Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Aktyorlar bir-birinə düşmən kəsilmişdi - “Ulduz” filminin KADRARXASI

Aktyorlar bir-birinə düşmən kəsilmişdi - “Ulduz” filminin KADRARXASI
Bölmə :
Mədəniyyət
Yayım tarixi :
14/2/2016 [15:49]
Baxılıb :
12717 dəfə

Modern.az saytı “Kadrarxası” layihəsinin növbəti sayını təqdim edir. Bu dəfə “Kadrarxası”nda yarım əsrlik tarixi olan “Ulduz” filmidir. Həmsöhbətimiz hər kəsdən küskün olduğunu dilə gətirən, hamının “Nazik” deyə xatırladığı Məleykə Ağazadədir, “Ulduz” filmindəki Nazilə. Onunla birlikdə filmin çəkiliş prosesi, yaddaqalan məqamları, aktyor heyəti və s.dən söhbət açırıq.

Arayış: Məleykə Ağazadə 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından pionerlər evinə və xoreoqrafiya məktəbinə gedib, ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar edib. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. İstedadlı aktrisa bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərib. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada müxtəlif rollarda çıxış edərək tamaşaçı rəğbəti qazanıb, eyni zamanda “Var olun, qızlar”, “Qızmar günəş altında”, “Onu bağışlamaq olarmı” və s. məşhur filmlərdə bənzərsiz obrazlar yaradıb. Aktrisaya ən çox uğur gətirən, onu tamaşaçıya sevdirən rolu isə məhz “Ulduz”un Naziləsidir.

“Ulduz” filmi 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında ekranlaşdırılıb. Böyük şöhrət qazanmış komediya dəfələrlə müxtəlif teatr səhnələrində tamaşaya qoyulub. Təsadüfi deyil ki, yaratdıqları obrazların öhdəsindən layiqincə gələn aktyorlar eyniadlı filmin əsas heyətində yer alıblar. Kinokomediyada iki sevən gəncin saf məhəbbətindən, eyni zamanda elmin həyatla əlaqəsindən, kəndin qabaqcıl ziyalılarının elmlə heç bir əlaqəsi olmayanlara, vəzifəpərəstlərə qarşı apardıqları mübarizədən danışılır.

Xalq artisti Hacıbaba Bağırovun canlandırdığı fərsiz alim - Möhsünün elmi işlə bağlı apardığı təcrübə zamanı yaşanan macəra isə filmin əsas süjet xəttini təşkil edir.

1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Tamaşaçılar rejissor Ağarza Quliyevin quruluş verdiyi bu filmdə bir daha məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov və digər sənətkarların istedadlarının nümayişinə şahidlik etdilər.

“Ulduz” filmi gülüş yaradan ekran əsəridir. Filmin gücü burada təsvir edilən hadisələrdə deyil, qabarıq planda aktyorun görünməsidir. Əsası odur ki, aktyorlar gülüş yaratmaq imkanları ilə bir-birini tamamlayırlar.

Hadisələrin gedişindən məlum olur ki, Möhsün Ulduzu sevir, lakin sevgisini qıza izhar edə bilmir. Baxmayaraq ki, o, yaltaqdır, ikiüzlüdür, bu adamda utancaqlıq hissi də yox deyil, ona görə də ürəyindən keçənləri açıb Ulduza deyə bilmir, Yalnız Ulduzun xəyalları ilə yaşayır.
Məhəmməd qıza deyəndə ki, “Ulduz xanım, Möhsünün sizə iki kəlmə sözü var”, bu vaxt Möhsün həyadan və həyəcandan özünə yer tapa bilmir, ancaq bunu deyə bilir ki, “Ulduz xanım, deyə bilməyəcəyəm, sözümü sizə poçtla çatdıraram:

Möhsün yaralanmışdır,
Bir bax, ürəyi qandır,
Doktor dedi ki, yalnız,
Ulduz ona dərmandır”.

Filmin ssenari müəllifləri Ağarza Quliyev, Hüseyn Nəcəfov, Yuli Fogelman, quruluşçu rejissoru Ağarza Quliyev, quruluşçu operatoru Yuli Fogelman, quruluşçu rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Süleyman Ələsgərov, direktoru Bəşir Quliyevdir.

Rollarda Tamilla Rüstəmova, Hacımurad Yegizarov, Lütfəli Abdullayev, Məleykə Ağazadə, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan, Suğra Bağırzadə, Hacı İsmayılov və başqaları çəkilib.

“Nazik” mənim uğurumdur

Filmin Naziləsi illər keçməsinə baxmayaraq, ekran əsəri barədə böyük şövqlə danışır:


Məleykə Ağazadə: “Mən "Onu bağışlamaq olarmı", "Var olun, qızlar", "Həyat gözəldir, qardaşım", "Qəribə əhvalat" və s. filmlərdə çəkilmişəm. Amma mənə uğur gətirən obrazım Nazilə olub. Görünür bu da bizim xalqın komik obrazlara maraq göstərməsindən irəli gəlir. Odur ki, 52 il keçməsinə baxmayaraq, film hər dəfə efirdə yayımlananda böyük maraqla qarşılanır. Mənim hansısa ad almağım da lazım deyil. Tamaşaçı “adım Nazikdir” deyəndə məni xatırlayırsa, bu mənim istedadımın göstəricisidir. Qoy “xalq artisti”, “əməkdar artist” adını Suğra Bağırzadə kimilər alsın... Film hər dəfə efirə veriləndə hələ də əməyimin qarşılığını almadığımı bir daha xatırlayıram. Bunu heç unutmamışam əslində. Bu yaşımda məni narahat edən də budur. Laqeydlik! Adi bir epizodda çəkilənlər çoxdan əməkdar artistdir, özlərini az qala dünya ulduzu sayırlar.

Bu filmə dəvət almağıma qalanda, mən Azərbaycan Musiqili Komediya Teatrının səhnəsində davamlı olaraq 10 il bir-birindən maraqlı obrazlar yaratdım. “Ulduz” tamaşası səhnədə oynanılanda çox böyük marağa səbəb olmuşdu. Tamaşaçı o qədər alqışlayırdı ki, hətta rəqs səhnəsini üç dəfə dalbadal oynamağa məcbur oldurduq. Çünki, bunu tamaşaçı istəyirdi. “Ulduz” filminin çəkilməsinə qərar veriləndə rejissor Ağarza Quliyev zalda əyləşibmiş. Mənim oyunumu o qədər bəyənmişdi ki, hətta sınaq çəkilişləri olmadan, birbaşa məni filmin heyətinə təsdiq etdi. “Ulduz”a qədər mən bir neçə filmdə çəkilmişdim, amma Nazilə mənim uğurum oldu. İndi də oturub filmi izləyəndə kövrəlirəm. Düşünürəm ki, nə yaxşı ki, bu filmə çəkilib, əbədi olaraq tamaşaçıların yaddaşına həkk olunmuşam”.

86 ilin kövrək xatirələri...

Məleykə Ağazadə: “Bir neçə il idi ki, ailə qurmuşdum, artıq iki övladım da var idi. Filmin çəkilişi zamanı oğlum Çingiz 4, Zeynal isə 5 yaşında idi. Uşaqları da özümlə birgə rayona aparmışdım. Balaca olduqlarından yanımdan ayrılmırdılar. Hətta tvist oynadığım səhnənin çəkilişi gedəndə Zeynal mənimlə birgə oynamaq istəyirdi. Rejissor da hər dəfə uşaq yaxına gələndə "stop" deyirdi. Buna görə də məcburən uşaqları çəkiliş meydançasından uzaqlaşdırdılar. Elə bir az keçmişdi, bir də gördüm ki, Çingizi ağlaya-ağlaya gətirdilər. Özü də dodağı göyərmiş vəziyyətdə... Deməli baş qarışanda, Zeynal dolama çarxla oynayıb, zəncirə bağlanmış vedrəni artezian quyusuna atanda çarx fırlanıb ona dəyib. Uşağı o vəziyyətdə görüb o qədər ağladım ki... Çox pis olmuşdum. Aktirsa, səhnə adamı, eyni zamanda ana olmaq belə idi...”.


Aktrisa çəkilişlərin aparıldığı yerlərdən danışarkən maraqlı anları bizimlə bölüşüb: 

“Filmin əsas çəkilişləri Astarada aparılıb, həmçinin bəzi kadrlar Lənkəranda lentə alınıb. Filmdəki toy səhnəsi kinostudiyanın pavilyonunda, ilk səhnələr isə Mərdəkan qəsəbəsinin Mədəniyyət Sarayında lentə alınıb. İstedadlı aktyor ansamblının iştirak etdiyi çəkilişlər müəyyən olunan vaxtda təhvil verilib. Yəni o vaxt bildiyiniz kimi, filmin süjet xəttindən asılı olaraq, məsələn, tarixi filmlər, komediya filmləri, uşaq filmləri olmasından asılı olaraq vaxt təyin edilirdi. Səhv etmirəmsə, biz filmi vaxtında təhvil verdik. Qeyd edim ki, filmin maraq doğuran tvist səhnəsi kəndin ortasında çəkilmişdi. Hacıbaba və mən, ikimiz də həqiqətən tvist oynayırdıq. Rolumuzu o qədər ürəkdən oynayırdıq ki... Bu səbəbdəndir ki, yarım əsr keçməsinə baxmayaraq, hələ izlənilir, hələ də sevilir”.

Film, aktyorlar tərəfindən yaradılan obrazlar böyük maraqla qarşılansa da, bəzi məqamlarda tənqid hədəfinə də tuş gəlib. Bu hədəflər də Tamilla Rüstəmova (Ulduz) və Suğra Bağırzadə (Yetər) olub. T.Rüstəmova ilə bağlı irad onun peşəkar aktrisa deyil, televiziya diktoru olması idisə, S.Bağırzadənin də hələ məktəb şagirdi olaraq, filmdə rol alması əsas hədəflərdən idi.

Filmə xüsusi kolorit bəxş edən, canlılıq gətirən Möhsün obrazı xalq artisti Hacıbaba Bağırovun kinoda ilk işi olub. Səhnədə yüzlərlə obraz yaradan aktyor bu işin öhdəsindən layiqincə gəlməyi bacarıb. Teatr tamaşalarından fərqli olaraq ekranda yaratdığı rollar az olsa da, tamaşaçı tərəfindən sevilən, yaddaqalan olub. Odur ki, insanlar onun adını Azərbaycan səhnəsinin komediya ustaları arasında birincilər sırasında çəkirlər. 

Partadan səhnəyə...

Filmdə Yetər obrazını canlandıran istedadlı aktrisa Suğra Bağırzadə isə həmin illəri belə xatırlayır: 

“Hələ 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində "Cücələrim" mahnısını oxuyanda operator Yuli Fogelman bu səhnəni bir arxiv materialı kimi çəkmişdi. Mən bu operatorun o vaxtdan yadında qalmışdım. "Ulduz" filmini çəkmək üçün Bakıya dəvət alanda o, filmin rejissoru Ağarza Quliyevdən məni tapmağı xahiş etmişdi. Mən isə o vaxt kinostudiyada dublyajda aktrisa kimi bir çox filmlərin səslənməsində korifey sənətkarlarla birlikdə çalışırdım. Elə oldu ki, məni kinostudiyada çəkiliş qrupuna dəvət edib, Yetər obrazını həvalə etdilər. Sözün düzü, filmin rejissoru 15 yaşım olduğunu biləndə məni bu filmə çəkmək istəmirdi. Amma Yuli Fogelman mənə bir operator gözü ilə baxmışdı və məni çəkməkdə israrlı idi. Hətta məni sınaq çəkilişlərinə çağıranda demişdi ki, “çəkilişə gələrkən hündür daban ayaqqabı geyin, saçına düzən ver ki, böyük qız kimi görünəsən”. Elə də etdim. Məni bu rola təsdiq etdilər”. 

S.Bağırzadə deyir ki, onun “Ulduz”a çəkilməsi yenilik olmayıb. Çünki, aktrisa buna qədər “Yollar, küçələr” filmində rol almışdı.

“Ulduz” filmi Hacımurad Yegizarovun kino yaradıcılığında əhəmiyyətli yer tutur. Bu filmdə rejissor Ağarza Quliyev aktyora Bəxtiyar rolunu verib. Bəxtiyar romantik xarakterli obrazdır. H.Yegizarovun əvvəlki rollarından fərqli olaraq o, təbiətcə sakit, mehriban bir gəncdir. İnstitutu yenicə bitirib rayonlardan birinə təcrübəyə göndərilən Bəxtiyarı rayona çəkən tələbə yoldaşı Ulduza olan məhəbbətidir. Aktyor Bəxtiyarı sevərək yaradıb və onu da tamaşaçılara sevdirə bilib. Bəxtiyar H.Yegizarovun yaddaqalan maraqlı rollarındandır. 

Filmin aktyor ansamblını gənclər təşkil edirdilər. Bəxtiyar rolunu oynayan Hacımurad Yegizarovun ifası da bu ansamblı tamamlayırdı. 

Möhsünə görə aktyorlar bir-birinə düşmən kəsilibmiş


Seçim zamanı Musiqili Komediya Teatrının aktyorlarına üstünlük verilsə də, onlar arasında da sınaq çəkilişləri aparılır.

Məleykə Ağazadə: “Rollara gələndə, belə idi ki, filmə əsasən tamaşada oynayan aktyorlar dəvət almışdı. Rejissor xüsusilə də üstünlüyü Musiqili Komediya Teatrının aktyorlarına vermişdi. Mənim tərəf müqabilim Möhsün üçün olduqca çox sayda aktyor sınaq çəkilişlərində iştirak edirdi. Onların arasında istedadlı aktyor Məlik Dadaşov, tamaşada Möhsün rolunu oynayan aktyor İmamverdi Bağırov da var idi. Bir neçə sınaq çəkilişindən sonra quruluşçu rejissor məhz Hacıbaba Bağırovu bu rola təsdiq etdi”.

Mərhum aktyor H.Bağırov yaratdığı obraz haqqında sağlığında danışarkən bu rolun onun heç də çətin olamdığını vurğulamışdı. Lakin operetta üçün film çəkiləcəyini eşidəndə çox həyəcanlanıb. Beləcə, “Ulduz”un Möhsünü 28 yaşlı Hacıbaba Bağırovun kinoda ilk işi kimi tarixə düşür. Film ekranlara çıxarkən aktyor ilk dəfə özünü izləyəndə çox həyəcanladığını dilə gətirib. Və ilk dəfə olaraq öz rolunu kənardan izləməyin ona xüsusi zövq verdiyini deyib. İlk dəfə ekrana çıxmasına baxmayaraq, H.Bağırov peşəkar kino aktyorundan heç də geri qalmayıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]