Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Biokütlə «stels» texnologiyaları ilə idarə edilir

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
27/2/2016 [00:52]
Baxılıb :
1050 dəfə
«İnsan - heyvan və fövqəlinsan arasında çəkilmiş bir kanat yoludur.

Kanatın altında də ucu görünməyən uçurum başlayır».
Fridrix Nitşe

Bəlkə sizin də yanınızdan dünən qəribə bir canlı ötüb keçib, məndə olduğu kimi. Başında sanki  didişdirilmiş quş yuvası, dizləri cırıq cinsdə, ora-burası tatuaj edilmiş, boynunda rəngbərəng çirkli şarf... Ola bilər sizin də yanınızdan keçəndə bu canlı yırtıcı baxışlarla süzüb tükürpədici təbəssümlə gülümsəyib. "Görəsən belələri hardan əmələ gəlir?" deyə düşünməyə bilmirsən. Onlar sanki bir ata-ananın övladı kimi bir-birinə bənzəməyə başlayır deyən məsələnin başında daha ciddi problemin olduğu fikrinə gəlirsən.

İyrənc kriminal başlıqlar günümüzün simvoludur

Müasir dövrün "başbilənləri" nə qədər çığırır çığırsın, rəqəmlərlə heyrətləndirmək istəsin, keçmiş zamanlarda bu qədər gey olmayıb. Yambızını yellədə-yellədə gəzən kişi, göz süzdürüb naz-qoz eləyən oğlan bütün millətlərin, bütün zamanların bəyənməyib qəbul etmədiyi bir obrazdır. Kişiyəbənzər qadınlar, hamı kimi olmaq istəməyən əcaib geyinənlər həmişə nağıllardakı təpəgözlər, kentavrlar kimi aztapılan, ya da qozbel, liliputlar kimi maraq doğuran nadir hadisə idi. Yaradanın səhvi, mutasiyanın sürprizləri həmişə olub. Amma sağlam, ağlı başında olan, dərrakəsini, analiz etmək qabiliyyətini itirməmiş kimsə özünü bilərəkdən bu günə salmaz. Bu fikir keçən əsrin ortalarına qədər işləyirdi. İndi tamam fərqli meyarlardır, fərqli yanaşması, fərqli şərh etmək üsulu var, firma malının üstündə işlədilmə qaydasında olduğu kimi. Pasportu varsa deməli ixtiraçısı, sahibi də olmalıdır”¦

Sağlam insana yad olan davranışın nəticələri, iyrənc kriminal xəbər başlıqları günümüzün simvolu ola bilər. Elə bil ölkəni qəsbkarlar zəbt edib əhalini uşaq zorlamağa, yoldan keçənləri soymağa, təhqir etməyə, tanımadığı adamları qəddarlıqla öldürməyə məcbur edirlər. Nəzərə alsaq ki, oxuduğumuz və seyr elədiklərimiz məsələnin əsl mahiyyətinin yalnız üzdə olan tərəfidir, aysberqin nə boyda olduğunu təxmin eləmək olar. Belə davranışı hətta heyvanlarla müqayisə etmək düzgün deyil, heyvanlar yeməkçün öldürür, sağ qalmaqçün mübarizə edir. Dilimizdə qadın və kişi cinsi, canlı və cansızı ayıracaq fərqləndirmələr olmadığından bu məxluqlara ad vermək çətin olur. Ən qəribəsi odur ki, belələri doğulanda tamam sağlam və normal olur, dəyişikliklər tədricən baş verir. 

Nacinsləri idarə etmək asandı

Hər dəfə ideallarımıza xəyanət edən kimi, haqsızlığa susanda, ədalət hissini itirəndə biz də insanlıqdan çıxaran cığıra tərəf iri addım atmış oluruq. Arzulardan, xəyallardan əl çəkəndə, daxili səsə qarşı kar olanda, qəlbin səsini eşitmədən qərar qəbul edəndə də eləcə. Heç kim "kənardan idarə olunuruq" fikrini qəbul etməyi sevmir. Amma kütləvi psixoloji silahın artıq işə düşdüyünü sübut edən faktları sadaladıqdan sonra şübhələr əriyir. Məqsəd qəlbini, ruhunun işıqlı tərəfini itirmiş, intellektini əzələ təki şişirdərək imkanını kapital toplamağa sərf edənləri dilsiz-ağızsız qullara çevirməkdir. Bu bilikli və intellektli olsa da, primitiv məxluq xüsusi şəraitdə yetişdirildiyindən məsələnin nəinki kosmik, planetar, hətta insani səviyyəsini görməyə qadir deyil. Nacinsləri idarə etmək asandı, çünki sadə, proqnozlara rahat yatan, xəbərdarlıq edilmədən öz həyatına soxulan hər kəsə müqavimət göstərməyən və bir qrup stimulla idarə olunandı. İnsan hava şəraiti kimi proqnozlaşa bilirsə, imkanlılar üçün təhlükəsizdir. Bu texnologiya quldarlıq quruluşunun müasir zamana uyğunlaşdırılmış bir növüdür. Keçmişdə qulları dəmir qandallar və zorakılıq yoluyla istismar edirdilər. İndi "stels" texnologiyaları zamanıdır. Uçan aparatları, hərbi texnikanı radiolokator və infroqırmızı spektrda görünməz edən texniki tapıntıda olduğu kimi, kimsə kənardan idarə olunduğunu, bədəninin pilotsuz təyyarə kimi yaşadığını heç ağlına gətirmir. 

Pəzəvəng infantillər

Qəlbi nişangaha almış psixoloji virusun məqsədi dəyərlərin, meyarların qiymətdən düşməsidir. Bunu bilən hər kəs özünü artıq silahlanmış saya bilər. Hər şey uşaqlardan başlayır. Yeni nəsil uşaqların infantil davranışını, elemental məsələləri müstəqil həll edə bilməməsini gördükcə "virus"un işə düşdüyündə əmin ola biləriz. İnfantilizm yetkinləşmə zamanını gecikdirir. Yəqin siz də internetdə 18 yaşınacan taxtabaş fiqurları əzib sevincindən uğunub gedən, 30 yaşınacan onlayn oyunda tank və maşın partladıb sonra "qələbələrini" paylaşan, 40 yaşacan kompüter ekranındakı fermasını sulayıb qarğıdalı yetişdirən "uşaq"lar görmüsüz. Məqsəd aktivlik dövründə olan 15-25 yaşlı cavanların enerjisini "zibilləmək"dir. Tarixə baxsaq bütün inqilabçıların bu yaş kateqoriyasından olduğunu görərik. 20 yaşında cavanın sağlamlığı, ağlı, temperamenti, prinsipiallığı və güzəştə gedə bilmək göstəricisi çox yaxşı səviyyədə olur. Dünya sərkərdələri, liderlər, adlı-sanlı padşahlar ulduz "karyera"sını bu dövrdə başlayıb. Hazırda Avropada bu dövr hələ yeniyetməlik sayılır. Sosial infantilizmə yoluxmuş yekəpər "uşaqları" tarix yaratmağa qoymazlar. Onların yeri narkotik, içki və cinsi ləzzətin kefini çıxarmaqdır. Uzaqbaşı küçə kriminalının ulduzu olmağa icazə var.
Qız və oğlanların bir qəliblə tərbiyə edilməsi artıq öz mənfi nəticələrini aşkarlayıb. Kişiyəbənzər, yaxud zahirən qadın, mahiyyətcə kişi olan, eləcə də əksinə, qəti addım atmağı, qərar verməyi bacarmayan,  görkəmiylə daha çox məşğul olan kişilər əmələ gəlib. Analiz verəsi olsa onların bütün harmonları qaydasındadır, nəsil də artıra bilirlər. Amma cəmiyyət üçün fərd olaraq heç nəyə yaramırlar.

Dəbdə olan obrazlar qalereyasından

Müasir zamanın diqtəsi altında dünyanın simasında daha bir dəyişiklik də yaranır. Eqoistlik, xudbinlik sivilizasiyanı məhv edə biləcək miqyasa çatıb. Uşaqlar bir oyunu oynaya bilmir. Dava qopmasın deyə hərəsinə bir top alıb ayırmaq lazım gəlir. Nəinki uşaqlar, heç böyüklər də bölüşməyi, paylaşmağı, mübadiləni qəti bacarmır. Parkovka yerindən, yol zolağından tutmuş dayanacaqda, mağazalarda növbəyə qədər. Nə vaxtsa bir romalının ağzından çıxan "parçala və hakim ol" fikri bundan artıq reallaşa bilməzdi heç.  Çoxdan parçalanmışların üstündə indi hakimiyyət davası gedir. 
Müasir zamanın uğurlu iş adamı obrazının da bu sistemin bir parçası olduğuna adam heç inanmaq istəmir. Şık, bahalı kostyum, qalstuk, başgicəlləndirən karyera, əla ev-eşik, bahalı maşın, xaricdə istirahət və bazarlıq etmək imkanı, şotland şokoladı, irland viskisi”¦ Əladır, deyilmi? Adamın lap paxıllığı tutur. Amma əslində o, sistemin quludur. Narkoman dozadan asılı olduğu qədər o da bahalı əşyalarından asılıdır. Bir gün bank sistemi çöksə, bankdakı pulları nağdlaşdıra bilməsə, enerji çatışmazlığından imarətini qızdıra bilməsə, maşınına benzin tapmasa, öyrəşdiyi vitaminini vaxtında qəbul edə bilməsə, yəni gözlənilən qlobal fəlakət baş versə, ilk əvvəl insanlığın məhz bu zümrəsi məhv olacaq. Ona görə də o, sistemin stabilliyi uğrunda çalışacaq. Biznesmen obrazı tək deyil. Hər axşam barda bir kruşka pivə içən zarafatcıl və canlaradəyən, problemləri göz qırpımında həll edə bilən "krutoy" kişi, kişiləri barmağına dolayan, həm nazlı, həm də feminist qadın, qatil, əlçatmaz bahalı fahişə, oyunbaz -  obrazlar qalereyasının cüzi hissəsidir. Amma burda vətəndaş, döyüşçü, ana, şair, alim kimi bu yaxınlaracan müsbət sayılan obrazlar artıq yoxdu. Heç küçədə dava-dava oynayan uşaqlar da uydurulmuş müharibələrini Qarabağ torpağında "aparmır". 

Eybəcərləri, monstrları, vampirləri şüurumuza "desant" atırlar

Seks və zorakılıq şərəf və sevgini əvəz edir artıq. Cinsi instinktlərin ən güclü olduğunu hamı bilir. KİV, reklamlar, təbliğat, hətta elmi və bədii ədəbiyyat, kompüter oyunları - hamısı instinktləri qıdıqlamağa xidmət edir. İnsan şüuraltısında qurdalananda, rəsm çəkib, musiqi bəstələyib, şeir yazan kimi, eləcə də qəhrəmanlıq yapanda öz ali insani formasına yaxınlaşmağa başlayır. Bəzən qorxular, zorakılıq və alçaq duyğularla bağlı emosiyalar bədii yollarla idarə edilirsə, lap təhlükəli olmağa başlayır. İndiki nəsil heç vaxt görmədiyi Allaha inanmaqdansa, heç vaxt görmədiyi vampirlərə inanmağı daha düzgün bilir. 

Müasir qulların sahibləri öz qullarının şüuraltı dünya ilə təmasından çox narahat olur. Çünki insanın bu tərəfi çox dərindi və idarəedilməzdi. Oralara eybəcərlər, monstrlar, vampirlər, və s. bu tipli uydurmaları "desant" atmaqla idarə etməyə çalışırlar. Psixologiyanın, təhtəlşüurun instinktlərə bağlanması işini görən nəzəri sistemlər də əmələ gəlir. Psixoanaliz yoluyla tamam bir yad adam bir neçə seansa sənə bundan sonra necə yaşamalı, nə düşünməli və nə etməli kimi vacib qərarları verməyə cəsarət edir. Müasir zamanın psixoloqlarından kimsə "xəstə"sinin qan yaddaşından xalqın əsrlərlə yaratdığı bir obrazı canlandırmağa cəsarət etməz. Bu, yatmış əjdahanı oyatmağa bərabərdir. Seks və zorakılıq daha tez həll olan və təhlükəsiz sayılır. "Xəstəyə" adətən, "İnstinktlərindən boğulma, arzularını reallaşdır!" məsləhətini verirlər. 

Kişilər 41-45-də qaldı

Keçən əsrin ortalarında konsümerizm adlı bir termin yarandı. İstehlakçıların öz hüquqlarını qoruması hərəkatını, "istehlakçı suveriniteti"ni bildirir. İqtisadi təkamüldən istehlakçı iqtisadiyyatına keçidi nəzərdə tutanda bu termini tez-tez işlədirlər. Konsümerizm sözün mənfi mənasında müasir zamanın  insan qəlbinə qarşı yönəltdiyi silahlardan biridir. Müasir insan bazar-dükan, market və ticarət məkəzlərsiz həyatını təsəvvür eləmir. Milyardlarla pul lazımsız əşyalara, yarım saatdan sonra tullanan predmetlərə, evdə zibil kimi qalanıb qalan paltarlara və vaxtı keçdiyindən tullanan ərzaqlara xərclənir. Brend mal üstündə adam öldürə bilən, istədiyi rəng tapa bilmədiyindən özünü öldürə bilən yeni nəsil yetişib. Şişirdilmiş tələblər ödənilə bilməyən kreditlər və psixikanın laxlaması sindromunu yaradır. Bu, müasir zamanın ən çox yayılmış əsəbilik fonuna daha bir nüanslar qatır. Sosial gərginlik antidepressantlara tələbatı artırır və dərman vasitəsilə əhalini nəzarətə almağa imkan verir. Antidepressant ali şüur mərtəbələrinə qoşulmaq imkanını bloka salır. 

Hamı alicənablığın bir gözəl insani keyfiyyət kimi tamam aradan çıxdığını müşahidə edir. "Kişilər 41-45-də qaldı" deyib zarafatlaşırıq da. Alicənablıq, başqasına mərhəmət göstərə bilmək, başqasına qarşı səbr nümayiş etdirməyi bacarmaq məhvetmə sisteminin özülünü laxlada bilər. Axı alicənablığı irəli aparan motivlər varlanmaq hərisliyi, zinakarlıq, asılılıq, günah işləri yerindən tərpədən duyğulardan tamam fərqlidir və idarəedilməzdir. 

"Ailə cəmiyyətin özəyidir, kiçik modelidir" ifadəsini dilinə gətirsən cavanların yəqin ki, gülməkdən ürəyi gedə bilər və sizin üzünüzə məsğərəyə qoymaqdan utanmazlar. Əslində ailə də seks və zorakılıq modelini dağıda biləcək qüdrətli "işbirliyi"dir. Ailələrin dağılması cəmiyyətin atomlara parçalanması, yəni strukturunu itirib adam yığınına çevrilməsi deməkdir. Eqoizm və heyvani davranış artan cəmiyyətdə sevgi və hörmətə arxalanan ailələrin yaşaya bilməsi mümkün deyil. 

Güldən ağır bir söz”¦

İnsan əzəldən, yaranışından azaddır. O öz azadlığını kursa uyğun dollara dəyişə də bilər, heçə döndərib havaya da sovura bilər. Bu anda ona güldən ağır söz demək azadlığını pozmağa bərabərdir. Bundan savayı insanın intellekti, sevmək bacarığı, yaşamaq haqqı və s. keçilməyəcək özəllikləri var. Şüur, emosiya, duyğu, intuisiya ilə həyatını idarə edənlərə müasir cəmiyyətdə yer azalır. Kasıblıq qorxusu, anlaşılmamaq, tək qalmaq ağrısı, ağ qarğalar kimi yaşamaq məcburiyyəti insanı "həyat karuselinə" qoşulmağa məcbur edir, bəzən. "Mən nə istəyirəm?" sualı əvəzinə çox vaxt "Axı məndən nə istəyirlər?!" cümləsi beyinlərə hakim kəsilir. Sən istəməsən səndən özünü heç vaxt qopara bilməzlər!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]