Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Həyat gözəldir, cənablar!

Bölmə :
Köşə
Yazar :
Gülnarə Rəfiq
Yayım tarixi :
24/2/2016 [22:49]
Baxılıb :
1217 dəfə

Həyat fərli bir şey deyil, amma onu gözəlləşdirib abıra salmaq mümkündü. 200 min pul udmaq, dövlətdən medal almaq, göyçək bir qadınla evlənmək, yaxşı ad çıxarmaq bəs eləyir ki, arasıkəsilməz xoşbəxtlik duyğusu gəlsin. Bu səadət gətirən nemətlər fani olsa da adətkarlıq yaratdığından qazanıldıqdan sonra adamı hətta kədər və hüzn anlarında da arasıkəsilməz xoşbəxtliyə qovuşdurur. 
Anton Çexov

Bu ifadəni Çexov hələ 1885-ci ildə "Oskolki" jurnalında yazmasına baxmayaraq bu günəcən İnternet səhifələrində gah qısa tezis şəklində, ya da tam məqalə şəklində bir səhifədən o birinə, bir bloqdan başqa statusa "tullanmaqla" sanki ümumdünya turnesinə çıxıb. Çünki əlinə maus alan kimi virtual dünyaya ayaq basan adam ilk əvvəl xoşbəxtliyin reseptini arayır. Bu xoşbəxtlik nədisə, onu kişilər və qadınlar fərqli yollarla axtarır. Bəlkə da hardasa kişi və qadın xoşbəxtliyi ayrı-ayrı terminlərdir. Qadınlar mənə bir köynək qədər yaxın olduğundan düyünün asan açılan yerindən başlayıram.
Müasir qadının cəmiyyətə, cəmiyyətin də müasir qadına bir qucaq iddiası var. Elə indicə rejissor Eldar Ryazanovun (həmişə məzəli filmlər çəkərdi, rəhmətlik) ölümqabağı yazdığı şeiri oxudum deyə yazı yəqin ki, kədərli notlarda, yəni minorda olacaq, bir qədər: "Çox hayıf ki, dua etməyi öyrənmədim, hayıflar olsun ki, sehrə də inanmıram..." Əlbəttə, yazı mütləq kədərli olmalıdır, axı böyük bir illüziyadan, qadın xoşbəxtliyindən danışmalı, üstəlik gücnən də olsa qəzetin bir küncünə sığışmalıdır. 

Bu günlərdə bir əlamətdar günü şəhərin əyləncə mərkəzlərinin birində "yola verdik". Həmin yer şəhərin rus əhalisinə nəzərdə tutulub. Tərtibatı, yeməkləri, musiqiləri də rusca idi. Arabir azərbaycanca oynayanları olsa da, yer ümumilikdə ağlamalı deyildi. Ruslar bizi əsarətə aldığı neçə yüz il ərzində xoşbəxt olmağa öyrədə bilmədi. İçməyi öyrətdilər, geyinməyi, rusca danışmağı, hətta altında iyli selyodka balığı olan şuba salatı yeməyi də öyrətdilər. Amma onlar yenə də içib şənlənir, ya həzin mahnılar oxuyur, biz ya ağlayıb dərd çəkir, ya da dava salırıq. Kontingenti nəzərə almaq məntiqi ilə orda xoşbəxt insanlar daha çox olmalı idi. Amma bir dəstə siqaret çəkən qadınlar dəstəsi kədərli, azərbaycanlı kişiynən dans vuran rus qadınlarsa xoşbəxt görünürdü. Deməli, qadına xoşbəxt olmaqçün kişi mütləq lazımdı, milliyətindən asılı olmayaraq. 

Yaşının az olmasına baxmayaraq kökəlib əndazədən çıxmış, təzəcə pırtlamış qırışlarını tonal kremlə mazlayıb o birilərini məsğərəyə qoyub gülən, arabir "qocaldıq getdik" deyib zarafatlaşan qadın sortu var. Sallaq qarnını dizlərinin üstündə rahlayıb "fikir yürütmək"lə dünyanın yerdə qalan hissəsinə həyata nifrəti elə ustalıqla aşılayar ki, illər uzunu depressiyadan çıxa bilməzsən. Üstəlik utanarsan, "Qadın olmaq bu qədər iyrəncmiş" deyib dilini dişlərin arasında sıxarsan ki, birdən ətrafdakı kişilər bu fikri eşitməsin. Dünyada elə qadın yoxdu ki, qadın olaraq doğulduğu günü lənətləməsin. Sanki təməlin qoyulan an xromosomların X, yoxsa Y seçimində artıq səhv buraxmısan və buna görə bütün dünyaya borclusan. Sən gözəl olmalısan! Olmadınsa daha bir səhv. Ağıllı, danışığını, davranışını bilən, müstəqil (bəli, bəli həyat belə tələb edir), lazım gələrsə pul qazanan, ərinə qardaş, məşuqə, quluqçu və dünya miqyaslı aşpaz olmalısan. Olmadın, özündən küs, sevməyəcəklər... Oğlanlarla bərabər oxumalı, həyatdan oğlanlar qədər baş çıxarmalı, pul bir yana, bir o qədər də hörmət qazanmalısan. Bütün bunları hündürdaban çəkmələrdə, necə deyərlər, fit çala-çala, şikayətsiz eləməlisən. Adamın bu qlobal haqsızlığın üstünə lap çığırmağı gəlir. 

Eləməyə də bilərsən. Hündürdabanı da rədd elə, ağıllı kitabları da, qızıl kimi məsləhətləri də. Səni "cazibədar qadın deyilsən" ittihamı ilə ömürlük tənhalığa sürgün edəcəklər. Allah eləməsin kimsə ayaqlarında, qoltuğunda, ya da ən dəhşətlisi dodağının üstündə bir tük görə. Dərhal ranqın düşür plintusdan aşağı. Sifətinə, bədəninə, çəkinə, dırnaqlarına, saçına qulluq eləməli, üstəlik necəsə kişinin pulunu dağıtmamalısan. Elə bil masaj havayıdır, ya da kosmetoloq gözünün içindəki ehtiyacı görüb mərhəmətdən əriyəcək, ya da idman salonları depressiyalı kök qadınları zala havayı buraxır. Evdə zibil dizəcən qalxsa qadın günahkardı, yüz faiz. Vaxtı yoxdu, işi başından aşır, xəstədi yataqdan dura bilmir - bunların heç biri üzürlü sayılmaz. Xəstələnəndə belə görkəmlə adam arasına çıxmaq qəti qadağandır. Hə, biri də qaldı, uşaqları da qadın xəstələndirir. Ya tərli olub fikir verməyib, ya da uşağın yeməyi fərli deyil. Siyahını sonsuzluğa qədər uzatmaq olar. 
Kişilərin nə vecinədir?! Onlar qadını lupa altındakı kimi tədqiq edir, dəriyə, bədən quruluşuna və sonda ola bilər ağlına dəyər verir. Özü də mütləq bu ardıcıllıqda. "Pivəylə gedər" və ya "Bu qədər içə bilmərəm" kateqoriyalarına ayırır. Özünün bir sentnerlik qarnına dəyər verməyi ağlına gətirməyənlər qadının gülümsəməkdən gözünün qıraqlarında əmələ gəlmiş xırda qırışları görüb mütləq "qüsur"unu özünə deyəcək. Ofislərdə "pivəylə gedər" kateqoriyasına çatmayanların karyera qurmaq şansı heç yoxdu. 

Kişilərin krassovka və cins şalvarda rahat getdiyi həyat yolunu hündürdaban çəkmə, nazik kalqotqa və gipür alt paltarında şütüyən qadınların üzündə təbəssüm olmasa, bütün səyinin bir qəpiklik dəyəri olmayacaq. Onsuz da ayaqqabılar narahatdı, nazik kolgotkalar qorumur, ipi tez-tez qaçır, ipək alt paltarı qızdırmır. Əvəzində ola bilər kimsə baxıb sənə bir göz vurdu. Bütün qadınlar bilir ki, dünyanın ən güclüsüdür. Amma bunu biləndən sonra adamın lap zırıldamağı gəlir. Əlbəttə, həyat gözəldi, cənablar! Həyat cənablar üçün gözəldi.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]