Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

İstər test olsun, istərsə digər mexanizm, əgər”¦

Bölmə :
Köşə
Yazar :
Nadir Israfilov
Təqdimat :
Ekspert
Yayım tarixi :
1/3/2016 [15:25]
Baxılıb :
1203 dəfə
“İlk öncə oyunun qaydalarını öyrənməlisən, sonra da hər kəsdən yaxşı oynamağı” - Albert Eynşteyn

Xatırlamıram ki, son onillikdə təhsilimizin digər problemləri ilə müqayisədə təhsil naziri Mikayıl Cabbarovun testlə bağlı açıqlaması bu qədər müzakirə və mübahisə obyekti olsun, özünə bu qədər tərəfdar və əleyhdar toplamış olsun. Əslində problemin həlli baxımından bu kimi polemikalar nəinki lazımdır, hətta son dərəcə vacibdir. Ancaq məsələyə ifrat dərəcədə emosional və aqressv yanaşmaq, testin ləğv olunacağı halda guya obyektivliyin pozulacağı, şəxsi maraqların önə keçəcəyi, rüşvətlə oxuyanların sayının artacağı, kasıb, imkansız uşaqlarının çöldə qalacağı və s. bu kimi fikirlərlə məsələni dramatikləşdirmək, bir növ faciəyə çevirmək, artıq problemə fərqli prizmadan yanaşaraq problemin həllinə yardımçı olmaq deyil, əksinə diqqəti problemin həllindən yayındırmaq anlamına gəlir. 

Nazir nə deyib? Deyib ki, yeni tədris sistemi ilə oxuyan məzunlarımızın gələcəkdə biliyinin test üsulu ilə qiymətləndirilməsi doğru olmaz, biliklərin qiymətləndirilməsi fərqli sistem tələb edir, bu məqsədlə hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Yəni əvvəl-axır təhsil sistemində qiymətləndirmədə məzmun standartlarını ölçmək üçün yeni mexanizmlərin istifadəsinə ehtiyac yaranacaq. Obyektivlik naminə etiraf etməliyik ki, testin tətbiqinin operativlik və mobillik baxımından bir çox hamıya məlum müsbət cəhətləri ilə yanaşı, abituriyentlərə daha çox bilik vermək yox, bir növ onları sualları cavablandırma texnikasına yiyələndirmək, başqa sözlə məntiqi təfəkkürü deyil, hafizə və yaddaşı inkişaf etdirməyə xidmət etməsi kimi mənfi cəhətləri də vardır. 

O ki qaldı obyektivlik və şəffaflığın təmin olunmasına, bu sırf mənəviyyatla bağlı məsələdir. Mənəviyyatımıza bir balaca "əl gəzdirsək" istənilən mexanizmin tətbiqində neqativ halların qarşısını almaq olar. Məgər test ortalığa çıxmayana qədər saysız-hesabsız parlaq zəka sahiblərimiz olan dünya şöhrətli ziyalılarımız yetişməyib və onların hamısı imkanlı olmalarının hesabına yüksək zirvələri fəth ediblər? Bir də ki, İsi Məlikzadənin pyes qəhrəmanı olan yoldaş Dadaşov demiş, lazım gəlsə, şoferin də işində bir nöqsan tapmaq olar. Elə isə kim təminat verə bilər ki, bunker şəraitində yoxlanılan və qiymətləndirilən testlərin "ətəyinə and içmək" olar. Hələ klassik qiymətləndirmədə "2"-yə bərabər tutulan 150-200 bal toplayanları da tələbə edib bir sıra universitetlərin boş qalan plan yerlərini doldurmağımızı qoyaq bir qırağa.

Nə isə... Hesab edək və razılaşaq ki,  test sisteminin ideal olmamasına baxmayaraq bu günki reallığımız üçün ən uğurlu variant testdir və bu sistemin ləğv olunmasına hələ ki, hazır deyilik. Bununla belə bu proses təhsilin bir sistem olaraq durmadan inkişafa  və tərəqqiyə uyğunlaşdırılması, irəliyə getmək baxımından yeni tələblər və dünya təcrübəsində sınaqdan çıxmış qiymətləndirmə nümunələrinin nəzərə alınması, tətbiqi sahəsinin konkretləşdirilməsi, məzmun və formaca yeniləşməsi və təbii ki, daha da təkmilləşdirilməsi zərurətindən irəli gəlir. Əslində, heç nazirin açıqlamasında da testin ləğvi ilə bağlı hökm xarakterli belə bir konkret müddəa yoxdur. Hər halda əksəriyyət razılaşar ki, gec və ya tez təkmilləşmə və yeniləşmə baxımından belə bir addımın atılması zəruri və qaçılmazdır.   

Bir də ki, təhsillərini kurrikulum sistemi ilə davam etdirən gələcək məzunlarımızın təhsillərini başa vurmasına hələ 3 il var və bu müddət ərzində təhsil sahəsində nələr baş verəcəyini proqnozlaşdırmağa gəlin bir az tələsməyək. Məsələnin məğzi  heç də bunda deyil.  Sözümün canı başqadır. Testlə bağlı məsələyə yenidən niyə qayıtdım? Söhbət təhsil təcrübəmizdə hər hansı bir yeniliyin tətbiqi zaman innovasiya xatirinə məsələnin məna və mahiyyətinə tam nüfuz etmədən, bunun işlək mexanizminin olub-olmamasını nəzərə almadan həddən artıq aludəçiliyə və ifratçılığa varmağımız və qapanmağımızdır. Digər tərəfdən testə olan qeyri-adekvat münasibətimiz repetitorluğa da geniş yol açmaqla məktəbin və müəllimin nüfuzunu zərbə altında qoyur. Bunun bariz nəticələrinə dair kifayət qədər misal çəkmək olar. 

Təhsillə bu və ya digər şəkildə bağlı olan hər kəs bilməmiş olmaz ki, 1992-ci ildə ölkədə test üsuluna keçidlə əlaqədar orta ümumtəhsil məktəblərində test-sınaq yoxlamalarına start verildi. İlkin olaraq bu sınaqlar imtahanqabağı şagirdləri testə alışdırmaq xarakteri daşıdığından onların keçirilməsi məktəb rəhbərlərinə həvalə olunmuşdu və  bu zaman nəticələrin yekun attestat qiymətlərinin çıxarılmasında nəzərə alınmaması nəzərdə tutulurdu. Lakin sonrası nə oldu? Bu "sınaqlar" təkcə şagirdləri deyil, sözün tam mənasında bütün valideynləri və təhsil ictimaiyyətini sınağa çəkdi. Sınaqlar "sınaqdan" çıxaraq üç mərhələli ciddi imtahanlara çevrildi.  

Sınaq imtahanları adlandırılan və fevral ayından başlayaraq mart və aprel aylarında baş tutacaq bu prosedurları həyata keçirmək üçün təkcə Bakı şəhərində 80 imtahan mərkəzi yaradıldı, imtahan nəzarətçilərinin sayı 5 min nəfərə çatdırıldı. Təhsildə sanki fövqəladə vəziyyət elan edildi. Bir an içərisində təhsil qanunvericiliyinə zidd olaraq ənənəvi qiymətləndirmə şkalası məntiqsiz düstur hesablaması ilə əvəzləndi. Tədbiq olunan "yeni üsula" görə məzuna yekun attestat qiyməti çıxarmaq üçün üç mərhələli "sınaq", altı komponentli düstur, dərəcəli əmsallar, fərqləndirici faizlər, güzəştli orta ədədi prinsipi, müəyyən indekslərin "O"- la tənzimlənməsi və s. bu kimi riyazi əməlləri hesablamaq lazım gəlirdi. 

Geniş miqyaslı, özfəaliyyət xarakterli bu kompaniya özünü doğrultmadı. Müəllimlərin və məktəb rəhbərlərinin yekun qiymət çıxarmaqda problem yaşamasını əsas gətirərək Nazirlik attestatların qiymətləndirilməsini öz inhisarına alaraq və qüvvədə olan hüquqi- normativ aktların məzmunu, mahiyyəti və xarakteri ilə daban-dabana zidd olaraq məktəb rəhbərlərinin Əsasnamə funksiyalarını mənimsədi. Bu kompaniyaya ayrılan milyonlar isə havaya sovrulmuş oldu. O zaman 50 mindən artıq şagirdin yekun attestat qiymətinin çıxarılmasında Nazirliyin marağının nə olması bu gün də düşündürücü sual olaraq qalır.
"Ciddi" nəzarətə götürülən üç mərhələli test sınaqları müəllim və bütövlükdə məktəbin onsuz da sarsılmış nüfuzuna, ona göstərilən etibara və etimada ağır zərbə vurmaq, məktəb rəhbərliyini Nazirliklə yumşaq dildə desək "danışıqlara", faktiki olaraq  alış-verişə təhrik etməklə yanaşı, həm də Təhsil Nazirliyinin test siyasətində və qiymətləndirmə sistemindəki bir çox boşluqları üzə çıxarmış oldu. 

Təhsil tarixçəmizin son 15 ilinə qısaca nəzər salsaq şahidi oluruq ki, Təhsil Nazirliyinin keçmiş rəhbərliyinin anti-demokratik, anti-humanist mövqeyi təhsildə dövlət siyasətinin demokratikləşdirmə, humanistləşdirmə, fərdiləşdirmə və digər bu kimi mühüm və zəruri prinsiplərinin həyata keçirilməsinə, təhsilin sivil üsul və qaydalarla idarə edilməsinə deyil, ifrat mərkəzləşdirmə kursu həyata keçirməklə aşağı idarəetmə orqanlarının başlıca funksional vəzifələrini və qanuni səlahiyyətlərini özününküləşdirərək mənimsənilməsinə yönəlib. 

Hətta, adi test sınaqlarının keçirilməsini belə nəinki pedaqoji kollektivlərə, heç təhsilin yerli idarəetmə orqanlarına da etibar etməyən Nazirlik, minlərlə nəzarətçini işindən-gücündən ayırıb yerlərə yersiz ezamiyyətlərinə, habelə digər  texniki və təşkilati tədbirlərə milyonlar sərf etməklə, dövlət vəsaitlərinin istifadəsində amansızcasına israfçılığa yol verməklə, şagird və valideynlər arasında psixoloji gərginlik yaradaraq, kollektivlərdə mənəvi mühitin pozulmasına rəvac verib. Məktəb rəhbərlərinin və fənn müəllimlərinin prosesdən kənarlaşdırılması isə əslində onların mədəni şəkildə təhqirə məruz qalmaları anlamı daşıyıb.

Ümumiyyətlə başqa bir adı da yoxlama imtahanları olan test sınaqlarının, nazirlik  tərəfindən aparılması, 1-ci sınaq imtahanının nəticəsinin yekun qiymətdə 7 faiz, 2-cinin 8 faiz, üçüncünün 10 faizlik göstərici kimi nəzərə alınması, 10 və 11 siniflərin illik və  yekun qiymətlərinin əhəmiyyətinə görə tam fərqli faizlərlə hesablanması, bu zaman ümumi qiymətləndirmədə məktəbin verdiyi qiymətlərin payının 25 faiz, nazirliyin verdiyi qiymətlərin payının isə 75 faiz səviyyəsində dəyərləndirilməsi  necə başa düşülməli idi ? 

İdmançıların dilində məşq etmək anlamına gələn, şagirdləri testə alışdırmaq məqsədinə xidmət etməli olan sınaq yoxlamalarının nəticələrinin yekun attestat qiyməti çıxarılmasında əsas amil kimi götürülməsi xəstə təfəkkürün məhsulu deyildisə, bunun başqa adı nə ola bilərdi? Bu yalnız imtahan prosesini tam ələ keçirmək, təhsil ictimaiyyətinin əsəblərini tarıma çəkmək,valideynlərə "attestatla bağlı məsələləri gəlin bizimlə həll edin" mesajı vermək, təhsil sistemini bütövlükdə inhisara almaq kimi absurd bir mövqe idi. 

Yəni məktəb rəhbərləri və pedaqoji kollektiv üzvləri bu qədər aciz və məni bağışlayın, qabiliyyət sahibi deyildilər ki, yoxlama xarakteri daşıyan adi bir sınaq imtahanını belə keçirə bilmirdilər? Yoxsa onlara etibar olunmurdu? Müəllimlərin və məktəb rəhbərlərinin ki, işə götürəni digər bir qurum deyil, məhz Təhsil Nazirliyidir. Bəlkə, etimad və etibarı qazandırmaq üçün nəzarəti gücləndirmək yox, onu bərpa etməklə bağlı konkret tədbirlər işləyib hazırlamaq və həyata keçirmək daha məqsədəuyğun olardı?

Bu "yeni üsul" adlandırılan oyunbazlığın sonda nə ilə nəticələnəcəyi elə qabaqcadan da gözlənilən idi. Birinci sınaqda 4 minə, ikinci sınaqda 2 minə yaxın şagirdin iştirak etməməsi, sınaq yoxlamalarının elə ilk mərhələsinə cəlb olunan 50 279 şagirddən 9 311 nəfərinin kəsilməsi yeni üsulun uğursuzluğa uğraması demək idi. Vəziyyətdən çıxış yolu tapmaq üçün  nazir Misir Mərdanovun "sehrli çubuğu" işə salındı. İlk sınaqda əldə edilən 40 faizlik nəticə ikinci sınaqda 61 faizə qaldırılsa da, vəziyyəti tam nəzarətdə saxlamaq üçün  üçüncü sınaqda 44 faizə endirildi. 

Bununla yanaşı üç sınağın nəticəsinə əsasən əldə edilən 55 faizlik müvəffəqiyyət qısa müddət ərzində saxtalaşdırılaraq 84 faizə yüksəldildi. Spekulyasiyanı bir növ ört-basdır etmək üçün təkrar imtahan keçirilməsi yoluna əl atıldı. Bir fəndən "2" qiymət almış 5 124 şagirddən cəmi 1500 nəfərə yaxını təkrar imtahanlarda iştirak etmək üçün ərizə verdi. Beləliklə, pedaqoji leksikonumuza "reabilitasiya imtahanı" kimi yeni termin daxil edilmiş oldu. 

Kütləvilik o həddə çatmışdı ki, hətta evdə təhsilə cəlb olunan xəstə uşaqları belə sınaq imtahanlarına qatmaqdan çəkinmirdilər. Sözün kəsəsi, adətən alimlərin 4-5 siçan və ya dovşanın üzərində apardığı eksperimenti Təhsil Nazirliyimiz 50 min məktəbli üzərində apararaq qabaqcadan iflasa məhkum olunacağı gözlənilən, sonadək düşünülməmiş,  uğursuz bir ilkə imza atmış oldu. Zənnimcə, hərdən bir dəfə  olsa da təhsil tariximizin heç olmasa yaxın keçmişinin səhifələrini vərəqləsək, yəqin ki, ümumi işimizin ziyanına deyil, hər halda xeyrinə olar.

Bəzi nüansları xatırlatmaqda məqsədim nədir? Əgər proseslərin bundan sonra da bu "üslubda" davam etdirilmə ehtimalı olacaqsa, istər test olsun, istər testin ləğv olunması, təkmilləşdirilməsi və ya digər alternativ qiymətləndirmə mexanizmlərinin tətbiqi. Bunların nə fərqi ola bilər ki...?! Albert Eynşteynin təbirincə desək, ilk öncə oyunun qaydalarını öyrənməlisən, sonra da hər kəsdən yaxşı oynamağı. Təhsil qaydasız döyüş meydanı deyil.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]