Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Kasıblıq irsi xəstəlikdir

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
3/3/2016 [00:22]
Baxılıb :
6654 dəfə

Təsəvvür eləməyə çalışaq, bu il şəkərbura yeməsək, nə ola bilər? Ölkədə iqtisadi durum çoxdandı laxlayır. Mart ayıdır, amma il başlayanı dövlət müəssisələrinin işçiləri maaşlarını, tələbələrin böyük hissəsi təqaüdlərini almayıb hələ. 8 mart və Novruz bayramı cibində siçanlar oynayan əhalini vahimələndirir. Ola bilər bu suallar çoxunun beynindən keçib: Görəsən, bu il uşağın müəllimlərini 8 martla təbrik eləməsəm nə olar? Ailənin qadınları yəqin başa düşər, amma işdə biabır olmaq istəməzdim. Novruz tədarükündə necə qənaətcil olmaq olar axı?! Görəsən bu il uşaqların şirniyyat payını kəssəm inciməzlər ki?.. və s.

Kasıb olduğunu etiraf eləməyin özü bir dərddi, varlı ölkənin kasıblarına xüsusilə. İqtisadiyyatını çoxdan düzüb qoşmuş ölkələr bunu anlamaz. Hər ailə başçısı bilir ki, evdə hamı işləyirsə, hamı qazancını bir yerə toplayırsa, amma sonunda ailədə yenə də kasıbçılıq tüğyan eləyirsə, iki istiqamətdə adamın ürəyinə şübhələr dolur: ya ailə büdcəsi düzgün bölüşdürülmür, israfçılıq var, ya da evlərdən uzaq ailədə oğru peyda olub və hamının payını yeyir. Bizi böhranla-filanla qorxuda bilməzlər, çox görmüşük. Çörək növbələrini, piştaxtaları boş, "hey" desən boşluqdan əks-səda verən mağazaları da hələ xatırlayırıq. Hamının ehtiyacı olan zamanlarda kasıbçılıq eləmək çətin olmur. Amma kimsə bu dərddən qurtulur, kimsə ömrünün sonuna kimi sürünür, üstəlik "irsi"ni uşaqları, bəzən nəvələrinə də miras qoyur. Bu fenomeni araşdıran sosioloqlar deyir ki, kasıbçılıq yoluxucu bir xəstəlik kimidir və nəsildən nəslə ötürülə bilir. 

Heç kim üçün sirr deyil, kasıblığın gəlirlə bağlılığı düşündüyümüz qədər böyük deyil. Kasıblıq düşüncə tərzidir, yaşam formasıdır. Sovetskinin daxmaları söküldükcə, internetdə fotolar paylaşdıqca əhalinin kasıblıq dərəcəsi adamın lap gözünə girirdi. Amma ordakı əhalinin, yəni normal dəmir vedrə almaq imkanı da yox idi ki, deşik, əzik vedrələri az qala ömrünün sonuna kimi işlədirdi? Yaxud insanın evi damırsa o, tində oturub rahatcana siqaret çəkərmi? Deməli, etiraf eləməliyik, bu, bir həyat tərzidir. İstəsəz lap poetik bir müqayisə də yapıb Məcnunun səhrada cırıq paltar, daranmamış saçı ilə də paralellər çəkə bilərsiz. Kasıbların bu, çox xoşuna gələr. Reallıqsa o qədər də poetik deyil. 

Ölkənin kasıblıq fenomenini elmi səviyyədə araşdırmaq, tədqiqat aparmağın zamanı çoxdan yetişib. Klassik ədəbiyyatda Hacı Qara obrazı ideal nümunədir. Hər dəfə qabağa düşmək əvəzinə Hacı Qara simicliyi ucbatından geri düşür və məyus olurdu. Pul insanı qəddarlaşdırır, kobudlaşdırır, ürəyini daşa döndərir. Kasıbların da dili bal olmur, həmişə zarayır, şikayətlənir, bununla da özünün və uşaqlarının gələcəyini korlayır. Orta təbəqənin yoxa çıxmasıyla "şükür eləyənlər" kastası məhv olmağındadır. Elmdə, əlbəttə ki, xarici alimlərin terminoloji dilində "kasıbçılıq mədəniyyəti" anlamı var. Tərifi də təxminən belə səslənir: "Kasıblıq elə bir meyarlar sistemidir ki, insan gələcəyə olan planlarını cari ehtiyacları ödəməyin vacibliyinə görə təxirə salır". 

Böhransa bitmək bilmir. Dalğa-dalğa başımızın üstünü alır. Ölkələr də böhran zamanlarında özünü insanlar kimi aparır. Kimsə qənaət rejiminə keçib özünü qorumağa çalışır, kimsə vəziyyətdən istifadə edib dövlətini möhkəmləndirmə, ya da dünyanı ələ keçirmə planını işə salır. Amma bircə illər uzunu iqtisadiyyatı izləyən mütəxəssislər bilir ki, acından günorta duran əhalinin toqqasını bərk-bərk sıxmağı məsləhət görən dövlətlərin gələcəkdə parlaq nailiyyəti olmur. Onlar artıq kasıblığa və qənaətə immunitetlə doğulur və iddiasız yaşayırlar. 

Amerikalı psixoloq Martin Seliqman keçən əsrin ortalarında maraqlı təcrübə aparıb cəmiyyətdə köməksizlik, yazıqlıq fenomeninin təsnifatını verib. Tədqiqatçı deyir ki, bizim uğur, ya da uğursuzluğumuz həyat təcrübəsindən asılıdır. Nümunə olaraq itlər üzərində apardığı təcrübələrə əsaslanıb. İtlər 3 qrupa bölünüb, onlara müəyyən maneələri keçmək tapşırığı verilib. Birinci qrupa bəzi məneələrdə elektrik cərəyanı buraxılıb, amma onların düyməni basıb cərəyanı keçirmək şansı da olub. İkinci qrupunsa cərəyanı keçirmək imkanı olmayıb, bu itlər gözünü birinci qrupun fəaliyyətinə dikib onların ardınca sürünməklə ağrıdan qurtulurdu. Üçüncü qrupa elektrik cərəyanı vermirdilər. Təcrübənin sonunda itləri açıq əraziyə buraxıb yenə də cərəyanla incidəndə 1-ci və 3-cü qrup qaçıb aradan çıxaraq canını qurtardı. Amma həmişə başqasının əlinə baxan uğursuzlar yerə qısılıb zingildəməyi və  ağrıya dözməyi seçdi. Bu itlər kasıb insanlar kimi bilmirdi ki, çıxış yolu həmişə var. Lap qatı optimistlərin sevdiyi bir aforizm var: "Əgər sizi adamyeyənlər çeynəyib udubsa belə, bu halda da ən azı 2 çıxış yolunuz var!"

Qatı pessimistlərsə deyəcək: "Kasıbçılıq əhali üzərində qoyulmuş bir təcrübə, şok terapiyasıdır". Yaxşıca əzbərlənmiş kasıbçılıq dərsi əhalinin qulaqlarında sırqa olub əsrlərlə canından çıxmır. Sovet dövründə əslində kasıb yaşayan əhali razı olduğundan özünü pis hiss etmir və ona görə də kasıblıq ənənələrini davam etdirmirdi. Hinduları ata-baba torpaqlarından qovub, özlərini qırıb yerində ev-eşik qurmuş amerikalılarsa "Əgər ağıllısansa niyə kasıbsan?" fikrini daim səsləndirir. Bizim mədəniyyətimizdə bir fəqirlik təəssübkeşliyi həmişə olub. Amma sivilizasiya buralarda "atını çatdıqca" ehtiyacı olanlara etinasızlıq, haqsızlığa soyuqluq, bəzən isə yazığı son qəpiyindən məhrum edənədək sürən qəddarlıq müşahidə edilir. Cəmiyyət imkanlı adamları varidatını hansı yolla toplamasından asılı olmayaraq sevir. 

Heç kim üçün sirr deyil, hökumət ekonom-rejimə keçir. İdarələr, nazirliklər, şöbələr, dəstə-dəstə insanlar ixtisara düşür. Arabir mətbuatda, efirdə xalqı qənaətcil olmağa səsləyən çıxışlar yer alır. Geyim və ərzaqda qənaət etsək, məsələn, bu il 50 şəkərbura əvəzinə 10-nu alsaq dünya dağılmaz. Servilat yeyənlər suda bişmiş toyuğa keçsələr sağlamlığa yalnız xeyir gələr. Amma nəbadə uşaqların gələcəyində, təhsildə, sağlamlıqda, eləcə də professional fəaliyyətdə irəli getməkçün vasitələrdə qənaət etməyin. Kasıblıq və qənaətcillik fərqli yanaşmalardı. Sonra kasıbçılıqdan illər uzunu qurtula bilmərik.

Sosioloji sorğular aşkarlayıb ki, kasıbın xeyirxahlığı, vicdanı, qanunpərəstliyi, patriotizmi, eləcə də tənbəlliyi, varlınınsa simicliyi, təkəbbürü, təhsili, professionallığı  və təşəbbüslüyü daha çox olur. Seçim edib uşaqlarınızın "miras"ını indidən qablaşdırın”¦

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]