Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycan hansı tərəfə baxsa, Türk dünyası da o tərəfə baxacaq”

“Azərbaycan hansı tərəfə baxsa, Türk dünyası da o tərəfə baxacaq”
Bölmə :
KİVDF
Yayım tarixi :
24/2/2016 [22:27]
Baxılıb :
1122 dəfə
Aygün Həsənoğlu: “Azərbaycan bütün düşmənlərə sübut etdi ki, risklərə baxmayaraq, həmişə Türkiyənin yanındadır”

(Əvvəli ötən sayımızda)

Beləliklə, İstanbulda yaşayan yazıçı-tədqiqatçı, fəlsəfə doktoru, erməni separatizmi ilə bağlı bir sıra kitabların müəllifi Aygün Həsənoğlunun "Bizim Yol"a müasir inteqrasiya prosesləri, millətlərin və dövlətlərin bu prosesdə yeri, ümumbəşəri və milli-mənəvi dəyərlərin sintezi, qeyd olunan nəhəng dalğada milli kimlik amilinin və tarixi özünüdərkin unudulmaması, habelə digər mövzular ətrafındakı müsahibəsinin davamını təqdim edirik:
- Rusiya-Türkiyə qarşıdurmasında rəsmi Bakı qardaş ölkə üçün əlavə qapılar açdı. Bu addım Türkiyədə necə qarşılandı? 

- Təbii ki, Türkiyə mediası və siyasət aləmində bu addım çox həyəcanla və məmnunluqla qarşılandı. Türkiyə iqtisadiyyatı yeni-yeni güclənən bir ölkədir. Belə bir vəziyyətdə çalışmaq lazımdır ki, bu inkişaf durmasın. Rusiya Türkiyəni məhz bu nöqtədən vurmaq istəyirdi. Çünki Türkiyədən Rusiyaya hər il böyük miqdarda meyvə-səbzə gedir. Bunun bir anda, həm də qış vaxtı durması Türkiyəni iflic edə bilərdi, amma Azərbaycanın belə bir vəziyyətdə çiynini irəli verməsi ilə həm Rusiyaya, həm də digər düşmənlərə sübut etdi ki, bütün risklərə baxmayaraq, həmişə Türkiyənin yanındadır. Bu, çox ciddi bir mesaj idi. Türkiyədə Azərbaycanın bu addımı, onun həm də müstəqil bir dövlət siyasəti yeritdiyini isbatlamaq kimi qəbul olundu.

- Azərbaycanın Türkiyəyə verdiyi dəstəyin eynisini digər türkdilli ölkələrdən görmədik. Sizcə, onların bu laqeydliyinin səbəbi nədir?

- Bu, onların hələ də rus xofundan qurtula bilmədiklərinə sübutdur. Türklüyün əsas divarları Türkiyə və Azərbaycandır. Sizə söyləyim ki, Azərbaycan hansı tərəfə baxsa, Türk dünyası da o tərəfə baxacaqdır. Mən Türkiyədə verdiyim konfranslarda Azərbaycanın müstəqilliyinin qorunmasının həm də Türkiyə və bütün Türk dünyası üçün bu yöndən əhəmiyyətini vurğulayıram.

-  Bir müddət öncəyədək ortaq türk dili, ortaq əlifba kimi təkliflər vardı və bu yöndə xeyli addımlar da atıldı. Amma sonradan bu birlik meylləri unuduldu sanki. Nədir bizim çatışmazlıqlarımız?

- Bu fikirlər 100 ildən çoxdur ki, var. 1921-ci ildə keçirilən Türk dili konfransında da bu ideya ortaya atılmışdı. Bu sahədə addım atan şəxsiyyətlərimiz çox olub. Məsələn, Hüseyn Cavidin əsərləri ortaq türk dilindədir desəm, yanılmaram. Dil süni şəkildə yaradılıb ortaya atıla biləcək bir şey deyil. Dil hərəkətdə olan bir prosesdir və zamanla özü özünü tənzimləyir. Süni müdaxilələr dillə faydadan çox zərər verər. Bu gün bir azərbaycanlı bir türkiyəli ilə ortaq türk dilində danışır, bir-birini anlatmaq üçün ortaq kəlmələrdən istifadə edirlər. Vaxtilə Cəfər Cabbarlı dilimizin təmizliyi üçün böyük mücadilə vermişdi. Onun istər qəhrəmanlarına verdiyi adlar, istərsə də istifadə etdiyi sözlər bu gün dilimizdə yerini almışdır. 

Bu gün kim düşünə bilər ki, "sevgi" sözünü Cəfər Cabbarlı dilimizə qaytarmışdır? Şekspirin "Hamlet" əsərində "Yaşamak, ya ölmək" fikrinin uğurlu tərcüməsi "Olum və ölüm" bu gün dilimizdə bir misal olaraq istifadə edilir. Demək, yazıçılarımız bu məsələdə öndər olmalıdırlar. Təəssüf ki, bir qrup yazarlar var ki, özlərini "modernist", "posmodernist" adlandırıb şeirlərə elə ifadələr gətirirlər ki”¦ O qədər rus, yaxud xarici sözlər işlədirlər ki, heyrət edirsən. Dil - yazıçının materialıdır, çörək ağacıdır. Ona bu qədər saymazcasına və qəddarcasına yanaşmaq olmaz. Azərbaycan türkcəsi kifayət qədər zəngindir, sadəcə onu öyrənmək lazımdır.  Küçə sözləri ilə ədəbiyyat yaratmaq olmaz.

- Yəqin ki, ortaq türk dilinin formalaşması üçün, öncə türkdilli ölkələrin özlərində dilin təmizliyinə, lazımsız sözlərdən arınmasına ehtiyac var?

- Əlbəttə! Məsələn, Azərbaycan Dilçilik İnstitutunun fəaliyyətindən bir ziyalı kimi çox narazıyam. Təbii ki, texnologiyanın gəlişi ilə dilə bir çox sözlər daxil olur. Bunu tamamilə dayandırmaq mümkün deyil, amma dilin imkanlarından istifadə edərək onu təkmilləşdirmək və idarə etmək mümkündür. Amma Dilçilik İnstitutunun 2004-cü ildə çap etdirdiyi orfoqrafiya lüğətində elə lazımsız sözlər var ki, onları dilimizə gətirmək, lüğətimizə yerləşdirmək, sadəcə dilimizə qarşı hörmətsizlik, saymamazlıq deyil, həm də düşmənçilikdir. Məsələn, 40-cı səhifədə iki söz alt-alta verilib: "Amerikalı və Amerikan". Birincini anladıq, amma "Amerikan" nə deməkdir?! Yaxud  "kovrolit" (s.351) sözü niyə dilimizə girməlidir? "Uryadinik" sözünün qarşılığı yoxdurmu? Niyə Dilçilik İnstitutu zorla dilimizə soxuşdurulan sözlərin qarşılığını tapmaq üçün zəhmət çəkmir?! Bu gün nə qədər adam "vızıv" sözünün tərcüməsinin "çağrı" və "çağırış", "mesaj" sözünün qarşılığının isə "ismarış" olduğunu bilir?! Fikir verin, televiziyalarımızın adları, yaxud televiziya verilişlərinin adları nə vəziyyətdədir?!  

Bundan başqa, dilimizdəki adların tərcüməsi də bərbad vəziyyətdədir. Qutqaşen rayonunun adını dəyişib Qəbələ etdilər. Bu, yanlış idi. Qutqaşen - qədim türk sözüdür. "Şen" sözünün də ermənilərə heç bir aidiyyatı yoxdur, yer bildirən "Şen" sözü "Şenlik" kimi də türk xalqlarında işlədilir. "Qəbələ" sözünün ingiliscəyə Gabala kimi çevirirlər. Əgər bu yerin adını geri gətirmək istəyirdinizsə, Qəbələ- əslində Kabala kimi tərcümə olunmalıdır. Yaxud "Ucar" adını ruscaya "Udjari", ingiliscəyə "Ujari", "Udjari" kimi də çevirirlər. Dövlətin Tərcümə Mərkəzi yer adlarının müxtəlif dillərə tərcümələrini hazırlayıb xalqa təqdim etməlidir. Hətta Qarabağ adının da dəqiq tərcüməsi yoxdur. İndi biz ortaq türk dilindən danışarkən əvvəlcə öz dilimizin təmizliyindən danışmalıyıq. 

Qeyd edim ki, Dünya Gənc Türk Yazarlar Birliyinin keçmiş başqanı Əkbər Qoşalı türklüyə gözəl bir hədiyyə vermişdi. Dilimizdəki sözlərin bir qismini digər türk dilləri ilə qarşılıqlı təqdim etmişdi. Bu, gözəl bir təşəbbüsdür və inkişaf etdirilməlidir. Dilçilik İnstitutu bu cür təşəbbüsləri ələ alaraq dilimizin təmiz lüğət tərkibini hazırlamalıdır.

P.S. XIX yüzilliyin rus qaynaqlarında Çağatay türkcəsi Kazan tatarlarının, noqayların, qırğızların, Krım tatarlarının, Kiçik Asiyanın və Türkiyə türklərinin danışdığı ortaq dil kimi təsvir edilirdi. Ortaq türkcə, yaxud ümumtürk ədəbi dili, türk xalqları üçün vahid dil ideyası XIX yüzilin sonlarından başlayaraq XX yüzilin 20-30-cu illərinə qədər mürəkkəb, ziddiyyətli bir inkişaf yolu keçmişdir. Bu cərəyan türk millətinin milli özünüdərk, milli oyanış prosesinin təbii nəticəsi olaraq meydana gəlmişdi. Türk soyları arasında vahid ortaq ədəbi dilin zəruriliyi ideyasi ilk dəfə XIX yüzilin 80-ci illərində İsmayıl Qaspıralı tərəfindən irəli sürülmüşdü.

Onu da qeyd edək ki, ötən il Astanada, Beynəlxalq Türk Akademiyasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin Elmlər Akademiyaları Birliyinin, Türk Dünyası Ədəbiyyat İnstitutları başçılarının iclası keçirilib. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralinin sədrliyi ilə keçirilən iclasda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin TDƏŞ-ə üzv ölkələrin Astanada keçirilən 5-ci Zirvə görüşü zamanı verdiyi tapşırığa uyğun olaraq müzakirə edilən "Atalar irsi" elmi layihəsi və "Ortaq türk ədəbiyyatı" dərsliyi layihəsi diqqət mərkəzində olub.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Qırğızıstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Abdıldacan Akmataliyev, Türk Dil Qurumunun sədri Mustafa Kaçalin, Qazaxıstan Milli Elmlər Akademiyasının üzvü Seyid Kaskabasov, Tatarıstan Elmlər Akademiyası Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Kim Minnullin, Qazaxıstan M.O.Avezov Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru Bəlixan Kalıcanov və mətbuat nümayəndələri iştirak ediblər.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]