Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Azərbaycan türk dünyasının mərkəzi olmaq missiyasını üzərinə götürməlidir”

“Azərbaycan türk dünyasının mərkəzi olmaq missiyasını üzərinə götürməlidir”
Bölmə :
KİVDF
Yayım tarixi :
24/2/2016 [11:08]
Baxılıb :
850 dəfə
Aygün Həsənoğlu: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə ictimai təşkilatlar xətti ilə, mədəni və elmi tədbirlər yolu ilə dəstək vermək lazımdır”

(Əvvəli ötən sayımızda)

Qeyd etdiyimiz kimi, bu gün dünya yeni "inteqrasiya dalğasını" yaşayır. XXI yüzilliyin əvvəli inteqrasiya fenomeninin mahiyyətinə, suveren dövlətlərin inkişafına onun təsirinin öyrənilməsinə son dərəcə artan ictimai və elmi maraqla səciyyələnir. Azərbaycanda da yaxın və uzaq əhatədə gedən sürətli inteqrasiya proseslərinin dərin təhlilinə, ölkəmizin milli təhlükəsizliyinə və perspektivlərinə, yeni geosiyasi reallıqda başlıca inkişaf vektorlarının seçiminə, Avropa və MDB ölkələri ilə dəyişən şəraitdə qarşılıqlı münasibətin və əməkdaşlığın optimal formatının müəyyənləşməsinə olan zərurət bu proseslərin elmi əsaslandırılmış konsepsiyasının olmasını tələb edir.

"İnteqrasiya"nın ideya və anlayış kimi etimoloji mənasının kifayət qədər anlaşıqlı olması şəraitində, onun nəzəriyyə səviyyəsində şərhlər müxtəlifliyini doğurması, əlbəttə ki, paradoksal məqamdır. Öz növbəsində bu da onu göstərir ki, inteqrasiya söz və ideya kimi müstəvidən, real əməkdaşlıq modelinə və inkişaf paradiqması müstəvisinə keçid alandan sonra onun məna (nəzəri və təcrübi) mürəkkəbliyi dərk edilməyə başlanmışdır. Misal kimi, MDB-nin beş ölkəsində eyni vaxtda - siyasətçilər, hüquqşünaslar, iqtisadçılar, KİV icmalçıları, iri şirkətlərin menecerləri və ictimaiyyət arasında keçirilən rəy sorğusu gedişində məlum olmuşdur ki, hətta peşəkar mütəxəssislər arasında belə "inteqrasiya" sözünün mənasında qeyri-müəyyənlik dərəcəsi həddindən çoxdur. Əksəriyyət bunu sadəcə iki ölkə arasında mübadilə, əməkdaşlıq kimi başa düşür.

Dünyada mövcud olan inteqrasiya modellərinin tipologiyası və strukturuna bələd olmaq da, nəzəri konsepsiyaların təhlili qədər bəlkə daha çox önəmlidir. Bu bir tərəfdən inteqrasiyanı ənənəvi iqtisadi əməkdaşlıqla, ticarət ittifaqları ilə eyniləşdirmək kimi rast gəlinən mövqedən uzaq olmağa, digər tərəfdən isə real modellərin müxtəlifliyinin təməlində hansı amillərin durduğunu görməyə imkan verir.

Beləliklə, İstanbulda yaşayan yazıçı-tədqiqatçı, fəlsəfə doktoru, erməni separatizmi ilə bağlı bir sıra kitabların müəllifi Aygün Həsənoğlunun "Bizim Yol"a, müasir inteqrasiya prosesləri, millətlərin və dövlətlərin bu prosesdə yeri, ümumbəşəri və milli-mənəvi dəyərlərin sintezi, qeyd olunan nəhəng dalğada milli kimlik amilinin və tarixi özünüdərkin unudulmaması, habelə digər mövzular ətrafındakı müsahibəsinin davamını təqdim edirik:

- Dövlətin təqaüd verdiyi yazıçı, dövlət, vətən və millət ideologiyasının daşıyıcısı olmalıdır. Yoxsa dövlətdən təqaüd alıb dövlətin himnini lağa qoyanlar var.  Orta məktəb dərsliklərində, xüsusilə, ədəbiyyat dərsliyində o qədər lazımsız əsərlər var ki, niyə məktəb dərsliyinə salındığını başa düşə bilmirsən. Hüseyn Cavidin möhtəşəm əsərləri kənarda qalıb, lazımsız insanların mənasız şeirləri ibtidai sinif dərsliyini işğal edib. Məmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu" kimi əsər ortalıqda yoxdur.  Orta məktəb müəllimlərimizin bilik və dünyagörüşünü artıran hansı metodik vəsaitlər var?! Bütün bu işləri nizama salmaq üçün ciddi proqramlarla birlikdə vətəndaş nəzarəti də olmalıdır. 

- Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya inteqrasiya, müasir Qərb elminin mənimsənilməsi, üstün dəyərlərdən faydalanmaq yolunu seçdi. Bu istiqamətdə nələrə nail ola bilmişik? 

- Bu strategiya özlüyündə çox müsbətdir və doğru-düzgün yararlanmaqla Azərbaycan böyük uğurlar əldə edə bilər. Digər tərəfdən biz Avropaya avropalı kimi  girməyə çalışırıq. Bu, yanlışdır. Avropa bizim kim olduğumuzu bilir və nə edirsək edək, bizi avropalı kimi qəbul etməyəcək. Türkiyə və ya Azərbaycan türk dünyasının mərkəzi olmaq missiyasını üzərinə götürməlidir. Mən vaxtilə bununla əlaqədar Azərbaycan Prezident Administrasiyasına və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təkliflər vermişdim. Nazirliyə verdiyim təkliflərdə, xüsusilə, "Türksoy"un fəaliyyətinin genişləndirilməsini və  hərəkətə gətirilməsini əhatə edən layihlər təqdim etmişdim. Lakin o zaman mənə dedilər ki, "Türksoy" əbədi Azərbaycanda qalmayacaq. Maraqlanan olmadı. 

Bir müddət sonra Azərbaycan Prezidenti "Türksoy"un tədbirində iştirak edərkən, onun fondunun yaradılmasını təklif etdi. Dövlət başçısının bu addımı olduqca təqdirə layiqdir. Hesab edirəm ki, bu cür qurumların fəaliyyətini artırmaq, bunun paralelində iqtisadi əlaqələri və layihələri genişləndirmək lazımdır. İqtisadi bağlılıq ən böyük bağlılıqdır. Türk xalqları ən məhsuldar və zəngin torpaqlarda yerləşmişlər. Onlar əl-ələ versələr, ən böyük iqtisadi güclərdən birinə çevrilə bilərlər. Yalnız iqtisadiyyatını gücləndirməklə və bir gücə çevrilməklə öz varlığını qoruyub saxlaya bilərsən.

- Türkiyə - Azərbaycan münasibətləri hazırda iki səviyyədə qərarlaşıb: dövlətlər səviyyəsində və xalqlar səviyyəsində. Bu səviyyələr arasında necə bir paralellər aparmaq olar? 

- Dövlətlər xalqların tələb etdiyini etməyə məcburdur. Əks halda xalq o dövləti, yaxud dövləti idarə edən iqtidarı qəbul etməz. Azərbaycanla Türkiyəni qan və soydan başqa, həm də Şəhidlər birləşdirir. Bunu hər kəs anlamalıdır. Türkiyənin də, Azərbaycanın da ayrı-ayrılıqda apardıqları böyük işlər var. Azərbaycanın layihəsi kimi Bakı-Tiflis-Ceyhan, yaxud Bakı-Qars dəmir yolu böyük layihələrdir və bu 2 ölkə arasında qan damarı kimi bir rol daşıyır. Azərbaycanın Türkiyə ilə vizanı qaldırmaması hamımızı narahat edən bir məsələdir. Təbii ki, Azərbaycan rəsmiləri bunun səbəbləri ilə bağlı açıqlamalar veriblər, yenə də insanlarımız narahatdırlar. Ölkələrimiz arasında yol pulunun baha olması da bu iki ölkənin xalqlar səviyyəsində yaxınlaşmasına, birləşməsinə mane olan amildir. Çalışmaq lazımdır ki, münasibətlər həm də ziyalılar, yəni alim və yazıçılar, mədəniyyət işçiləri arasında qurulsun.  

Türkiyədəki dərnəklər böyük gücə sahibdirlər. Öz qonaq evləri də var. Çoxu istedadlı, yaxşı oxuyan tələbələrə təqaüd verir, məktəblər açırlar. Böyük layihələr həyata keçirirlər. Türkiyədəki Azərbaycan dərnəklərinin isə heç bir maddi gücü yoxdur. Mən İstanbulda yaşayıram. Buradakı Azərbaycan dərnəklərinin hamısının rəhbəri iğdırlıdır. Onlar böyük layihələr həyata keçirə bilmir. Yalnız Qarabağ, Xocalı həqiqətlərinin çatdırılması üçün tədbirlər keçirirlər. Bununla dərnək saxlamaq olmaz. Mənim bəzi təkliflərim oldu onlara. Amma görürəm ki, alınmır. 

- Özünüzün bu istiqamətdə hansısa planlarınız varmı?

- Özüm bir vakıf qurmaq istəyirəm. Vakıfların Türkiyədə hətta unuversitet, xəstəxana açmaq kimi hüquqları da var. Azərbaycandan gələn xəstələr Türkiyənin özəl xəstəxanalarında böyük borca düşürlər. "Facebook"dan mənə dəfələrlə yardım istəyən şəxslərin mesajları gəlir. Mənim onlara kömək etmək üçün maddi imkanım yoxdur. Əlimdən gələni etmişəm, məsələn, 2012-ci ildə toy mərasimimdən yığılan puldan Xatirə Tağıyevanın xəstəxana borcunun ödənilməsi üçün verdim. 2 aydır bura gəlmiş bir bacı-qardaşı evimdə saxlamışam. Mənim bundan artığına şəxsi gücüm çatmır. 
İnsanlarımız Türkiyəyə gəlir, amma buranın qayda-qanunlarını bilmədiklərindən ağır vəziyyətə düşürlər, qapılarda qalırlar. Bunlara bir təşkilat dəstək durmalıdır. O da yoxdur. Xalqlar bir-birini sevə bilər, amma dövlətlər arasında müəyyən qanunlar vardır. O qanunlar nəzərə alınmalıdır. Türkiyədə azərbaycanlı qaçaq (pasport, viza vaxtı bitmiş) ailələrin minlərlə uşaqları var ki, 17 yaşlarına çatsalar da, oxumaq-yazmaq bilmirlər. Bu uşaqlara özəl məktəb açmaq lazımdır. Xalqlarımız arasındakı münasibətlərə ictimai təşkilatlar xətti ilə, mədəni və elmi tədbirlər yolu ilə də dəstək vermək olar.  

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]