Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Ayaz Mütəllibov artıq siyasətdən gedib”

“Ayaz Mütəllibov artıq siyasətdən gedib”
Bölmə :
Müsahibə
Yayım tarixi :
18/6/2012 [22:52]
Baxılıb :
1249 dəfə
Araz Əlizadə: “Məmməd Süleymanovu ASDP sədri kimi görürdüm, amma inert çıxdı”
“Gələcək rəhbərlik üçün çox adam yetişdirmişdim, amma hamısı pul arxasınca qaçdı”

“Bizim Yol”un budəfəki müsahibi Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadədir.

- Araz bəy, Milli Məclis “Eks-prezidentlər və onların ailə üzvləri haqqında” qanunu qəbul etdi. Qanunun qəbulunu necə qiymətləndirirsiniz?
- Mən qanunun qəbulunu müsbət qiymətləndirirəm. Gec də olsa, qanun qəbul olunub. Əslində, qanunun gec qəbul olunmasının günahının bir hissəsi həm də Ayaz Mütəllibovun özündədir.
- Niyə?
- Ona görə ki, prezident vəzifəsi təsis edildikdə, prezidentlərin hüquqları haqqında da qanun qəbul olunmalıydı. Ki, bu adam işləyəndə, vəzifəsindən uzaqlaşanda, xəstələnəndə nə alacaq. Ancaq o zaman Mütəllibov prezident seçildi və hər şey bitdi, elə bil prezident ömürlükdür. Bütün hallarda qanunun qəbulu yaxşı oldu, çünki Ayaz Mütəllibov vətənə qayıdacaq. Nəzərə alın ki, mühacirətdə yaşamaq çox çətindir, mən 9 il Ukraynada, 10 il Rusiyada işləmişəm. Amma ağırlıq hiss etmirdim, ona görə ki, istədiyim zaman vətənə gəlib ata-anamı, dostlarımı görürdüm. O zaman ki, 3 il mühacirətdə oldum, valideynlərimi və dostlarımı görə bilməyəcəyimi anlayanda, böyük mənəvi ağrı yaşayırdım. Ayaz müəllimin atası vəfat etdi, gələ bilmədi, oğlunun son günlərində yanında ola bilmədi. Bunların hamısı insana çox pis təsir edir. Artıq qanun qəbul olunub, Ayaz müəllim qayıdacaq evinə, ailəsinin qayğıları və səhhəti ilə məşğul olacaq.
- Bu, eks-prezidentin siyasətdən getməsi anlamını daşıyırmı?
- Bəli, o, artıq demək olar ki, siyasətdən gedib.
- Bununla Azərbaycan siyasəti nə itirəcək və nə qazanacaq?
- Bunu zaman göstərəcək.
- O zaman ASDP-də həmsədrlik institutu necə olacaq?
- Yəqin ki, qurultayda sədrlik institutunun bərpa olunmasına çalışacağıq. Ancaq bütün hallarda son sözü qurultay nümayəndələri deyəcəklər.
- Əgər qurultay nümayəndələri Ayaz Mütəllibovun getməsinin əleyhinə səs versə, necə olacaq?
- O zaman indiki kimi də qalacaq. Bəlkə kiminsə namizədi gündəmə gələcək, səs toplasa, olacaq həmsədr.
- Siz özünüz necə, Ayaz Mütəllibovun siyasətdən getməsini normal qarşılayırsınız, yoxsa...?
- Mən sosial-demokrat olduğumdan heç kəsin iradəsini zorlamaq fikrində deyiləm. Bu barədə Ayaz Mütəllibovla çox danışmışıq, doğrudan da dedi ki, başıma nə pislik gəlibsə, siyasətdən gəlib, daha siyasətdə qalmaq istəmirəm. Ümumiyyətlə, Ayaz müəllim siyasətlə məşğul olmaq istəməyib, həmişə təsərrüfatçı olub və təsərrüfatçı kimi də qalmaq istəyib, özü bu barədə danışıb.
- Əgər ASDP-yə Siz sədrlik edəcəksinizsə, partiyanın gələcəyini necə görürsünüz?
- Elə deməyin, bəlkə mənə səs verməyəcəklər.
- Axı partiyada Sizdən başqa nüfuzlu şəxs görünmür...
- Bəlkə Sizin üçün nüfuzlu, başqası üçün nüfuzsuz.
- ASDP-də gələcək üçün rəhbər şəxs yetişdirmisinizmi?
- Doğrusu, hazırda ASDP-də sədrlik edəcək şəxs görmürəm. Amma qurultay üzvləri nə istəsələr, onu edəcəklər.
-Deməli, partiya üçün gənc ardıcıl yetirməməyin bir günahı da Sizin üzərinizdədir?
- Ardıcıl yetişdirmişdim, amma hamısı pul arxasınca qaçdılar.
- Kimləri nəzərdə tutursunuz?
- O qədərdir ki... Məsələn, vaxtında milli qəhrəman Rövşən Hüseynovu ASDP sədri görürdüm, amma o, şəhid oldu. Yaxud Məmməd Süleymanovu, Əvəz Həsənovu, Şahin Rzayevi rəhbərlikdə görürdüm, bizim partiyada çoxlu gənclər vardı ki, mən onlara ümid edirdim. Amma hərəsi bir QHT yaradıb getdi, indi özləri üçün dolanırlar. Məmməd Süleymanov isə çox inert çıxdı, yəni canlı işdən xoşu gəlmir, daha çox yazıya köklənir.
- Ancaq Məmməd Süleymanov hazırkı ASDP-nin əsl solçuluq ideyasına köklənmədiyini düşünür...
- Məmməd Süleymanov ancaq filosofluqla məşğuldur, ancaq real həyata baxsaydı, görərdi ki, hazırda onun düşündüyü sosial-demokratiya ötən əsrin əvvəlində və ortasında olan sosial-demokratiyadır. Müasir sosial-demokratiya isə fərqlidir. Ona görə də Avropa ölkələrində liberallarla sosial-demokratlar bir-birlərini əvəz edirlər, amma cəmiyyətdə təlatüm olmur. Artıq sosial-demokratiyada inqilabdan çəkiniblər. Bizdəkilərin isə bir çoxu inqilabçı olmağı düşünür.
- Məgər, Latın Amerikasında və Türkiyədə solçular Sizdən fərqli düşünmürlər?
- Latın Amerikası ayrı, bu qitənin həyatı ötən əsrin 50-60-cı illərinin həyatı idi. Ona görə də onlar öz inkişaflarında geri qaldıqlarına görə hakimiyyətə gələndə neft şirkətlərini və bir çox müəssisələri milliləşdirdilər. Türkiyədə CHP-yə gəldikdə, onlar müasir sosial-demokratlardır.
- Prezident Administrasiyasının rəsmisi Elnur Aslanovun səfərbərlik haqqında açıqlamasından sonra müharibənin başlayacağı haqqında fikirlər gündəmin əsas mövzusuna çevrilir. Bu barədə nə deyə bilərsiniz?
- Mən suala ayrı cür cavab verərdim: Azərbaycanın müharibədən başqa çıxış yolu yoxdur. Ancaq mükəlləfiyyətli ordu ilə yox, peşəkar orduyla. Nə qədər gec deyil, biz peşəkar ordu sisteminə keçməliyik. 18-20 yaşlı uşaqlar müharibədə iştirak etməməlidirlər, müharibəyə 25-35 yaşında ordu xidməti keçmiş və müqavilə bağlamış kişilər getməlidirlər. Və onlar da bilməlidirlər ki, şəhid olsalar, ailələri maaşının 80 faizini, əlil olsalar, 70 faizini alacaqlar. Eyni zamanda, bu insanların ailəsinin sosial təminatı və təhsil problemləri aradan qaldırılmalıdır. Yoxsa 18-20 yaşlı uşaqları hərbiyə aparmaq ordu quruculuğu deyil.
- Siz Qazaxda 5 əsgərimizin şəhid olmasında Rusiya amilini istisna edirsiniz?
- “Eurovision”dan sonra çox qəribə bir şey oldu, sanki kiminsə düyməsini basdılar. Yarışmanın birinci günü normal şəkildə bitəndən sonra İran, Rusiya, Qərbi Avropa və ABŞ - hamısı eyni vaxtda Azərbaycanın üstünə hürməyə başladı. Müxalifətimiz də o cür.
- Məqsəd nə idi?
- Məqsəd Azərbaycana göstərmək ki, sən böyük işlərlə məşğul olma, yerini tanı, kiçik dövlətsən, kiçik işlərlə məşğul ol.
- Məgər, “Eurovision” böyük bir işdirmi? Azərbaycan iştirakçıları Almaniyada qalib gəldilər və qaydaya görə yarış qalib ölkədə keçirilməlidir...
- Ay sağ ol. Elə qalib gəlmək üçün böyük zəhmətlər çəkilmişdi və onlar Azərbaycanın tədbiri bu cür təşkil edəcəyini gözləmirdilər. Çox qəribə durum yarandı, bəzi insanlar “Eurovision” yarışmasını boykota çağırışlar etdilər. Bunu edənlər anlamırdılar ki, boykot heç nə vermir və onlar “soyuq müharibə” məfkurəsində yaşayırlar. Moskva Olimpiadasını Qərb ölkələri boykot etsələr də, çox gözəl idman yarışması oldu. Sosialist düşərgəsi də Los-Anceles Olimpiadasına getmədi, amma tədbir əla alındı. Kim uduzdu, əlbəttə ki, idmançılar, çünki onlar həyatlarının 4 ilini hazırlığa ayırmışdılar. Azərbaycanda boykota çağıran qüvvələrin bir müttəfiqi vardı: o da Ermənistan.
- Axı, hüquq müdafiəçiləri və siyasilər boykotdan yox, “Demokratiya üçün oxu” kampaniyasından danışırdılar...
- Əvvəla boykotla müraciət etdilər. Bu gün bizim siyasətçilər “Sərbəst toplaşmaq haqqında” qanunun tapdanmasından danışırlar, mən hakimiyyətin yerində olsaydım, Qərbi Avropadakı qanunu götürüb Azərbaycanda tətbiq edərdim. O zaman nə edəcəkdilər?
- Siz hakimiyyəti müdafiə etdiyinizi hiss etmirsinizmi?
- Mən həmişə belə danışmışam, yəni düzə düz, əyriyə əyri.
- O zaman qardaşınız Zərdüşt Əlizadə necə, düzə düz, əyriyə əyri demir?
- Zərdüştlə qardaş idik, dost idik və həmfikir idik. İndi nə deyir, heç xəbərim yoxdur.
- Niyə keçmiş zamanda danışırsınız?
- Sözümü dedim və bu barədə suallara cavab verməyə lüzum görmürəm.
- Siz peşəkar ordunun vacibliyindən və müharibədən başqa çıxış yolunun olmadığından danışdınız. Əgər Azərbaycan müharibəyə başlasa, Rusiya amilini kənara qoymalıdırmı?
- Heç kəs Ermənistana dəstək verməyəcək, bir şərtlə ki, Azərbaycan öz torpaqlarını azad edəndən sonra dayansın. Əgər Ermənistanın ərazisinə daxil olsaq, o zaman Rusiyanın müdaxilə etmək ixtiyarı var.
- Rusiya Azərbaycan üzərindən ballistik raket sınağı keçirirsə, bu amil Sizə nəsə demirmi?
- Bir neçə gün əvvəl ballistik raketi Rusiyadan atdılar, Qazaxıstandakı obyekti vurdu. İndi buna o adı verək ki, Rusiya ya Qazaxıstanı, ya da Çini təhdid edir?
- Məgər, Putinin son çıxışları Rusiyanın SSRİ maraqlarına qayıtmasından xəbər vermirmi?
- Bu cür fikirləri ABŞ yayır ki, qonşu ölkələrdə anti-Rusiya meylləri yaratsınlar. Rusiyanın nəyinə lazımdır yetim Tacikistanı, Qırğızıstanı yedirtsin?
- O zaman Rusiyanın Suriya məsələsinə müdaxilə nəyinə lazımdır?
- Suriya geostrateji məsələdir. Suriyadan sonra İran gəlir, İran isə Rusiyanın ağzının içindədir.
- Yetim adlandırdığınız Orta Asiya respublikaları Rusiyaya lazım deyilsə, niyə bu respublikalarda ordusunu saxlayır?
- Əgər ordusunu çıxartsa, güclü narkotrafik və əfqan talibləri regiona daxil olur. Əslində Orta Asiyada problemlər SSRİ-nin Əfqanıstana ordu yeritmək əmrindən sonra başlandı. İkinci problem də Qorbaçovun da sürətlə Əfqanıstandan qaçması idi. Qorbaçov bütün müttəfiqlərini satdı, bu adam kimi satmadı ki? Vətənini də, dostlarını da satdı. Qərb silah yarışması adı ilə üç-dörd nəfəri aldı və SSRİ-ni dağıtdı. Onsuz da ölkə çürümüşdü, amma satqınlıq da oldu. SSRİ-nin cöküşü ondan irəli gəlirdi ki, öz əhalisinə qida çatmırdı, amma Afrikada adamyeyənlərlə birgə sosializm qururdu.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]