Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Balans siyasətindən imtina başqa bölgələrdə keçərli ola bilər, amma Qafqazda mümkün deyil”

“Balans siyasətindən imtina başqa bölgələrdə keçərli ola bilər, amma Qafqazda mümkün deyil”
Bölmə :
KİVDF
Yayım tarixi :
19/2/2016 [23:47]
Baxılıb :
968 dəfə
Araz Aslanlı: “Bu gün xarici siyasətdə müəyyən məsələlərlə bağlı operativliyin artırılmasına, diplomatik korpusun keyfiyyətinin yüksəldilməsinə ehtiyac var”

(Əvvəli ötən sayımızda)

Cənubi Qafqazda yaşanan proseslər, regionda böyük dövlətlərin maraqlarının toqquşması, Azərbaycanın bölgədəki siyasi gedişləri və sonrakı proseslər, həmçinin digər məsələlər ətrafında, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QSAM) rəhbəri Araz Aslanlının "Bizim Yol"a müsahibəsinin davamını təqdim edirik:

- Doğrudur, Rusiya və İranın - iki böyük imperiya dövlətinin bu məsələdə maraqları üst-üstə düşür. Əsas məqsəd də Qərbin Xəzər bölgəsinə girməsinə mane olmaq və ərazinin tam sahibləri olaraq qalmaq. Amma maraqlıdır ki, Xəzərin hüquqi statusu məsələsində İran qədər Türkmənistan da fərqli mövqe sərgiləyir. Ortada həqiqətən milli maraq toqquşması var, yoxsa bu iki dövlət hansısa məqsədlərlə spekulyasiya edir?

- Xəzərin statusu probleminin həlli ilə bağlı indiyə qədər irəli sürülmüş təklifləri belə ümumiləşdirmək olar:

1) Rusiya və İran - sahilyanı dövlətlərin Xəzərdən birgə istifadəsini,
2) Azərbaycan - ya Xəzərə Birləşmiş Millətlər Dəniz Hüququ Konvensiyasının tətbiqini, ya da Xəzərin "orta xətt" prinsipi ilə milli sektorlara bölünməsini, 
3) İran və Türkmənistan - Xəzərin sahilyanı dövlətlər arasında 5 bərabər milli sektora bölünməsini,
4) Rusiya və İran - Xəzəryanı ölkələrə ərazi suları və xüsusi iqtisadi zona üçün müəyyən (Rusiya və İran tərəfinin təklif etdiyi rəqəmlər bir qədər fərqli olub, cəmi 32-45 mil arasında dəyişmişdir) bir hissənin verilməsini, qalan hissənin birgə istifadə üçün qalmasını müdafiə etmişdir.

Hazırda praktiki baxımdan Rusiya, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli və üçtərəfli müqavilələr mövcud olduğuna görə, problem Türkmənistan və İran ilə razılığın əldə edilməsiylə bağlı qalır. Amma bu iki dövlətin problemləri tam eyni deyil. Türkmənistanın problemi Azərbaycan ilə mübahisəli yataqlardır. İran isə ümumiyyətlə Xəzərin statusu probleminin ya ona Xəzərlə bağlı qərarlarda veto hüququ verəcək şəkildə həll edilməsini, ya da həlsiz qalmasını arzulamışdır. Bununla da Xəzərdə onun maraqlarına zidd iqtisadi, siyasi, hərbi proseslərin qarşısını ala biləcəyini düşünmüşdür. Amma Xəzərdəki proseslər İranın bu niyyətinə çata bilmədiyini göstərmişdir. İran sadəcə öz sularına yaxın bəzi ərazilərdə Azərbaycanın neft istehsalına mane ola bilmiş və Transxəzər layihəsi ilə bağlı Rusiya ilə birgə müxalifətini digər məqamlarla yanaşı, həm də status probleminin davam etməsi ilə əsaslandırmağa çalışmışdır.   

İranın sonrakı mərhələlərdə təklif etdiyi Xəzərin sahilyanı dövlətlər arasında bərabər şəkildə (hər bir dövlətə 20%-lik hissə çatacaq şəkildə) paylaşılması iddiasının isə heç bir hüquqi əsası yoxdur və sadəcə xəritəyə nəzər salaraq bunun praktiki cəhətdən mümkün olmadığını görmək mümkündür. İranın bu təklifi haradasa mövcud olan bir əmlakın bölünməsindən söhbət getsəydi belə, mübahisəli olardı. Ancaq söhbət milli sektorları və beləliklə, həm də sərhədləri müəyyənləşdirməkdən gedirsə, mütləq bərabər bölgü necə həyata keçirilə bilər, bu, aydın deyil.

Azərbaycanın müdafiə etdiyi "orta xətt" prinsipi ilə bölgünün tətbiqi baxımından da müəyyən problemlər mövcuddur. Sahil xəttinin dövlətin qurudakı ərazisindən, yoxsa adalarından hesablanacağı, Azərbaycanın timsalında hətta qurudakı ərazidən hesablansa belə, Abşeron yarımadasının üç nöqtəsindən hesablanarsa, Türkmənistanın etirazı problem kimi qalır. Digər tərəfdən Xəzərdə suyun səviyyəsinin dəyişməsinin orta xəttə təsiri problemi də mövcuddur.

- Azərbaycanın balanslı siyasəti və heç bir bloka qoşulmama prinsipi qabaqlar tənqid edilsə də, artıq hətta Qərb və Rusiya analitikləri tərəfindən də təqdir olunur. Buna missal olaraq, Gürcüstan və Ukraynanın birmənalı Qərbə seçim etmələri və ərazilərinin itirilməsini, yaxud birmənalı Rusiyaya meyl edən Suriyanın bu gün başına gələnləri göstərmək olar. Necə düşünürsünüz, balanslaşdırılmış siyasi kurs Azərbaycana nə qazandırıb indiyədək? 

- Azərbaycan müstəqilliyinin ilk dövründə xarici siyasətlə bağlı axtarışlar mərhələsini yaşadı. Bu, bir qədər də təbii idi. Çünki söhbət sadəcə xarici siyasət kursunun müəyyənləşdirilməsindən getmirdi. Azərbaycan bir yandan müstəqilliyini möhkəmləndirməyə, digər yandan ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzün qarşısını almağa çalışırdı. Dövlətçilik baxımından siyasi təcrübə əskikliyi də var idi. Belə bir vaxtda xarici siyasət kursu ilə bağlı qeyri-müəyyənliklər, ya da radikal açıqlamalar arzuolunan olmasa da, təbii idi.

Amma bir mərhələdən sonra (1993-cü ilin sonundan etibarən) Heydər Əliyev tərəfindən balanslaşdırılmış xarici siyasət kursu müəyyənləşdirildi və hazırda da uğurla davam etdirilir. Bu kursun uğurla aparılması üçün Azərbaycanda digər dövlətlərə adi hərbi bazaların olmaması çox əhəmiyyətli idi. Bu baxımdan Əbülfəz Elçibəy hakimiyyəti vaxtında başlanan və İlham Əliyevin prezidentliyi dövründə başa çatdırılan Rus ordusunun və ümumiyyətlə hərbi varlığının Azərbaycandan tam çıxarılması prosesi çox əhəmiyyətli olmuşdur. 

Bəziləri düşünür ki, dünyadakı güc mərkəzlərindən birinə yaxın olaraq siyasət formalaşdırmaq daha doğru olar. Bu, bəlkə başqa regionda mümkün ola bilər. Amma bizim regionda bu cür siyasətlər bəzi siyasi liderlər üçün uğur gətirsə də, ölkələr üçün fəlakətlərə səbəb olduğu bir neçə dəfə görünmüşdür. Böyük güclərin arasında, eləcə də öz dövlət maraqlarınız ilə böyük güclərin maraqları arasında balansı qorumağa çalışmaq çətin prosesdir. Amma nə yaxşı ki, bu çətin prosesi Azərbaycan hələ ki, uğurla apara bilir.

- Nəhayət, fikrinizcə, dünya birliyi ölkəmizi özünün ayrılmaz tərkib hissəsi kimi hesab edirmi artıq? Yoxsa hələ bu səviyyəyə çatmaq üçün çoxmu yol qət etməliyik?

- Azərbaycan beynəlxalq təşkilatlara inteqrasiya baxımından və digər dövlətlərlə münasibətlər qurmaq baxımından xeyli məsafə qət edib. Avropa qurumlarında yüksək səviyyəli iştirak, BMT başda olmaqla qlobal əhəmiyyətli təşkilatlarda iştirak diqqəti cəlb edir. Xüsusilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi Azərbaycan üçün ciddi uğur idi.

Amma demək olmaz ki, hər şey əladır. Xarici siyasətdə müəyyən məsələlərlə bağlı operativliyin artırılmasına, müəyyənləşdirilən siyasətin uğurla icrası baxımından diplomatik korpusun keyfiyyətinin yüksəldilməsinə və s. məsələlərə ehtiyac davam edir. Eləcə də daxildə müəyyən işlər elə qurulmalıdır ki, diplomatik korpus fəaliyyətini Azərbaycana qarşı yönəlmiş ittihamların cavablandırılmasına deyil, daha çox hücum taktikası ilə siyasətin icrasına həsr edə bilsin. Çünki ərazi bötüvlüyü problemimiz davam edir və bu məsələnin həlli baxımından diplomatiya hələ ki, tək sahəni; ümumilikdə isə iki əsas sahədən birini təşkil edir.

P.S.  SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının ikidən beşə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Xəzərin hüquqi statusu uzun illər Rusiya (SSRİ) və İran arasında bağlanmış ikitərəfli müqavilələrlə tənzimlənirdi. Xəzərin hüquqi statusunun ilkin müddəaları Peterburq (1723), Rəşt (1731), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrində öz əksini tapmışdır. Lakin həmin sənədlərdə də hüquqi baxımdan "status" anlayışı olmamışdır. Bu müqavilələrlə Rusiyaya Xəzərdə böyük imtiyazlar verilirdi. Xəzərin hüquqi statusuna daha çox diqqət 1921-ci il fevralın 26-da Moskvada imzalanmış Rusiya-İran müqaviləsində verilmişdir. Bu müqavilənin 3-cü maddəsində deyilir: "1881-ci ildə sərhəd komissiyası tərəfindən müəyyən edilmiş sərhəd xəttini hər iki yüksək səviyyədə danışıq aparan tərəflər İran və Rusiya arasında su sərhədi kimi qəbul etməyə razılaşır. Bu sərhəd qorunmalı və toxunulmazdır". 1992-ci illərdən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. Hüquqi status məsələsinin sonrakı müzakirələri də göstərdi ki, Xəzərin hüquqi statusu məsələsinə hər bir dövlət fərqli yanaşır və bu zaman daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykənirlər.

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]