Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Azərbaycana Şimaldan təhlükə var»

«Azərbaycana Şimaldan təhlükə var»
Bölmə :
Müsahibə
Yayım tarixi :
16/2/2016 [18:31]
Baxılıb :
12635 dəfə
Xaləddin İbrahimli: «Orta Doğunu-müsəlman dünyasının nüvəsini böyük güclər yenidən şəkilləndirmək istəyir»
«PKK ilə sərt rəftar etdiyinə və “Orta Doğu” planına qarşı olduğuna görə ABŞ bölgəyə Rusiyanı gətirdi və Rusiya açıq aşkar onun sifarişlərini yerinə yetirir»

«Dəyişmələr etmək lazımdır, dəyişməni imitasiya etmək özünüaldatmaq və ən əsası qızıldan qiymətli vaxt itirmək deməkdir»

Bir müddətdir Türkiyədə yaşayan tarix elmləri doktoru, tanınmış politoloq Xaləddin İbrahimli ilə Azərbaycanda və regionda cərəyan edən proseslərlə bağlı söhbət edib fikirlərini öyrəndik. Politoloq Suriyada qarşı-qarşıya gələn qüvvələrin maraqlarını, proseslərin bundan sonrakı inkişaf istiqamətlərini, Azərbaycanın bu hadisələrdən necə təsirlənə biləcəyini izah edib. Xaləddin İbrahimli ilə müsahibəni oxucularımıza təqdim edirik. 
- Bir müddətdir Azərbaycanda yoxsuz, Türkiyəyə köçübsüz. Qardaş ölkədə fəaliyyətiniz nədən ibarətdir, yəqin ki, təhsil sahəsində çalışmaqda davam edirsiz”¦

- Bəli, universitetdə çalışıram

- Türkiyə təhsil sistemi hansı səviyyədədir, müəllimə, tələbəyə inkişaf üçün hansı imkanlar yaradır?

- Son 20 ildə Türkiyənin təhsil sistemi xeyli gəlişdi. Amma təəssüf ki, bu zaman ekstensiv gəlişməyə də əsaslı yer verildiyindən yeni yaradılan bir sıra universitetlərdə keyfiyyət gözlənilə bilmədi. Yəqin ki, zamanla bu da ortadan qalxacaq.

- Orada Azərbaycandan gedənlərlə əlaqəniz varmı? 

- Var. Bəzən buraya gələn, yaxud gətirilən tələbələr oxumaqda çətinlik çəkir. Bir qisim oxumaq istəməyən tələblər də aldadılıb gətirilir. Onlar daha çox əziyyət çəkir və bir müddət havayı pul xərclədikdən sonra universiteti buraxmalı olurlar. Valideynlər gərək aradakı möhtəkirlərə diqqət yetirsinlər. Övladlarını haraya göndərdiklərini bilsinlər və oxumaq istəməyəni, sadəcə diplom almaq xatirinə hara gəldi göndərməsinlər.

- Türkiyədən Azərbaycan necə görünür, buradakı prosesləri izləyirsinizmi?

- Vaxt olanda intermediadan izləyirəm, TV-lərə heç orda da baxmırdım. Təbii ki, bir qədər kənardan baxanda proseslər daha aydın görünür. Azərbaycan indi çətin günlər yaşayır. Dəyişmələr etmək lazımdır, dəyişməni imitasiya etmək özünüaldatmaq və ən əsası qızıldan qiymətli vaxt itirmək deməkdir. Böhran dönəmlərində vaxt daha dəyərli olur. Belə zamanlarda siyasi hakimiyyətlər alimləri bir araya toplayıb fikir mübadiləsi aparar, məsləhət alar. Mən bunu görmürəm. İnadla “hər şeyi bilirəm, heç kimə ehtiyacım yoxdur” düşüncəsi ilə davranmaq zamanı deyil.

- Hazırda Türkiyə Yaxın Şərqdə gedən proseslərin əsas oyunçularından biridir. Ümumiyyətlə Suriyada nə bas verir, iştirakçı qüvvələrin maraqları nədən ibarətdir?

- Orta Doğunu-müsəlman dünyasının nüvəsini böyük güclər yenidən şəkilləndirmək istəyir. Çoxdan hazırlanmış plana  görə Suriya və İraq bölünməli və yerində bir neçə dövlət yaranmalıdır. Bunun üçün, birincisi,  prosesə mane olanların müqaviməti qırılmalıdır, ikincisi bu böyük müsəlman arealında məzhəb zəminində düşmənçilik barışın mümkün olmadığı, bölünmənin labüdləşdiyi həddə qədər dərinləşməlidir.

Burada hazırda 7 ciddi oyunçu var - ABŞ, Avropa Birliyi, Türkiyə, Səudiyyə, Rusiya, İran, İsrail. Avropa Birliyinin Almaniya, Fransa, İngiltərə kimi böyük dövlətlərinin hər birinin birlik maraqlarından başqa konkret dövlət maraqlarının olduğunu da bura əlavə etsək mənzərə bir az aydın görünər. Görünən budur ki, Türkiyə və Səudiyyə ortaq mövqedən, qalan digərləri isə bir-birlərinə yaxın mövqedən çıxış edir. Təsəvvür edirsinizmi ABŞ, AB, İsrail, İran, Rusiya bir arada Türkiyə və Səudiyyəyə qarşı dayanmış kimi görünür. 

Deyəsən əski beynəlxalq münasibətlər sistemində dəyişmələr baş verir-NATO üzvü olmayan bir ölkənin ordusu, NATO üzvü olan başqa ölkə ilə hərbi əməkdaşlıq edir (Səudiyyə-Türkiyə), NATO üzvü olan və olmayan iki böyük dövlət (ABŞ və Rusiya) bir bölgədə eyni cinahda hərbi əməliyyatlar aparır, digər yandan NATO bloku Türkiyədən başlayan sınırlarını qorumaq istəmir, hərdən müsahibələrdə rəsmiyyət xatirinə candərdi fikirlər səsləndirilir. Məncə NATO ciddi sınaq qarşısındadır. 

- Rusiya və Türkiyə arasında hərbi toqquşmaları mümkün sayırsınızmı?

- Hər şey ola bilər. Rusiyanın buraya gəlməsi və aktiv fəaliyyəti təsadüfü deyil. Hamımız Putinin savaş bölgəsinə girmə texnologiyasını yaxşı bilirik. 1999-cu ildə Çeçenistan, 2008-ci ildə Gürcüstan, sonra isə Ukraynaya necə girdisə, Orta Doğuya da oxşar bəhanə və yöntəmlə girdi. Ruslar hər zaman içəridən onları savaş bölgələrinə dəvət edənlər tapırlar. Bu günkü Rusiya Sovetlər Birliyi deyil və MDB məkanından kənarda icazə olmadan belə rahat hərəkət edə bilməz. Suriyaya girməklə onun ilk işi Türkiyəni davamlı şantaj etmək, sınırları pozmaqla hərbi təyyarənin düşürülməsinə zəmin yaratmaq oldu. Məqsəd o idi ki, Türkiyəni şantaj edib Suriyadakı proseslərə müdaxilə imkanlarını zəiflətsin və ABŞ-la İsrailin Orta Doğunun yenidən şəkillənmə planının gerçəkləşməsinə yardım etsin. Əvəzində iqtisadiyyatının üzləşdiyi gərginlikdən qurtulmasını istəyir və sonra nə verəcək, nə alacaq bunları zaman göstərəcək. Məncə Henri Kissincer Moskvaya gələndə bu məsələlər, o cümlədən Ukrayna və Gürcüstan məsələsi açıq danışılıb. Böyük ehtimalla Rusiya Orta Doğuda qazanacaqlarının, ona vəd edilənlərin müqabilində Ukraynada və Gürcüstanda ABŞ-ın dediklərinə qulaq asacaq. Belə görünür ki, ona Avropaya qarşı yox, yanında ol deyiblər. İndi Rusiya ABŞ-ın əlində bir alət kimi görünür. İkisi də Türkiyəyə qarşı dayanan eyni hərbi birləşməyə yardım edir. ABŞ Türkiyəyə açıq deyir ki, PKK və PYD ilə savaşma, danışıqlar apar. Bir neçə il “çözüm sürəci” deyilən danışıqlar getdi və nəticədə PKK Doğu Anadolunun şəhər və qəsəbələrində hakimiyyəti felən ələ keçirdi. İndi Türkiyə silahlı qüvvələri itkilər verərək onların qurduqları qeyri-rəsmi hakimiyyəti başlarına yıxmaqla məşğuldur. ABŞ “məsələni danışıqlarla həll et” deməklə PKK və PYD güclərini qorumaq istəyir. Belə himayənin də məqsədi aydındır. Türkiyə PKK ilə sərt rəftar etdiyinə və “Orta Doğu” planına qarşı olduğuna görə ABŞ bölgəyə Rusiyanı gətirdi və Rusiya açıq aşkar onun sifarişlərini yerinə yetirir. Rusiya dövlət, hökumət başçıları hərdən “Türkiyə NATO-nu çətin duruma gətirdi” deyərək blokun vəkili kimi çıxış edirlər. Bu gün Rusiyanın NATO və Qərbə qarşı dayanmadığı, Türkiyə ilə NATO-nun arasına girmə cəhdləri ortadadır. Ona görə də Avropa da Rusiyanın Orta Doğudakı fəaliyyətlərindən narahat deyil. Bəzən Fransa gileylənir. Bu isə onun 1916-cı il Sykes-Picot Anlaşması zamanında olduğu kimi proseslərin aparıcı aktoru ola bilməməsindən dolayı yaranan narahatcalıqdır.

Kimsə deyə bilər ki (deyənlər, yazanlar var) Rusiya və İran bir arada İraq və Suriyanın bölünməsində maraqlı deyil. Amma görünən budur ki, Rusiya ABŞ-la yeni şəkillənmənin icraçısıdır, İran isə hərbi iştirakı ilə bölgədə məzhəb zəminində düşmənçiliyi dərinləşdirir və bölünmə prosesinə yardım edir. Deməli bu dövlətlərin bölünməsi kifayət qədər realdır. Ancaq Türkiyə də dövlət maraqlarından vaz keçməyəcək, təbii ki, qulağının dibində iradəsinə və maraqlarına zidd  yeni siyasi şəkillənməyə mane olacaq. 

- Suriyadakı proseslərin bundan sonrakı gedişini necə görürsünüz?

- Məncə, hərbi əməliyyatların dayandırılmasından danışmaq hələ tezdir. ABŞ-da yeni prezident işə başlayandan sonra danışıqlar intensivləşəcək. Həm də yenidən şəkillənmə üçün indiki dağılma həddi yetərli görünmür. Ancaq paralel şəkildə danışıqlar da gedəcək. Sonucda bu danışıqların moderatoru ABŞ istədiyinə əsasən nail olacaq. İran və Rusiya burada uzun müddət qala bilməz. Bölgədə uzun müddət qalan dövlətlər ABŞ və İsrail olacaq. Türkiyə dirəniş göstərsə o da bölgədə nüfuzunu qoruyub saxlayacaq. Lakin geri çəkilsə Orta Doğuda ciddi zərbə alacaq və perspektivdə geopolitik mövqeləri zəifləyəcək. 

Qarşıda İranla Səudiyyəni də uzunmüddətli gərgin münasibətlər fazası gözləyir. İkisinin də pulu var, ikisi də müsəlman aləmində hegemonluğa can atır, ikisi də bu aləmi məzhəb zəminində sürətlə və dərindən qütbləşdirir və Orta Doğunun yenidən şəkillənməsinə, sionizm planlarının gerçələşəməsinə zəmin hazırlayır.

- Cənubi Qafqazda hansı proseslər gözlənilir Azərbaycana Şimaldan təhlükə yarana bilərmi?

- Əlbəttə, Şimaldan təhlükə hər zaman var. Türkiyə Orta Doğuda zəifləyəndə Azərbaycanın da Qafqaz bölgəsində mövqeləri zəifləyəcək, Orta Doğunun yenidən şəkillənməsindən Ermənistan da faydalana, Aralıq dənizinə çıxış imkanları əldə edə bilər. ABŞ və Rusiya Orta Doğuda Türkiyənin təsirini zəiflətmək istəyirsə, nədən Ermənistana qarşı Azərbaycanın yanında dayanmalıdır? Digər tərəfdən Türkiyə-Rusiya gərginliyi, istər-istəməz Rusiya-Azərbaycan gərginliyi, bu isə birbaşa Ermənistanın fəallaşması deməkdir.

E.Rüstəmli | Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]