçan çubuqlar, aromaterapiya yağları, bijuteriya və s. hazırda mənə lazım olmayan, amma əslində lazımlı, bəzən xeyirli əşyaları hədiyyə dolabıma yerləşdirdikcə (mən də onları kiməsə hədiyyə verəcəm, nə vaxtsa) düşünürəm ki, dünya informativliyini artırıb zamanını itirməklə yamanca pozulub. Üstündə şəkli olmayan yazılar pis oxunur, lap körpələr üçün kitablar kimi. Görəsən bu köşəyə hansı fotonu vermək olardı, hədiyyəsini bağrına basmış sevinc içində olan, yoxsa hədiyyə almamış narazı qadının fotosu? Hədiyyə almış, amma yenə də narazı qalmış qadının obrazını çəkmək asan deyilmiş. Ola bilər, mən həddən artıq iddialıyam, bütün dünyanın hamısını birdən istəyirəm. İstəyirəm ki, "Sağol ki, varsan!" eşidim, ya da Ronald Reyqan həyat yoldaşına dediyi sözlərdən mənə də desinlər: "Mən Ronniyə rast gəlməyənədək həyatım başlamamışdı hələ". Nə olsun ki, qocalığında Reyqan Alsgeymer xəstəsi olduğundan yaddaşını itirib bütün bunları xatırlamayacaqdı. 

Müasir dövr artıq qadını kəşf eləməklə başını ağrıtmır. Qadını tədqiq edib, növlərə bölüb, təsnifatını verib, ram edib evdə otuzdurub, ya da soyundurub küçəyə buraxaraq anlaşılan və proqnoza yatımlı ediblər. Dövrün kişisi qadınının orqazm iniltisini xatırlamaya bilər, amma o, Marian çökəkliyindəki Çellencer dərinliyinin necə inildədiyini bilməlidir, axı intellektualdır. Hamı elə bilirdi ki, 11 min metr dərinliyində tam sükutdur. Ora təzyiqə dözmək üçün titan qılaflı hidrofon aparat salıb 3 həftə aramsız dinlədikdə görüblər ki, hətta çökəklik də susmur. Tropik tayfundan tutmuş gəmi səslərinə, delfinlərin mahnılarına qədər hamısını səsləndirir. Əlbəttə, 11 kilometrlik okean dərinliyinin ehtiras anında qadın səsi çıxarması heyrətamiz hadisədir. Amma bilənlər təsdiqləsin, nəvazişdən razı qalmış qadın əgər səsləndirilirsə daha maraqlı ola bilir”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]