Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Hökumət ortalığa anti-milli ideologiya qoyur”

“Hökumət ortalığa anti-milli ideologiya qoyur”
Bölmə :
Müsahibə
Yayım tarixi :
11/7/2012 [12:15]
Baxılıb :
1254 dəfə
Firudin Cəlilov: «Tarix boyu Azərbaycandakı əsas etnos türk adlandırılıb, amma mövcud iqtidar türk sözünü işlətmir»
«Bəyəm, azərbaycanca dil var? Məsələn, gürcüstanca dil, özbəkistanca dil demək olarmı ki? Əlbəttə, yox!»

Müsahibimiz dilçi alim, türkoloq Firudin Cəlilov «Bizim Yol» qəzetinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin milli məsələ ilə bağlı yazdığı kitabdakı fikirlərə münasibət bildirib. Müsahibəni təqdim edrik. 

- Firudin müəllim, son iki həftədə mətbuatda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin milli məsələ ilə bağlı yazdığı kitab da müzakirə obyektinə çevrildi. Və kitabdan hissələrin dərcinin Moskvanın “Prezident-Hotel”ində ləzgi və avar mədəniyyət mərkəzlərinin separatçılıq elementləri ilə zəngin olan toplantıdan sonraya təsadüf etməsi siyasi rəngi daha da qatılaşdırdı. Siz bu məqaləni necə qiymətləndirirsiniz?

- Bu elə məsələdir ki, bundan ancaq uzmanlar və ziyalılar danışa bilər. Amma qeyri-mütəxəssislər bu sahədəki terminlərə toxunanda yanlışlıqlara yol verirlər. Biri var xalq, etnos, biri də var etnosun yaşadığı ölkə, ərazi, yurd və ölkədə yaşayan bütün vətəndaşlar. Bax, bu məsələləri bir-birinə qatanda ortalığa “bozbaş” çıxır. Ümumiyyətlə, Azərbaycanda iki ideologiya olmalıdır, biri azərbaycançılıq, bu dövlət ideologiyasıdır və mən də bunu dəstəkləyirəm. Azərbaycançılıq ideologiyasının altında nə var, bu, başqa mövzunun söhbətidir. İkincisi, bu məsələ ilə paralel milli ideologiya olmalıdır. Amma bu günkü iqtidarın milli ideologiyadan nəinki xəbəri yoxdur, hətta anti-milli ideologiya ortalığa qoyur.

- Anti-milli ideologiya nə deməkdir?

- Azərbaycanda milli azlıqlar və milli çoxluq var. Yəni əhalinin 90 faizi bir etnos, yerdə qalan 10 faizi başqa etnoslardır. Azsaylı xalqların hüququna hörmətlə yanaşmaqla əsas etnosun adını düz işlətmək lazımdır. Tarix boyu Azərbaycandakı əsas etnos türk adlandırılıb, amma mövcud iqtidar türk sözünü işlətmir. Əgər işlətmirsə, deməli məsələyə elmi yanaşmır. Bu milli etnosun keçmiş tarixi, ənənələri, tarixdə qurduğu dövlətlər var. Yəni azərbaycanlı termini vətəndaş anlamında olmalıdır, «haralısan» sualına cavab verməlidir. Məndən soruşurlar haralısan, cavab verirəm ki, azərbaycanlıyam. Bir ləzgiyə də həmin sualı verəndə, azərbaycanlıyam deyir, o cümlədən talış da, kürd də həmin cavabları verir. Bu cavablar elmi və fəlsəfi baxımdan düzdür. Ancaq bu gün azərbaycanlı sözünü millət, etnos anlamında işlədirlər və bununla da aləmi qarışdırırlar biri-birinə, anlaşılmazlıq yaradırlar. Məsələn, biz türklərə azərbaycanlı deyirlər, kürdə, ləzgiyə, talışa öz adlarını. Üçüncü böyük yanlışlıq vətəndaş anlamını millət anlamına calayırlar. Bir ölkədə müxtəlif dilli xalqların yaşaması normaldır, tarix boyu belə olubdur. Biz də həmişə bu xalqlarla qardaş kimi yaşamışıq, sadəcə, Rusiya və İran həmişə olduğu kimi separatizmə rəvac verəcək. Elə həmin terminlərdən də onlar istifadə etməklə dövlətçiliyin əleyhinə iş aparırlar, çünki bəhanəni indiki hakimiyyət verib. Bir daha deyirəm, tarix boyu millət adımız türk olub və düşmənimiz də bizi türk adlandırıb. Təsəvvür edin ki, düşmən mənim adımı düz deyir, amma tarixi-elmi baxımdan naşı hökumətin professor-akademik məmurları bizə yeni ad qoyublar və dilimizin adlanmasına da «azərbaycanca» ifadəsi gətiriblər. Bəyəm, azərbaycanca dil var? Məsələn, gürcüstanca dil, özbəkistanca dil demək olarmı ki? Əlbəttə, yox!

- Siz türkdilli azərbaycanlılar ifadəsini elmi-siyasi baxımdan necə izah edərdiniz?

- Əvvəla, türkdilli sözünün özü yanlışdır. Azərbaycanda rusca oxumuş və rusca kitablar yazan məşhur yazıçılarımız var, amma onlar rusdillidirlər. Bəs onlara rusdilli deməklə, rus olurlarmı? Yox! İndi türkdilli ifadəsinə də həmin meyarla yanaş, bax, mənə türkdilli demək nədir, yəni biz türkdilli deyilik, ancaq türkcə danışırıq. Bu sözlərin hamısının altında böyük siyasət dayanır. Amma hökumət bu məsələlərə səthi yanaşır, çünki siyasi-elmi baxımdan dərin deyillər. Ona görə elmi baxımdan da qarışıqlıq yaradıblar və özləri də bu burulğana düşüblər.

- İndiki zamanda bu məsələlərin gündəmə gətirilməsinin anlamı varmı?

- Bilirsiniz, məsələ həmişə gündəmdə olmalı və müzakirə edilməlidir. Çünki bu gün hətta Avropa ölkələrində də milli məsələ ön plandadır. Ən inkişaf etmiş dövlətlərin yaxın keçmişinə baxsanız, görərsiniz ki, son illərdə də millim məsələyə yanaşma daha da güclənib. Yenə söhbətimizin əvvəlinə qayıdıram, Azərbaycanda iki ideologiya ətlə dırnaq kimi olmalıdır: azərbaycançılıq və milli ideologiya. Amma bizdə yarımçıq azərbaycançılıq ideologiyası var ki, onu da qarışdırıblar, milli ideologiya isə yoxdur.

- Milli ideologiya nə deməkdir?

- Milli ideologiya odur ki, tarix boyu bir millətin qazandığı uğurların gündəmdən çıxmamasına çalışmaq lazımdır. Çünki milləti milli dəyərlər yaşadır. Bu gün nəinki milli dəyərlər yoxa çıxır, gənclər də kökündən ayrı düşür. Hətta bizim millət olaraq adımızı da düz deyə bilmirlər.

- Demək istəmirlər və ya demirlər?

- Bəziləri savadsızlıqlarından bunu bilmir, bəziləri isə məqsədli şəkildə belə danışırlar.

- Firudin müəllim, milli ideya ifadəsinə necə yanaşırsınız, o mənada ki, ideya ümumbəşəri və kosmopolit hadisə olan fəlsəfi hadisə deyilmi?

- Akademiyaya niyə Milli Akademiya deyirlər, elə adını akademiya qoysunlar da.

- Bütün hallarda elm milliliyə sığmır axı...

- Yox, niyə Milli Akademiya qoyublar? Yaxud milli Dram Teatr, ya da milli musiqi, milli yeməklər deyirlər? Hər şeyin qarşısında milli sözü var, amma həm də bütövlükdə götürəndə milli yoxdur. Bax, dərd bundadır!

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]