Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Olimpo qarajı, yaxud cəlladı anlamaq... - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
11/7/2012 [11:12]
Baxılıb :
2046 dəfə

İyulun əvvəlində məhkəmə Argentinanın keçmiş diktatoru Xorxe Videlanı 50 il həbs cəzasına məhkum etdi. 87 yaşlı diktator üçün bu hökmün heç bir fərqi yoxdur: Onsuz da 3 il əvvəlki məhkəmədə haqqında ölüm hökmü çıxarılıb. Ancaq mövzu bu hökmləri incələməkdən çox, hakimiyyət illəri tarixdə “Çirkli müharibə” kimi qalan Videlanın 1970-ci illərdə ölkəsində yaratdığı qeyri-insani repressiv rejimin təbiətinə baş vurmaqdır. Çünki, totalitarizmin təbiəti mövzusu arxi-aktualdır. Azərbaycan üçün həmçinin.

Məhkəmədən çəkilmiş fotolarda Videla təmkinli və mehriban baba təsiri bağışlayır. Belələri heç toyuğu da daşlamaz və vaxtlarını nəvələrinə şirin-şirin nağıl danışmağa sərf edərlər. Ancaq zahiri görünüş necə də aldadıcıdır.

O, uzaq 1976-cı ildə ABŞ-ın xeyir-duası və yardımı ilə hərbi çevriliş edərək İzabel Peronu (məşhur Xuan Peronun dul qadınını) devirmiş və Qərbin Latın Amerikasında bəslədiyi növbəti “qorilla” olmuşdu. Onun amansızlığı və törətdiyi cinayətlərin spesiflik qəddarlığı isə müəyyən nüanslarda hətta Pinoçeti də kölgədə qoyurdu. Məsələn, Pinoçet “Ölüm uçuşları” təşkil etmirdi. Bu termin altında siyasi məhbusların əl-qolu bağlanaraq təyyarədən okeana atılması nəzərdə tutulur. Sonralar Videlanın zabitlərindən biri 200-ə yaxın “Ölüm uçuşu” keçirildiyini söyləyəcəkdi. Hər dəfə də 30 nəfər məhv edilirdi. Bunun üçün isə artıq informasiya mənbəyi kimi əhəmiyyətini itirən (ya heç nə demədiyinə, ya da hər şeyi dediyinə görə) məhbuslara “peyvənd” adı ilə narkotik və ya yuxu preparatı vurulur, onları təyyarələrə yükləyir və hündürlükdən suya tullayırdılar.

Bu və digər cinayətlərinə görə Videla hələ 1985-ci ildə mühakimə olunaraq ölüm hökmü alsa da, 5 il sonra neoliberal prezident Karlos Menem onu əfv etdi. Növbəti dəfə Videlanı 2006-cı ildə həbs edib daha 2 il sonra yenə ölüm hökmünə məhkum etdilər. Bu günlərdə tamamlanan və sayca üçüncü məhkəmə isə onun siyasi opponentlərinin uşaqlarını oğurlatması ilə bağlıdır. Videlanın göstərişi ilə Sol görüşlü məhbusların azyaşlı və ya məhbəsdə doğulan uşaqları əllərindən alınır, sənədləri dəyişdirilir və uşaqsız ailələrə verilirdi. Həmin körpələr böyüyüb 35-40 yaşlarına çatıblar və hələ də əksəriyyəti əsl valideynlərindən xəbərsizdirlər.

Həmin körpələrin nənələri artıq onillərdir hər cümə günü Buenos-Ayresdəki “Plasa de Mayo”ya (May meydanı) toplaşaraq nəvələrini tələb edirlər. Və bu, Videla rejiminin törətdiyi çeşidli cinayətlərin vur-tut bir şaxəsidir.

***

“Çirkli müharibə” dövrünə dair son 15 ildə bir çox film çəkilib. Onlardan biri də rejissor Marko Beçisin 1999-cu ildə çəkdiyi “Olimpo qarajı” filmidir.

Beçis həmin dövrün dəhşətlərini öz timsalında yaşayıb. O, 1955-ci ildə Çilidə doğulub, atası italyan, anası fransızdır. Uşaqkən Argentinaya köçüblər. Hərbi diktatura dövründə Sol təbliğat apardığına görə 1977-ci ildə gecə evindən oğurlanaraq həbsə atılıb. İşgəncələrə məruz qalıb, o cümlədən elektrik cərəyanı ilə. Və yalnız valideynlərinin hm əcnəbi olması, həm də əlaqələri Markonun 5 ay sonra azadlığa buraxılması ilə nəticələnib. Sonra isə ölkədən sürgün olunub və Avropaya sığınıb.

Bəzən “Döyüşkən əxlaqpərəst” adlandırılan Beçisin “Olimpo qarajı” filmi cəlladla qurbanlığın dramatik-faciəvi qarşılıqlı münasibətlərini əks etdirir. Düzdür, bu mövzu kino üçün yeni deyil. Məsələn, Liliana Kavaninin “Gecə portyesi” filmində nasist düşərgəsindəki nəzarətçi ilə dustaq qadının müharibədən sonrakı münasibətləri əksini tapıb. Ancaq Beçisin filmi ilə Kavaninin klassikası arasında böyük süjet fərqi var: “Olimpo qarajı”nda cəllad da, qurbanlıq da eyni xalqın, eyni ölkənin vətəndaşıdır, ortada irqi və ideoloji qarşıdurma yoxdur, çünki cəllad istənilən ideologiyadan uzaqdır. Yəni, cəllad - adi adamdır, bizlərdən biridir. Və ən dəhşətli nəticə də elə budur - hər bir obıvatel cəllad ola bilər. Baxır şəraitə.

Bəlkə problemi Bodriyyarın “Yalnız tamah var. Tamahdan başqa heç nə yoxdur” kəlmələri daha dəqiq ifadə edir? Axı Beçisin yaratdığı cəllad öz qurbanlarının əşyalarını mənimsəməyi sevir. Onun artıq qol saatlarından ibarət zəngin kolleksiyası var. Yaxud bir epizodda o, işgəncə verdiyi dustaqdan soruşur:

- Ayağının ölçüsü neçədir? 

- 43...

- Çıxar ayaqqabıları. Sənə lazım olmayacaq...

Digər epizodda isə o, həbs üçün getdiyi mnzildən soyuducunu mənimsəyir. Və beləcə - cəllad tamahkardır. Argentinada o, qol saatları yığırdı, başqa yerlərdə qurbanının evini (filmdə bu da var), maşınını, hesabdakı pulunu mənimsəyir. Yəni, Beçisin göstərmək istədiyi həqiqət universaldır. Cəllad qurbanını bütöv “həzm edir” - həm həyatını, həm şəxsiyyətini, həm də mülkiyyətini. Bütün ditaturalarda işləəyən resept...

Yazının ardını oxumaq üçün keçid...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]