Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Hökumətin özü də Misir Mərdanovdan bezib»

«Hökumətin özü də Misir Mərdanovdan bezib»
Bölmə :
Müsahibə
Yayım tarixi :
18/6/2012 [22:49]
Baxılıb :
1060 dəfə
Etibar Əliyev: “Orta məktəblərdə pedoqoqların 90 faizinin qadınlar olması təhsilin keyfiyyətinə mənfi təsir göstərir»
“Monitorinqlər dəqiq aparılsa, cəmiyyət təhsildə hansı səviyyədə cinayət əməllərinin törədildiyini görə bilər”

“XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev «Bizim Yol»a müsahibəsində təhsil sitemində cərəyan edən proseslərlə bağlı fikirlərini bildirib. Tanınmış ekspert problemləri sadalyıb, onların yaranma səbəblərini, çıxış yollarını təhlil edib. Müsahibəni təqdim edirik. 

- Etibar bəy, başa çatan tədris ili nə ilə yadda qaldı?

- 2012-ci ilin təhsilində yadda qalan iki məsələ oldu: Birincisi, təhsil nazirinin üç müavini - İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova istefaya göndərildi, ikinci yadda qalan hadisə imtahan islahatları idi. Prezidentin fərmanı ilə buraxılış imtahanları və dərsliklərin monitorinqi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə olundu. Nazirin üç müavinin vəzifədən kənarlaşdırılması olduqca ciddi məsələ idi. Bu hadisə “yuxarılar”ın da təhsil sisteminin bərbad vəziyyətindən xəbərdar olduğunu göstərirdi. Ancaq buna baxmayaraq avtoritar piramidanın başında dayanan birinci şəxs hansısa səbəblərdən vəzifəsində qaldı. Buraxılış imtahanlarına gəldikdə, “yuxarılar” nazirliyin bu sahədə ciddi falsifikasiyaya yol verdiyini anlayırdılar. Həm də dərsliklərdəki çoxsaylı qüsurlar bütün cəmiyyətə məlum idi. Ona görə də bu məsələlər də TQDK-yə həvalə olundu.

- Deyirsiniz ki, nazir hansısa səbəblərdənsə vəzifəsində qaldı. Elə hansısa səbəblərdən nazirliyin yüksək vəzifəli işçisi sayılmayan Orxan Kərimov da həbs edildi. Ancaq Orxandan daha çox məsuliyyətli olan şəxslər vəzifələrində qalırlar. Bu barədə bilginiz varmı?

- Əslində, Orxan Kərimovun həbsindən öncə bu tədris ilində baş verən ən ciddi korrupsiya faktları açıqlandı. Respublika Prokurorluğunun rəsmi bəyanatı oldu ki, Təhsil Nazirliyi məktəb tikintisində qanun pozuntularına və mənimsəmələrə yol verib. Bu mənada həbs olunmalı adamlar təmir-tikintiyə məsul olanlar idi. Ancaq əksinə oldu, heç bir səlahiyyət sahibi olmayan, köçürmələrdə ittiham edilən Orxan Kərimov həbs olundu. TQDK-nin rəsmi məlumatına görə 1998-ci ildən 2012-ci ilə qədər 23 minə yaxın tələbə köçürülüb və bütün bu köçürmələrin hamısı nazir Misir Mərdanovun məktubu əsasında həyata keçirilib. Çünki Misir Mərdanov nazir təyin olunandan sonra ali məktəblərdən tələbə köçürülməsi səlahiyyəti alınıb. Çox təəssüflər ki, korrupsiyaya qarşı mübarizənin yeni dalğası kiçik və səlahiyyətsiz məmurların həbsi ilə yadda qaldı. Ancaq Təhsil Nazirliyində elə dəhşətli korrupsiya halları var ki, bunlar heç cür təhlil edilmədən, araşdırılmadan bu günə qədər bir nəfərin həbsilə yekunlaşıbsa, buna obyektivlik donu geyindirmək olmaz.

- Dediyiniz dəhşətli korrupsiya halları əsasən təhsilin hansı strukturlarında yer alıb?

- Təhsil bütövlükdə korrupsiyaya bulaşmış bir sistemdir. Prezident tərəfindən təhsilin inkişafı üçün imzalanmış bütün islahat proqramlarının icrası savadsızlıq nəticəsində fiaskoya uğradı. Məsələn, orta məktəblərin informasiya-kommunikasiya texnologiyaları təminatına ayrılan 30 milyon, Dünya Bankının ayırdığı 26 milyon, məktəblərin ləvazimatlarla təmin olunmasına və məktəb tikintisinə ayrılan vəsaitlərin təyinatı hələ də araşdırılmayıb. Konkret olaraq, məktəb tikintisi əyani şəkildə vəziyyətin necə olduğunu göstərdi. Yaxud məktəblərə gündəliklərin satılması, dərsliklərin çapı, tirajı, nəhayət inhisarı, xüsusən yerli və əcnəbi vətəndaşların ödənişli təhsildən ödənişsiz təhsilə köçürülmələri, bütün bu sahələrdə çox ciddi korrupsiya halları mövcuddur. Ona görə də bu məsələlərin çox ciddi şəkildə araşdırılmasına ehtiyac var.

- Siz araşdırma deyəndə yəqin ki, hüquq-mühafizə orqanlarının işini nəzərdə tutursunuz?

- Əlbəttə. Çünki bu vəsaitlər dövlətə məxsusdur. Dövlətin vəsaitinin bu şəkildə mənimsənilməsi Azərbaycan təhsilini bataqlığa salıb. Artıq təhsilimizin özünü bərpasını proqnozlaşdırmaq belə mümkün deyil.

- Buraxılış imtahanlarının Təhsil Nazirliyindən alınıb TQDK-ə verilməsi orta məktəblərdə birmənalı qarşılanmadı. Bu mənada başlanan prosesin gələcəyini necə görürsünüz?

- Narazılıqlar Bakı məktəblərində keçirilən imtahanlar zamanı büruzə vermədi. Deməli, 830 nəfərə yaxın məzun qeyri-kafi qiymətləndirilmişdi. Daha çox narazılıq Təhsil Nazirliyinin keçirdiyi imtahanlar zamanı olurdu. Belə olanda TQDK güzəşt addımı atmaqda məcbur idi, bu da imtahanların sayının azaldılmasında özünü göstərdi. Çünki Təhsil Nazirliyinin müəyyənləşdirdiyi qaydalarla imtahanlar keçirilsəydi, şagird kontingentinin 50 faizdən çoxu attestatdan məhrum olacaqdı. Ona görə də buraxılış imtahanlarının keçirilməsinə 1 ay qalmış, səlahiyyətlərin TQDK-ə verilməsi müəyyən güzəştli addımlarla nəticələnməliydi. Burada məqsəd çoxsaylı şagird kütləsinin attestat almamasına xidmət etməməlidir. Bu göstərici nə Təhsil Nazirliyini, nə Azərbaycan vətəndaşlarını qane edir. Çünki dövlət 11 il təhsil alan hər bir şagirdə il ərzində 800-1000 manat arasında vəsait xərcləyir. Biz əlavə xərcləri nəzərə almırıq. Əlavə xərclər isə dövlətin ayırdığı xərclərdən bir neçə dəfə çox olsa da, nəticə yoxdur. Bu, o deməkdir ki, təhsil sistemində, xüsusən orta təhsildə çox ciddi boşluqlar var. Ona görə də bu mərhələdə şagirdlərin tam atestatla təmin olunmasına nail olmaq lazımdır. Çünki bütün hallarda şagirdlər ilkin təhsil sənədini əllərinə almalıdırlar. Məsələ ondadır ki, kimi ali məktəbə, kimisə də orta peşə məktəblərinə üz tutur. Nəzərə alın ki, Təhsil Nazirliyinin ötən il keçirdiyi buraxılış imtahanında 20 min şagird attestatdan məhrum oldu. Yadınıza salın, o zaman Təhsil Nazirliyi qarşısında buna görə piketlər, etirazlar keçirildi. Əsas motiv o idi ki, valideynlər övladlarının qiymətləndirilməsinin obyektiv aparılmasına şübhə edirdilər. Bu qeyri-obyektivlik özünü qəbul imtahanlarında da göstərirdi, məsələn, 50 faizə yaxın abituriyent 0-200 bal toplamışdı, baxmayaraq ki, onlar attestat almışdılar.

- Dediklərinizdən belə məntiq yaranır ki, gələcəkdə TQDK buraxılış imtahanlarının sayını artıra bilər?

- Bəli. TQDK təkcə buraxılış imtahanları keçirməklə öz işini başa vurmamalıdır, çox ciddi islahatlar aparmalıdır. TQDK bəyan edir ki, şagirdlərin 40-70 faizə qədəri proqramı mənimsəmir, bu, özü çox ciddi faktdır. Çünki proqramın mənimsənməməsi nəticəsində repititor təhsili ilbəil artır. TQDK orta məktəblərdə iki islahatın astanasındadır, buraxılış və qəbul imtahanları ya birləşdirilməlidir, bu, Avropa modelidir. Rusiya artıq bu modelə keçib və qonşu ölkədə vahid dövlət imtahanı keçirilir. Bu imtahan nəticəsində şagirdlər buraxılış imtahanından aldıqları qiymətlərlə ya ali məktəblərdə yerdəyişmə aparılır, ya da TQDK daha təkmilləşdirilmiş 8 imtahan qaydası ilə müsabiqə keçirməlidir. Hesab edirəm ki, gələn buraxılış imtahanı ilə qəbul imtahanlarının birləşdirilməsi prosesi başa çatmaya bilər. Çünki Rusiya bunun üçün 4 tədris ili sınaq müddəti keçməli oldu.

- Həmin mərhələyə keçmək üçün təhsilə rəhbərlik etmiş şəxslərdən hansı keyfiyyətlər tələb olunur?

- Maraqlı sualdır. Birinci, təhsilin idarə olunmasında şəffaflıq, məktəblərin müstəqilliyi, müəllimlərin təkmilləşməsi, attestasiyası, o cümlədən, orta məktəblərin akreditasiyası ilə bağlı ciddi işlər həyata keçirilməlidir. İkinci, məktəb proqramın hansı səviyyədə yerinə yetirilməsi haqqında hesabat verməlidir. Amma bu günkü məktəb təhsilin keyfiyyətinə cavabdehlik daşımır, bir tərəfdən müəllimlərin məvacibi azdır və bunun nəticəsində repititor təhsili geniş vüsət alıb, başqa tərəfdən dərsliklərdə çox ciddi qüsurlar var. Ciddi çatışmazlıqlardan biri də məktəblərdə pedaqoqların 90 faizinin qadınlar olmasıdır, bu isə təhsilin keyfiyyətinə çox mənfi təsir göstərir.

- Nə mənada?

- Bütün dünyada bu balans gözlənilir. Kişi cinsindən olan pedaqoqların daha keyfiyyətli tədris prosesini həyata keçirmələri əsas götürülür. Görürsünüzmü, məktəb çox ciddi problemlər qarşısındadır. Ona görə TQDK gələcəklə məktəbin indiki durumu ilə işini məhdudlaşsa, Təhsil Nazirliyinin vaxtilə aldığı nəticələrlə rastlaşmalı olacaq. Bu gün Azərbaycan şagirdlərində funksional savadsızlıq baş alıb gedir. Yəni məktəb, baza fənlərin mənimsənilməsində şagirdlərin 80 faizinə yardımçı olmur. İkinci, məktəbin tərbiyəvi funksiyası itib, üçüncü, fiziki tərbiyə də aşağı düşüb, baxın, əksər məktəblərin idman meydançaları dağıdılıb. Əgər məktəbin siması dəyişməsə, orta təhsilimiz indiki ətalətlə də davam edəcək. Çünki orta məktəblərdəki durum rəqabətə davamlı mühitə qoşulmağa imkan vermir.

- Ötən həftənin təhsillə bağlı qalmaqallı xəbəri nazir Misir Mərdanovun vəzifəsindən azad olunması və onun İtaliyaya getməsi haqqında informasiyaların yayılması oldu. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan cəmiyyətində məktəblə bağlı elə bir situasiya yaranıb ki, hamı təhsil nazirinin gedib, yaxud qalması məsələsini müzakirə edir. Artıq heç kimi təhsilin vəziyyəti maraqlandırmır. Fikir verin, bizim təhsil dünyada heç bir göstəricisinə görə tanınmır. Bütün insanlar bir sual üzərində köklənib: Misir Mərdanov gedəcək, yoxsa qalacaq. Əslində, hökumətin özü də bu insandan bezib. Baxın, məktəb tikintisini, uşaq bağçalarını, dərsliklərin monitorinqini, buraxılış imtahanlarını başqa qurumlara verdilər. Naxçıvan Muxtar Respublikası təhsil məsələlərinin akreditasiya üçün Azərbaycandan ayrıldı, ayrıca qurum yaratdılar. Belə bir vəziyyətdə dövlət və cəmiyyət belə bir nazirdən bezib. İndiki vəziyyətdə bir müavini və işlək olmayan aparatı ilə təhsili iflic duruma salmış adam vəzifədə necə qalmaq niyyətindədir? Görəsən, cənab Mərdanov özü düşdüyü vəziyyəti nəzərə alaraq istefa ərizəsini yazıbmı? Sizə maraqlı bir epizodu deyim, sabiq təhsil naziri, mərhum Lidiya Rəsulova müəyyən dövrdə sözü keçmirdi, artıq hər şey siyasiləşmişdi, bunu görəndə, o, gedib oturdu evində, işə gəlmədi. Təsəvvür edin ki, o, 4 ay işə çıxmadı, bunu görən ölkə rəhbərliyi onu işdən azad etdi. Lidiya xanım açıq şəkildə təhsildən imtina etdi və belə bir sistemdə işləyə bilməyəcəyini söylədi. Misir Mərdanovun düşdüyü durum fərqlidir, artıq ali məktəb sistemində kök atmış oliqarx-rektorları onu saymır. Mənim üçün maraqlıdır, görəsən, nazirin istefa istəyi varmı? Ancaq son hərəkətləri onun vəzifədən əl çəkmək istəmədiyini göstərir. Bu adam Azərbaycanın təhsil tarixi haqqında kitab yazır, halbuki, onun bu kitabdan xəbəri yoxdur. Nazir deyir ki, “Azərbaycan təhsilinin tarixi”nə yuxusuz gecələrini həsr edib, axı yuxusuz gecələr üçün arxivlərdə işləmək lazımdır. Biz arxivdən bir dəfə soruşduq, dedilər ki, belə bir adam gəlib, orada işləməyib. Axı, cəmiyyəti bu qədər ələ salmaq olmaz. Azərbaycan təhsilinin tarixi pedaqoqlar, tarixçilər bir yerdə yazmalıdırlar. Yaxşı, 14 dərsliyin müəllifi, 5 jurnalın baş redaktoru, Kollegiyanın rəhbəri və ümumiyyətlə, təhsildəki bu qədər problemlər imkan verirmi ki, 4 cildlik təhsilin tarixini yazasan? Mənbə belə gəlir ki, bu insanın tükəndiyini cəmiyyət nə qədər dəqiq bilirsə, hökumət də bir o qədər bilir. Vaxt, zaman məsələsini heç cür anlamaq olmur. Kimsə ümid edir ki, bu adama ikinci islahat nəfəsi gələcək, səhv edir. Əgər monitorinqlər dəqiq aparılsa, cəmiyyət təhsildə hansı səviyyədə cinayət əməllərinin törədildiyini görə bilər.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]