Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Dövlətlərarası münasibətlərin formalaşmasında diaspor təşkilatları ön sıralarda yer alır”

“Dövlətlərarası münasibətlərin formalaşmasında diaspor təşkilatları ön sıralarda yer alır”
Bölmə :
KİVDF
Yayım tarixi :
4/3/2016 [23:26]
Baxılıb :
840 dəfə
Nicat Hacıyev: “Bu gün Ukrayna cəmiyyətində Azərbaycan xalqına və dövlətinə qarşı böyük rəğbət, sevgi var”

Azərbaycan diasporunun formalaşması tarixi kifayət qədər uzun bir zaman kəsiyini əhatə edir. Onun ilkin addımları barədə  dolğun məlumatın azlığına baxmayaraq, bir sıra  tarixi mənbələrə əsasən bəzi faktları aşkara çıxarmaq mümkün olub. Əldə olunan elmi nəticələrə görə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mərhələyə bölünür:

- VII əsrin sonu - VIII  əsrin əvvəlləri. Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada  ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda  onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və  bu proses diasporun yaranmasının təməlini qoyub;

- X - XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqların intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət alıb;

- Azərbaycan diasporunun formalaşmasının III mərhələsi. Həmin dövr Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Rusiyada diasporumuzun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar: XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşıyıb. 1920-ci ildən sonrakı, ikinci  dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşib. Buna baxmayaraq, həmin mərhələlərdə  təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər.

- Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının (1918-1920) süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü  ilə bağlıdır.

-1941-1945-ci illərdə II Dünya  müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşınının ölüm xofundan Vətənə dönə bilməyən  azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir.

- SSRİ-nin süqutundan  sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.

Bilindiyi kimi, dövlətlərarası və xalqlararası münasibətlərin formalaşması, təkmilləşməsi, qarşılıqlı yaxınlaşma və inteqrasiya proseslərinin uğurla getməsi diasporların fəaliyyəti ilə sıx bağlıdır. Bu gün Azərbaycan dövləti yürütdüyü xarici siyasətdə, dünya birliyinə inteqrasiya olunmaqda, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıqda və digər bu kimi mühüm məqsədlərə çatmaq yolunda, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın dəstəyindən faydalanır. 

Bəs bu sahədə vəziyyət necədir? Bu və digər mövzular ətrafında "Bizim Yol"un suallarını, Ukraynada tibb təhsili alan, eyni zamanda Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan Gənclər Diasporunun mədəniyyət şöbəsinə rəhbərlik edən həmyerlimiz Nicat Hacıyev cavablandırıb.

- Hazırda dünyanın ən müxtəlif ölkələrində azərbaycanlı tələbələr təhsil alırlar. Gənclərimizin təhsil üçün əcnəbi ölkələrə üz tutmasının kökündə hansı istəklər dayanır?

- Xaricdə təhsil formasının üstünlüyü hər bir ölkədə ön sıralarda olduğu kimi? Azərbaycanda da xarici təhsil planı daha yüksək üstünlüklə qarşılanır. Məncə Azərbaycana daha da yeni informasiyalı, xarici ölkələrin dünya görüşü və təşkilini özündə cəmləşdirən yeni intellektli tələbələr lazımdır, yeni kadrlar lazımdır. Həmyerlilərimizin çoxu da ona görə xarici ölkələrdə təhsilə önəm verirlər.

- Xaricə üz tutan azərbaycanlıların ən böyük problemlərindən biri, bəlkə də birincisi həmin cəmiyyətlərə uyğunlaşmaq, inteqrasiya olunmaqla bağlı olub. Hər zaman bu səbəbdən həmvətənlərimiz yaşadıqları ölkələrdə sıxıntılarla üzləşiblər. Xaricdə təhsil alan gənclərimizdən biri olaraq, necə görürsünüz: bizim digər cəmiyyətlərə inteqrasiya olunmağımız çoxmu çətindir?

- Mənim müşahidələrim göstərir ki, artıq bu sahədə əvvəlki dövrlər qədər sıxıntı yaşanmır. Görünür, maarifləndirici üsullar və zaman öz sözünü deyib. Bu gün xaricdə yaşayan azərbaycanlıların əcnəbi cəmiyyətlərə inteqrasiya olunmasında o qədər də ciddi problem yaşanmır. Bilirsiniz, Azərbaycan xalqının böyük mədəniyyəti və tolerantlığı var. Hər bir Azərbaycan vətəndaşı dünyanın hər hansı bir ölkəsində yaşamasına baxmayaraq, Azərbaycana məxsus mədəniyyəti və tolerantlığı yaşadığı ölkədə aşılasa, inanıram ki, inteqrasiya olunmağımız heç də çətin olmaz. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız xalqımızın adına xələl gətirən hərəkətləri və işləri ilə yaşadığı ölkələrdə insanlar arasında Azərbaycan xalqına qarşı mənfi fikir yaradırlar.

- Dövlətlərarası münasibətlərin formalaşmasında, xalqlar arasındakı yaxınlaşmanın möhkəmlənməsində diaspor təşkilatlarının üzərinə mühüm vəzifə düşür. Sizcə, hazırda dünya ölkələrindəki Azərbaycan diasporlarının bu yöndəki fəaliyyəti qənaətbəxşdirmi?

- Ümummilli liderimiz Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin doğurduğu reallıqlar, xaricdəki Azərbaycan diasporunun formalaşması prosesinə əlavə təkan vermişdi. Xarici ölkələrin bir çoxunda Azərbaycan diasporları artıq uzun müddətdir ki, fəaliyyət göstərir. Əlbəttə ki, dövlətlərarası dostluq münasibətlərinin əsas təməlində Azərbaycan diasporları ön sıralarda yer alır. 
Yeri gəlmişkən, özümün də təmsil olunduğum diaspor qurumunun fəaliyyətinə də toxunum. Ukraynanın Xarkov vilayətində yeni fəaliyyətə başlamasına baxmayaraq, Azərbaycan Gənclər Diasporu 3 ilin içərisində öz sözünü dedi və Ukrayna - Azərbaycan dostluğunun təməlini bərkitdi. Xəbəri olmayan Ukrayna vətəndaşları üçün təşkil etdiyi iclaslarla və böyük konsertlərlə özünü tanıtmağa və Ukrayna cəmiyyətində Azərbaycan dövləti, ölkəmiz və xalqımız barədə bərqərar olan müsbət münasibəti daha da möhkəmlətməyə nail olduq. Bizim məqsədimiz Ukrayna-Azərbaycan dostluğunun daha möhkəmlənməsinə dəstək vermək, xalqlar və cəmiyyətlər arasındakı qarşılıqlı sevgini bir az da artırmaq, ayrıca Vətənimizin Ukraynada layiqli nümayəndələri olmaqdır. Bu işlərimizi uğurla davam etdirəcəyik.

- Yaşadığınız ölkədəki Azərbaycan diasporu bu iki dövlətin münasibətlərinin daha da yaxınlaşması, ölkəmizin orada təbliği istiqamətində hansı işləri görür?

- Ukrayna dövlətinin hər bir regionunda Azərbaycan diasporları öz fəaliyyətini uğurla yerinə yetirir. Xüsusi olaraq Xarkov vilayətində fəaliyyət göstərən Azərbaycan Gənclər Diasporu yüksək səviyyədə, böyük uğurla  öz işlərini davam etdirir. Azərbaycan Gənclər Diasporunun mədəniyyət şöbəsinin müdiri olaraq bunları xüsusi olaraq qeyd edə bilərəm ki, Azərbaycanın milli musiqilərini, milli rəqslərini, bir sözlə mədəniyyətini, incəsənətini və Azərbaycan dilini Ukrayna xalqına və Ukrayna dövlətində yaşayan əcnəbi ölkənin vətəndaşlarına aşılayırıq. Azərbaycan Gənclər Diasporu öz fəaliyyət proqramını davam etdirir, onlardan biri olaraq dil konkursunu ərsəyə gətirdi. Dahi şairlərimiz olan Nizami Gəncəvinin, Səməd Vurğunun və bir neçə belə görkəmli şairlərimizin şeirləri Ukrayna, Rusiya, Çin, Nigeriya, Suriya və Özbəkistandan olan tələbələrə öyrədildi. 

- Azərbaycanla Ukrayna istər SSRİ dövründə, istərsə də müstəqillik qazandıqdan sonra daim xoş münasibətlərə, yüksək səviyyəli əməkdaşlığa malik olub. Hazırda bu iki ölkənin münasibətlərini necə qiymətləndirmək olar? 

- Hal-hazırkı zamanda Ukrayna və Azərbaycan dövlətləri arasında dostluq və diplomatik əlaqələr çox uğurla davam edir və inanırıq ki, gələcək zamanda bu münasibətlər daha da uğurla davam edəcək. Bizim istəyimiz və ümidimiz o yöndədir ki, hər zamankı kimi münasibətlərimiz yüksələn xətlə davam etsin, müsbət nəticələr doğursun. Ukrayna cəmiyyətində bu gün Azərbaycan xalqına və dövlətinə qarşı böyük rəğbət və sevgi var. Hər iki dövlətə uğurlu addımlar və firavan yaşayış arzu edirik.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]