Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Arif Hacılı əməkdaşımızı təhqir etdi - «Sən tərbiyəsiz adamsan»

Arif Hacılı əməkdaşımızı təhqir etdi - «Sən tərbiyəsiz adamsan»
Bölmə :
Müsahibə
Yayım tarixi :
10/7/2012 [14:04]
Baxılıb :
4035 dəfə
Sabiq vicdan məhbusu «Bizim Yol»un hansı suallarına cavab vermədi?
«Mən Azərbaycan tarixində iki dəfə əfv fərmanıyla azadlığa çıxan yeganə adamam”¦Â»

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, sabiq vicdan məhbusu Arif Hacılıdan müsahibə almağı zəruri edən səbəblər vardı. Müsavat funksioneri hələ həbsdəykən bir sıra suallarla medianın diqqət mərkəzində idi. Bu sıraya partiya qurultayının keçirilməməsi ilə bağlı Müsavat rəhbərliyinə ünvanladığı narazılıqlar, onun iddiasına qarşı verilən reaksiyalara verdiyi sərt təpkilərlə bağlı idi.

Arif Hacılının prezidentə müraciətindən və həbsdən çıxdıqdan sonra ona veriləsi sualların sayı daha da artdı. Və o bizdən əvvəl qəzetlərə, saytalara müsahibələrində bu istiqamətdə açıqlamalar vermirdi. Müsavat funksionerindən israrla müsahibə götürməyimizin səbəbi yalnız bu idi, bizim jurnalist marağından başqa hər hansı marağımızdan söhbət gedə bilməzdi. Arif Hacılı isə bizimlə siyasətçiyə yaraşmayan tərzdə - kobud və təhqiramiz şəkildə davrandı.

- Arif bəy, prezidentə müraciətiniz əfv təəssüratı doğurdu, özünüz bu barədə nə deyə bilərsiniz? 

- Mən Azərbaycan tarixində iki dəfə əfv fərmanıyla azadlığa çıxan yeganə adamam. İlham Əliyevin hakimiyyəti dövründə iki dəfə həbs olunmuş yeganə siyasətçiyəm. Eyni zamanda, nə birinci, nə də ikinci dəfə əfv ərizəsi yazmamışam, bu barədə düşünməmişəm də. Açığı deyim ki, hakimiyyət dairələri ikinci dəfə həbsdə olanda bu məsələdə mənə hörmətlə yanaşdılar. Onlar mənə bildirdilər ki, əfv ərizəsi yazmayacağınızı bilirlər, sadəcə, başqa vicdan məhbuslarının əfv ərizəsi yazmasına maneçilik törətməməyimi xahiş etdilər. 

- Sizin təsiretmə imkanlarınız var idimi?

- Hərgah mən heç bir maneçilik törətmirdim. Mən heç bir vicdan məhbusuna nə əfv ərizəsi yaz, nə də yazma deməmişəm. Bu məsələni onların öz ixtiyarına buraxmışam. Mənimlə birlikdə 16 saylı Cəzaçəkmə Müəssisəsində olan Zülfüqar Eyvazov və Ülvi Quliyev də, hətta əfvin onlara şamil olunmasına etiraz edilməməsi barədə ərizəni də yazmaq niyyətində olmayıblar. Ona görə mənim İlham Əliyevə müraciətimin bu şəkildə dəyərləndirilməsi yalnız qərəzli adamların fikri ola bilər. Mən həmin müraciətimdə İlham Əliyevdən məni azad etməməyi xahiş etmişəm. Və onların cinayət hesab etdiyi aksiyaların təşkilatçısı özüm olduğumu bildirmişəm, öz üzərimə götürməmişəm, bu doğrudan da belədir. Beləliklə, həmin adamların azadlığa buraxılmasını xahiş etmişəm. Bunu guya ərizə kimi dəyərləndirmək gülüncdür.

- Ancaq müraciətin mətni 100 illik partiyanın başqanı olmaq istəyən siyasətçinin düşüncəsinə yad idi...

- Bu Sizin düşüncənizdir. Hər halda 100 illik indiki partiyanın başqanı və 100 illik partiyanın bizə ötürülməsində mühüm rol oynamış Türkiyə Kültür Dərnəyinin başqanı Cəmil Ünal başqa cür düşünür. Onlar bu hərəkətimi ləyaqət və fədakarlıq nümunəsi kimi dəyərləndirirlər.

- Mətndə belə bir cümlə var: “Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər” fikirləri şəxsən mənə AzTV-dəki çıxışları xatırladırdı... 

Bu məqamda Arif Hacılı əlini diktafona uzadıb kobudcasına “bunu söndür” deyərək ayağa qalxdı və məni “Sən tərbiyəsiz adamsan” deyə təhqir edərək otağı tərk etdi. Mən ona müsahibə aldığımı və suallarımın da heç bir aşağılayıcı səciyyə daşımadığını söyləsəm də, Müsavat funksioneri çox əsəbi şəkildə etiraz etdi. Verəcəyim sualın ardı beləydi: Özünü mühacirətdə ömrünü başa vuran Rəsulzadə ardıcılı kimi təqdim edən siyasətçinin belə müraciət yazması necə qiymətləndirilə bilər?

Arfi Hacılının təhqiramiz hərəkətinə qarşı ən yaxşı cavab ona ünvanlamağa hazırlaşdığım sualları oxucuların diqqətinə çatdırmaqdır. Yaxşı olardı ki, əsl qiyməti oxucu versin!

- Arif bəy, Siz həbsdə olarkən “Demokratiya üçün oxu” kampaniyasını aparanlar vicdan məhbuslarının azadlığa çıxması tələblərini irəli sürür və buna görə hakimiyyət tərəfdarlarının “ermənilərin çirkin niyyətinə dəstək verirsiniz” ittihamına hədəf olurdular. Bu mənada Siz “Eurovision”a görə milyonların mənimsənilməsinə etiraz etmək əvəzinə, YAP-çıların ritorikasından çıxış etmirsinizmi?

- Müraciətinizdə Azərbaycanın dünya birliyində layiqli yer tutmasının vacibliyini vurğulamısınız. Məgər, hakimiyyət “Eurovision”a görə məhkəmənin hökmü olmadan vətəndaşların evlərini dağıdanda Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmurdumu, bu barədə yazmaq olmazdımı?

- Arif bəy, vətəndaş sülhündən danışırdınız, məgər, 2 aprelə qədər vətəndaş sülhü yox idimi ki, bu ehtiyacın vacibliyini vurğuladınız müraciətinizdə?

- 2 aprelə qədər İP-in və Müsavat Məclisinin toplantılarında mitinqlərin hələ vaxtının çatmadığını söyləyənlərə aksiyaların Konstitusiya hüququ olduğunu bildirirdiniz. Bəs sonradan vətəndaş sülhü lazım idisə, bəs konstitusiya hüququ necə olsun? Axı Siz bu hüququ tələb etdiyiniz üçün həbs edilmişdiniz...

- Xatırlayırsınızmı, 2 apreldən əvvəl İP-in iclaslarınlda, mətbuatda və facebookda inqilabın vacibliyindən danışırdınız, o zaman niyə vətəndaş sülhü yada düşmədi? Həbsdən çıxandan sonra bu fikirlərinizdə dəyişiklik yaranmasına səbəb nədir?

- Sizin dediyiniz vətəndaş sülhü ümumiyyətlə, nə deməkdir? Yəni müxalifət oliqarx məmurlarla vətəndaş sülhünə getməlidir?

- Yaxşı, müxalifət hakimiyyətlə sülhə getdi, bəs xalq?

- Necə olur ki, hakimiyyəti Sizi həbsdə haqsız saxladığına görə tənqid etmirsiniz, amma vətəndaş sülhündən danışırsınız? Bəlkə həbsdən azad etdiyinə görə təşəkkürə də ehtiyac yaranmışdı, vətəndaş sülhü ehtiyacı kimi?

- Doğrudanmı, həbsxanada o dərəcədə darıxırdınız ki, “Darıxıram” şerini yazdınız? Partiya üzv olan gənc yazarlar bunu ironiya ilə qarşıladılar və hətta utandıqlarını bildirdilər, məsələn, Seymur Baycan və Əli Əkbər...

- “Yeni Müsavat”a müsahibənizdə hakimiyyətlə dialoqun zəruri ehtiyac olduğunu bildirmisiniz. “Bir çox məsələlərin masa arxasında müzakirə edilməsi həddən artıq zəruridir və demokratik cəmiyyətlərdə qəbul olunmuş adi bir haldır” demisniz. Hazırda hakimiyyətdə belə iradə varmı? Fikrrinzi nəylə əsaslandırıbsınız? 

- Müsavat Partiyasının son məclis toplantısında İsa Qəmbər Cənubi Qafqazda dəyişikliklərin labüd olduğunu, Siz isə labüd olmadığını və mübarizə aparmağın vacibliyini bildirdiniz. Bu ziddiyyəti necə izah edərdiniz?

- Bildirirsiniz ki, hədəfə çatmaqdan ötrü bir çox mərhələlərdən keçməli, bir sıra nəticələrə nail olmalıyıq, Nədən ibarətdir bu mərhələlər?

- “Yeni Müsavat”a müsahibənizdə İctimai Palatanın (İP) ötən il kifayət qədər çevik və dinamik fəaliyyət göstərə bilmədiyini söyləyib və bildiibiniz ki, İP üçün əsas sınaq prezident seçkiləri ərəfəsi dövrü olacaq. Əgər İP vahid siyasi konsepsiya, vahid platforma, vahid namizədlə seçkilərdə iştirak edə biləcəksə, sınaqdan uğurla çıxacaq. Əksinə olacaqsa, İP-in ömrü təxminən 2013-cü ilin prezident seçkiləri ərəfəsi dövrünədək davam edəcək. Ancaq həm İsa bəy, həm də Əli bəy namizəd məsələsinin müzakirəsinə lüzum görmədilər. Ümumiyyətlə, həm İP-nin fəaliyyəti, həm də namizəd məsələsini indiki məqamda gündəmə gətirməklə nə demək istəyirdiniz?

- Bəs İP Əli Kərimlinin namizədliyini dəstəkləsə, qurum dağılmaq təhlükəsi ilə üzləşərmi?

- Həbsxanadan “Yeni Müsavat”a verdiyiniz müsahibədə Müsavat başqanını həbsdə saxlamağın daha çətin olduğunu qeyd edir və bununla da artıq başqan olduğunuza işarə edirdiniz. Qurultay keçirilmədən bu iddianı səsləndirməyi necə izah edərdiniz?

- Siz həbsdəykən qurultayın keçirilməsini israr edir və başqan seçilsəniz də, müvəqqəti olaraq səlahiyyətlərin İsa Qəmbərin davam etdirilməsini vurğulamısınız. Ancaq partiyanın nizamnaməsinə görə yeni seçilən başqan hansısa səbəblərdən səlahiyyətini icra edə bilmirsə, başqan səlahiyyətlərini müvəqqəti olaraq partiyanın ikinci şəxsi - Məclis sədri həyata keçirməlidir. İcra Aparatının rəhbəri kimi nizamnamədəki bu müddəanı nəzərə almamsınız?...

P.S. Bir daha vurğulayıram, mənim Arif Hacılıya qarşı heç bir qərəzim və özünün dediyi kimi tərbiyəsiz münasibətim olmayıb. Bəli, jurnalistin sualları çətin ola bilər, amma siyasətçi də bu çətin suallar qarşısında özünü performans etməyi bacarmalıdır. Hətta jurnalist müsahibə zamanı standartlardan kənara da çıxa bilər, amma 100 illik partiyanın başqanlıq postuna iddia edən şəxs də bu sualların ictimaiyyətdə, siyasi dəhlizlərdə səsləndiyini də nəzərə almalıdır. Əlbəttə ki, mənim sualların bunlarla bitməyəcəkdi, yəni Müsavat funksionerinin cavabları yeni suallar yarada bilərdi. Nəhayət, Arif Hacılıya partiyadaşı Hikmət Hacızadənin jurnalistlərə həmişə tövsiyə etdiyi “Frost Niksona qarşı” adlı məşhur Amerika filminə baxmağı məsləhət görərdim.

Hörmətlə Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]