Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Summativlər”, “formativlər”, daha nələr”¦

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
5/3/2016 [17:27]
Baxılıb :
1766 dəfə
Və ya “isinmədik istisinə, kor olduq tüstüsünə”

Harda olursunuz olun, əlinizdəkilərlə edə biləcəklərinizi edin.
Teodor Ruzvelt 

TQDK sədri M.Abbaszadənin TREND-ə müsahibəsindəki - "Biz artıq 3 ildir ki, kurrikulum üzrə yeni qiymətləndirmə tapşırıqlarını nəşr edərək istifadəyə vermişik. Həmin tapşırıqlar məhz tənqidi təfəkkür, yazı vərdişləri, yaradıcı yanaşma bacarıqlarını yoxlayırlar. Əgər bununla tanış olsalar, görərlər ki, şagirdlərə monitorinq imtahanlarında testlə yanaşı, açıq suallar, yazı işləri, mətn üzrə işlər, təfəkkürü formalaşdıran tapşırıqlar da verilir. Amma bu tapşırıqları monitorinq imtahanlarında istifadə etdiyimiz zaman əldə olunan statistikaya baxın..."- açıqlaması məni kurrikulumla bağlı bəzi "qaranlıq" məqamların üzərinə müəyyən qədər işıq salmağa sövq etdi. 

İlkin olaraq onu deyim ki, təhsilimizin son 15 ilinin "miraslarından" biri də mənşəyi ölü latın dilinə gedib çıxan, lüğəti mənası təxminən "yol", "istiqamət" anlamına gələn, bir termin olaraq nə rus, nə də azərbaycan dilində ekvivalenti olmayan, təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminologiya kimi daxil edilən, tətbiqinin artıq 8-ci ilinin davam etməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər istər şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratmaqda olan bədnam Kurrikulum sənədidir. Nə yaxşı ki, bu sənəd  heç olmasa "Təhsil haqqında Qanun"da elə əvvəlki adı ilə - Təhsil proqramı kimi vurğulanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə  təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurrikulum) kimi təsdiq edilmiş  bu  sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi, kurrikulum əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının gedişini də xeyli ləngitmişdir.

Ənənəvi təhsil proqramının bilik yönümlü olmasından fərqli olaraq müasir kurrikulumun şəxsiyyətyönümlü, əvvəlki kimi müəllim yönümlü deyil, şagird yönümlü,  fənyönümlü deyil, nəticə yönümlü, təklif yönümlü deyil, tələb yönümlü olması, ənənəvi təhsil proqramında guya fəndaxili və fənlərarası əlaqənin məqsədyönlü və sistemli xarakter daşımaması, müasir kurrikulumda isə inteqrativliyin əsas prinsip kimi qəbul olunması və digər bu kimi "fərqləndirici" xüsusiyyətlər əslində bir növ söz xatirinə söz olmaqdan başqa bir şey deyildi. Çünki sadalanan prinsiplər ənənəvi proqramlar üçün də xarakterik idi. Sadəcə olaraq  terminlərin adları və yerləri dəyişdirilmişdi. Şəxsiyyətyönümlülük isə hələ ki, abstrakt anlayış olaraq qalmaqdadır, çünki bunun nə standartları, nə də ölçüyə gələ biləcək kriteriyaları yoxdur. 

Məsələyə nisbətən aydınlıq gəlsin deyə xatırlatmaq yerinə düşərdi ki, ingiliscədən tərcümə variantında "curriculum" dar mənada, mahiyyətinə görə "təlim kursu" mənasında işlədilən bir ifadədir. Geniş mənada götürdükdə isə, gələcək üçün nəzərdə tutulmuş təlim məqsədləri ilə əlaqəli, müvafiq fənlər birləşməsi kimi təşkil olunmuş təlim təcrübələrini özündə ehtiva edən plandır. Plan və konsepsiya isə tam fərqli anlayışlardır. Daha müxtəsər desək, kurrikulum bir vaxtlar standart adlandırdığımız və tətbiq etdiyimiz, yəni məzmunla bağlı təhsilin hər pilləsi üçün nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili ilə əlaqədar digər məsələləri əhatə edən ümumi orta təhsilin dövlət standartlarının yeni, daha cəlbedici  və dəbə mindirilən ad altında təqdim edilməsidir. 

Kurrikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə - kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası"na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq olar. Bəri başdan deyim ki, kurrikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkumdur, çünki reallığa deyil, daha çox maliyyə ambisiyalarına söykənir. Nə imiş... Sən demə, əvvəlki qiymətləndirmə müəllimin subyektiv mülahizəsinə əsaslanırmış və bu sistem şagirdlərdə təlimə marağı, məsuliyyət hissini azaldırmış. Buna görə də qiymətləndirmə sistemində zəruri dəyişikliklər edilməlidir. Nə idi bu dəyişikliklər? 

"Şagird biliklərinin qiymətləndirilməsi" anlayışını "şagird nailiyyətlərinin qiymətləndirilməsi" ifadəsi ilə əvəz etməklə deyəsən qiymətləndirmə sistemində köklü islahatlar apardığımızı zənn etdik. Buna sanki özümüz inanırmış kimi digərlərini də inandırmağa çalışdıq. Bir məqamı nəzərə almadıq ki, əksər sivil ölkələrdə şagirdlərin təhsil fəaliyyəti onun nailiyyəti kimi deyil əməyi kimi qəbul edilir. Şagirdin nailiyyətləri ilə yanaşı onun uğursuzluqları da  qiymətləndirilir, əks təqdirdə "müvəffəq" və "qeyri-müvəffəq", "kafi" və "qeyri kafi" kimi qiymətləndirmə  və dəyərləndirmə anlayışları da təhsil leksikonundan çıxarılmalıdır. 

Fikirləşmədik ki, bəlkə də şagirdlərimizin böyük əksəriyyətinin təhsilə qarşı olan-qalan marağında, müəyyən məsuliyyət hissi daşımasında başlıca amillərdən biri və yəqin ki, birincisi məhz gündəlik qiymətləndirmə olub. Biz rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə ilə əvəz etməklə, aralıq sinifdən-sinfə keçirmə imtahanlarını ləğv etməklə nəyə nail olduq? Bunun fərqinə varan, təhlilini aparan, müsbətini, mənfisini ortalığa qoyan oldumu?

Təsəvvür edin ki, elə həmin "milli kurrikulum"a əsasən qiymətləndirmə "milli" və "beynəlxalq" adlar altında müxtəlif istiqamətlərdə tətbiq edilir.Təkcə elə milli qiymətləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə  üç komponentdən ibarətdir:"diaqnostik","formativ ","summativ ".
Hələ bu summativlərin makro" və "mikro"" adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nəsə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar. Daha sonra kurrikulum üzrə qiymətləndirmə, yekun qiymətləndirmə, bir səviyyədə müəllimlər və məktəb rəhbərliyi tərəfindən, başqa mərhələdə mərkəzləşdirilmiş qaydada və s. formada daha nələr, nələr...
Adi beşballıq şkala üzrə qiymətləndirmə şəraitindən 9 ballıq qiymətləndirməyə keçib, milyonları havaya sovurmaqdan başqa nəyə nail olduq? Tez-tez məktəblərdə valideynlərdən və şagirdlərdən pul yığılmasının qarşısının necə alınmasından danışırıq. Əgər bir məktəbdə deyək ki, 1500-1700 şagird təhsil alırsa, məktəb üzrə 70-80 sinif komplektləşdirilibsə, bunlardan 50-60 sinfin şagirdləri kurrikulum tədris sistemi ilə təhsil alırsa, hər sinifdə 20-25 şagird varsa, summativləri keçirmək üçün nə qədər çap materialı və bunların çapı üçün nə qədər maddi vəsait tələb olunur? Görəsən heç maraqlanan olubmu ki, müəllimlər və məktəb rəhbərləri vəziyyətdən çıxış yolu tapmaq üçün hansı yollara və vasitələrə əl atırlar? Uzun məsələdir. Gəldiyim qısa qənaət isə ondan ibarətdir ki, Azərbaycan təhsilində kurrikulumun elə də müsbət cəhətlərinə hələ ki, rast gəlinmir. Ən yaxşı halda mövcud vəziyyət dərin və hərtərəfli araşdırma tələb edir. 

Son olaraq onu da qeyd edim ki, təhsil naziri Mikayıl Cabbarov da elə son müsahibəsində yeni tədris sistemi ilə oxuyan məzunlarımızın biliklərinin qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə toxunmuş, mövcud qiymətləndirmənin doğru olmadığını bildirmişdi. Hesab edirəm ki, doğru yolu tapmaq üçün məhz summativlərdən, formativlərdən başlamaq lazımdır.
Bir də ki, Qalileo Qalileylər, İsaak Nyutonlar, Nikola Teslalar, Yusif Məmmədəliyevlər, digər dahilər summativlər və formativlərdən bəhrələnib, bəşəriyyəti heyrətləndirməyiblər ki...? Gəlin emosiyaları bir az kənara qoyub, özümüzü və digərlərini "ixtiralarımızla" təəccübləndirməyək.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]