Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Əslində, ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşması görüntüsü yaradılıb”

“Əslində, ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşması görüntüsü yaradılıb”
Bölmə :
KİVDF
Yayım tarixi :
7/3/2016 [23:30]
Baxılıb :
846 dəfə
Elxan Həsənli: “Qərb-İran münasibətlərinin normallaşmasının Azərbaycana təsiri müsbət olacaq, İranla münasibətlərimiz daha da yaxşılaşacaq, iqtisadi əlaqələr intensivləşəcək”

Analitiklərin fikrincə, İranla Qərb arasında əldə olunmuş nüvə razılaşması, bütövlükdə region, ayrılıqda isə Azərbaycanı ciddi şəkildə təsirləndirə bilər. Əksər təhlillərdə məhz, Qərbə düşmən münasibətdə olan İrana görə Azərbaycanın kövrək coğrafı məkanda yerləşdiyi, onun Avropa İttifaqına müttəfiqliyi vurğulanırdı. Digər tərəfdən İran üzərindən sanksiyaların qaldırılması bu ölkəni bir daha neft və qaz bazarına gətirəcək. Bu isə Avropanın enerji təchizatının xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Bəzi ekspertin sözlərinə görə, bu açılımdan sonra İranda ciddi tikinti bumunun başlayacağını da gözləmək lazımdır. Azərbaycanın bu sahədə təcrübəsi var. İndi isə İranda tikinti bumu başlayandan sonra Azərbaycan şirkətləri də bundan yararlana bilərlər.

Bir qism araşdırmaçıların hesablamalarına görə isə, Azərbaycan üçün İrana qarşı sanksiyaların ləğv olunmasının yaxşı tərəflərindən daha çox pis tərəfləri var. Onların qənaətincə, iqtisadiyyatı güclənən İran, məzhəbçi siyasətindən öz məqsədləri üçün maksimum yararlanmağa çalışacaq ki, bu da məzhəblərarası müharibəni daha da qızışdıracaq.

Budəfəki həmsöhbətimiz də Avropada yaşayan fəal azərbaycanlılardan biridir. Elxan Həsənli - 1974-cü ildə Qazax rayonunda anadan olub. Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsini bitirdikdən sonra jurnalist kimi fəaliyyətini davam etdirib. 2004-cü ildən İsveçrənin Sürix şəhərində yaşayır. Sürix Universitetində magistr təhsili və Sürix Pedaqoji İnstitutunda xüsusi pedaqoji təhsil alıb. 2012-ci ildə Azərbaycan - İsveçrə Ticarət Təşkilatını (AİTT) yaradıb. Bu təşkilat Azərbaycanla İsveçrə arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlaqələr qurur, eyni zamanda  elmi-iqtisadi araşdırmalarla məşğul olur.

Beləliklə, E. Həsənlinin "Bizim Yol"a Qərbin İrana qarşı sanksiyalarının ləğvindən sonra regionda yaşanacaq proseslər, İran açılımının Azərbaycana gələcək təsirləri, ölkəmizin xarici siyasətinin gələcək vektorları və digər məsələlər ətrafındakı müsahibəsini təqdim edirk:


- Elxan bəy, Qərb-İran anlaşması dünyada yeni siyasi münasibətlər sistemi formalaşdırmaqdadır. Bu hadisələr bölgəmizin gələcəyinə necə təsir edəcək?

- Qərb ölkələrinin xarici siyasətinin formallaşmasında yerli və xarici şərtlər nəzərə alınır. Əgər əvvəllər İran radikal İslamın əsas hərəkətverici qüvvəsi sayılırdısa, bu gün rəsmi Tehran başqa obrazda görülür. Onun İŞİD-ə qarşı olması Qərb ölkələrini İrana yönəlik siyasətlərini dəyişməyə sövq edib. Artıq Tehran bu istiqamətdə bir tərəfdaş kimi çıxış edir. Qərb dövlətləri üçün iki cəbhədə mübarizə aparmaq çox çətindir, bu üzdən də İranla münasibətləri yumşaltmağa qərar veriblər.
Bununla yanaşı, Rusiyanın regionda, eləcə də dünyada güclənməsi Qərb ölkələrinin maraqlarına ziddir. Bu üzdən regiondakı oyunçuların daha çox güclənməsinə və ya daha cox zəifləməsinə imkan vermirlər. Hal-hazırda İranı bataqlıqdan çıxarmağa, Rusiya və Türkiyəni isə bataqlığa salmağa çalışırlar. Hələlik bu siyasət öz bəhrəsini verir. Bu oyunda əsas silah da neft qiymətlərinin süni surətdə aşağı salınmasıdır. İran neftinin dünya bazarına yol tapması isə bu siyasətin əsas komponenti sayıla bilər.

Yaranmış vəziyyət Azərbaycana da təsir edir. Bu vəziyyətdən cıxmaq üçün iqtisadiyyatın transformasiyasına ehtiyac var. Ölkə büdcəsinin neft gəlirlərindən asılılığının aradan qaldırılması və ixracın şaxələndirilməsi vacibdir. Hökumətimiz də buna çalışır, ancaq bu işin öhdəsindən gəlmək üçün yeni kadrların hazırlanması lazımdır. Son zamanlar həm iqtisadiyyatda, həm də siyasətdə daha çox müasir düşüncəli insanlar önə cəkilir. Bu yanaşma ölkəmizin gələcəyinə ümidləri artırır.

- Daim İranı özü üçün təhdid kimi görən Qərb, bunu önləmək üçün İran ətrafındakı digər dövlətlərlə sıx işbirliyi yaratmışdı. Bu sırada Azərbaycan da vardı. Necə düşünürsünüz, Tehranla anlaşma digər dövlətlərin, o cümlədən Azərbaycanın önəminə təsir edəcəkmi? 

- Hər bir dövlətin önəmi onun regiondakı coğrafi mövqeyindən cox yeritdiyi uğurlu daxili və xarici siyasətdən asılıdır. Azərbaycan Qərb ölkələrinin İranla gərgin münasibətlərindən daha çox ziyan çəkir, daim təzyiq altında olur. İndiki vəziyyət ölkəmiz üçün daha sərfəlidir. Regionun inkişafı üçün sabitlik əsas şərtdir.  Azərbaycan hökumətinin xarici siyasəti daha çox qonşu dövlətlərlə isti münasibətlərin bərqərar olmasına köklənib. Qərb-İran münasibətlərinin normallaşması da bu siyasətə təkan verir və Azərbaycana təsiri müsbət olacaq, İranla münasibətlərimiz daha da yaxşılaşacaq, iqtisadi əlaqələr intensivləşəcək. İrana yönəlik sanksiyalardan bizim iş adamlarımız da ziyan çəkirdilər, sanksiyalardan yayınmaq lazım gəlirdi, dolayı yollarla İranla əlaqələr qurulurdu. İndi buna ehtiyac qalmayacaq. Qonşu İranla münasibətlərimizin normallaşması ölkəmizə yalnız xeyir verə bilər. Qarşıdurma şəraitində itkilərimiz daha çox olub. 

- Kiçik ölkələrin böyük dövlətlər arasında seçimə sürüklənməsi prosesi sürətlənir. Azərbaycana da bu seçimlə bağlı hər iki tərəfdən - Qərb və Rusiyadan təzyiqlər hiss olunur. Sizcə, Azərbaycan balans siyasətindən imtina edib, hansısa bir tərəfin xeyrinə seçim edəcəkmi? 

- Dövlətlərin böyük və ya kiçik olmaları deyil, onların yürütdükləri siyasət daha çox önəmlidir. Təbii ki, böyük dövlətlər Azərbaycanı öz tərəflərinə çəkməyə, öz satellitlərinə çevirməyə çalışırlar. Ancaq hələlik Azərbaycan bu təhlükənı tərəfsizlik siyasəti ilə zərərsizləşdirir. Son yaranmış vəziyyət, xüsusilə Qərblə İranın anlaşması bu siyasətin düzgün olduğunu təsdiq edir.

- Ümumiyyətlə, balans və ya seçim: hansı ölkəmizə nələr qazandırır, yaxud ziyan verir? 

- Hər bir dövlət öz vətəndaşlarının mənafeyini qorumalı, xarici təzyiqlərdən yayınmağı bacarmalıdır. Bu günkü İsveçrə dövləti buna nümunədir. Hər bir dövlətlə öz arasında məsafə saxlayır, ancaq qonşu dövlətlərlə həm iqtisadi, həm də siyasi baxımdan intensiv əlaqələrə, dostluq münasibətlərinə üstünlük verir. 

Azərbaycan da eyni yolu tutmalıdır. Rusiya, İran və Gürcüstanla münasibətlər daha da yaxşılaşmalı, iqtisadi əlaqələr intensivləşməlidir, hər hansı ölkənin tərəfini tutmaq və ya başqa birisinə qarşı çıxmaq ölkəmizə ziyan verə bilər. Açıq düşmənimiz olan Ermənistanın xarici siyasətində əsas yeri Azərbaycanı Rusiya və İrana düşmən etmək, bununla da ölkəmizi təkləmək tutur. Qonşu dövlətlərlə əlaqələrimizin yaxşılaşması yalnız Ermənistanın mənafeyinə ziddir. Ölkəmiz regiondakı təlatümlərdən çox ziyan çəkib. Torpaqlarımızın 20 faizinin işğal olunması da qonşu dövlətlərin müdaxiləsi nəticəsində mümkün olub. Bu üzdən keçmişdəki səhvlərdən nəticə çıxarmalıyıq.

- Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obama tərəfindən Vaşinqtonda keçiriləcək Qlobal Təhlükəsizlik Sammitinə dəvət edildi. Bu dəvət, son zamanlar soyuqlaşan ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

- ABŞ-Azərbaycan münasibətlərinin soyuqlaşması görüntüsü yaradılıb, bu işdə Azərbaycana düşmən mövqedə olan qüvvələrin rolu danılmazdır. Daxili siyasətdəki bəzi addımları "qloballaşdırmağa" çalışırlar, ancaq bir dövlətin başqa bir dövlətin daxili işlərinə qarışmaq səlahiyyəti də yoxdur. Azərbaycan Prezidentinin də Vaşinqtona dəvət olunmasının əsas səbəbi soyuqlaşma görüntüsünün aradan qaldırılmasıdır. Zənnimcə, ABŞ hökuməti bu dəvətlə həm ölkəmizə, həm də bu görüntünü yaratmağa çalışanlara bir siqnal verir ki, Azərbaycanla münasibətlərimiz normal məcrada davam edir və bu siyasətin davam etdirilməsində maraqlıdırlar.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]