Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bu problem bölgəmizdə rentabelli beynəlxalq layihələrin reallaşdırılmasına imkan vermir”

“Bu problem bölgəmizdə rentabelli beynəlxalq layihələrin reallaşdırılmasına imkan vermir”
Bölmə :
KİVDF
Yayım tarixi :
18/2/2016 [23:15]
Baxılıb :
841 dəfə
Araz Aslanlı: “Rusiya və İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyi ona hesablanıb ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan müstəqil şəkildə neft və təbii qaz istehsal edə və bunları beynəlxalq bazarlara çıxara bilməsin”

Cənubi Qafqaz bugünkü Azərbaycan, Gürcüstan və Ermənistan dövlətlərini əhatə edən, İran, Rusiya və Türkiyə arasında, Böyük Qafqaz sıra dağlarının cənubunda yerləşən coğrafi-siyasi bölgədir. Şərqi Avropada yer alan Azərbaycanın Şimal-şərq seqmenti xaricində, Cənubi Qafqazın çoxu coğrafi olaraq Cənub-Şərqi Asiyaya düşür. Buna baxmayaraq, siyasi baxımdan bölgə tamamilə Şərqi Avropanın hissəsi olaraq tanınır.

Dünyanın müxtəlif regionlarında müşahidə edilən aktiv geosiyasi proseslər qlobal miqyasda öz təsirini göstərir. O cümlədən, Cənubi Qafqazda vəziyyət dəyişir. Meydana çıxan bəzi hadisələr bütövlükdə regionun geosiyasi dinamikasında yeniləşmələrin təzahür etdiyinə işarə verir. Cənubi Qafqaz məsələsinə dünya gücləri tərəfindən Yaxın Şərq və postsovet məkanı kontekstində yanaşılır. Hər iki regionda cərəyan edən geosiyasi proseslərin təsiri yüksək qiymətləndirilir. Bununla yanaşı, Cənubi Qafqazın öz dinamikası vardır. Burada hadisələrin təkamülü özünəməxsus siyasi və geosiyasi məntiqə malikdir. Bu bağlılıqda region dövlətlərinin öz maraqlarını qoruması faktını qeyd etməliyik. Azərbaycan, Ermənistan və Gürcüstan bölgədə baş verən proseslərə fərqli yanaşırlar.
Azərbaycanın regionun geosiyasi məsələlərinə yanaşma tərzi tamamilə fərqlidir. Azərbaycan sözün həqiqi mənasında lider dövlət kimi davranır. Onun xarici siyasətində əməkdaşlıq və təhlükəsizliyin təmini hərtərəfli düşünülmüş konsepsiya müstəvisində nəzərdən keçirilir. Rəsmi Bakı tərəflərdən hər hansı birinə üstünlük vermir - onların maraqlarının balanslaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu səbəbdən Azərbaycan geosiyasi konfiqurasiya variantlarını qarşı-qarşıya qoymur.
Cənubi Qafqazda yaşanan proseslər, Azərbaycanın bölgədəki siyasi gedişləri və sonrakı proseslərlə bağlı "Bizim Yol"un suallarını, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Araz Aslanlı cavablandırıb:
- Araz bəy, böyük imperiyaların qonşuluğunda yerləşən və tarixən işğallara məruz qalan Azərbaycan 20-ci əsrdə iki dəfə müstəqillik arzusuna qovuşdu. İlk müstəqilliyimizin qürurunu tam yaşaya bilməsək də, ikinci dəfə ucaltdığımız üçrəngli bayraq 25 ildir dünyadakı layiqli yerində dalğalanır. Bu gün 25 yaşlı Azərbaycanın daxili inkişafı, sosial-iqtisadi və siyasi sisteminin təkmilləşməsi onun xarici siyasəti ilə nə dərəcədə əlaqəlidir? 

- Əvvəla qeyd edək ki, gənclik əhəmiyyətli bir məsələ olsa da, Azərbaycan əslində daha yaşlıdır (ən azı mirasçısı olduğu Azərbaycan Xalq Cümhuriyyətinə qədər aparmaq olar). Amma hazırkı Azərbaycan Respublikasından söhbət gedirsə, bəli, bu dövlət 25 yaşını qeyd etməyə hazırlaşır. İstənilən dövlət üçün xarici siyasət müstəqilliyin simvollarından biridir. Amma eyni zamanda, getdikcə daxili siyasi, iqtisadi, sosial və s. məsələlərlə xarici siyasət o qədər iç-içə keçir ki, uğurlu xarici siyasətə sahib olmadan bu qeyd olunanların heç birində daimi irəliləyişə nail olmaq mümkün deyil. 

Xüsusilə Azərbaycan Respublikası kimi gənc, eyni zamanda ətrafı təhlükələrlə çevrilmiş ölkələr üçün bu amil daha da böyük əhəmiyyət daşıyır. Bu mənada Azərbaycan bu gün sahib olduqlarını digər vacib məqamlarla yanaşı, həm də xarici siyasəti sayəsində əldə edib. Davam etdirməsi də yenə xeyli dərəcədə xarici siyasətinin uğurluluğuna bağlı olacaq.

- Dünyada sərhədlər get-gedə simvolik məna kəsb edir, mədəniyyətlərin qaynayıb-qarışması prosesi yaşanır, qloballaşma dalğası irili-xırdalı bütün ölkələri, millətləri ağuşuna alır. Belə bir dövrdə həm dünya birliyinə inteqrasiya etmək, həm də milli kimlik faktorunu arxa plana atmamaq... Bunları eyni vaxtda necə etməli? 

- Qeyd etdiyiniz proses özlüyündə müsbət bir tendensiyadır. Ki, dünya xalqları bir-birinə daha da yaxınlaşır, fərqli sivilizasiyalar bir-birindən bəhrələnərək, yeni inkişaf meylləri ortaya çıxarır, insanlar qarşılıqlı nifrətə və savaşa deyil, qarşılıqlı anlaşmaya və sülhə meyllənirlər. Bunlarla yanaşı, milli kimlik faktorunun qorunub saxlanması da çətinləşir, tarixi keçmişindən qopmamaq, öz dəyərlərinin ümumbəşəri axın içərisində əriməsinə mane olmaq çabaları risk altına düşür. Bu mənada, biz də dünya ilə ayaqlaşmağı bacarmaqla bərabər, öz üstün dəyərlərimizə sahib çıxmağı və həmin üstün dəyərləri dünyaya təqdim etməyi gözardı etməməliyik.

- Nə qədər həllində maraqlı görünməsələr də, supergüclər özləri də gözəl anlayır və hətta etiraf edir ki, bu gün regionumuzun inkişafı Azərbaycansız mümkün deyil. Və necə düşünürsünüz, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın ümumi inkişafına nə kimi maneələr yaradır? 

- Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi, ya da qısa adıyla Qarabağ problemi Cənubi Qafqaz və ümumilikdə dünya üçün risk mənbəyidir. Bu, münaqişənin ilk mərhələsində tam belə qiymətləndirilmirdi. Amma 2008-ci ilin avqust hadisələri, Ukraynada baş verənlər, Türkiyə-Rusiya gərginliyi Qarabağ probleminin alovlanmasının yarada biləcəyi təhlükənin miqyasını aydın göstərir.

Hazırkı vəziyyəti ilə də bu problem Cənubi Qafqazın rifah, sülh və əməkdaşlıq regionu olmasına imkan vermir. Bu problem Cənubi Qafqazda bütün dövlətləri əhatə edən daha rentabelli beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasına imkan vermir. Bu problem Cənubi Qafqazda resursların dincməqsədli istifadəsinə imkan vermir. Bu problem Cənubi Qafqaza beynəlxalq sərmayənin cəlb olunmasının qarşısındakı maneələrdən birinə çevrilib və s.

- Xəzərin hüquqi statusu ilə bağlı problem hələ də həllini tapmamış qalır. Bəzi hallarda sahilyanı dövlətlər bir masa arxasına oturaraq, vəziyyəti müzakirə edir, bəzən də uzun müddət bu məsələ gündəliyə çıxarılmır. Vəziyyətin belə dondurulmuş halda qalması üzündən region ölkələri nə itirir? 

- SSRİ-nin dağılmasından və ikiqütblü beynəlxalq sistemin ortadan qalxmasından sonra ortaya çıxan yeni mövzular və yeni problemlər arasında "Xəzərin statusu" da yer almışdır. Üstündən 25 ilə yaxın vaxt keçməsinə baxmayaraq mövzu aktuallığını qoruyur. Bunun əsas səbəblərindən biri beynəlxalq siyasətdə əhəmiyyəti daim artan enerji mövzusu ilə bu mövzunun yaxından əlaqəli olması, daha dəqiqi qlobal enerji təhlükəsizliyinin təmini məsələsində Xəzər regionunun əhəmiyyətinin getdikcə artmasıdır. 

Problemin texniki istiqamətləri təbii ki, var. Amma bu məsələ daha çox enerji mübarizəsindən və ümumiyyətlə region uğrunda mübarizədən qaynaqlanır. Tərəflər texniki məsələlərlə bağlı müxtəlif mövqelər irəli sürsə də, problemin davam etməsində, xüsusilə Rusiya və İranın mövqeyi əsas rol oynayır. Onların da əsas məqsədi o idi ki, Azərbaycan, Qazaxıstan və Türkmənistan müstəqil şəkildə neft və təbii qaz istehsal edə və bunları beynəlxalq bazarlara çıxara bilməsin. Bu iki məsələ baxımından gənc sahilyanı dövlətlər xeyli irəliləyişlər əldə ediblər. Hazırda status probleminin həllsiz qalması daha çox TransXəzər əməkdaşlığına mane olan amillərdən biri kimi çıxış edir.

- Doğrudur, Rusiya və İranın - iki böyük imperiya dövlətinin bu məsələdə maraqları üst-üstə düşür. Əsas məqsəd də Qərbin Xəzər bölgəsinə girməsinə mane olmaq və ərazinin tam sahibləri olaraq qalmaq. Amma maraqlıdır ki, Xəzərin hüquqi statusu məsələsində İran qədər Türkmənistan da fərqli mövqe sərgiləyir. Ortada həqiqətən milli maraq toqquşması var, yoxsa bu iki dövlət hansısa məqsədlərlə spekulyasiya edir? 

(Davamı gələn sayımızda)

ÜMİD

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]