Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycanın Avropa ailəsinin bir üzvü olması üçün ikitərəfli istək olmalıdır”

“Azərbaycanın Avropa ailəsinin bir üzvü olması üçün ikitərəfli istək olmalıdır”
Bölmə :
KİVDF
Yayım tarixi :
3/3/2016 [22:33]
Baxılıb :
804 dəfə
Ayhan Demirci: “Avropa Birliyi Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu etiraf edərsə, xalqımızda bu birliyə olan inam daha da artar və Azərbaycan Avropaya doğru daha rahat addımlayar”

Azərbaycan dövləti 20-ci əsrin sonunda - 1991-ci ildə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra Avropaya inteqrasiya siyasi kursunu seçdi. Həmin tarixdən sonra:

24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti "Xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət etdi;

3 fevral 1995-ci ildə AŞPA bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətlərinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq, Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etdi;

28 iyun 1996-cı ildə AŞPA-nın bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etdi;

13 iyul 1996-cı ildə Heydər Əliyev Avropa Şurası Baş Katibinin adına məktub göndərərək, Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi insan hüquqları və azadlığı haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi;

11 sentyabr 1996-cı ildə AŞ Nizami-İntizam Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olmasını, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakim dairələri ilə danışıqların intensivləşdirilməsini, əməkdaşlıq proqramı çərçivəsində yardımın edilməsini nəzərdə tutan 32 saylı qətnamə qəbul edildi;

22 aprel 1997-ci ildə Strasburqda AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq, sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflərin qarşılıqlı danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsipin əks olunduğu 1119 saylı qətnamə qəbul edildi;

25 aprel 1997-ci ildə Azərbaycan Respublikası Avropa Mədəniyyətlər Konvensiyasına qoşuldu;

3 fevral 1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisində respublika prezidentinin təşəbbüsü ilə ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul edildi və 1993-cü ildən ölüm hökmünün icrasına faktiki olaraq moratorium qoyuldu;

16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olundu;

22 may 2000-ci ildə Avropa Şurasının Siyasi komitəsinin və insan hüquqları komitəsinin Kiprdə keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsi üçün müəyyən şərtlər irəli sürüldü;

17 yanvar 2001-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi;

25 yanvar 2001-ci ildə Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tam hüquqlu üzv qəbul edilməsinə həsr olunmuş rəsmi mərasim keçirildi.

Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinə dair "Bizim Yol"un suallarını, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Demirci cavablandırıb:

- Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu seçdi. Bu siyasət çərçivəsində həm ümumilikdə Azərbaycan-Avropa Birliyi münasibətlərinə önəm verilir, həm də Avropa dövlətləri ilə ayrı-ayrılıqda ikitərəfli əlaqələrin inkişafına. Bu mənada, Azərbaycan-Belçika münasibətlərinin tarixi nə zamandan başlayır? 

- Qeyd etdiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya, Qərb dəyərlərini mənimsəmə, ən varlı qitə ilə yaxınlaşma xəttinə üstünlük verdi. Ən doğrusu da bu yoldur. Və ölkəmizin bu siyasi kursu seçməsi Avropada çox müsbət qarşılanmır. Azərbaycan-Belçika münasibətlərinin tarixinə gəlincə, Belçika Azərbaycanın müstəqilliyini 1991-ci ilin sonlarında tanıyıb və 1992-ci ildən isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. 1995-ci ildə Azərbaycanın Belçikada, 2007-ci ildə isə Belçikanın Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb.  Bu illər ərzində hər iki dövlətdən ən yüksək səviyyədə dəfələrlə qarşılıqlı səfərlər olub. İki ölkə arasında həm də iqtisadi əlaqələr mövcuddur. Məndə 2013 - cü ilə olan statistika var və həmin rəqəmlərə görə, iki dövlət arasındakı ticarət dövriyyəsi 61.34 milyon dollar (ABŞ) olmuşdur. 

- Xalqların bir-birinə yaxınlaşmasında, bir-birilərini daha yaxından tanımasında, ayrıca dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəlməsində diasporların rolu çox yüksəkdir. Belçikadakı Azərbaycan diasporunun bugünkü fəaliyyəti hansı səviyyədədir? 

- Hər şeyin arzu olunduğu səviyyədə olduğunu demək düzgün olmazdı.  Təbii  ki, burda da çoxsaylı təşkilatlarımız var və hər kəs də öz bacarığına uyğun fəaliyyət göstərir. Azərbaycan diasporunun tarixi çox da uzaqlara getmir. Bizlər getdikcə daha fərqli fəaliyyət göstərməyə çalışırıq, dəyişməkdə olan şərtlərə uyğun fəaliyyətimizi qurmağa cəhdlər edirik. Bilirsiniz ki, Brüssel Avropa və bütün dünya üçün çox önəmli mərkəzlərdən biridir. Avropa  Parlamentində qəbul olunan hər bir qərarın bu və digər formada Azərbaycana da təsiri olduğunu nəzərə alsaq,  bizlərin burada daha yaxşı fəaliyyət göstərməli olduğumuzun vacibliyini bir daha görmüş olarıq. Məhz buna görə də bugünkü fəaliyyətimizin səviyyəsinin necə olmasından asılı olmayaraq, bundan kifayətlənmək olmaz və fəaliyyətimizi daha da artırmalıyıq. 

- Bildiyiniz kimi, xaricdəki Azərbaycan diasporlarının fəaliyyətini koordinasiya etmək, tənzimləmək, onlara müxtəlif formalarda dəstək vermək, ayrıca bu yöndə dövlət siyasətini həyata keçirmək üçün, Diasporla İş Üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bu dövlət komitəsi ilə hər hansı əlaqələriniz varmı?

- Bilirsiniz ki, Belçikada Azərbaycan səfirliyi  fəaliyyət göstərir. Biz səfirliyimizlə vaxtaşırı məsləhətləşmələr aparır, görüşlər keçiririk. Eyni zamanda, səfirliyin keçirdiyi hər hansı bir tədbirdə edə biləcəyimiz bir şey olarsa, buna da hər zaman hazır olmuşuq və hazırıq. Bundan başqa, sizin də dediyiniz kimi, diasporla yaxından ilgilənməli olan komitəmiz də var  ki, bu  komitə ilə də işgüzar münasibətlərimiz var. Onlar da bizləri öz tədbirlərinə dəvət edir, imkan olduqca tədbirlərimizə qatılırlar. Təbii ki, bu münasibətlərin daha yaxından olması daha arzu olunandır. Ancaq hər şey imkanlar daxilində olur və bunu da anlayışla qarşılamağa çalışırıq. 

- Zaman-zaman xarici ölkələrdə yaşayan soydaşlarımızın həmin əcnəbi cəmiyyətlərə inteqrasiyasında sıxıntılar yaşanır. Ziyalılarımız, rəsmilərimiz hər zaman həmvətənlərimizə müraciət edərək, onları yaşadıqları ölkələrin həyatında fəal olmağa, cəmiyyətin ayrılmaz hissəsinə səsləsələr də, bu sahədə problemləri vaxtaşırı müşahidə edirik. Hələ də xaricdə yaşayan azərbaycanlıların o ölkələrin cəmiyyətlərinə inteqrasiyasında problemlər yaşanırmı? 

- Bu sual bir qədər ümumi sualdır və mən hər kəsin adından cavab verməyə çətinlik çəkirəm. Təbii ki, burada yaşayan insanlarımız mümkün qədər yaşadıqları cəmiyyətə inteqrasiya olunmalıdırlar. Burada yaşayan soydaşlarımız bu işdə çox fəal olmalıdırlar və düşünürəm ki, bu gün vəziyyət dünənkinə nisbətən daha yaxşıdır. Artıq çoxlarımız anlayırıq ki, yaşadığımız yerə inteqrasiya olunmağımız vacibdir, bunu etməsək, iş tapmaq çətinliklərindən belə, azad ola bilməyəcəyik.  Sevindirici haldır ki, artıq soydaşlarımız bunu daha yaxşı anlamağa başlayıblar.

- Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya inteqrasiya yolunu seçdi. Bu yolda xeyli çətinliklərlə, təzyiqlərlə üzləşsək də, yolumuzdan dönmədik. Sizcə, bu müddətdə nə qədər yol qət edə bilmişik?

- Azərbaycanla Avropa İttifaqı arasında olduqca isti münasibətlər olduğunu düşünürəm. Bir çox sahələrdə Azərbaycan Avropa ilə əməkdaşlıq edir. Bununla belə bizlərin bəzən haqsızlıqlarla üzləşdiyimiz kimsəyə sirr deyil. Azərbaycanın Avropa ailəsinin bir üzvü olması üçün ikitərəfli istək olmalıdır. Düşünürəm ki, Azərbaycanda bu istək var. Avropa da Azərbaycana qarşı daha səmimi münasibət göstərərsə, o zaman bizi özlərindən görmüş olduqlarını deyə bilərik. Avropa dövlətlərinin bəziləri və Avropa Birliyi Azərbaycana qarşı ikili münasibət sərgiləməli deyil. Deyək ki, Avropa Birliyinin Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu etiraf etməsi xalqımızda bu birliyə inamı daha da artırardı və Azərbaycan Avropaya doğru daha rahat gedərdi.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]