Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Sutka ərzində fəaliyyət göstərən uşaq cərrahiyyə şöbəsi yaradılıb

Sutka ərzində fəaliyyət göstərən uşaq cərrahiyyə şöbəsi yaradılıb
Bölmə :
KİVDF
Yayım tarixi :
16/2/2013 [10:07]
Baxılıb :
1966 dəfə
Kür və Araz daşqınları zonasında epidemiya təhlükəsinin qarşısı alınıb

Son 10 ildə Azərbaycanda tibbin inkişafı, səhiyyə sisteminin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və dövlət qayğısına ehtiyacı olan vətəndaşlara tibbi xidmət göstərilməsi sahəsində hansı işlər görülüb? Bu məqsədlə Səhiyyə Nazirliyinin hesabatlarına nəzər saldıq. Beləliklə, 2010-cu il ərzində görulmuş işlərə dair Hesabat:

Bu il ərzində Səhiyyə Nazirliyi tərəfindən 45 iri səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılmışdır, nazirliyin yeni inzibati binası, Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikası, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Ə.Qarayev adına 2 nomrəli Klinik Uşaq Xəstəxanası, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, 1 nomrəli Respublika Psixiatriya Xəstəxanasının 3 korpusları, Kliniki Tibbi Mərkəzin hemodializ şöbəsi, Balakən Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmiş və müasir tibbi avadanlıq və inventarla təchiz olunmuşdur. 

Aparılan islahatlar nəticəsində respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55%, stasionarların sayı 50%-dək azaldılmışdır. Hazırda Bakı və digər şəhərlər üzrə bu iş davam etdirilir. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq, dərman preparatları, sarğı materialları və tibb ləvazimatları ilə davamlı təchizatının yaxşılaşdırılması istiqamətində də işlər görulmuşdur. Bakı şəhərində fəaliyyət göstərən 17 mərkəzləşdirilmiş təchizat məntəqəsi xəstəxanaların ərzaq və zəmanətli paketə daxil olan dərmanlarla təminatını tam ödəyir. Bu ildən xəstələrə pəhriz yeməkləri də verilir.

Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla davam etdirilmişdir. Proqramların icrasına 5 il ərzində 200 milyon manata yaxın budcə vəsaiti sərf olunmuşdur. Fərəhləndirici haldır ki, səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə növbəti beş ili əhatə edən yeni proqramlar hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.

Hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, irsi qan xəstəliyi, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi yaxşılaşmış, qeydiyyata götürülən xəstələrin sayı 2 dəfədən çox artmış və 118 mini keçmişdir. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabeti olan xəstələrin ölüm göstəricisi də enmişdir. Onkoloji xəstəliklərin aşkarlanması da yaxşılaşmışdır. Bununla bərabər bu xəstəlikdən ölüm azalmışdır.

Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 21 dializ mərkəzində 1500-ə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Uzun illərdən bəri mövcud olan növbə demək olar ki, ləğv edilmişdir. Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzdən 5-i (Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba) artıq fəaliyyət göstərir. Digər 2-si isə yaxın vaxtlarda istifadəyə veriləcək.

Son illər ərzində tədarük olunan qan və onun komponentlərinin miqdarı artmış, əhalinin donorluğa cəlb edilməsi işi aktivləşmişdir. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir. Qan xidməti sahəsində qısa muddət ərzində müsbət istiqamətdə köklü dəyişiklərə təkan verən “Qan xidməti müəssisələrinin şəbəkəsinin optillaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə” əmr və “Tədarük olunan qanın laborator müayinəsinin təşkili barədə” sərəncam imzalanmışdır.

B.Eyvazov adına Elmi-tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun və Mərkəzi Qan Bankının rəhbərliyi möhkəmləndirilmiş, tədarük olunan qanın qeydiyyatı, qan komponentlərinin buraxılışı məsələləri nizamlanmışdır. Qan komponentlərinin tibb müəssisələrinə çatdırılması üçün instituta 2 ədəd avtomaşın ayrılmışdır. Respublikanın şəhər və rayonlarında Mərkəzi Qan Bankının 3 bölməsindən (Gəncə, Şəki və Quba) əlavə daha 5 (Sumqayıt, Mingəçevir, Şirvan, Bərdə və Lənkəran) bölməsi yaradılmışdır. Qısa müddət ərzində bütün qan bölmələri lazımi cihaz və avadanlıqlarla təmin olunmuşlar.

Cərrahiyyə xidmətinin fəaliyyətini xarakterizə edən statistik rəqəmlərin təhlili göstərir ki, son illər ərzində bu sahədə nəzərə çarpan müsbət dinamika mövcuddur. Belə ki, ümumi cərrahi profilli stasionarlara daxil olan xəstələrin, eləcə də keçirilən cərrahi əməliyyatların sayı artmışdır. Bununla yanaşı, diaqnostik və taktiki səhvlər xeyli azalmışdır. Müasir müalicə üsulu hesab edilən miniinvaziv cərrahiyyə əməliyyatlarının, mürəkkəb və rekonstruktiv xarakterli əməliyyatların sayı da ilbəil artır. Əməliyyatların sayının artmasına baxmayaraq, istər planlı, istərsə də təcili əməliyyatlardan sonra ölüm halları azalmışdır.

Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən stasionar cərrahiyyə xidmətinin, eləcə də uşaq cərrahiyyəsinin vəziyyətinin təhlili aparılmış, mövcud nöqsanların aradan qaldırılması və xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər müəyyənləşdirilmişdir. Bu, xəstələrin hospitalizasiyası, xəstəxanaların müasir avadanlıqla təminatı, mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi və cərrahi xidmətinin təşkili ilə bağlı məsələləri əhatə edir. Uşaqlara cərrahi yardımın yaxşılaşdırılması məqsədilə K.Fərəcova adına ET Pediatriya İnstitutunda sutka ərzində fəaliyyət göstərən erkən yaşlı uşaqların cərrahiyyəsi şöbəsi yaradılmışdır.

Səhiyyəmizin tərkib hissəsi olan özəl səhiyyə strukturlarının fəaliyyəti də nazirliyin diqqət mərkəzində olub. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və bu xidmətin keyfiyyəti Səhiyyə Nazirliyi mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Fəaliyyətdə olan və yeni yaradılan özəl müəssisələrinin qəbul olunmuş tələblərə cavab verməsinə ciddi nəzarət təmin edilmişdir. Standartlara cavab verməyən bir sıra müəssisələrə lisenziya verilməsindən imtina edilmiş, əczaçılıq fəaliyyəti ilə məşğul olan 71 müəssisənin fəaliyyəti dayandırılmışdır.

Yoluxucu xəstəliklərlə mübarizə işində də müsbət nəticələr əldə edilmişdir. Respublikada aparılmış geniş miqyaslı tədbirlər nəticəsində epidemioloji sabitlik yaranmış, idarəolunan xəstəliklərdən poliomielit, difteriya, qızılca, məxmərək qeydə alınmamış, epidemik parotit 2 dəfə azalmış, digər infeksiyalar üzrə də azalma qeyd olunmuşdur. Yoluxucu xəstəliklər üzərində epidemioloji monitorinqin təmin edilməsi məqsədilə Elektron Müşahidə Sisteminin tətbiqinə başlanılmışdır. Profilaktik peyvənd təqviminə əsasən respublika üzrə uşaqların immunlaşdırılması yüksək səviyyədə həyata keçirilmişdir. Malyariya xəstəliyinə qarşı 2008-2013-cu illər üçün qəbul olunmuş Milli Strategiyaya və Milli Fəaliyyət Planına uyğun olaraq profilaktik tədbirlər həyata keçirilməsi nəticəsində xəstələnmə səviyyəsi stabilləşmiş və cari ildə keçən illə müqayisədə 35% azalmışdır.

Hazırda Respublikada vərəmlə mübarizə sahəsində də əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə Dövlət Proqramı və Milli Strategiya qəbul edilmişdir. Nazirlik tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində Xüsusiləşdirilmiş xəstəxana istifadəyə verilmişdir. Bundan əlavə Quba, Zaqatala, Masallı rayonlarında da bu məqsədlə xəstəxanaların tikintisi və təmiri həyata keçirilmiş, onların nəzdində mikrobioloji laboratoriyalar da yaxın günlərdə fəaliyyətə başlayacaqdır.

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası artıq tam gücü ilə fəaliyyətə başlayıb və bu ilin aprel ayında Ümumdunya Səhiyyə Təşkilatının sertifikatını almışdır. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilmiş qaydada gətirilən bəlğəm nümunələrin bakterioloji müayinəsi təşkil edilmişdir. Bütün bunların nəticəsində vərəm xəstəliyinin əsas epidemioloji göstəriciləri yaxşılaşmış, 2010-cu ildə vərəmin erkən aşkarlanması 29% artmış, ilkin xəstələrdə Bk (+) səviyyəsi 41%-ə çatmışdır. Vərəmdən ölüm səviyyəsi də azalmışdır.

Bu ilin yazında Kür və Araz çaylarının daşma zonalarında aparılan operativ profilaktik tədbirlər nəticəsində epidemiya təhlükəsinin qarşısı alınmışdır. Təbii fəlakət zonasında ilk günlərdən operativ şəkildə səyyar səhiyyə xidməti yaradılmış və ehtiyacı olanların hamısına tam həcmdə tibbi yardım təmin edilmişdir. Bu dövrdə səhiyyə orqanlarının fəaliyyəti geniş ictimaiyyət tərəfindən müsbət qiymətləndirilmişdir.

Tibb işçilərinin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xususi diqqət yetirilir. Bir neçə ildir ki, problemin həlli yollarından biri olan, bütün dunyada qəbul edilən, tibb işçilərinin sertifikasiyanın tətbiqi üzrə gərgin iş aparılır. Artıq bu istiqamətdə hazırlıq işləri başa çatdırılmış və gələn ilin əvvəlindən sertifikasiya prosesi başlanacaqdır.

Respublikanın kənd yerlərində kadrların çatışmazlığını nəzərə alaraq Azərbaycan Tibb Universitetinin məzunlarının bilavasitə vakant yerlərə təyinatla göndərilməsi işi də davam etdirilmişdir. 2010-cu ildə məzunların 80%-nə bölgələrə təyinat verilmişdir. Həmin ildə 128 azərbaycanlı tibb işçisi xarici ölkələrin aparıcı klinikalarında təkmilləşdirmə kurslarında ixtisaslarını artırmışdır.

Son 5 il ərzində tibb işçilərinin maaşları 5 dəfə artırılmışdır. 2010-cu ildə də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə səhiyyə müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları artırılmışdır. 2010-cu ildə 28 tibb işçisinə “Əməkdar həkim”, 10 nəfərə “Əməkdar elm xadimi”, 24 nəfərə “Əməkdar müəllim” fəxri adları verilmiş, 6 nəfər “Şöhrət” ordeni, 32 nəfər “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Ümumdunya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Komitəsinin cari ildə Moskva şəhərində keçirilən 60-cı sessiyasında 61-ci Sessiyasının 2011-ci ildə Bakıda kecirilməsi haqqında müvafiq qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyəsi əsasında hazırlanıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]